Məhkəmə qərarları › İş №2-1(102)-483/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-483/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-483/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçıcavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-483/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 14 avqust 2018-ci il tarixli 2-1( 103)-1403/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il tarixində Bakı şəhərində doğulmuşdur. İddiaçı 16.08.1999-cu il tarixindən 11.01.2004-cü il tarixinədək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunda fəhlə, 08.02.2004-cü il tarixindən 30.04.2014-cü il tarixinədək “xxxx” MMC-də qadın bərbəri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə iddiaçı sığorta kartı ilə təmin olunmuşdur. İddiaçıya 19.06.2017-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcəli əlillik verilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina edilmişdir. İddiaçı cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə qarşı iddiaçının 16.08.1999-cu il tarixindən 11.01.2004-cü il tarixinədək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunda, 08.02.2004-cü il tarixindən 30.04.2014-cü il tarixinədək “xxxx” MMC-də işlədiyi dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 07 fevral 2018-ci i l tarixli iş № 2-1(82)-596/2018, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07 fevral2018-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 14 avqust 2018-ci il tarixli iş № 2-1(103)-1403/2018 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və X.Sarıyev) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, İddiaçı cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddiaçının 16 avqust 1999-cu il tarixindən 11 yanvar 2004-cü il tarixinədək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunda, 08 fevral 2004-cü il tarixindən 30 aprel 2014-cü il tarixinədək “xxxx” MMC-də işlədiyi dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsi həmin qərarı qəbul edərkən 1 nömrəli Zeytun Sovxozu tərəfindən verilmiş arayışa istinad etmişdir. Halbuki, hüquq münasibətlərinin yarandığı dövr də qüvvədə olmuş (onun tələb etdiyi illər üzrə) 23 sentyabr 1992-c il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir; iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsas ən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə əsasən sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. O isə, əmək kitabçasını cavabdehə təqdim etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi qeyd olunan normanı nəzərə almamışdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, onun işə qəbul olunmağı və işdən çıxmağı ilə bağlı arxiv məlumatları mövcud deyildir. Bununla bağlı bildirmək istəyirəm ki, Azərbaycan Respublikası DSMF haqqında Əsasnamənin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vax tında və dürüst daxil edilməsini, onların etibarlı saxlanılmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Lakin apelyasiya instansiyası məhkəməsi bu normanı da nəzərə almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2-1(103)-1403/2018 saylı qərarının ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar q əbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, 14 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəmə si baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 14 avqust 2018-ci il tarixli, 21(103)-1403/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Nərimanov rayon şöbəsinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2018-ci il tarixli 2-1(82)-596/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddiaçının 16 avqust 1999-cu il tarixindən 11 yanvar 2004-cü il tarixinədək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunda, 08 fevral 2004-cü il tarixindən 30 aprel 2014-cü il tarixinədək “xxxx” MMC-də işlədiyi dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun 10 mart 2017-ci il tarixədək qüvvədə olmuş 12.1-ci maddəsinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə gəldiyi nəticəyə əsasən iddiaçının əlilliyə görə pensiya təyin edilməsi barədə iddiası əsaslı deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10 mart 2017-ci il tarixinədək qüvvədə olan 12. 1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının isə qeyd olunan staja malik olması öz təsdiqini tapmır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 14 avqust 2018-ci il tarixli qərarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş staja malik olmaması qənaətinə gələrkən bir orqanın verdiyi cəmi 2 sənədə, yəni, Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 19 iyul 2018-ci il tarixli, H-71 nömrəli məktubuna və eyni orqanın 31 avqust 2018-ci il tarixli, H-73 n ömrəli məktubuna istinad etmişdir. Belə ki, Azərbaycan Respublikasının Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 19 iyul 2018-ci il tarixli, H-71 nömrəli məktubundan görünür ki, Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunun 1999-cu ilin əmrlər kitabında Abdullayeva (Ramazanova) Xuraman Saleh qızının işə qəbulu barədə heç bir məlumat yoxdur, 1 nömrəli Zeytun sovxozunun 2000-ci ildən sonrakı illərin əmrlər kitabı Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən çıxması barədə heç bir məlumat verə bilmir. Azərbaycan Respublikasının Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 31 avqust 2018-ci il tarixli H-73 nömrəli məktubundan görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozunun 1999-cu ilin əmrlər kitabı 30 yanvar 1999-cu il tarixli, 01 say lı əmr ilə başlayır, 29 dekabr 1999-cu il tarixli, 08 saylı əmrlə qurtarır. Odur ki, Abdullayeva (Ramazanova) Xuraman Saleh qızının işə qəbulu barədə heç bir məlumat yoxdur, 1 nömrəli Zeytun sovxozunun 2000-ci ildən sonrakı illərin əmrlər kitabı Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən çıxması barədə heç bir məlumat verə bilmir. Beləliklə, apelyasiya instansiyası məhkəməsində araşdırma predmeti olmuş sözügedən sənədlər natamam olmaqla yanaşı orada göstərilmiş çox qısa vaxt kəsiyini, yəni, 1999-cu ilin əmrlər kitabını əhatə edir ki, yalnız bunun əsasında iddiaçının qanunla tələb olunan staja malik olması öz təsdiqini tapmır kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən nəticəyə gəlməsi səthi və əsassızdır. Belə olan halda iddiaçının kasasiya şikayətində bu xüsusla əla qədar göstərdiyi dəlil əsaslıdır. Bununla yanaşı iddiaçının kasasiya şikayətində göstərdiyi digər dəlil, yəni, 01 yanvar 2006cı il tarixədək iş stajını sübut edən əsas sənəd əmək kitabçası barədə dəlili əslində yuxarıda göstərilmiş birinci dəlillə əlaqəli olmaqla, həm də əsaslıdır. Belə ki, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə müvafiq olaraq iş stajı müəyyən edilmiş qayd ada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Bu xüsusda apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ******* nömrəli əmək kitabçasının əslinə baxış keçirilmişdir. Əmək kitabçasının son səhifəsində onun “xxxx” MMC tərəfindən sifariş edildiyi və 2007-ci ildə çap edildiyi göstərilmişdir (Basım yılı 2007, X4 / Türkiye, sifarişçi: “xxxx” MMC, VÖEN - **********, TS İSO 7411/2.4.1998) 2007-ci ildə çap edilmiş əmək kitabçasında iddiaçının 2004-cü ildə işə qəbul edilməsinin göstərilməsi işin ziddiyyətli məqamıdır. Apelyasiya instansiyası məhkəməsi bunu işin ziddiyyətli məqamı adlandırsa da, məhkəmə qənaətinə görə olan ziddiyyətləri aradan qaldırmamış və hərtərəfli araşdırmamışdır. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi özü tərəfindən müəyyən edilmişdir ki, 1 saylı X3 İslahat Komissiyasının 11 yanvar 2004-cü il tarixli, 21 nömrəli arayışına əsasən X1 16 avqust 1999-cu il tarixindən (16 avqust 1999-cu il tarixli, 71 nömrəli əmrlə) 03 fevral 2004-cü il tarixinədək (03 fevral 2004-cü il tarixli, 29 nömrəli əmrlə) Abşeron rayonu 1 saylı Zeytun sovxozunda fəhlə işləmişdir. İddiaçıya məxsus İT-1.1420478 nömrəli əmək kitabçasına görə iddiaçı 16 avq ust 1999-cu il tarixində 106 nömrəli əmrlə Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda fəhlə kimi (aşıq sahədə) işə başlamış, 27 iyul 2003-cü ildə 97 nömrəli əmrlə sovxozda 2-ci briqadaya zeytun yığımına dəyişdirilmiş, 11 yanvar 2004-cü il tarixində 019 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 08 fevral 2004-cü il tarixdə 03 nömrəli əmrlə «xxxx» MMC-yə «qadın bərbəri» peşəsinə qəbul edilmiş, 30 aprel 2014-cü il tarixində 29 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən verilən arayışa əsasən iddiaçının sosial sığorta nömrəsi **********525 və uçota düşmə tarixi 30 yanvar 2013-cü ildir. Bununla belə xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin rəsmi imtinasında olan məsələlər 2006-cı il tarixindən sonrakı əsaslara aiddir. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi bunları İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri baxımından tam və hərtərəfli araşdırmayaraq iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməl idir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 21(103)-1403/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar