Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-483/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünsüzlüyü, müddət) GİRİŞ HİSSƏ: Hakimlər: 25.02.2020 Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (X5 üçüncü şəxs olmaqla) qarşı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 2-1(103)2493/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və sərəncamın ləğv edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami RİH başçısının 112 saylı xx xxxxxx 2015-ci il tarixli sərəncamına əsasən, X5 xxxx evin 15 saylı mənzilinə köçürülməklə həmin mənzilin sol tərəfdə yerləşən 18 kv.m olan bir otağının kirayə müqaviləsinin bir nəfər ailə tərkibi ilə (özü) X2 ad ına bağlanması və onun həmin otağın kirayəçisi sayılması qərara alınmışdır. Həmin sərəncam əsassız hesab olunur. Belə ki, X5 cavabdehlər X8 və digərlərinə qarşı “yaşayış sahəsinə istifadə qaydası müəyyən edilməklə köçürülmə” tələbinə dair iddia irəli sürməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Nizami rayonu, xxxx evin 15 saylı mənzilinin əvvəllər yaşadığı iki otağına istifadə qaydası müəyyən olunmaqla həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 də X1rşı qarşılıqlı iddia tələbi irəli sürərək, X3 məhkəmədə təmsil olunmağı üçün çəkdiyi hüquqi yardım xərcləri ilə bağlı 1.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3935/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən, X5 Bakı şəhəri, Nizami rayonu, xxxx evin 15 saylı mənzilinə köçürülməklə həmin mənzilin girişindən sol tərəfdə yerləşən 18 kv.m sahəsi olan 1 otağından istifadə etməklə sözügedən mənzildən istifadə qaydası müəyyən edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 112 saylı xx xxxxxx 2015-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(007)-3935/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edilərək, X5 ilə yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlamışdır. Həmin qətnamənin sözügedən sərəncama aidiyyəti yoxdur. Digər tərəfdən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(007)3935/2014 saylı qətnaməsində ayrıca yaşayış sahəsinin sosial kirayə müqaviləsinin bağlanması göstərilməmişdir. Həmin mənzil əvvəllər verilmiş orderə əsasən X4 məxsusdur və buna görə də mənzilin 18 kv.m ölçüdə ayrıca otağına dair onunla kirayə müqaviləsinin bağlanmasına ehtiyac yoxdur. Həmin qətnamədə Bakı şəhəri Nizami RİH-nin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qətnamənin ümumiyyətlə, Bakı şəhəri Nizami RİH-nə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin qətnamə ilə X4 Bakı şəhəri, Nizami rayonu, xxxx evin 15 saylı mənzilinə köçürülməli olduğu və həmin mənzilin girişindən sol tərəfdə yerləşən 18 kv.m olan 1 otaqdan istifadə etməklə sözügedən mənzildən istifadə qaydası müəyyən edilmişdir. Bu qətnamənin köçürülmə yolu ilə bağlı hissəsi icra məmurlarının səlahiyyət daxilindədir. Həmin mənzilin hansı otaqdan istifadəsi artıq məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, əlavə icraya ehtiyac yoxdur. Əgər belə bir icraya ehtiyac olduğunu güman etsək belə, həmin icra Bakı şəhəri Nizami RİH tərəfindən deyil, səlahiyyətli icra məmurları tərəfindən həyata keçirilməlidir. Bu sərəncamın qəbul edilməsində məqsəd gələcəkdə həmin otağı X2 adına özəlləşdirmək olmuşdur. Halbuki, mənzilin hər hansı otağının ayrıca özəlləşdirilməsi qanunvericiliyə ziddir. Buna baxmayaraq, artıq qeyd olunan sərəncam əsasında AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nizami rayonu, xxxx evin 15 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən 18 kv.m olan bir otağına X2 adına reyestrdən çıxarış verilmişdir. Buna görə də İddiaçı x xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Nizami RİHnə ə rizə ilə müraciət edərək, RİH-nin 112 saylı xx xxxxxx 2015-ci il tarixli sərəncamının ləğv olunmasını xahiş etmişdir. Qeyd olunan ərizə Bakı şəhəri Nizami RİH tərəfindən qəbul olunsa da, heç bir münasibət bildirilməmişdir. Ona görə də İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Göstərilənlərə və İPM-in 2, 33-cü maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Nizami RİH-in hərəkətlərinin qanunsuz sayılması və cavabdehin üzərinə xx xxxxxx 2015-ci il tarixli 112 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1070/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, müvafiq məhkəmə qətnaməsinə əsasən hazırki üçüncü şəxs X5 Bakı şəhəri, Nizami rayonu, xxxx evin 15 saylı mənzilinin 18 kv.m sahəsi olan 1 otağına köçürülməklə həmin sahədən istifadə qaydası müəyyən edildiyindən X5 qeyd olunan yaşayış sahəsinin qanunu istifadəçisi sayılır və onunla həmin bir otağa dair ayrıca kirayə müqaviləsinin bağlanması qanunvericiliyə zidd olmamaqla hazırki iddiaçının hüquqlarını pozmur. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2493/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1070/ 2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddət ötürülməklə verdiyindən həmin iddia mümkün sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir və qərəzlidir. Belə ki, apelyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, guya iddiaçı iddia müddətini ötürmüşdür. Lakin bu belə deyil. Çünki, iddiaçının Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 112 saylı sərəncamından əvvəllər xəbəri olmamışdır. İddiaçı atası X6 ayrı yaşayır. Onların münasibətləri yaxşı deyil. Buna görə də həmin sərəncam barədə iddiaçının sonradan məlumatı olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi m ümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı sayıla və apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni qərardad ləğv edilə bilməz. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfi ndən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlve rişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inziba ti orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İşin hallarından müəyyən olunur ki, iddiaçı B akı şəhəri Cavabdeh hərəkətlərinin qanunsuz sayılması və xx xxxxxx 2005-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddia qaldırmışdır. Apelyasiya məhkəməsi iddianı mümkün hesab etməyərkən özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 2005-ci il tarixli sərəncamı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da, qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddətinin ötürüldüyü ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarının 55-ci vərəqəsində olan, 2 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından görünür ki, X9 (hazırkı iş üzrə iddiaçı) ilə bir yerdə yaşayan atası Bakı şəhəri Cavabdehnə (üçüncü şəx s X5) qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və üzərinə sərəncamın ləğv edilməsi öhdəliyinin qoyulması barədə iddia qaldırmış və məhkəmə iddianı rədd edilmişdir. Mübahisənin qeyd olunan faktiki hallarını nəzərə almaqla kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının mübahisə edilən sərəncam barədə ən geci xx xxxx 2017-ci il tarixdə məlumatı var idi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərtinə əməl etmədiyindən, yəni qanunla bu növ iddialar üçün müəyyən edilmiş 30 günlük prosessual müddəti pozmaqla məhkəməyə müraciət etdiyindən onun iddiasının mümkün sayılmaması barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xi dmət etdiyini vurğulamışdır (§ 20-21). Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə qeyd olunur ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normal arının tələblərinə uyğundur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2493/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-483/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-483/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver