Məhkəmə qərarları › İş №2-1(102)-483/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-483/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-483/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə yeni texniki pasportun verilməsi; əldə etmə müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja yeni texniki pasportun verilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.9.2022-ci il tarixli, 2-1(103)-2024/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xətai rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 80/62 saylı qərarı ilə Məhəmməd Hadi küçəsi, ev 63, mənzil 71 ünvanında yaşayan İ.İddiaçı Əhmədli yaşayış massivi, 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi 63 nömrəli evin yanında fərdi qarajın tikintisi üçün sahə ayrılmışdır. 14.09.96-cı ildə tərtib edilmiş texniki pasporta əsasən X7 tərəfindən 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi 63 nömrəli evin yanında 1990-cı ildə daş qaraj inşa edilmişdir. 2. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilə sinə əsasən hədiyyə verən X7 Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi, 63 nömrəli evin yanında yerləşən ümumi sahəsi 18,9 kv.m. olan qeyri-yaşayış sahəsini hədiyyə alan İddiaçı bağışlamışdır. 3. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası – qarajı barəsində tərtib edilmiş texniki pasportuna əsasən ümumi sahəsi 18,9 kv.m. olan həmin qaraj İddiaçı adına qeyd alınaraq xx.xx.2018-ci il tarixdə texniki pasportu tərtib edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1nda yerləşən qaraja dair verilmiş texniki pasportda dəyişikliyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh 14 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qeyri-yaşayış binasının (qarajın) texni ki pasportu mövcud qaydalara uyğun hazırlandığından, həmin qarajda yenidən inventarlaşdırma işlərinin aparılması və sənədə düzəliş edilməsi məqsədəmüvafiq sayılmamışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 6 oktyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 2942 məhəllə, M.Hadi 63 saylı binanın yanında yerləşən ona məxsus qarajın ümumi sahəsi 37,8 kv.m., o cümlədən əsas sahənin 18.9 kv.m., zirzəmi sahəsinin 18.9 kv.m. olmasının və zirzəminin daxili hündürlüyünün 2.0 metr əks etdirən yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi, 63 saylı binanın yanında yerləşən qaraja Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə tərtib edilmiş, xx.xx.2018-ci il tarixli 11/5057 inventar nömrəli texniki pasportda dəyişikliyin edilməsi, yəni qarajın altında olan zirzəminin texniki pasportda əks etdirilməməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin xx.xx.2021-ci il tarixli, **********48 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müraciəti ilə əlaqədar qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı ndan ərizəsinin icrası mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 193 nömrəli Çağrı Mərkəzinə xx.xx.2021-ci il tarixdə müraciət edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ona heç bir müraciət edilməmişdir. Bundan sonra İdarənin mütəxəssisləri ona müraciət etmiş və qaraja texniki baxış keçirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********31 nömrəli məktubu ilə texniki pasporta dəyişikliyin edilməsinin məqsədəmüvafiq sayılmaması bildirilmişdir. Həmçinin, qaraj inşa edilərkən eyni vaxtda əvvəl dəmirbeton və mişar daşı ilə 2 metr hündürlüyündə 18,9 kv.metr sahəsi olan zirzəmi tikilmiş və zirzəminin üzərində mişar daşı ilə 18,9 kv.metr sahəsi olan qaraj ti kilmişdir. Lakin ona verilmiş xx.xx.2018-ci il tarixli, 11/5057 inventar nömrəli texniki pasportda zirzəminin sahəsi 0,0 kv.metr göstərilmişdir

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixində tərtib edilmiş iddiaçıya məxsus qeyri-yaşayış binasının (qarajın) texniki pasportu mövcud qaydalara uyğun hazırlanmışdır, həmin qarajda yenidən inventarlaşma işlərinin aparılması və sənədə düzəliş edilməsi məqsədəmüvafiq sayılmamışdır. Belə ki, mübahisəli daşınmaz əmlak qaraj kimi inşa edilmişdir. Zirzəminin inşa edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hər hansı sənəd inzibati orqana təqdim edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 17.3.2022-ci il tarixli, 2-1(112)-3001/2022 nömrəli qərarı (hakim X4) ilə iddia rədd ed ilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi, 63 nömrəli evin yanında yerləşən ümumi sahəsi 18,9 kv.m. olan qeyri-yaşayış sahəsinin – qarajın inşa edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlər mövcud olsa da sahəsi 18,9 kv.m. olan zirzəminin inşa edilməsi ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı sənəd nə məhkəməyə, nə də inzibati orqana təqdim edilmədiyindən həmin sahənin qeydə alınmaqla yeni texniki pasportun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi ni və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.9.2022-ci il tarixli, 2-1(103)-2024/2022 nömrəli qərarı ilə (hakimlər: X5 - sədrlik edən və məruzəçi, X1 və X3) Bakı İnzibati Məhkəməsinin 17.3.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikay ətdə qeyd edilmişdir ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinad etməmişdir. Halbuki, həmin maddəyə əsasən, “Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər”. İş materiallarından da göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Xətai r-n, 2952 məhəllə, Məhəmməd Hadi küçəsi 63 saylı binanın yanında yerləşən qaraj sahəsinin inşa edilməsi üçün torpaq sahəsi Xətai rayonu X2 İcraiyyə Komitəsi tərəfindən hələ xx.xx.1989-cu il tarixli, 80/62 saylı qərarı ilə ayrılmışdır. Həm qaraj, həm də onun altında yerləşən zirzəmi də məhz elə həmin ildə inşa e dilmişdir. Göründüyü kimi, həm qaraj, həm də onun altında yerləşən zirzəmi sahəsi artıq 33 ildir ki, faktiki istifadədə və sahiblikdədir. Belə olan halda, Mülki Məcəllənin 178.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla, zirzəmi sahəsi onun mülkiyyətinə verilməli, bu məqsədlə qaraj sahəsinə verilmiş texniki pasportda iddia tələbimə uyğun düzəliş edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9

4. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya məhkəməsi yeni texniki pasportun verilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, xx.xx.2017-ci il tarixli daş ınmaz əmlakın bağışlanması müqaviləsində də qarajın ümumi sahəsi 18,9 kv. m göstərilmişdir. Digər sahənin - 18,9 kv. m. zirzəminin inşa edilməsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı sənəd təqdim olunmamışdır.

24. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinadı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, həmin norma Mülki Məcəllənin qüvvəyə mindiyi 1.9.2000-ci il tarixdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər. Başqa sözlə, həmin norma ilə müəyyən edilmiş 30 illik əldə etmə müddətinin axımı ən tezi 1.9.2000-ci il tarixdən başlaya bilər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən, Azərbayca n Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən, həmin Məcəllənin 7.2-ci maddəsinə görə, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Hazırkı halda, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununda Mülki Məcəllənin 178.6-cı maddəsinin geriyə qüvvəsi ilə bağlı birbaşa göstəriş nəzərdə tutulmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.9.2022-ci il tarixli, 21(103)-2024/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar