Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-483/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması, ödənişsiz məzuniyyətdə olma müddətinin iş stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində D övlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)3198/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus əmək kitabçasına və hərbi biletə əsasən müəyyən edilir ki, o, xx.xx.1973-cü ildə birinci dərəcəli yığıcı-çilingər ixtisası ilə yığma sexinə qəbul edilib, xx.xx.1975-ci ildə işdən azad edilib, xx.xx.1975-ci ildə Bakı baş tikintinin 2 saylı Evtikmə Kombinatında 2-ci dərəcəli fəhlə ixtisası ilə Baş Korpusa qəbul edilib, xx.xx.1975-ci ildə Sovet Ordusuna hərbi xidmətə getməsi il ə əlaqədar işdən azad edilib, xx.xx.1977-ci ildə Bakı baş tikintinin 2 saylı Evtikmə Kombinatında 2-ci dərəcəli qəlibçi ixtisası ilə Baş korpusa qəbul edilib, xx.xx.1978-ci ildə 3-cü dərəcəli körpülü krançı ixtisasına keçirilib, xx.xx.1978-ci ildə 4-cü dərəcəli körpülü krançı ixtisasına bərpa edilib, xx.xx.1983-cü ildə Bakı baş tikintinin 2 saylı Evtikmə Kombinatı Bakı baş tikintinin X2 Tikinti Quraşdırma Birliyi adlandırılıb, xx.xx.1983-cü ildə Quraşdırma sahəsinə sex mexaniki vəzifəsinə keçirilib, xx.xx.1984-cü ildə Bakı baş tikintinin X2 Tikinti Quraşdırma Birliyi Bakı baş tikintinin Sənaye üsulla Evtikmə Birliyi adlandırılıb, xx.xx.1986-cı ildə Bakı baş tikinti “Sosial-mədəni tikinti”-nin 11 saylı Trestinin 8-saylı X1 keçirilməsi ilə əlaqədar işdən azad edilib, xx.xx.1986-cı ildə Bakı baş tikinti SEİB-in 8 saylı DBM Zavodunda Bakı baş tikinti SEİB-in 2 saylı Evtikmə Kombinatından 2 saylı Betonqarışdırma Qovşağına kran təsərrüfatına xidmət mexaniki vəzifəsinə qəbul edilib, xx.xx.1986-cı ildə mexaniki sexin rəisi təyin edilib, xx.xx.1988-ci ildə zavodun baş mexaniki təyin edilib, xx.xx.1995-ci ildə zavod 8 saylı DBM “İcarə Müəssisəsi” adlandırılıb, xx.xx.2000-ci ildə Zavod Dövlət Əmlakı Nazirliyinin sərəncamına qəbul edilib, xx.xx.2001-ci ildə Zavod “Bakı Dəmir Beton-8” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilib, xx.xx.2002-ci ildə işdən azad edilib, xx.xx.2002-ci ildə Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsində idarənin Baş mühəndisi vəzifəsinə təyin edilib, xx.xx.2004-cü ildə işdən azad edilib, xx.xx.2004-cü ildə "xxxx" MMC-də Layihə menecer vəzifəsinə təyin edilib, xx.xx.2006-cı ildə işdən azad edilib, xx.xx.2006-cı ildə Qazaxıstan Respublikası Astana ş.”Temir-Beton-A” MMC-də ”Temir-Beton-A” MMC nəzdində MBQ-na (X10) direktor vəzifəsinə təyin edilib, xx.xx.2007-ci ildə işdən azad edilib, xx.xx.2008-ci ildə X11 ASC-nin Tikinti Layihələrinin idarə edilməsi Departamentinə mühəndis vəzifəsinə qəbul edilib, xx.xx.2009-cu ildə işdən azad edilib, xx.xx.2009-cu ildə "xxxx" ASC “Sumqayıt YGEŞN” Nəqliyyat Xidmətinə 9-cu dərəcəli mexanik vəzifəsinə qəbul edilib, xx.xx.2010-cu ildə həmin xidmətə nəqliyyat vasitələrinin istismarı və təmiri üzrə aparıcı mühəndis vəzifəsinə keçirilib, xx.xx.2010-cu ildə işdən azad edilib, xx.xx.2011-ci ildə "xxxx" ASC “Sumqayıt YGEŞN”-nin İnzibati TŞ-nin nəqliyyat bölməsinə 3 ay sınaq müddəti ilə bölmə rəisi vəzifəsinə qəbul edil ib, xx.xx.2016-cı ildə İnzibati Təsərrüfat şöbəsinə baş mexanik vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə Təsərrüfat şöbəsinə baş mexanik vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilib, xx.xx.2018-ci ildə "xxxx" ASC İnsan Resursları və Xidməti Departamentinin Avtonəqliyyat İdarəsinin Şimal regionu üzrə dispetçer vəzifəsinə təyin edilib, xx.xx.2019-cu ildə işdən azad edilib, xx.xx.2019-cu ildə "xxxx" MMC-nin Avtonəqliyyat İdarəsinin Şimal regionu üzrə dispetçer vəzifəsinə təyin edilib.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 20 may 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, o, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı Dəmir - Beton məmulatları zavodunda öz hesabına məzuniyyətdə olduğundan, eləcə də xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ünvan 1 ünvanı məlum olmadığı üçün həmin dövrlərin araşdırılması imkan xaricində olduğundan bu dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə təyin edilmiş pensiya məbləğində nəzərə alınmayan sığorta stajı dövrlərinin nəzərə alınaraq və hər il üzrə tətbiq edilmiş indeksləşmə faizlərinin düzgün tətbiq edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanaraq hazırkı pensiya məbləğinə əlavə təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
5. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə pensiyasının yenidən hesablanaraq pensi yanın artımla təyin olunmasını xahiş etmiş, lakin cavabdeh əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Əmək kitabçasında olan məlumatlardan da məlum olur ki, İddiaçı 01 sentyabr 1973-cü ildən 28 dekabr 2006-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqla, 30 il 2 ay əmək stajına malik olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh təşkilata olmuş müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Lakin inzibati orqan yuxarıda qeyd olunan hallara qiymət verməmiş və onun konstitusion hüququnu pozaraq imtina məktubları göndərmişdir.
6. Daha sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı DBMZ-da, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Nəsimi rayonu 2 saylı TQİ-də işlədiyi dövrlə rin sığorta stajına daxil edərək xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir.
8. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2023 saylı, 17 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ə rizə icraata qəbul edilmişdir.
10. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1997-xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddiaçıya 1997-2000ci ilədək olan dövr üzrə müəyyən aylar üzrə əmək haqqı ödənilmiş, həmin dövr üzrə iddiaçının müəssisənin əmrləri ilə iş dayandığına görə ödənişsiz məzuniyyətə göndərilmiş, eləcə də həmin dövr hüquq münasibətlərini tənzimləyən “Məzuniyyətlər haqqında” Qanun ödənişsiz məzuniyyətin müddətini tənzimləməmiş, eyni zamanda bu müddətin iş stajına daxil edilməsini qadağan edən norma olmadığından mübahisələndirilən xx.xx.1997xx.xx.2000-ci ilədək olan dövrün iddiaçının pensiya təyinatında sığorta stajına daxil edilməlidir. xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək olan dövrə gəldikdə isə müəyyən olunur ki, təqdim olunmuş əmək haqqı cədvəllərinə əsasən iddiaçıya həmin tarixlər arasında zavod tərəfindən əmək haqqı hesablanmamışdır. İşdən görünür ki, zavodun işçiləri, o cümlədən iddiaçı C5Y-Azəri firması ilə fərdi müqavilə bağ layıb işlədiyinə görə ona xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinə qədər öz hesabına ödənişsiz məzuniyyət verilmiş, bu boşdayanma olmamış, həmin dövrdə iddiaçıya hər hansı bir əmək haqqı ödənilməmişdir. Belə olan halda iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız qeyd edilən 6 ayı-xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinə qədər olan dövr ümumi iş stajına daxil edilə bilər. İddiaçının işləmədiyi yerdə qalan müddətin isə ümumi staja daxil edilməsi mümkünsüzdür.
13. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3198/2023 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X7 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli monitorinq aktına əsasən İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı Dəmir-Beton məmulatları zavodunda işləmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrlər üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti sığorta stajına daxil etmək mümkün deyildir.
18. Həm işə birinci instansiya məhkəməsi qismində baxmış Bakı İnzibati Məhkəməsi, həm də apellyasiy a instansiyası qismində baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası müvafiq qərarlarının əsaslandırma hissəsində “Məzuniyyətlər haqqında” Qanuna istinad edilmiş və ödənişsiz məzuniyyət dövrlərinin iş stajına daxil edilməsini qadağan edən norma olmadığı qeyd edilmişdir. Lakin bu mövqe də qanuni deyildir. Belə ki, mübahisələndirilən dövrlərdə bu kimi münasibətləri tənzimləyən qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərb aycan Respublikasının Qanunu Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaql arı və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klini k ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e)işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əli llərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə ya şa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə
71. Pensiyaların əmək haqqına görə hesablanma sı Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır.
21. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi: Maddə
74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məz uniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; Maddə
54. Əmək şəraitinin təmin edilməsi.
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; Maddə
79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən:... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə
111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə
112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:... ç) ödənişsiz məzuniyyət. Maddə
128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, f izioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə
129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. [194] 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra “altı aydan çox olmayaraq” sözləri əlavə edilmişdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qismən rədd edilməlidir.
27. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb edir.
28. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək onun xx.xx.1997-cı ildən xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək olan dövrü əmək stajına daxil etməklə pensiyanın yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşlar.
29. İddianın təmin edilməyən hissəsi barədə iddiaçı mübahisə açmamışdır. Cavabdeh iddianın təmin edilən hissəsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Cavabdeh hesab etmişdir ki, xx.xx.1997-cı ildən xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci ilədək olan dövrün iddiaçının əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün deyildir. Belə ki, o, həmin vaxtlarda ödənişsiz məzuniyyətdə olmuşdur.
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. 31. "xxxx" ASC tərəfindən təqdim edilmiş 21 noyabr 2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı bu müəssisə ilə 1986-cı ildən 2002-ci il tarixədək əmək münasibətlərində olmuşdur. Həmin müəssisə ilə əmək münasibətlərində olduğu dövrlərdə iddiaçı 1986-1996-cı il tarixləri aralığında hər ay müntəzəm olaraq əmək haqqı almışdır. Arxiv arayışında iddiaçıya əmək haqqının verilməsində 1997-ci ilin may ayından başlayaraq dayandırılmanın olduğu müşahidə edilir. Əmək haqqının 1997-ci ilin may ayından dekabr ayına qədər, (iş vər 145), eləcə də 2000-ci ilin fevral ayından avqustun 15dək dayandırılma əsası (iş vər 147) iddiaçının müəssisənin müvafiq olaraq 01 may 1997-ci il tarixli və 25 fevral 2000-ci il tarixli əmrləri ilə ödənişsiz məzuniyyətə buraxılması ilə əlaqədardır. 32. 1999-cu ildə 4 ay müddətində iddiaçı əmək haqqı almış, qalan müddətdə isə ödənişsiz məzuniyyətdə olmuşdur. 4 ay müddətdə əmək haqqı aldığına görə bu dövr onun ümumi stajına daxil edilməlidir. Əmək Məcəl ləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Odur ki, 1999-cu ildə ödənişsiz məzuniyyətdə olan dövrün 6 ay hissəsi iddiaçının ümumi stajına daxil edilməlidir.
33. Bundan əlavə, "xxxx" ASC tərəfindən təqdim edilmiş arxiv arayışında olan 01k saylı, 4 yanvar 1998-ci il tarixli əmrdən görünür ki, iddiaçı ərizəsinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Qanunun tələbinə görə şəxsin əmək məzuniyyətində olduğu dövr onun əmək stajına daxil edilir. Bu səbəbdən həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir.
34. Beləlik lə, bu qərarın tətbiq olunan hüquq bölməsində sadalanan hüquq normalarına görə yuxarıda qeyd edilən dövrlər üzrə iddianın təmin olunması hissəsində apelyasiya məhkəməsi haqlı olduğundan kassasiya şikayətinin dəlilləri bu hissədə təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Bununla belə işdə olan sənədlərdən görünür ki, ki, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan müddətdə iddiaçı ödənişsiz məzuniyyətdə olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik aktlarına görə bu dövr iddiaçının ümumi stajına daxil edilə bilməz.
36. Odur ki, bu hissədə kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apelyasiya məhkəməsinin qərarı ləğv edil məli, iddia təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3198/2023 saylı qərarı xx.xx.1997-xx.xx.1997, xx.xx.1998-xx.xx.1998, xx.xx.1999-xx.xx.2000-ci illər nəzərə alınmaqla İddiaçı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.