Məhkəmə qərarları › İş №2-1(102)-484/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-484/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-484/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ iş № 2-1(102)-484/24 (Açar sözlər: əlillik təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlillik təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3073/2023 nömrə li qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 7 noyabr 2008-ci il tarixli, 28 oktyabr 2014-cü il tarixli, Bakı Lökbatan Tibb Mərkəzinin 16 oktyabr 2015-ci il tarixli göndərişləri əsasında baxılaraq keçirilmiş qapalı kəllə beyin travması diaqnozu ilə üçüncü dərəcə əlillik verilmişdir.

2. Elektron təyinatla 24 oktyabr 2016-cı il tarixli göndəriş əsasında əlillik vəziyyətinə baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, baş beynin silkələnməsi diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir.

3. Sonuncu dəfə 19 saylı Birləşdirilmiş Şəhər X əstəxanasının 16 oktyabr 2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və tam reabilitasiya olması səbəbi ilə əlillik təyin edilməsindən 2021-ci ildə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci il tarixdə Lerik rayonunda doğulmuş, Rusiya Federasiyasında Ali Polis Məktəbini bitirmiş, 1992-ci ildə Rusiya Federasiyası Sverdlovski vilayətində penitensiar sahədə xidmət etmişdir. Erməni təcavüzü ilə əlaqədar işdən ayrı laraq Azərbaycana gəlmiş, 1993-cü ildə Bakı şəhəri Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. İşğal olunmuş torpaqlarımız uğurunda müharibədə iştirak etmişdir. O, döyüş zonasında hərbi xidmət keçərkən 31 yanvar 1994-cü il tarixdə güllə yarası almış, 02 fevral 1994-cü il tarixdən 24 fevral 1994-cü il tarixədək N saylı hərbi hissədə “Başın alın nahiyəsinin odlu silahla kor qəlpə yarası, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” diaqnozu ilə müalicə olunmuşdur. 15 gün koma vəziyyətdə (lal, kar, kəkələmək) olmuşdur. İllərdir bundan əziyyət çəkir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29 aprel 2008-ci il tarixli 173 saylı qərarı olmaqla, aldığı xəsarət hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi za manı alınmışdır. Baş beyin silkələnməsi, keçirilmiş kəllə beyin travması-beyin silkələnməsinin qalıqları, posttravmatik ensofalopatiya diaqnozu ilə ona üçüncü qrup kimi əlillik müəyyən edilmişdir. Üçüncü qrup əlil kimi pensiya almış, son günlər onun pensiyası ləğv edilmişdir. Səbəb isə, tam reabilitasiya olunması olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının gəldiyi nəticə tamamilə səhvdir. Belə ki, onda daima baş ağrıları olur, bəzən saatlarla huşsuz vəziyyətdə qalır. Daima həkim müalicələri və dərman qəbul edir. Hazırda pensiyasının kəsilməsi səbəbindən müalicə və dərmanlarını ala bilmir və vəziyyəti getdikcə ağırlaşır. Eyni zamanda, bir övladı 3-cü qrup epilepsiya xəstəsidir. Tez-tez tutmalar olur. Ona da müntəzəm müalicə lazımdır ki, həyati təhlükəsi olmasın. Pensiyadan məhrum edilməsi isə, onun, eləcə də övladının müalicələrinin dayandırılmasına səbəb olur. Mütəmadi müalicə olmasa, sağlamlığında ciddi dəyişiklik yarana bilər.

6. Cavabdeh iddia tələbinə yazılı etirazını qərarın 1-4-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müə yyən olunması meyarları” na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müə yyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini alts istemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-785/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Təcrübi və Tədris Birliyinin 14 mart 2023-cü il tarixli T 117/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1962-ci il təvəllüdlü id diaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişləri tam doldurulmuşdur. Göndərişlərə əsasən müalicələrin qısa müddətdə olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi hallarının müəyyən edilib-edilməməsi yalnız stasionarlarda adına açılmış xəstəlik tarixlərinin əslinin öyrənilməsi yolu ilə konkret həll oluna bilər. Lakin göndərişlərdə qeyd edilən diaqnozlar şəxsin müayinə və müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və xəstəliyinin dinamikası, klinik proqnozu qənaətbəxş olmuş dur. İddiaçı 2 saylı Psixiatriya Xəstəxanasına əyani müayinəyə göndərilərkən ona “baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə - F07.0: F07.8; F06.7; F06.0” diaqnozu qoyulmuşdur. Həmin xəstəliklərin müalicə ilə tam sağalmırlar. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. İddiaçının qeyd edilən xəstəliklərlə əlaqədar hazırda əlavə bərpa müal icəsinə heç bir zərurət yoxdur.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-785/2023 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bir neçə il əvvəllər qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh inzibati orqan əlillik vəziyyətinin təkrar qiymətləndirilmə si zamanı tətbiq etdi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İş materiallarında olan müvafiq tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə (forma-88) onda əsas yanaşı xəstəlik kimi də olsa, XBT 10 kodu F48 “Digər neqativ pozğunluqlar. Yüngül koqnitiv pozuntu” müəyyən olunduğu göstərilmişdir. Hansı ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu yarımbəndinə görə bu xəstəlik üçüncü dərəcə əlilliyə əsas verir. Nəzərə alınmalıdır ki, qanunvericilik normalarına görə şəxsə əlilliyin təyinatında xəstəlik, travma və qüsurların dairəsini konkret müəyyən edilmiş, lakin bu xəstəliklərin “əsas diaqnoz” üzrə deyil, “yanaşı” olmaqla dam etməsi şəxsə əlillik dərəcəsinin təyin edilməsini istisna etmir. Odur ki, iddiaçıda müayinə zamanı müvafiq tibb müəssisəsi tərəfindən “Digər neqativ pozğunluqlar. Yüngül koqnitiv pozuntu” xəstəliyi (XBT 10 kodu F48) aşkar olunması, ona üçüncü dərəcə əlillik təyinatını şərtləndirir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09. 2023-cü il tarixli, 21(103)-3073/2023 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-785/2023 nömrəli qərarı dəy işdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıda olan xəstəlik Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyin oluna bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını x ahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Re spublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Bənd 2.2. Üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.3.9. Üçü ncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9).

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 2.4. Tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə AR Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqd an sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırıl mış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları il ə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. İşin hallarından göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 7 noyabr 2008-ci il tarixli, 28 oktyabr 2014-cü il tarixli, Bakı Lökbatan Tibb Mərkəzinin 16 oktyabr 2015-ci il tarixli göndərişləri əsasında baxılaraq keçirilmiş qapalı kəllə beyin travması diaqnozu ilə üçüncü dərəcə əlillik verilmişdir.

26. Göründüyü kimi, iddiaçıya sonuncu dəfə 2021-ci il tarixdə əlilliyin təyinatından imtina verilmiş, səbəb olaraq tam reabilitasiya olunmalı olduğu bildirilmişdir. Lakin, iş materiallarından da görünür ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndəri şdə (forma-88) onda əsas yanaşı xəstəlik kimi də olsa, XBT 10 kodu F48 “Digər neqativ pozğunluqlar. Yüngül koqnitiv pozuntu” müəyyən olunduğu göstərilmişdir. 27. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu yarımbəndinə əsasən bu xəstəlik üçüncü dərəcə əlilliyə əsas verdiyindən, həmin xəstəliklərə görə iddiaçıya cavabdeh tərəfindən əlillik təyin edilmişdir. Təkrar müayinə zamanı isə cavabdeh iddiaçıda əvvəllər mövcud olmuş xəstəliklər davam etməsinə baxmayaraq, iddiaçıya əlilliyin təyinindən imtina etmişdir.

28. Aşağı instansiya məhkəmələri düzgün olaraq göstərmişlər ki. əvvəllər qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zaman ı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. 29. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3073/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar