Məhkəmə qərarları › İş №2-1(102)-484/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-484/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-484/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair qeydiyyatın ləğv edilməsi) 26.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “müvafiq mənzilə dair aparılmış reyestr qeydiyyatının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(107)-526/2024 nömrəli qərarından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli sərəncamına əsasən, Balakən şəhəri, S.Vurğun küçəsində yaşayış binasının tikintisi üçün 3000 kv.m torpaq sahəsinin "xxxx" MMC-yə alqı-satqı əsasında satılması qərara alınmışdır.

2. Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 79 nömrəli sərəncamına əsasən, "xxxx" MMC-yə RİH-nin Memarlıq və tikinti bölməsi ilə razılaşdırılmış və xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmiş layihə əsasında Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binası nın tikintisinə icazə verilmişdir.

3. Balakən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli, 542/1 nömrəli məktubdan görünür ki, sözügedən MMC-dən Balakən şəhəri, S.Vurğun (hazırda N.Nərimanov) küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dörd otaqlı bir mənzilin rayon İcra Hakimiyyətinə ayrılması xahiş edilmişdir.

4. Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamından görünür ki, Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil məsələləri üzrə ictimai komissiya "xxxx" MMC-nin xx.xx.2008-ci il tarixli, 31 nömrəli məktubunu nəzərə alaraq "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixli, 542/1 nömrəli məktub əsasında Balakən rayon İcra Hakimiyyətinə ayrılmış mənzilin iddiaçıya ayrılmasını təklif etmiş, Balakən şəhəri, S.Vurğun (hazırda N.Nərimanov) küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv.m olan 40 nömrəli mənzil həmin sərəncamla iddiaçıya verilmişdir. Sərəncam əsasında iddiaçının adına xx.xx.2008-ci il tarixli, 000013 nömrəli order tərtib edilmişdir.

5. Balakən rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 2010-cu il tarixli “Tikintisi başa çatdırılmış Balakən şəhərində 60 mənzilli yaşayış evinin istismara buraxılması haqqında” Dövlət Qəbul Komissiyasının aktına əsasən, Balakən şəhərində 60 mənzilli yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır.

6. Həmin bina xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. İddiaçı cavabdehə müraciə t edərək, ünvan 2 ünvanında yerləşən çoxmənzilli binaya dair "xxxx" MMC-nin adına aparılmış qeydiyyatın həmin binada yerləşən sahəsi 116 kv.m olan 40 nömrəli mənzilə dair hissədə ləğv olunmasını xahiş etmişdir.

8. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyildir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyya t tarixi xx.xx.2018ci il, qeydiyyat nömrəsi **********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 kv.m-dən ibarət olan 40 nömrəli mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2000-ci ildən Balakən rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar həmin rayona tez-tez gəlməsi, həmçinin bu rayonda mənzilinin olmaması ilə əlaqədar Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı ilə onun "xxxx" MMC tərəfindən Balakən şəhəri, S.Vurğun küçəsində inşa olunmuş hündürmərtəbəli, çoxmənzilli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 40 nömrəli mən zillə təmin edilməsi qərara alınmış və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq onun adına xx.xx.2008-ci il tarixli, 000013 nömrəli order verilmişdir. Sözügedən mənzil iddiaçıya verildikdən sonra onun tərəfindən tam təmir edilməklə, zəruri olan mebel və digər məişət avadanlıqları ilə də təchiz olunmuşdur və müvafiq kommunal və digər ödənişlər edilməklə faktiki olaraq istifadə olunur. İddiaçı tərəfindən sözügedən mənzilə dair hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq addımlar atılsa da, hər dəfə bildirilmişdir ki, mənzilinin də daxil olduğu hündürmərtəbəli, çoxmənzilli binanın istismarına dair aidiyyəti dövlət orqanları tərəfindən müvafiq icazə verilmədiyindən mənzil üzərindəki hüquqların dövlət reyestrinə daxil edilməsi mümkün de yildir. Bir müddət əvvəl iddiaçının da mənzilinin daxil olduğu çoxmənzilli, hündürmərtəbəli binaya dair "xxxx" MMC-nin adına ümumilikdə reyestrdən çıxarış verildiyi barədə şifahi məlumat aldıqdan sonra, onun tərəfindən bu məlumatın dəqiqləşdirilməsi məqsədi ilə vəkili vasitəsi ilə cavabdehə müvafiq sorğu verilmişdir. Həmin sorğuya verilən cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən mənzilin daxil olduğu hündürmərtəbəli binanın yeni ünvanı Balakən şəhəri, N.Nərimanov küçəsi, bina 93 olaraq dəyişdirilməklə həmin bina xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 01 saylı reyestr kitabının 1-ci səhifəsində "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə müraciət edərək, "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qey diyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi **********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) sözügedən mənzilə dair hissədə ləğv olunmasını xahiş etmiş, lakin bu xahişi cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə "xxxx" MMC zəruri, Balakən rayon İcra Hakimiyyəti isə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

12. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.

13. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 02 noyabr 2023-cü il tarixli, e-2-1(116)-252/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə ünvan 2 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi **********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) iddiaçının adına order verilmiş mənzilə dair hissəsinin (hazırkı ünvan 5 ləğv olunması öhdəliyi qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamına əsasən Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, birgirişli yaşayış binasının 8-ci mərtəbəsində 116 kv.m yaşayış sahəsi olan 40 nömrəli mənzil iddiaçıya verilmişdir. Sərəncam əsasında xx.xx.2008-ci il tarixli, 000013 nömrəli order iddiaçının adına tərtib edilmişdir. İddiaçı tərəfindən mənzil təmir etdirilmiş və onun istifadəsində olmuşdur. Üçüncü şəxs "xxxx " MMC tərəfindən 15 ildən artıq müddət ərzində sözügedən sərəncam və order, həmçinin, iddiaçının həmin mənzildən istifadəsi mübahisələndirilməmişdir. Verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, sözügedən sərəncam ləğv edilməmiş, order hazırda da qüvvədədir. Cavabdeh inzibati orqan tərəfindən order nəzərə alınmadan həmin mənzil üzərində üçüncü şəxs "xxxx" MMC-nin adına qeydiyyat aparılmışdır.

15. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Elçin Hüseynov) 24 yanvar 2024cü il tarixli, 2-1(107)-67/2024 nömrəli qərarı il ə üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəll əsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Qeyd olunan normalara əsasən, yalnız dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa verilən order yaşayış sahəsinə köçmək üçün yeganə əsas kimi müəyyən edilmişdir. Lakin mübahisə predmeti olan mənzilin yerləşdiyi torpaq sahəsi həmin dövrdə bələdiyyə tərəfindən "xxxx" MMC-yə satılmış, Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 79 nömrəli sərəncamı ilə Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binas ının tikintisinin RİH-nin Memarlıq və tikinti bölməsi ilə razılaşdırılaraq xx.xx.2007-ci ildə qeydiyyatdan keçmiş layihə əsasında aparılmasına icazə verilmişdir. RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mənzil "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan mənzil "xxxx" MMC-nin mülkiyyətində olduğundan cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəmə sinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1532/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi, ilk növbədə nəzərə almalı idi ki, Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı, onun məzmunundan da göründüyü kimi, sərəncamda bilavasitə istinad edilən, habelə bilavasitə istinad olunmasa belə, faktiki hallar əsasında qəbul edilmişdir. Başqa sözlə, İcra Hakimiyyəti bunun üçün müqəddəm şərtlərin (o cümlədən, tikinti sahibinin – üçüncü şəxsin razılığının) mövcudluğunda hazırkı məzmunda sərəncam verə bilərdi. Həmin sərəncamda da üçüncü şəxsin məktubuna istinad edilir. Digər tərəfdən, işin materiallarında İcra Hakimiyyətinin üçüncü şəxsə (tikinti sahibinə) yazılı müraciəti mövcuddur. Sərəncamda istinad edilən məktubun sərəncamın verildiyi vaxtda mövcud olduğunu İcra Hakimiyyəti də təsdiq edir. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin İcra Hakimiyyətinin sərəncamına verilməsinə dair dəlilləri işdəki digər sübutlarla birlikdə tam və hərtərəfli araşdırdıqdan sonra onları qiymətləndirməli idi. Hazırkı halda, bu, baş verməmişdir.

21. Bu zaman, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərlə yerli icra hakimiyyəti orqanları arasında for malaşmış praktika da nəzərdən qaçırılmalı deyil. Belə praktika normativ qaydada 1982-ci il Mənzil Məcəlləsinin 24-cü maddəsində, lakin dövlət əsaslı vəsait hesabına tikilmiş yeni evlərdə mənzil sahəsinin bir hissəsinin məskunlaşdırılmaq üçün evtikənlər tərəfindən yerli xalq deputatları sovetlərinin icraiyyə komitələrinə və başqa təşkilatlara verilməsi tənzimlənmiş, bina tikintisi fəaliyyətinin sahibkarlıq subyektləri tərəfindən həyata keçirildiyi vaxtdan isə həmin praktika qeyri-dövlət əsaslı vəsait hesabına tikilmiş yeni binalara da şamil edilmiş və hal-hazırda da bu praktika davam etməkdədir. Bu qənaət, həmçinin ondan irəli gəlir ki, qanunverici məhz həmin praktikanı nəzərə almaqla bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-ya şayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələri vergiyə cəlb olunan gəlir hesab etmir, həmçinin həmin şəxslər tərəfindən dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəfləri gəlirdən çıxılan xərclərə aid edir (Vergi Məcəlləsinin 13.2.12, 108.3 və 164.1.47-ci maddələri).

22. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən sərəncam və onun əsasında iddiaçının adına verilmiş xx.xx.2008-ci il tarixli, 000013 nömrəli order hal-hazırda da qüvvədədir, hər hansı əsasla ləğv edilməmiş, etibarsız hesab olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, həmin sərəncam və order "xxxx" MMC tərəfindən 14 ildən sonra məhkəmə qaydasında mübahisələndirilmiş, lakin iddia qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mümkün sa yılmamışdır.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların və izahat verməmələrinin üzərindən sükutla keçə bilməz. Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamının qəbulu üçün səbəb və əsasların mövcudluğuna, bunun ardınca, binanın istismara verildiyi vaxtdan iddia olunan mənzilin iddiaçının istifadəsində olması, mənzilin onun tərəfindən təmir olunması və kommunal ödənişlərin edilməsi (bu fakt Balakən rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur), sərəncam və orderin verildiyi 2008-ci ildən üçüncü şəxs "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydə alındığı 20 18-ci ilədək həmin MMC-nin sərəncama, orderə və iddiaçının mənzilə sahiblik faktına hər hansı etiraz və şikayətinin olmadığına dair iddiaçı tərəfin dəlilləri araşdırma predmeti olmamış, məhkəmə qərarında həmin dəlillərə hər hansı münasibət bildirilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Tural Həsənov /sədrlik edə n və məruzəçi/, Əyyub Kərimov və Günay Cavadova) 01 oktyabr 2024-cü il tarixli, 2-1(107)-526/2024 nömrəli qərarı ilə üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin edərək məhkəmə iclasında iştirakını təmin etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 2, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın 8-ci mərtəbəsində yerləşən 116 kv.m yaşayış sahəsi olan 40 nömrəli mənzil istismara verildiyi vaxtdan iddiaçı tərəfindən istifadə edilir, həmin mənzil iddiaçıya təqdim edilərkən təmirsiz şəkildə təhvil verilmiş, iddiaçı həmin mənzili öz hesabına təmir etdirdikdən sonra oradan istifadə etmiş, həmin mənzilə dair bütün kommunal xərclər (bu fakt Balakən rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur) də onun tərəfindən ödənilmişdir. Sərəncam və orderin verildiyi 2008-ci ildən üçüncü şəxs "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydə alındığı 2018-ci ilədək həmin MMC-nin sərəncama, orderə və iddiaçının mənzilə sahiblik faktına hər hansı etiraz və şikayəti olmamışdır. Yalnız ümumi binaya dair mülkiyyət hüququ qeydə alındıqdan sonra tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Balakən rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı və həmin sərəncam əsasında v erilmiş xx.xx.2008-ci il tarixli, 000013 nömrəli order üçüncü şəxs "xxxx" MMC tərəfindən mübahisələndirilsə də, sözügedən sərəncam və onun əsasında iddiaçının adına verilmiş order hal-hazırda da qüvvədədir, hər hansı əsasla ləğv edilməmiş, etibarsız hesab olunmamışdır. İddia qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mümkün sayılmamış, qərardad qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd edilən hallar, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatları ilə də öz təsdiqini tapmışdır.

26. Bundan əlavə, Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı, onun məzmunundan da göründüyü kimi, sərəncamda bilavasitə istinad edilən, habelə bilavasitə istinad olunmasa belə, faktiki hallar əsasında qəbul edilmişdir. Başqa sözlə, İcra Hakimiyyəti bunun üçün üçüncü şəxsin razılığının mövcudluğunda hazırkı məzmunda sərəncam verə bilərdi. Həmin Sərəncamda da üçüncü şəxsin məktubuna istinad edilir. Digər tərəfdən, işin materiallarında İcra Hakimiyyətinin üçüncü şəxsə (tikinti sahibinə) yazılı müraciəti mövcuddur. Sərəncamda istinad edilən məktubun sərəncamın verildiyi vaxtda mövcud olduğunu Balakən rayon İcra Hakimiyyəti də təsdiq edir.

27. Üçüncü şəxs "xxxx" MMC kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

28. Üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst s urətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli, 979-X nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüşdür) Maddə

24. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti dövlət əsaslı vəsaiti hesabına tikilmiş yeni evlərdə mənzil sahəsinin bir hissəsinin məskunlaşdırılmaq üçün evtikənlər tərəfindən yerli xalq d eputatları sovetlərinin icraiyyə komitələrinə və başqa təşkilatlara verilməsinin əsaslarını və şərtlərini, habelə verilən mənzil sahəsinin ölçüsünü müəyyən etmək ixtiyarına malikdir. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqla rın əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan s ənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsas landırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı i nstansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ünvan 2 (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli bina üzərində mülkiyyət hüququna dair üçüncü şəxs "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın iddiaçıya ayrılmış mənzilə dair hissədə ləğv olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(107)-526/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar