Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-485/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “güzəştli şətlərlə əmək pensiyasının hesablanıb təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 04.11.1976-11.09.1978-ci il tarixləri arasında üzümçülük sovxozunda fəhlə, 03.02.1978-19.07.1979-cu il tarxləri arasında dezinfektor, 02.02.1993-29.09.1994-cü il tarixləri arasında mühasib, 07.10.1994-02.10.1996-cı il tarixləri arasında suyun kimyəvi təmizlənməsi üzrə aparatçı peşəsində, 02.10.1996-11.12.1997-ci il tarixləri arasında qazanlar üzrə maşinist, 11.12.1997-01.05.2006-cı il tarixləri arasında qazanxana maşinisti, 01.05.2006-cı il tarixdən baş əməliyyatçı peşəsində işləyir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə müraciət edəərk ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 03.05.2018-ci il tarixli **/**-**** saylı məktubla bildirmişdir ki, iddiaçının tələb olunan 10 il güzəştli iş stajı yoxdur. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02.10.1996-cı ildən 01.05.2006-cı ilədək işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq (01.07.2017-ci il tarixinə kimi qüvvədə olmuş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbl əğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2571/2018 saylı, 08.06.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2571/2018 saylı, 08.06.2018-ci il tarixli qərarından cavabdeh apellyaisya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnizbati-İqtisadi Məhkəməsinin 2-1(82)-2571/2018 saylı, 08.06.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi “dezinfektor” və “qazan maşinisti” peşə ləri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid olduğundan iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 10 il güzəştli iş stajı tələb olunur. Lakin iddiaçının tələb olunan iş stajı yoxdur. Kassator Mülki Prosessual Məcəllənin 416, 417.1.5, 418, 419-cu maddələrinə, İnzibati Prosessual Məcəllənin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin r ədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 04.11.1976-11.09.1978-ci il tarixləri arasında üzümçülük sovxozunda fəhlə, 03.02.197819.07.1979-cu il tarxləri arasında dezinfektor, 02.02.1993-29.09.1994-cü il tarixləri arasında mühasib, 07.10.1994-02.10.1996-cı il tarixləri arasında suyun kimyəvi təmizlənməsi üzrə aparatçı peşəsində, 02.10.1996-11.12.1997-ci il tarixləri arasında qazanlar üzrə maşinist, 11.12.199701.05.2006-cı il tarixləri arasında qazanxana maşinisti, 01.05.2006-cı il tarixdən baş əməliyyatçı peşəsində işləyir. Hazırkı iş üzrə cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasının əsasını iddiaçının tələb olunan 10 il güzəştli iş stajının olmaması təşkil edir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi “dezinfektor” və “qazanxana maşinisti” peşələrinin güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən peşələrə aid olduğunu qeyd etsə də, öz qərarının əsasland ırma hissəsində yalnız “qazanxana maşinisti” peşəsinin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalarların, peşələrin, göstəricilərin” Siyahısındakı koduna istinad etmiş, “dezinfektor” peşəsinin güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən peşələrə aid olmasına dair mövqeyini əsaslandırmamışdır. Halbuki, iddiaçının qazanxana maşinisti kimi işlədiyi müddət 09 il 06 ay 29 gün təşkil edir və bu müddət güzəştli şərtlərlə yaaş görə pensiyanın təyin edilməsi üçün kifayət etmir. Bundan əlavə, qeyd olunmalıdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həmçinin ümumi iş stajı da tələb olunur (20 il) ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə dair iddia tələbini təmin edərkə n iddiaçının ümumi stajının kifayət edib–etməməsi məsələsinə hüquqi qiymət verməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 96.5.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-485/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-485/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver