Məhkəmə qərarları › İş №2-1(102)-485/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-485/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-485/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxslərin dövlət reyestrindəki qeydlərdə dəyişiklik edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxsləri n Dövlət Qeydiyyatı İdarəsinə (üçüncü şəxslər X4 və “X1” MMC) qarşı “hüquqi şəxslərin dövlət reyestrindən qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2403/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli, **********489300 nömrəli qərarı ilə “X1” MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, cəmiyyətin direktor dəyişikliyi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar qeydiyyat orqanına təqdim edilmiş sənədlər tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş sənədlər araşdırılarkən ərizəni imzalayan şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, araşdırma zamanı yeni təyin olunan direktorun idarəyə təqdim olunmuş şəxsiyyətini təsdiq edən sənədin surətinin etibarsız olması müəyyən edilmişdir. Həmçinin ərizəyə əlavə edilmiş protokol və əmrin surətlərinin düzgünlüyü notarius tərəfindən təsdiq edilərkən Nazirlər Kabinetinin 07 aprel 2016-cı il tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmiş 33 nömrəli formanın tələblərinə riayət edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabde hə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı hüquqi şəxslərin dövlət reyestrindən “X1” MMC-nin direktoru olması barədə qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.2007-ci ildə iddiaçının yaxın qohumu və onun tanışları “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) adında hüquqi şəxs yaratmış və əlli faiz (20 manat) iddiaçının, əlli faiz (20 manat) X2 təsisçi payı əsasında xx.xx.2007-ci il t arixdə Cəmiyyəti qeydiyyata aldırmışlar. Yaşının az olmasından istifadə edərək həmin şəxslər tərəfindən cəmiyyətin təsisçisi kimi iddiaçını qeydiyyatdan keçirməklə yanaşı, eyni zamanda Ümumi Yığıncağın xx.xx.2007-ci il tarixli qərarına əsasən onu həmin Cəmiyyətə direktor vəzifəsinə təyin etmişlər. Daha sonra “X1” MMC-nin təsisçilərinin Ümumi Yığıncağının 01 iyun 2007-ci il tarixli qərarına və xx.xx.2007-ci il tarixli, 05/K saylı əmrinə əsasən iddiaçı direktor vəzifəsindən azad edilmiş, cəmiyyətin direktoru vəzifəsinə X4 təyin edilmişdir. Bundan sonra bağlanan müqavilələrə və digər sənədlərə yeni təyin edilmiş direktor X4 imza etmişdir. Xüsusilə də iddiaçıda olan 23 iyun 2008-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, müqaviləni MMC-nin direktoru kimi Ə.Ə.Aslanov imzalamışdır. Lakin C əmiyyət tərəfindən müvafiq sənədlərin qeydiyyat orqanına təqdim edilməməsi, formal olaraq direktor vəzifəsinə dəyişikliyin qeydiyyatının aparılmamasına səbəb olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə “kommersiya qrumunun dövlət qeydiyyatı haqqında ərizə“, Cəmiyyətin İştirakçılarının Ümumi Yığıncağının 01 iyun 2007-ci il tarixli qərarını, nümayəndənin etibarnaməsini və digər sənədləri AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edərək "xxxx" İK MMC-nin direktoru vəzifəsi üzrə qeydiyyat məlumatlarında dəyişiklik edilməsi, ümumi yığıncağın qərarını və əmri nəzərə almaqla Cəmiyyətin direktoru vəzifəsi üzrə adının qeydiyyatdan çıxarılması və bu barədə qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi 27 iyul 2022-ci il tarixli, **********489300 nömrəli qərarında qeyd etmişdir ki, Cəmiyyətin reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməlidir. Vergi orqanı əsassız və qanunsuz olaraq müəssisənin direktoru kimi vəzifədən azad olunmağı ilə bağlı qeydiyyat məlumatlarında dəyişik etməkdən imtina etmiş və imtina barədə qərarı kifayət qədər əsaslandıra bilməmişdir.

4. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qanunvericiliyin tələblərinə görə rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməli müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığın cağının qərarının əsli və rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək təqdim edildikdən sonra həyata keçirilir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11767/2022 nörəli, 21 noyabr 2022-ci il tarixli qərardadı ilə X4 və “X1” MMC iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə).

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı hüquqi şəxslərin dövlət reyestrindən “X1” MMC-nin direktoru olması barədə qeydin ləğv edilməsi öhdəliyi cavabdehə həv alə edilmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı “X1” MMC-nin təsisçisi və direktoru olmuşdur. Daha sonra "xxxx" İstirahət Kompleksi MMC-nin təsisçilərinin ümumi yığıncağının 01 iyun 2007- ci il tarixli protokoluna əsasən səsvermə yolu ilə İddiaçı "xxxx" İstirahət Kompleksi MMC-nin tutduğu direktor vəzifəsindən azad edilməsi, X3 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdr. Məhkəmə icraatı zamanı təqdim olunmuş notariat işindən görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə "xxxx" İstirahət Kompleksi MMC ilə 23 iyun 2008-ci il tarixdə ipoteka müqaviləsi bağlandığı vaxtda MMC-nin adından direktor kimi artıq X4 çıxış edirdi ki, bu da öz növbəsində ümumi yığıncaq protokolunun mövcudluğunu, Ə.Ə.Aslanovun "xxxx" İstirahət Kompleksi MMC-nin faktiki direktor olduğunu təsdiq edir. Göründüyü kimi, iddiaçı artıq həmin tarixdən etibarən "xxxx" İstirahət Kompleksi MMC-nin təsisçisi deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinə görə, dəyişiklik olunmasını xahiş edən şəxsin “ərizədə baş vermiş dəyişikliyi göstərmək” və “həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək” vəzifəsi müəyyən olunmuşdur Bu normada göstərilən “dəyişikliyi təsdiq edən sənədlər”in nədən ibarət olması qanunda dəqiqləşdirilməmişdir. Məhkəmə, Azərba ycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli qərara istinad etməklə bildirmişdir ki, cavabdeh inzibati orqan yeni təyin olunan direktorun şəxsiyyətini təsdiq edən sənədin surətinin etibarsız olmasına və əmri imzalayan şəxsin kimliyini müəyyən etmək mümkün olmadığına əsaslanmış, bununla da müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qanunla müəyyən edilməmişdir. Çünki bu sənədlərin təqdim olunması iddiaçının imkanları xaricində ola bilər.

8. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2173/2 023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2403/2023 nömrəli qərarı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən sadəcə ümumi yığıncağının protokolunun surətinin, həmçinin ipoteka müqaviləsinin təqdim edilməsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reye stri haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən cavabdeh üçün aşkar edilmiş çatışmazlığı aradan qaldırmaq vəzifəsi yaradır. İddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qanunla müəyyən edilməmişdir.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 12. “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı eyni zamanda Cəmiyyətin 50 % pay hüququ ilə təsisçisidir. Qanunvericiliyin qeyd olunan müddəaları (Mülki Məcəlləsinin 91.1-4-91.1-6, 91.2, 91.3.2-ci maddələri) “X1" MMC-nın Nizamnaməsində öz əksini tapdığı halda 50 faizdən ç ox səsə malik ümumi yığıncağın iştirakçılarının iradə ifadələrini təsdiq edən sənədə, yəni Cəmiyyətin ümumi yığıncağının qərarına iş materiallarında rast gəlmək mümkün olmamışdır. Başqa sözlə, dövlət reyestrində cəmiyyətin təkbaşına icra orqanının, yəni rəhbərinin dəyişdirilməsi faktı ilk növbədə həmin cəmiyyətin 50 faizdən çox paya malik iştirakçılarının qərarı əsasında təsdiq olunmalı idi. Hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən “X1" MMC-nin 2 təsisçi olmaqla hər biri 50% paya malikdir. Bu isə o deməkdir ki, icra orqanın rəhbərinin dəyişdirilməsi yalnız hər iki təsisçi tərəfindən qəbul edilmiş və imzalanmış qərar əsasında mümkündür. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2007-ci il tarixli protokol isə Cəmiyyətin iştirakçıları tərəfindən həmin tarixdə iclasın keçirilməsi t əsdiq etsə də, onların müzakirə olunan məsələlər üzrə yekun qərarını əks etdirmir və dövlət reyestri məlumatlarına dəyişikliyin edilməsinə heç bir halda əsas vermir. Bakı Apellyasiya Məhkəməsi isə xx.xx.2023-cü il tarixli qərarının əsaslandırıcı hissəsində “X1” MMC-nin rəhbərinin dəyişdirilməsinə dair hüquqi faktın müvcud olduğunu qeyd etsə də, bu "”hüquqi fakt”ın mövcudluğuna dair heç bir əsas, sübut və ya dəlil göstərməmişdir. Beləliklə, məhkəmə təkcə inzibati orqanın qanuni və əsaslı qərarını ləğv etməmiş, həm də Cəmiyyətdə 50% paya malik digər iştirakçının hüquqlarını pozmuş, onun iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş və iradə ifadəsinin olub-olmamasını müəyyən etməmişdir. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.7-ci maddəsinə əsasən qurumun qanuni təmsilçisi barədə məlumat dövlət reyestrinə daxil edilən məlumatdır. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, İddiaçı cəmiyyətin 50 % pay hüququ ilə təsisçisi olduğu üçün rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi əlaqədar yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim etdiyi halda müvafiq dəyişikliyin edilməsi mümkün olacaqdır. Əks halda qanunvericiliklə Dövlət Vergi Xidmətinin öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi nəzərdə tutulmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2403/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun Maddə

9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıd akı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır.... 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habel ə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Maddə

11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına al ınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə ed ilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakim iyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.... 11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

15. İnzibati Prosessual Məcəllə M addə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qay dasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından İddiaçı hüquqi şəxslərin dövlət reyestrindən “X1” MMC-nin direktoru olması barədə qeydin ləğv edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mö təbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydi yyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. 23. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. 24. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinin tələb etdiyi kimi, iddiaçı özünə münasibətdə “baş vermiş dəyişikliyi” göstərmiş və “həmin dəyişikliyi təsdiq edən sənədləri” təqdim etmiş dir.

25. Belə ki, "xxxx" İstirahət Kompleksi MMC-nin təsisçilərinin ümumi yığıncağının 01 iyun 2007-ci il tarixli protokoluna əsasən səsvermə yolu ilə İddiaçı "xxxx" İstirahət Kompleksi MMC-nin tutduğu direktor vəzifəsindən azad edilməsi, X3 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Qərarda cavabdehin bildirdiyinin əksinə əvvəlki direktorun işdən azad edildiyi və yeni direktorun təyin edilməsi ilə bağlı məsələ həll olunmuşdur. Bundan başqa, həmin qərar ümumi yığıncağın qərarı olmaqla orada qeyd olunan məsələni həll etməyə səlahiyyətli orqan tərəfindən qəbul edilmişdir. Ümumi yığıncağın sözügedən qərarını mötəbər sübut kimi qəbul etməməyə hər hansı əsas da müəyyən edilmir. Çünki işdəki həmin qərar notarial qaydada təsdiq edilmişdir, eləcə də məhkəmə icraatı zamanı təqdim olunmuş notariat işindən görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə "xxxx" İstirahət Kompleksi MMC ilə 23 iyun 2008-ci il tarixdə ipoteka müqaviləsi bağlandığı vaxtda MMC-nin adından direktor kimi artıq X4 çıxış edirdi ki, bu da öz növbəsində ümumi yığıncaq protokolunun mövcudluğunu, Ə.Ə.Aslanovun "xxxx" İstirahət Kompleksi MMC-nin faktiki direktor olduğunu təsdiq edir.

26. İmtina qərarının əsası həm də ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlər araşdırılarkən ərizəni imzalayan şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır, eləcə də yeni təyin olunan direktorun idarəyə təqdim olunmuş şəxsiyyətini təsdiq edən sənədin surətinin etibarsız olması müəyyən edilmişdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, iş materiallarından müəyyən olunur ki, qeydiyyat məlu matlarında dəyişiklik edilməsi ilə bağlı cavabdehə müraciət məhz iddiaçı tərəfindən edilmişdir. Nəzərə almaq lazımdır ki, hüquqi şəxsin özünün müraciət etməməsi iddiaçını bununla bağlı inzibati orqana və daha sonra məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Belə ki, onun hüquq və vəzifələri ilə bağlı məsələ həll olunduğu üçün iddiaçının hazırkı məzmunda iddia irəli sürmək hüququ tanınmalıdır. Yeni təyin olunan direktorun idarəyə təqdim olunmuş şəxsiyyətini təsdiq edən sənədin surətinin etibarsız olması iddianın rədd edilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki, qanunvericilikdə imtina əsası kimi bu hal nəzərdə tutulmamışdır. İddiaçıdan yalnız baş vermiş dəyişikliyi təsdiq edən sənədlərin təqdim edilməsi tələb oluna bilər ki, hazırkı iş üzrə bu sənədlərin mövcudluğu və cavabdehə təqdim edildiyi təsdiq edilir. 27. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız həmin hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. İddiaçıya münasibətdə imtina üçün qanunda nəzərdə tutulan hallar mövcud olmamışdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2403/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar