Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-486/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın 20 sentyabr 2008-ci ildən yenidən hesablanması və yaranacaq f ərqin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2590/2018 saylı, 25 oktyabr 2018-cı il qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əvvəllər işlədiyi dövr üzrə Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq tikinti sənaye üzrə işçilərin orta aylıq əmək haqqının 385,8 manat olması nəzərə alınmaqla pensiyanın 20 sentyabr 2008-ci ildən yenidən hesablanması və pensiya məbləğinin 20 sentyabr 2008-ci il tarixdən hazırkı vaxta qədər yaranmış fərqin hesablanıb ödənilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-3148/2017 saylı iş) 29 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5məruzəçi, X3 və X4, 2-1(103)-2590/2018 saylı iş) 25 oktyabr 2018-cı il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya icraatına qəbul edilməkdən imtina edilmişdir. Cavabdeh 13 noyabr 2018-ci il tarixdə qərardadı surətini almış, 20 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etm işdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya şikayəti üzrə prosessual müddət pozulmuşdur. İnzibati orqan tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması səbəbi üzrlüdür və buna görə müddət bərpa edilməlidir. Birinci instansiya məhkəməsi 29 iyun 2017-ci il tarixdə qərar qəbul etsə də, sonrakı araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edilmişdir. Buna görə də apellyasiya şikayəti verilmişdir. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinin məzmununa istinad edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qəra r qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı n təmin edilməsi barədə 29 iyun 2017-ci il tarixli qərar qəbul etmiş və qərarın surətini 29 iyun 2017-ci il tarixli məktubla cavabdehə göndərmiş, cavabdeh qərarın surətini alması barədə həmin məktubun surətinə qeyd, imza etmiş və daxilolma ştampını vuraraq qərarın surətini almışdır, məktubda onun alınma tarixi qeyd edilməmişdir. Bundan başqa, cavabdeh məhkəməyə göndərdiyi 8 avqust 2017-ci il tarixli məktubunda məhkəmənin 2-1(82)-3148/17 saylı iş üzrə 1 avqust 2017-ci il tarixli qərarının tərəfimizdən icra edildiyi qeyd olunmuşdur. Cavabdehin bu məktubunda məhkəmənin 1 avqust 2017-ci il tarixli qərarının icra edildiyi qeyd edilmiş, mübahisə olunan qərarın tarixi isə 1 avqust 2017-ci il deyil, 29 iyun 2017-ci il olmuşdur. İşdə olan sənədlərlə birinci instansiya məhkəməsinin 29 iyun 2017-ci i l tarixli qərarının cavabdehə nə vaxt təqdim edilməsi təsdiq edilmir. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayə t verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin mübahisə açdığı birinci instansiya məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarının cavabdehə təqdim edilməsi işdə olan sənədlərlə təsdiq edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İşə təkrar baxılan zaman cavabdehin apellyasiya şikayətində qeyd edilən hal-qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması barədə şikayət dəqiqləşdirilməli, cavabdehin apellyasiya şikayəti, yoxsa mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməli olması barədə dəlili araşdırılmalıdır. Cavabdeh şikayətində apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Tələbin bu hissəsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan şikayət bu hissədə təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2590/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-486/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-486/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver