Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-486/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sənədlərin təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı sənədlərin verilməsindən imtinanın qanunsuz hesab edilməsi, sənədlərin təqdim edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibat i iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2-1(103)-1202/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Maliyyə X5 üzərinə onun sərəncamında olan aşağıdakı sənədlərin - “xxxx” ASC-nin nizamnamə kapitalı, hazırki hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzrlərinin adı, soyadı, atasının adı barədə məlumatları; “xxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil e dildiyi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktı; “xxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktlarla bağlı tərtib edilmiş sənədləri; “xxxx” ASC-nin səhmdar cəmiyyət kimi fəaliyyət göstərdiyi zaman (2014-cü - 2017-ci illər üzrə) tərtib etdiyi illik hesabatları - təsdiq olunmuş surətlərini və məlumatları iddiaçıya təqdim etmək öhdəliyinin qoyulması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və müddətdə səhmdarların ümumi yığıncağını keçirmədiyinə görə “xxxx” ASC-nin rəhbərliyini inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi barədə inzibati aktın qəbul edilməsi və 2018-ci ildə “xxxx” ASC-nin səhmdarların ümumi yığıncağının keçirilməsini nəzarət etmək vəzifəsini Azərbaycan Respublikasının Maliyyə X5 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə 2015-ci ildə Palata tərəfindən “xxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil edilməsi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktın, 2015ci ildə “xxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktlarla bağlı tərtib edilmiş sənədlərin, ”xxxx” ASC-nin 2014-2017-ci illər üzrə illik hesabatlarının, habelə “xxxx” ASC-nin nizamnamə kapitalı, hazırki hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar haqqında sənədl ərin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2-1(181)1975/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə X7 tərəfindən iddiaçıya sənədlərin verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı 2015-ci ildə “xxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlərin, “xxxx” ASCnin 2014-2017-ci illər üzrə emitentin illik idarə hesabatlarının, Cəmiyyətin nizamnamə kapitalı, hüquqi ünvanı və ya olduğu yer, Cəmiyyətin direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvləri barədə məlumatları özündə əks etdirən sənədləri təqdim e tmək vəzifəsinin Azərbaycan Respublikasının Maliyyə X6 tapşırılması, iddia tələbinin qalan - 2015-ci ildə Azərbaycan Respublikasının Maliyyə X5 üzərinə “xxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil edilməsi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktın verilməsi vəzifəsinin qoyulması hissəsində rədd edilməsi qərara alınmışdır.
4. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2213/2018 nömrəli, 16 oktyabr 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(81)-429/2019 nömrəli 05 fevral 2019-cu il tarixli qərarı ilə apelyasiya instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır.
6. İş üzrə qanu ni qüvvəyə minmiş məhkəmə qərarının icrası üçün icra vərəqəsi 22 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.
7. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi “İcra haqqında“ Qanunun 70.4-cü maddəsinə əsasən “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 09 iyul 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli iş üzrə verilmiş 22 aprel 2018-ci il tarixli icra vərəqəsini məhkəməyə qaytarmışdır. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə X5 19.06.2019-cu il tarixli məktubundan görünür ki, “xxxx” ASCyə dair müvafiq sənəd və məlumatlar İddiaçı 15.04.2019-cu il tarixli məktubla göndərilmişdir. “xxxx” ASC tərəfindən 2014-2017-ci illər üzrə illik hesabatlar ilə bağlı məlumatlar Palataya təqdim edilmədiyindən sonuncu barəsində inzibati tənbeh tədbirləri tədbiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Maliyyə X7 tərəfindən mövcud olan bütün sənədlər tələbkara təqdim olunmuş, qalan sənədlər Palatada mövcud olmadığından icra sənədinin həmin hissədə icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. Həmin qərardan tələbkar İddiaçı şikayət vermiş və icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2019-cu il tarixli, 2-1(81)-1975/2018 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) Bakı şəhər Nəsimi rayon İcra və Probasiya şöbəsinin “icrası mümkün ol mayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 09.07.2019-cu il tarixli qərarının ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli iş üzrə verilmiş 22.04.2018-ci il tarixli icra vərəqəsinin icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhər Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır.
10. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11.12.2019-cu il tarixli, 2-1(103)-2713/2019 nömrəli qərardadına əsasən (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və C.Yusifov) cavabdeh və Nəsimi rayon İcra və Probasiya şöbəsinin apelyasiya ş ikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2019-cu il tarixli, 2-1(81)-1975/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-877/20 saylı, 17 mart 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.12.2019-cu il tarixli, 2-1(103)2713/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qə bul etmişdir.
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1202/2020 saylı, 29.09.2020-ci il tarixli qərardadı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), İ.Şirinov və X.Cəmilova) cavabdehin və Nəsimi rayon İcra və Probasiya şöbəsinin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2-1(81)-1975/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
16. K assasiya şikayətində apelyasiya şikayətində əksini tapmış dəlillər təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinin tələbinə uyğun olaraq kommersiya hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Həmçinin, Qanunun 12-ci maddəsində göstərilir ki, hüquqi şəxslərin dövlət reyestri (reyestr) Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılır. Təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar da reyestrə daxil edilən məlumatlar sırasında göstərilmişdir. Bu baxımdan ləğv edilmiş Palata, hazırda isə Mərkəzi Bank müvafiq sənədlərə sahib deyildir və buna görə də məhkəmə qərardadlarının icrası mümkün olmamışdır. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergilər Xidməti ilə işçi qaydasında əlaqə saxlanılaraq aydınlaşdırılmışdır ki, ASC 2016-cı ildən etibarən Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq, fəaliyyətinin 5 il müddətinə dayandırılması ilə bağlı sözügedən quruma rəsmi qaydada müraciət etmişdir. Başqa sözlə, ASC faktiki olaraq 08.08.2021-ci ilədək fəaliyyət göstərməyək, sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Məhkəmə qərardadının əsaslandırma hissəsində qeyd etmişdir ki, Palata “xxxx” ASC-nin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər apararkən, eləcə də ASC səhmlərinin qeydiyyatını n bərpa olunması zamanı cəmiyyədən müvafiq sənədləri qəbul etmiş, ASC-nin rəsmiləri ilə təmasda olmuşdur. Belə olan halda ASC-nin ünvanının Palataya bəlli olmaması inandırıcı və ağlabatan hesab edilmir. Müvafiq hissə ilə əlaqədar qeyd edirik ki, səhmlərin dövriyyədən çıxarılması və ya bərpa olunması ilə əlaqədar əsaslar qanunvericiliklə müəyyən olunmuşdur. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2-1(81)-3864/2018 saylı qərarı əsasında səhmlərin bərpa olunması vəzifəsinin icra edilməsi, emitentin illik hesabatları, o cümlədən hesabata daxil olan məlumatların əldə edilməsi ilə əlaqədar deyildir. Məhkəmənin arqument olaraq qeyd etdiyi kimi ASC-nin rəsmi ünvanının bəlli olmaması əsas kimi çıxış etməmiş, həmin ünvana dəfələrlə inzibati protokol tərtib edilərək gönd ərilməsinə baxmayaraq hesabatlar təqdim edilməmişdir. 16.09.2019-cu il ASC-nin barəsində emitentin idaretmə hesabatlarını təqdim etmədiyi üçün inzibati protokol tərtib edilmiş və baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. 27.09.2019- cu il tarixdə isə məhkəmə ASC-nin 1000 manat cərimə edilməsi barədə qərar çıxarmışdır. Göründüyü kimi, ASC-nin ünvanının bəlli olubolmaması ümumiyyətlə məhkəmə baxışı zamanı mübahisələndirilməmiş, Palata nəzarət qurumu kimi qanunvericiliyə uyğun olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75.3-cü maddəsinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi öz əksini tapmalıdır. Həmin Qanunun 75.12-ci maddəsinə əsasən idarəe tmə hesabatına dair tələblər X8 orqanı tərəfindən müəyyən edilir. Ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 03.02.2016-cı il tarixli 10-q nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ın 2.1.1-ci- 2.1.14-cü yarımbəndlərində emitent tərəfindən illik təqdim edilməli olan məlumatların siyahısı müəyyən edilmişdir. Belə ki, emitentin olduğu yer, emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı illik hesabatın tərkibində təqdim edilməli məlumatlar sırasına daxil edilmişdir. Cəmiyyətin dövlət qeydiyyatı üzrə hüquqi ünvanına Palata tərəfindən 2016-cı və 2017-ci illər ərzində sor ğular və inzibati xəta haqqında icraata başlanılacağı barədə bildirişlər göndərilmiş, lakin həmin məktubların ASC-nə çatdırılması mümkün olmamış və poçt tərəfindən geri qaytarılmışdır. Odur ki, bu hesabatların Palata tərəfindən qanunvericiliklə müəyyən edilən qaydada əldə edilməsi mümkün olmadığından, nəticə etibarilə onun və tərkibindəki məlumatların (olduğu yer, idarəetmə orqanları barədə məlumat və s.) təqdim edilməsi və məhkəmə qərarının icrası da qeyri-mümkün olmuşdur. Apelyasiya məhkəməsi məhz bu halları araşdırmalı olduğu halda mövcud Qərardadda bu məsələlərə toxunmamışdır. b. Kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı təqdim edilən yazılı etirazda məhkəmə qərardadında ifadə olunmuş hüquqi mövqe təkrarlanmışdır. c. Məhkəmə icraatı iştirakçılarının izaha tları
18. İddiaçı məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun izahatı dinlənilmədi.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Prosessual Məcəllə Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi par tiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21. “İcra haqqında” Qanun Maddə
26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.
22. İnzibati Prosessual Məcəllə Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.1 bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qa nununun müvafiq müddəaları tətbiq olunur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsas vermir.
26. Belə ki, icra sənə dinin icrasının mümkün olmaması əsası kimi xxxx” ASC tərəfindən 2014-2017-ci illər üzrə illik hesabatlar ilə bağlı məlumatların Palataya təqdim edilməməsi, Maliyyə X7 tərəfindən mövcud olan bütün sənədlərin tələbkara təqdim olunması, qalan sənədlərin Palatada mövcud olmaması çıxış edir.
27. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2015-ci ildə “xxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlər, “xxxx” ASC-nin 2014-2017-ci illər üzrə illik hesabatlarının, habelə “xxxx” ASC-nin nizamnamə kapitalı, hazırki hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar ictimaiyyət üçün açıq olan və cavabdehdə olan məlumatlardır və cavabdeh də həmin məlumatların onda olmamasını nə iddiaçıya məktublarında, nə də məhkəməyə təqdim etdiyi etirazında göstərməmişdir.
28. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə 04 iyun 2018-ci il tarixli qərarını qəbul edərkən iddiaçının tələb etdiyi sənədlərin məhz cavabdeh X1masını müəyyən etmiş, bununla bağlı cavabdehin iddiaya etirazını əsassız hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.02.2019-cu il tarixli, 2-1(102)-429/2019 saylı qərarında da qeyd edilmişdir ki, cavabdeh iddiaçının tələb etdiyi sənədlərin onda olmasını inkar etməmişdir.
29. Dolayısı ilə, hazırki halda tələb edilən sənədlərin cavabdeh orqanda olubolmaması məsələsi artıq məhkəmə araşdırmasının predmeti olmuş və bu barədə m übahisə öz həllini tapmışdır. Cavabdeh sənədlərin onda olmaması ilə bağlı müvafiq sübutu nə icra sənədi olan məhkəmə qərarının qəbul edildiyi zaman, nə də hazırki icra sənədinin icrası ilə bağlı baxılan mübahisə üzrə təqdim etməmişdir.
30. Cavabdeh Maliyyə X7 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarının icrası ilə bağlı məhkəməyə ünvanlandığı məktublarında, eləcə də nümayəndəsi məhkəməyə verdiyi izahatlarında qeyd etmişdir ki, “xxxx” ASC-nin dövlət qeydiyyatı üzrə hüquqi ünvanına (ünvan 3ci illər ərzində cəmiyyətə sorğular və inzibati xəta haqqında icraata başlanılacağı barədə bildirişlər göndərilmiş, lakin həmin məktubların cəmiyyətə çatdırılması mümkün olmamış və poçt tərəfindən geri qaytarılmışdır. Bununla da Palata tərəfindən həmin illər üzrə cəmiy yətin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır.
31. Halbuki, işdən müəyyən olunur ki, Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin 16 iyul 2015-ci il tarixli arayışına əsasən “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının 30 iyun 2015-ci il tarixli qərarına uyğun olaraq qiymətli kağızlar dövlət reyestrində həmin səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərin dövriyyədən çıxarılması barədə X8 orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində qeydlər aparılmışdır. 32. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2-1(81)3864/2018 saylı qərarı ilə “xxxx” ASC-nin iddia tələbi təmin edilmiş, “xxxx” ASC-nin qiymətli kağızların dövlət reyestrində dövriyyədən çıxarılmış hər birinin nominal dəyəri 0. 50 manat olan 2.291.477 ədəd adi, adlı sənədsiz səhmlərin qeydiyyatının bərpa olunması vəzifəsi cavabdeh Maliyyə X5 üzərinə qoyulmuşdur. 33. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2-1(81)-3864/2018 saylı qərarı Maliyyə X7 tərəfindən icra edilmiş, cəmiyyətin səhmləri bərpa edilmiş və bununla əlaqədar reyestrdə müvafiq qeydlər aparılmışdır.
34. Göründüyü kimi Maliyyə X7 istər “xxxx” ASC-nin səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər apararkən, istərsə də məhkəmənin 26.10.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar “xxxx” ASC-nin səhmlərin qeydiyyatının bərpa olunması zamanı cəmiyyətdən müvafiq sənədləri qəbul etmiş, cəmiyyətin rəsmiləri ilə təmasda olmuşdur. Belə olan halda cavabdehə “xxxx” ASC-nin ünvanının bəlli olmaması, müvafiq sorğulara cavab al ınmasının mümkün olmaması, yaxud cəmiyyətin illik hesabatların tələb edilməsinin unudulması barədə iddialar inandırıcı və ağlabatan hesab edilmir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 21(103)-1202/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.