Məhkəmə qərarları › İş №2-1(102)-486/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-486/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-486/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ümidsiz borc kimi silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc qismində silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-460/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, şəxsi hesab vərəqəsində olan vergi borcunun tələbetmə müddəti ötdüyündən, silinməsini xahiş etmişdir.

2. Cavabdeh 6 yanvar 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, vergilərin dövlət büdcəsinə ödənilməsinin yayındırılması faktı üzrə başlanılmış cinayət işi digər cinayət işi ilə bir icraatda birləşdirilmişdir və hazırda sonuncu cinayət işinin istintaqı davam edir. Cinayət işinin istintaq ı davam etdirildiyindən müraciət nəzərə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə”sində olan 99.164,94 manat, “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat, ümumilikdə isə 139.654,3 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsi hesab vərəqəsində olan borc “Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 5 illik tələbetmə müddəti ke çmiş borc olduğundan, ümidsiz borc kimi silinməlidir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilmsinin yayındırılması faktı araşdırılaraq Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir və hazırda sonuncu cinayət işinin istintaqı davam etdirilir. Əlavə olaraq göstərilir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: X2) 27 aprel 2022-ci il tarixli, e-21(118)-1264/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə”sində olan 99.164,94 manat, “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat, ümumilikdə isə 139.654,3 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2016-cı ilin iyul ayı üzrə hesablanmış 468.968,43 manat ƏDV və 2016-cı il üzrə hesablanmış 24.789,68 manat mənfəət vergisi üzrə ödənilməmiş və şəxsi hesab vərəqəsində hazırk ı tarixə vergi borcu olaraq göstərilən, ümumilikdə 139.654,30 manat vergi məbləği üzrə borc, qanunla müəyyən edilmiş tələbetmə müddəti keçdiyindən ümidsiz borc qismində silinməlidir. Cavabdeh ödənilməmiş 139.654,30 manat vergi borcunun 40.489,36 manat hissəsi üzrə tələbetmə müddətinin ötdüyünü etiraf edərək həmin məbləği şəxsi hesab vərəqəsinin “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti ötmüş borc vərəqəsi”nə daxil etmişdir. Həmin məbləğə münasibətdə cavabdeh vergi orqanı hesab edir ki, iddiaçıda vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edildiyindən, cinayət işi üzrə yekun qərar qəbul edilənədək tələbetmə müddəti hüququnun bi tməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Halbuki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində vergi, maliyyə sanksiyası və faizlər üzrə 5 illik tələbetmə müddətinin axımının dayandırılmasına əsas olan hallar sadalanmış, lakin vergi borcu ilə bağlı cinayət işinin mövcud olması və davam etməsi həmin müddətin axımını dayandıran hal qismində nəzərdə tutulmamışdır. Həmçinin vergi qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlbetmə müddəti yalnızca hüquq mühafizə orqanlarının qərarına əsasən təyin edilmiş səyyar vergi yoxlamalarının əhatə etdiyi dövrlər və Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsuliyyətə cəlbetmə müddəti hesablanan zaman nəzərə alınır (Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddəsi).

8. Cavabd eh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X3 /sədrlik edən və məruzəçi/, X1 və X5) 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-460/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şika yətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Qeyd olunan cinayət işi üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır.

13. Müəssisənin rəhbəri barəsində hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ço x epizodlu cinayət işinin istintaqı aparılır. Müəssisənin rəhbəri paralel olaraq bir neçə müəssisəyə rəhbərlik edir və digər müəssisələrdə də vergidən yayınma cinayətini törətdiyindən, artıq 3 müəssisə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İstintaqı davam etdirilən cinayət işi həddən artıq çoxepizodlu olduğu üçün hər bir epizod üzrə ayrı-ayrılıqda ekspertizalar təyin edilmişdir və rəylərin alınması gözlənilir.

14. Həmçinin, məhkəmə “Şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 99.164,94 manat borcun tələb etmə müddəti ötdüyünə görə silinməsi barədə qərar qəbul etsə də, bu hissədə vergi borcunun ləğvi ilə bağlı hər hansı bir əsaslandırma aparmamışdır. İddia ərizəsində olan “Şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 99.164,94 manat borc məbləği iddia çının şəxsi hesab vərəqəsindən də göründüyü kimi, 2019-cu ilin iyun ayına hesablanmış ƏDV məbləğindən ibarətdir. b. kassasiya şikayətinə etirazın və ona əlavənin dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyy ə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. 17. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya məh kəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsəl ələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. Qeyd edi lməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

26. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquq lardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

27. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).

28. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, öd əyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.

29. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.

30. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları i lə müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc 2016-cı ilin iyul ayı üzrə kameral vergi yoxlaması nəticəsində hesablanmış 468.968,43 manat ƏDV-nin ödənilməmiş hissəsidir (iş v. 5). Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2016-cı ildə 2016-cı ilin iyul ayının ƏDV üzrə 468.968,43 manat vergi borcu hesablanmış, iddiaçının həmin ana 354.103,81 manat artıq ödəməsi olmuş, nəticədə şəxsi hesab vərəqəsində 114.864,43 manat borc yaranmışdır. xx.xx.2016-cı il tarixdən sonra şəxsi hesab vərəqəsində müxtəlif hesablama, azalma və silinmə əməliyyatları aparılmış, lakin hər hansı ödəniş aparılmamış, son nəticədə iddiaçının “Vergilər üzrə vərəqə”sində xx.xx.2022-ci il tarixə 99.264, 94 manat, AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələb etmə müddəti keçmiş borc vərəqəsi”ndə isə 40.489,36 manat borcu qalmışdır.

31. Göründüyü kimi, şəxsi hesab vərəqəsində olan borcun yaranma tarixi xx.xx.2016-cı il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.

32. Cavabdeh 99.264, 94 manat borcun Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələbetmə müddətinin keçməməsini onunla əsaslandırır ki, “Şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 99.164,94 manat borc məbləği iddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi, 2019-cu ilin iyun ayına hesablanmış ƏDV məbləğindən ibarətdir.

33. Bu dəlillə bağlı qeyd edilməlidir ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, iddiaçının xx.xx. 2021-ci il tarixə şəxsi hesab vərəqəsində 99.264,94 manat vergi borcu mövcud olmuş, xx.xx.2021-ci il tarixdə iddiaçı 92.217,71 manat məbləğin gömrük orqanında ödədiyi ƏDV-nin əvəzləşdirmə aparılmaqla büdcədən qaytarılması barədə bəyannamə təqdim etmiş (bu əməliyyat şəxsi hesab vərəqəsində “azalma” kimi əks olunmuşdur), xx.xx.2022-ci il tarixdə aparılmış kameral vergi yoxlaması əsasında iddiaçının istinad etdiyi yük gömrük bəyannamələri öz təsdiqini tapmadığından, vergi orqanı tərəfindən əvəzləşdirmə əməliyyatı təsdiqlənməmişdir (bu əməliyyat şəxsi hesab vərəqəsində “hesablama” kimi əks olunmuşdur).

34. Göründüyü kimi, ilk növbədə xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsində mövcud olmuş 99.264,94 manat borcun artıq Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələbetmə müddəti keçmişdir. Digər tərəfdən, cavabdehin xx.xx.2022-ci il tarixdə apardığı əməliyyat şəxsi hesab vərəqəsində “hesablama” kimi əks olunsa da, faktiki olaraq iddiaçı tərəfindən əvəzləşdirmə kimi büdcədən tələb olunan məbləğin təsdiq edilməməsi ilə bağlı olduğundan, tədiyyə üzrə əlavə verginin hesablanması kimi qiymətləndirilmir.

35. Digər tərəfdən, ödənilməmiş vergi borcunun 40.489,36 manat hissəsi ilə bağlı kassatorun dəlili ondan ibarətdir ki, iddiaçıda vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edildiyindən və cinayət işi üzrə yekun qərar qəbul edilənədək tələbetmə müddəti hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmədiyindən, iddia tələbi həmin hissədə əsassızdır.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində vergi, maliyyə sanksiyası və faizlər üzrə 5 illik tələbetmə müddətinin axımının dayandırılmasına əsas olan hallar sadalanmış, lakin vergi borcu ilə bağlı cinayət işinin mövcud olması və davam etməsi həmin müddətin axımını dayandıran hal kimi nəzərdə tutulmamışdır. Odur ki, kassatorun qeyd edilən dəlili əsassızdır.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdr.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-460/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar