Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-486/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1980/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət bəyannaməsi üzrə cavabdeh tərəfindən kameral yoxlamalar keçirilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********785100 nömrəli, xx.xx.2022-ci il tarixli **********514600 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəru ri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 311866,62 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********389800 nömrəli, xx.xx.2022-ci il tarixli **********287500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir.
3. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli müraciətində 2021-ci il mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən şərti rentabellik norması tətbiq etməklə hesablama apar ılması xahiş edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********853800 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 311868,62 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********753800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKT LARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********753800 nömrəli qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin 2021-ci il üzrə sahibkarlıq fəaliyyətindən gəlirləri 2555005,2 manat məbləğində olmuşdur. Qeyd olunan gəlirin 2295005,2 manat hissəsi 7205,872 ton maye oksigenin satışından, 260000,0 manat hissəsi isə avadanlıqların icarəyə verilməsindən formalaşmışdır. 2021-ci il ərzində Cəmiyyətin göstərilən gəlirin əldə olunması ilə bağlı sənədlərlə təsdiqini tapan xərcləri aşağıdakı kimi olmuşdur: Alınmış maye oksigenin həcmi 2914,157 ton, dəyəri 874146,23 manat, Maye oksigenin daşınması xidməti - 390000,0 manat dəyərində, Sığorta xidməti - 101,16 manat dəyərində. Göründüyü kimi, Cəmiyyət tərəfindən təqdim edilmiş(satılmış) maye oksigenin həcmi 7205,872 ton olsa da, həmin malların alınmasına dair yalnız 2914,157 manat hissəsi elektron qaimə-faktura ilə alınmış, digər hissəsinin isə alışını rəsmiləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də Cəmiyyətin 2021-ci ildə mənfəətini birbaşa müəyyən etmək mümkün deyil. Qanunverici bu kimi hallarda mənfəətin müəyyən olunmasını Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tənzimləmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cəmiyyət həmin malları müxtəlif qurumlara (A R Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi, "xxxx" QSC, "xxxx" MMC) satmışdır. Belə olan halda, Cəmiyyətin həmin malları dəyəri ödənilməklə, yəni xərc çəkməklə əldə etməsi də şübhəsizdir. Cavabdeh tərəfindən isə məsələyə birtərəfli yanaşılaraq gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun qaydada müəyyən edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmçinin, “İnzibati icraat haqqında Qanun”un 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməl i olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
6. Vergi orqanı tərəfindən Cəmiyyətin 2021-ci il üzrə xərcləri müəyyən olunarkən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, hazırki mübahisədə iki mümkün qaydada Cəmiyyətin mənfəəti müəyyən olunmalı olduğu halda cavabdeh tərəfindən Vergi Məcəlləsinin nə 67.1.3-cü maddəsi, nə də 67.14-cü maddəsi tətbiq olunmamış, bununla da Cəmiyyət barəsində əsassız qərarla əlavə vergi məbləği hesablanmışdır. Cəmiyyət tərəfindən yuxarıda göstərilən qaydada mənfəət vergisinin vergi orqanı tərəfindən müəyyən olunması məqsədilə xx.xx.2022-ci il tarixdə boş bəyannamə verilmiş və xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət ərizəsi göndərilərək mənfəət vergisinin yenidən hesablanması bildirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan sonuncu bəyannaməyə münasibət bildirilməmişdir. Həmçinin, iddiaçı tərəfindən hesablamanın qismən hissəsi ilə əlaqədar inzibati qaydada şikayət edilmişdir. Lakin yuxarı vergi orqanının işə obyektiv baxmayacağı səbəbindən icraçıya məhkəməyə müraciət ediləcəyi bildirilmiş, bu barədə məlumat həmin qurumun yekun qərarında da əksini tapmışdır. Qəbul olunan xx.xx.2022-ci il tarixli **********943800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarda göründüyü kimi, yuxarı vergi orqanı işin hallarını düzgün araşdırmamış, maddi hüquq normalarını vergi orqanının xeyrinə şərh etməklə kifayətlənərək obyektiv həqiqəti müəyyən etməmişdir. Halbuki, yuxarıda əks olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin yuxarı vergi orqanı tərəfindən qanunvericiliyin qeyd olunan imperativ tələbləri pozulmuş və tətbiq edilməli olan normalar düzgün şərh edilməmişdir. Belə ki, yuxarı vergi orqanı Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tətbiq olunmasının vergi orqanının hüququ olmasını qeyd etmişdir ki, qeyd olunan halın əsassız olmasına dair yuxarıda münasibət bildirilmişdir. Bundan başqa, yuxarı vergi orqanı Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mətnini qərarda əks etdirsə də, onu yarımçıq olaraq şərh etmiş və yerli vergi orqanının həmin normanın "... və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14 -cü, 14- 1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” hissəsini nəzərə almamasına münasibət bildirməmişdir. Halbuki, həmin normadan göründüyü kimi, əgər əməliyyat əmtəəsiz hesab olunsa belə, onun gəlirdən hansı qaydada çıxılması imperativ qaydada müəyyən edilmişdir. Qeyd olunanlar bir daha təsdiq edir ki, yuxarı vergi orqanı qərar qəbul edərkən vergi qanunvericiliyinin və inzibati icraatın ümumi prinsiplərinin tələblərini pozmuş və araşdırmanı formal aparmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia təl əbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri (221.9), “Su və kanalizasiya xərcləri” (221.10-cu); “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229- cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2504146.20 manat), tərəfinizdən əvvəlk i il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (1266753.39 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların ( 51551.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (1318304.39 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (1318304.39 manat) məbləğin müqayisəsi nəticəsində 1185841.81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 373501,32 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********785100 nömrəli, xx.xx.2022-ci il tarixli **********514600 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 311866,62 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********389800 nömrəli, xx.xx.2022-ci il tarixli **********28750 0 npmrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Həmçinin, araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə heç bir göstərici olmadan (boş) təqdim edildiyi, xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********300200 nömrəli) müraciətində 2021-ci il mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67.14-cü və 83.9- cu maddələrinə əsasən şərti rentabellik norması tətbiq etməklə hesablama aparılması xahiş edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********853800 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafi q bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 311 868,62 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********753800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cəmiyyət tərəfindən hesablama metodu1 tətbiq etməklə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində qeyd edilmiş 2 523 975,87 manat məbləğdən 1 185 841, 81 manat hissəsinin sənədlərlə öz təsdiqini tapmadığı müəyyən edilmiş, eyni zamanda həmin bəyannamənin xərclər hissəsinin “Xammal və materiallar” sətrində qeyd olunan 774 146,20 manat məbləğin 373 501,32 manat hissəsi üzrə qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və əlavə olaraq 311 868,62 manat mənfəət vergisi hesablanmışdır. Müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən 2021-ci il ərzində 2 555 005,20 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, 1 266 753,38 manat məbləğində elektron qaimə-fakturaların əldə edild iyi, invoys dəyəri 43001,01 mänat dəyərində (sıxılmış və ya maye qazlar üçün qara metallardan tutumlar) malların idxal edildiyi müəyyən edilmişdir. Elektron qaimə-fakturaların araşdırılması zamanı, "xxxx" QSC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN: **********), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinə müxtəlif mallar və xidmətlər təqdim edildiyi, "xxxx" MMC-dən "xxxx" ASC-dən müxtəlif mallar, iş və xidmətlər alındığı müəyyən edilmişdir.Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin riskli vergi ödəyicisi ol ması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********261700, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********183400 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********460500 nömrəli, Alukau-555" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********485400 nömrəli qərarlar qəbul edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X2, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu, "xxxx" MMCnin rəhbəri X1, eyni zamanda "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMCnin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********) rəhbəri olduğu, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbəri X4, oğlunun, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********),’!: "xxxx" MMC-nin (VÖEN:**********) və "xxxx" MMCnin (VÖEN:**********) rəhbəri olduğu vəhəmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(112)-14131/2022 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi qismən təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********753800 nömrəli qərarı 85166,84 manat məbləği hissəsində istisna olmaqla q alan 232907,65 manat məbləği hissəsində ləğv edilmişdir.
9. Məhkəmə qeyd etmişdi ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində əks olunmuş əlaqəli məlumatlar əsasında və analoji vergi ödəyicisinin məlumatları ilə mənfəəti müəyyən etmək mümkün olmadıqda şərti rentabellik norması tətbiq olunmaqla mənfəət müəyyən olunmalıdır. Cavabdeh inzibati orqan iddiaçının 2021-ci il üzrə mənfəət vergisi məbləğini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin 55 saylı Qərarını tətbiq etməklə aşağıdakı qaydada müəyyən etməli idi. İddiaçının gəlirinin məbləğinə tətbiq etməklə – 2555005,2 /120 x 20 = 425834,2 Mənfəət vergisinin məbləği – 425834,2 x 20 % = 85166,84.
10. Məhkəmə iddiaçının mal aldığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə dəlil ə münasibətdə qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının 2555005,2 manat məbləğində gəlirlərini qəbul etmiş və həmin gəlirlər maye oksigenin təqdim edilməsi nəticəsində (həmçinin 260000,0 manat dəyərində avadanlıqların icarəsi) formalaşmışdır. Cavabdeh qeyd olunan satış gəlirlərinin mövcudluğunu qəbul etdiyi halda həmin malların mövcud olmamasına istinad etməsi bir-birinə zidd yanaşmalardır. İş materiallarına əlavə olunan qərarlar iddiaçının mal aldığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri hesab olunmasını əks etdirsə də, həmin qərarların iddiaçı ilə aparılan əməliyyatlardan sonrakı dövrlərdə qəbul olunması, iddiaçının mal aldığı şəxslərin alış sənədlərini yoxlamaq kimi bir imkanının və vəzifəsinin olmaması hazırki mübahisə üzrə müəyyən edilməli olan vergi məbləğinin tənz imlənməsi qaydasına hər hansı təsir göstərmir. Məhkəmə həmçinin bildirir ki, hətta cavabdeh inzibati orqan iddiaçı tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığını güman etsə belə, Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tələblərinə uyğun olaraq təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərini həmin Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxmalı idi.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1980/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Mə mmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq Vergi Məcəlləsinin 23.1.1, 24.1.1, 24.1.2, 36.1, 36.2, 37.1, 37.3, 37.4, 67.1, 67.14, 83.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın 6.1, 6.1.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmi ş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3, 1.4-cü bəndlərinə istinad etmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablama nı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Göründüyü kimi, iddiaçı hüquqdan sui-istifadə etməyə çalışmışdır. İddiaçı bəyannaməsində qəsdən sənədlərlə təsdiq edilməyən böyük məbləğli xərclər əks etdirmişdir ki, yekunda ona verginin şərti rentabellik metodu ilə hesablamasını iddia etsin. İddiaçının bu niyyətini bundan əvvəl verdiyi mənfəət vergisi bəyannaməsi də sübut edir. Belə ki, xx.xx.2022-ci il tarixində təqdim etdiyi 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 2 555 005.20 manat gəlir, 1 303 597.48 manat xərclər bəyan etməklə büdcəyə 250 281.54 manat mənfəət vergisi hesablamışdır. İddiaçıya sual olunur ki, nə hadisə baş verdi ki, birdən birə heç bir sənədlə təsdiq lənməyən 1.185.841,81 manat xərc bəyan etməli oldu. Bütün bunlar süni şəkildə vergilərin şərti rentabellik norması əsasında hesablanmalı olması görünüşünü yaratmaq məqsədi daşımışdır.
17. Bundan əlavə riskli vergi ödəyiciləri ilə bağlı qeyd edilmişdir ki, qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə qərar qəbul etməzdən əvvəl "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC,"xxxx" MMC-nin idxal və mal alışını müəyyən etməli, adları çəkilən qaimələrdəki malların mövcud olmadığını müəyyən etməli idi, lakin heç bir hüquqi əsas olmadan məhkəmələr riskli vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərarın tarixini əsas göt ürmüşdür. Lakin adları sadalanan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC apardığı əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci bəndində qeyd edilən əsaslara görə riskli vergi ödəyiciləri hesab olunmuşlar. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisələr arasında aparılmış alqısatqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir.
18. Cavabdeh Vergi Məcəlləsinin 13.2.69, 13.2.82, 16.1.4-1, 16.7, 37.1, 37.2, 37.4, 67, 83.7-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödə yicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1980/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Ve rgi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə
109. Gəlirdən çıxılmayan xərclər... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çı xılır
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********753800 nömrəli "Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarın ləğv edilməsinə yönəlmişdir.
28. İşin araşdırılmış halları ilə müəyyən olunur ki,, iddiaçı 2021-ci ildə 7205,872 ton maye oksigen satışından və avadanlıqların 260000,0 manat məbləğində icarəsindən ümumilikdə 2555005,2 manat dəyərində gəliri olmuşdur. İddiaçıya 318074,49 manat məbləğində əlavə vergi məbləğlərinin (mənfəət vergisi) hesablanmasına əsas iddiaçının maye oksigenin alınması üzrə xərc sənədlərin tam təqdim edilməməsi olmuşdur.
29. Bununla bağlı iddiaçı cavabdehə müraciət edərək maye oksigenin alınması zamanı sənədlərin tam əldə edilməsinin mümkün olmamasını qeyd etmiş, qeyd olunan halların nəzərə alınması və vergilərin şərti rentabellik norması tətbiq edilməklə hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh qeyd olunan halları nəzərə almayaraq şərti rentabellik normasını tətbiq etməmişdir.
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda göstərilən həcmdə malın satılmasını həm iddiaçı, həm də cavabdeh qəbul edir, buna uyğun olaraq həmin sa tılan malın alınması da hər hansı şübhə yarada bilməz.
31. Bu səbəbdən iddiaçı tərəfindən təqdim edilən 2021-ci il üzrə mənfəət vergisi göstəriciləri ilə razılaşmayan cavabdeh vergilərin düzgün müəyyən olunması məqsədilə ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlar əsasında iddiaçının mənfəətinin müəyyən edilməsi istiqamətində araşdırma aparmalı idi. Qeyd olunan mənbələr əsasında mənfəəti müəyyən etmək mümkün olmadıqda isə digər üsul və vasitələrdən - Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinin imkanlarından, həmçinin Vergi Məcəlləsinin 67.14-cü maddəsinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyən olunmalı idi. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin qeyd edilmiş tələblərinə riayət etməyərək vergi ödəyicisi üçün əlverişli olan halları nəzərə almamış və tətbiq edilməsi məcburi olan normanı tətbiq etməmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9- cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun m ənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1: ( 100 + R) x R. Burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
33. Göstərilənlərə uyğun olaraq cavabdeh iddiaçının 2021-ci il üzrə mənfəət vergisi məbləğini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin qeyd olunan Qərarını tətbiq etməklə müəyyən etməli idi.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının gəlirinin məbləği tə tbiq etməklə (2555005,2/120x20 = 425834,2) mənfəət vergisinin məbləği (425834,2 x 20 % = 85166,84) 85166,84 manat təşkil etməsi barədə məhkəmələrin mövqeyi düzgün olmuşdur.
35. Digər tərəfdən cavabdeh iddiaçı tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olmasını qeyd etmişdir.
36. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC,"xxxx" MMC arasında alqı-satqı əməliyyatları onlar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar həmin əməliyyatlar apardıqdan sonrakı dövrlərdə qəbul edilmişdir.
37. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, adları qeyd olunan vergi ödəyicilər məhz iddiaçı ilə apardığı əməliyyatın riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir.
38. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
39. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla be lə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
40. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
41. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
42. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
43. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
44. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.
45. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyi ciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir.
47. Beləliklə, hazırkı qərarın 20-22a bəndlərində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” cavabdehin xx.xx.2022-ci il tarixli **********753800 nömrəli qərarı əsaslı sayıla bilməz.
48. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilm əməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 21(103)-1980/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.