Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-487/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, Üçüncü şəxs X16, üçüncü şəxslərin vəkili X3 iştirakı ilə, İddiaçı-nin (bundan sonra iddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X16, X12, X13, X8, X2, X9 və X4) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1( 103)-2365/2018 saylı, 3 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-431/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qərarı ilə iddiaçılar X12 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı İddiaçı və Biləcəri Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “Ekspress” kooperativinə, yəni indiki İddiaçı-yə 1,82 ha torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 08.12.1989-cu il tarixli, 13/493 №-li qərarının ləğv edilməsi barədə iddia qismən təmin edilərək “Ekspress” kooperativinə, yəni indiki İddiaçı-yə torpaq sahəsinin ayrılmasına d air Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 08.12.1989-cu il tarixli, 13/493 №-li qərarının 7-ci bəndi etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qərardan görünür ki, Bakı şəhər XDS İK-nin 13/493 №-li 08.12.1989-cu il tarixli Qərarının 7-ci bəndinə əsasən “Etalon” Bakı Təcrübə Zavodunun müraciəti təmin edilərək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin şimal-qərb hissəsində “Ekspress” heyvandarlıq kooperativinə torpaq sahəsi ayrılmışdır. Qərarın 7-ci bəndinin qüvvəsinin itirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 234 №-li 10.08.2006-cı il tarixli sərəncamı qəbul edilmişdir. Sərəncamın qəbul edilməsinə torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi və 7832 saylı inşaat pasportundakı ayrıc aktında göstərilən sərhədlərin pozulması əsas olmuşdur. İddiaçı 29 may 201 8-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.08.2006-cı il tarixli 234 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2934/2018 saylı iş) 3 iyul 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə 29.05.2018-ci il tarixdə müraciət edilməsinə baxmayaraq, iş materiallarında olan 2-1(81)-431/2017 saylı, 30 yanvar 2017-ci il tarixli məhkəmə aktından müəyyən edilir ki, iddiaçı həmin sərəncamın mövcudluğundan 2017-ci ilin yanvar ayından məlumatlı olmuş, sərəncamın mətni ilə tanış olmuş, məhkəməyə ünvanladığı öz etirazında sərəncamın məzmunu barədə mülahizələr irəli sürmüşdür, buna baxmayaraq 2018-ci ilin may ayında mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2018-ci il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X10məruzəçi, X14 və X6, 2-1(103)-2365/2018 saylı iş) 3 oktyabr 2018-ci il tarixli qərardadla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçı 4 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün hesab edilməsi barədə yeni qərar qəbul edi lməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi mübahisələndirmə iddiası üzrə qanunla müəyyən edilmiş iddia qaldırmaq üçün müddətin iddiaçı tərəfindən buraxıldığına əsaslanaraq iddianı mümkün saymamışdır. Halbuki, işin hallarından da aydın görünür ki, hüquqi şəxsin rəhbərliyi olaraq mübahisələndirilən sərəncamın faktiki real vəziyyətdə icra hakimiyyətinin arxiv sənədlərində olması barədə aprel 2018-ci il tarixdə məlumatlanaraq may ayında yubanmadan, yəni bir aylıq müddəti ötürmədən sərəncam mübahisələndirilmişdir. Məhkəmə ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparmayaraq müəyyən etmir ki, hazırkı iddia inzibati aktın qanunsuz hesab edilərək ləğv edilməsi kimi ifadə edilmiş və mahiyyətinə görə mübahisələndirmə haqqında iddiadır. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının subsidiar olaraq tanınması haqqında iddia kimi qəbul edilməməsini istisna edir. tərəflərin izahatları: Üçüncü şəxslərin vəkili X15 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasına kassasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün h esab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü müb ahisələndirmə haqqında iddiadır. İddiaçı ona torpaq sahəsi ayrılmasına dair Bakı şəhər XDS İK-nin 8 dekabr 1989cu il tarixli qərarının 7-ci bəndinin qüvvəsinin itirilmiş hesab edilməsi barədə cavabdehin 10 avqust 2006-cı il tarixli sərəncamını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşdə olan 1990-cı ildə tərtib edilmiş tikinti pasportunda olan məlumatlardan görünür ki, XDS İK-nin 8 dekabr 1989-cu il tarixli qərarı ilə Biləcəri qəsəbəsində heyvandarlıq fermasının tikintisi ilə əlaqədar iddiaçıya 1,82 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırda mübahisə açdığı cavabdehin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə torpaq sahəsindən təyinatı üzr ə istifadə edilmədiyindən və tikinti pasportundakı ayrıc aktında göstərilən sərhədlər pozulduğundan Bakı şəhər XDS İK-nin 8 dekabr 1989-cu il tarixli qərarının 7-ci bəndinin qüvvəsi itirilmiş hesab edilmişdir. İddiaçının ona ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə etməsi ilə bağlı işdə hər hansı sübut müəyyən edilməmişdir. İddiaçının üçüncü şəxs kimi iştirak etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı N.R.Əliyeva cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 1,82 ha torpaq sahəsi ayrılmasına dair Bakı şəhər XDS İK-nin 8 dekabr 1989-cu il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmiş, iddia qismən təmin edilərək torpaq sahəsi ayrılmasına dair Bakı şəhə r XDS İK-nin 8 dekabr 1989-cu il tarixli qərarının 7-ci bəndi etibarsız sayılmışdır. Qərardan görünür ki, iddiaçı həmin işdə üçüncü şəxs qismində iştirak etmiş, qərarda hazırda mübahisə predmeti olan cavabdehin 10 avqust 2006-cı il tarixli sərəncamın məzmunu açıqlanmış və ona istinad edilmiş, üçüncü şəxs də həmin işdə cavabdehin 10 avqust 2006-cı il tarixli sərəncamın məzmunu barədə izahat vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qərarı təsdiq edir ki, həmin işə baxılan zaman iddiaçının 10 avqust 2006-cı il tarixli sərəncamdan və onun məzmunundan məlumatlı olmuşdur. Lakin iddiaçı həmin sərəncamla bağlı hazırkı iddia ilə 2018-ci ilin may ayında birinci instansiya məhkəməsinə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvv əyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn müb ahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etməməklə yanaşı, İPM-in 38.1-ci maddəsinin də tələbinə əməl etməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilə bilər. İddiaçı əvvəlki qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ilə yanaşı, İPM-in 38.1ci maddəsində də nəzərdə tutulan iddia müddətini buraxmışdır. O da qeyd edilməlidir ki, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul ed ilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın m ümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamasıdır (2.1-ci bənd). İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia haqlı olaraq mümkün sayılmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2365/2018 saylı, 3 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-487/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-487/2019
12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver