Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-487/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-487/2022) Açar sözlər: (vəkil tərəfindən tərtib olunmamış və imzalanmamış kassasiya şikayəti) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2-1(103)-3104/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə y azılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmək mübahisəsi ilə bağlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, e-2-1(81)3340/2019 nömrəli qərardadı ilə (hakim Elvin Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2020-ci il tarixli, 21(103)-1894/2020 nömrəli qərardadı ilə (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2019-cu i l tarixli, e-2-1(81)3340/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021-ci il tarixli, 2-1(102)-655/2021 nömrəli qərarı ilə (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2020-ci il tarixli, 2- 1(103)-1894/2020 nömrəli qərardadı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 21(103)-1980/2021 nömrəli qərardadı ilə (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xə yalə Cəmilova) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, e2-1(81)-3340/2019 nömrəli qərardadı ləğv olunmuş, iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Baki İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9295/2021 nömrəli qərardadı ilə (hakim Pərviz Hüseynov) iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 21(103)-3104/2021 nömrəli qərardadı ilə (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Azər Hüseynov) apelyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmiş dir. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Əsaslandırma Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun şəkildə verilməsi başa düşülür. İPM-nin 90.3-cü maddəsində nəzərdə tutulmuş göndərici normaya əsasən həmin məcəllənin müvafiq fəslində başqa qayda müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə- MPM) kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. Kassasiya şikayətinin forma və məzmununa dair MPM-nin 67.1-ci və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlər də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsinin tələbinə görə, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Qeyd olunan mümkünlük şərtləri baxımından i şin halları araşdırılarkən kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığı və imzalanmadığı, habelə şikayətə vəkilin orderinin əlavə edilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra, məhkəmə kollegiyası İPMnin 96.3-cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə işi kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün təyin etmiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmiş, eyni zamanda ona həmin çatışmazlıqların aradan qaldırılması, y əni məhkəməyə vəkil tərəfindən tərtib olunmuş və imzalanmış kassasiya şikayətinin göndərilməsi təklif olunmuşdur. Həmçinin qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri iddiaçıya izah edilərək bunun şikayətin mümkün sayılmamasına səbəb olacağı bildirilmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, eləcə də vəkilin orderini məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığını və imzalanmadığını, habelə şikayətə vəkilin orderinin əlavə olunmadığını və həmin çatışmazlıqların iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə aradan qaldırılmadığını nəzərə alaraq ka ssasiya mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsinə görə, kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.
Məhkəmə qərarları › İş №2-1(102)-487/2022
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-487/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver