Məhkəmə qərarları › İş №2-1(102)-487/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-487/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-487/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; metropolitendə yol montyoru) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3247/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" QSC tərəfindən verilən A xx.xx.2022-ci il tarixli, A/254 nömrəli arayışa əsasən, iddiaçı “xx.xx.1996-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30dək), 24% xüsusi zərərli əmək şəraiti) peşəsində çalışmışdır. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 14 il 12 gün (on dörd il on iki gün) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir ki, bu da xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000

2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Qeyd: Yol montyoru - yol fəhləsi hesab edilir. Gecə saatlarına görə (30 saatlıq v. istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330-dan 0530-dək) İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilirdi. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metropolitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli ******** **8 nömrəli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 22 avqust 2022-ci il tarixli A/254 nömrəli arayışda xx.xx.1996-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun hüquq və azadlığını pozan və məhdudlaşdıran hallar aradan götürülməsi və güzəştli şərtlərlə əmək pensiyasının hüququnun yarandığı gündən, yəni xx.xx.2022-ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş rədd cavabı qeyri-qanuni, əsassızdır və onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş sosial təminat hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, əmək fəaliyyətinin başlaması sovet ittifaqının dövrünə düşür. 1984-cü ildə ilk dəfə işləməyə başlamışdır. Ümumi əmək stajı 41 ildən çox təşkil edir. Həmin s tajın 14 ildən çox Metropolitendə gecə vaxtı 23:30-dan 05:30-dək yol montyoru kimi çalışmışdır. "xxxx" QSC verdiyi arayışa əsasən “Yol montyoru - yol fəhləsi hesab edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək) İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilirdi.” “Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metropolitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyojlu) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və r elslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir.” O halda ki o, metropolitendə gecə 23:30-dan 05:30-dək fəhlə işləmişdirsə, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(112)-3126/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən vəzifə adı, işlədiyi vəzifənin əmək funksiyaları və iş yerindən arayış əsasında həmin v əzifənin bilavasitə xx.xx.2022-ci il tarixli dəyişikliyədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda:

21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsinə uyğun olduğu müəyyən olunur. İddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2010-cu il tarixədək xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 14 il 12 gün təşkil edir.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3247/2023 nömrəli qərarı ilə (hakimlər: hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən vəzifə adı, işlədiyi vəzifənin əmək funksiyaları və iş yerindən arayış əsasında həmin vəzifənin bilavasitə xx.xx.2022-ci il tarixli dəyişikliyədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək p ensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda:

21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsinə uyğun olduğu müəyyən olunur. İddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2010-cu il tarixədək xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 14 il 12 gün təşkil edir. Hazırkı iş üzrə xx.xx.2022- ci il tarixli 451 saylı Qərarı edilmiş dəyişikliyə istinad edilməklə pensiya hüququnun həmin dəyişikliklə eyni vaxtda yaranmasına əsaslanmaq əvvəla iddiaçının müraciət etdiyi vaxt qüvvədə olan qanunvericiliklə qazanılmış pensiya hüququnu məhdudlaşdırmamış, əksinə yeni qərar inzibati orqan tərəfindən qazanılmış hüququn təmin edilməsini istisna edəcək şərt kimi irəli sü rülən “qeyrimüəyyənliyi” də aradan qaldırmışdır. Yeni dəyişiklik bir daha təsdiq etmişdir ki, iddiaçının işlədiyi yol montyoru vəzifəsi elə o vaxta qədər də metropolitendə “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə” kateqoriyasına aid peşə olmuşdur.

12. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 451 saylı Qərarı edilmiş dəyişiklik edilənədək formalaşmış məhkəmə təcrübəsində də Bakı Metropoliteni Yol Xidmətində “yol montyoru” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda:

21. Nəqliyyat 21.5. Metropolitenlə r yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsinə uyğun olması nəticəsinə gəlinərək müvafiq qaydada güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyinatı aparılmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 dekabr tarixli 451 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı il ə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müvafiq dəyişikliklər edilmiş və həmin Siyahıya daha 59 vəzifə və peşə əlavə edilmişdir. Həmin qərara əsasən elektrik qatarlarının maşinistləri, elektrik qatarlarının maşinistlərinin köməkçiləri, motovoz maşinistləri və motovoz maşinistlərinin köməkçiləri, yol nəzarətçisi, tunel fəhlələri, yol baxıcısı, yol montyoru vəzifələri əlavə edilmişdir. Həmin siyahıya edilmiş əlavələrdən sonra iddiaçının tələbinin qanunvericiliyin tələblərinə uyğun olduğunu nəzərə alaraq vətəndaş məmnunluğunun, vətəndaşların sosial təminat hüququnun dövlət siyasətinə uyğun təmin edilməsi məqsədi ilə İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensi yası təyin edilmişdir. İddiaçıya pensiya xx.xx.2022-ci il tarixdən o halda təyin oluna bilər ki, onun “Bakı Metropoliteni" QSC-də işlədiyini iddia etdiyi yol montyoru vəzifəsi həmin vaxtdan siyahıya əlavə edilmiş olsun. hüquq doktrinasında və qanunvericilikdə hüquqi müəyyənlik (sabitlik) və hüquqa etimad prinsiplərindən irəli gələrək hüquq normalarının bir qayda olaraq geriyə şamil olunmasının yolverilməzliyi prinsipi tətbiq edilir. Belə ki, ictimai münasibətlərin iştirakçıları bütün hərəkət və davranışlarını məhz mövcud hüquq qaydalarına uyğun həyata keçirirlər. Bu səbəbdəndir ki, insanların hüquqa olan etimad və etibarının qorunması, habelə hüquqi-müəyyənliyə yol verilməməsi üçün hüquq normalarının, bir qayda olaraq, geriyə şamil edilməməsi hüququn hamılıqla qəbul olunmuş prinsiplərindən dir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil olunub-olunmaması məsələsi qüvvədə olan normativ hüquqi aktların müddəaları və onların rəsmi təfsiri nəzərə alınmaqla yanaşı, mübahisənin predmetindən və işin faktiki hallarından asılı olaraq həll edilməlidir. Hazırki işdə hüquq normasının geriyə tətbiq edilməsinə heç bir əsas yoxdur. Belə ki, geriyə tətbiq iddiaçının vəziyyətini yaxşılaşdıran hal olsa belə, inzibati orqan tərəfindən 60 yaşının tamam olduğu tarixdə ona pensiyanın təyin edilməsi mövcud hüquq normalarına uyğun gəlmir.

15. Kassator apellyasiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin pozulmasını qeyd edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddia çı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapi talı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. 21.5. Metropolitenlər 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:... yol montyoru

19. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün f aktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini y alnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımınd an iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd e tməyi zəruri sayır.

29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

30. Cavabdeh imtinasında, eləcə də apellyasiya və kassasiya şikayətlərində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) iddiaçının işlədiyi yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bənddə Metropolitenlər bölməsində əvvəllər yol montyoru peşəsi nəzərdə tutulmamışdır. Həmin peşə Siyahıya Nazirlər Kabinetinin 24 dekabr 2022ci il tarixli qərarı ilə əlavə edilmişdir.

32. Hazırkı qərarın 1-ci bəndində qeyd olunan iş yerinin məktubu bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının işlədiyi yol montyoru vəzifəsinin funksiyaları ilə Siyahıya sonradan daxil edilmiş yol montyorunun funksiyaları eyni olmuşdur. İddiaçı Siyahıya əlavə edilən yol montyoru peşəsində olan vəzifələri icra edirdi.

33. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olundu ki, iddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (yalnız ge cə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) peşəsində çalışmış və onun xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 14 il 12 gün təşkil edir.

34. Odur ki, iddiaçı 24 dekabr 2022-ci il tarixdən Siyahıya əlavə edilmiş yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:...yol montyoru peşəsində nəzərdə tutulan 12 il 6 aydan az olmayan güzəştli staja malik olduğundan iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təm inat hüququnun pozulmasına səbəb olmuşdur.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 17-19(a)-cu bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3247/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar