Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-487/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı QƏRARİ (Açar sözlər: analıq məzuniyyətinə çıxdığı dövr üzrə ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2022-ci ildə analıq məzuniyyətinə çıxdığ ı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-86/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli, 3-17-9-1/2-C-163/2023 nömrəli məktubdan aydın olur ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998ci il tarixli, 189 nö mrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin 3-cü abzasına əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin birinci abzasının 2-ci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 30-cu hissəsinin ikinci abzasında qeyd olunur: “Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əməkhaqqına əlavələr orta aylıq miqdarında, onları n keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar”. Yəni müavinət hesablanarkən son 12 ayda alınan mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə (o, 02 iyul 2022-ci il tarixdə hamiləlik və doğuşa görə məzuniyyətə çıxdığından bu zaman keçən il dedikdə 2021-ci il nəzərdə tutulur) hesablanmış ümumi məbləğinin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınır. Ona dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əməkhaqqına əlavə kimi hesablanaraq ödənilib. Yəni, 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait, müavinətin hesablanması zama nı əməkhaqqına əlavənin orta aylıq miqdarının müəyyən edilməsi qaydasına əsasən 2021-ci ildə ödənilmədiyindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının 2-ci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır”. Əsasnamənin dəyişiklik edilənədək qüvvədə olan 28-ci hissəsinin birinci abzasının ikinci cümləsi və 30-cu hissəsi 2022-ci ilin 19 avqustundan qüvvədən düşdüyündən bu tarixdən sonra hamiləlik və doğuşa görə məzuniyyətə çıxan xanımlara şamil edilmir. Yəni bu tarixdən sonra müavinət hesablanarkən onların aldıqları 1.1 mislində əməkhaqqına əlavə son 12 tam təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancın tərkib hissəsi kimi nəzərə alınır. Hamiləlik və doğuşa görə məzuniyyət hüququ isə 02 iyul 2022-ci il tarixdə yarandığından həmin bu dəyişiklik ona şamil olunmamış, yəni müavinət hesablanarkən qüvvədə olmuş köhnə qaydalara əsasən aldığı əməkhaqqının 1.1 misli həcmində əlavə nəzərə alınmamışdır.
2. Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən Kəngərli Rayon Təhsil Şöbəsinə ünvanlanmış 14 iyul 2023-cü il tarixli, 5-24/2-544/2023 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixli, SN 00007 № ******* nömrəli xəstəlik vərəqəsinə əsasən sənədləri 2022-ci ilin iyul ayında təqdim edilmişdir. Vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 sentyabr tarixli, 189 nömrəli qərarının 65-ci maddəsinə əsasən hamiləlik və doğuma görə müavinət hesablanmışdır. Vətəndaşın əmək qabiliyyətini itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləği isə 189 nömrəli qərarın 28-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir. Vətəndaşın mükafat və əməkhaqqına əlavələrin hesablanması isə 189 nömrəli qərarın 30-cu maddəsinə əsasən nəzərə alınmış, həmin maddənin 2ci abzasında keçən ildəki mükafat və əməkhaqqına əlavələr nəzərdə tutulduğu üçün cari ildəki əməkhaqqına 1.1 misli əlavə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 320 nömrəli qərarı ilə qanunvericilikdə dəyişiklik o lunmuş və 30-cu maddə ləğv olunmuşdur. İddiaçı müavinət hesablanması dəyişiklikdən əvvəlki dövrü əhatə etdiyindən vətəndaşa qanunvericiliyin tələblərinə uyğun olaraq müavinət hesablanıb və ödənilmişdir.
3. Kəngərli Rayon Təhsil Şöbəsinin 30 iyun 2022-ci il tarixli, 63 nömrəli əmrindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu İddiaçı 30 iyun 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək 126 təqvim günü müddətinə sosial məzuniyyətə (hamiləlik və doğuşa görə məzuniyyət) buraxılmışdır.
4. Kəngərli Rayon Təhsil Şöbəsinin 26 sentyabr 2022-ci il tarixli, 77 nömrəli əmrindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125.1-ci maddəsinə uyğun olaraq h amiləlik və doğuşa görə məzuniyyətdə olan Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu İddiaçı sosial məzuniyyət müddətinə 14 gün əlavə edilmişdir.
5. Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən verilən 21 iyul 2022-ci il tarixli, 19 nömrəli və 12 oktyabr 2022-ci il tarixli, 26 nömrəli arayışlarda İddiaçı Kəngərli Rayon Təhsil şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işlədiyi və ona son bir ildə (11 iyul 2021-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək) ödənilən əmək haqqı məbləğlərini əks etdirən cədvəllər göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinə tin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçı Naxçıvan MR İnzibati Məhkəməsinə 03 noyabr 2023-cü il tarixli iddia ərizəsi təqdim edərək 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu il tarixdən Kəngərli rayon Təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2022-ci il tarixdə ona müavinət pulu ödənilmişdir, lakin müavinətin ödənilməsi zamanı 1.1 misli nəzərə alınmamışdır. Müavinətin yenidən hesablanması və 1.1 mislinin əlavə edilməsi üçün Kəngərli Rayon İcra Hakimiyyətinə yazılı müraciət etmişdir. Kəngərli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaşın mükafat və əməkhaqqına əlavələrin hesablanması 189 nömrəli qərarın 30-cu maddəsinə əsasən nəzərə alınmış, həmin maddənin 2-ci abzasında keçən ildəki mükafat və əməkhaqqına əlavələr nə zərdə tutulduğu üçün cari ildəki əməkhaqqına 1.1 misli əlavə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 320 nömrəli qərarı ilə qanunvericilikdə dəyişiklik olunmuş və 30-cu maddə ləğv olunmuşdur. İddiaçı müavinət hesablanması dəyişiklikdən əvvəlki dövrü əhatə etdiyindən vətəndaşa köhnə qanunvericiliyin tələblərinə uyğun olaraq müavinət hesablanıb və ödənilmişdir. Sonradan müavinətin yenidən hesablanması və 1.1 mislinin əlavə edilməsi üçün Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ona Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 xidməti tərəfindən bildirilmişdir ki, yazdığı ərizə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 xidmətinin səlahiyyətlərinə aid edilmə diyindən aidiyyəti üzrə müraciət etməyi bildirilmişdir. Daha sonra 22 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinə müraciət etmiş, bildirilmişdir ki, ona müavinət işlədiyiniz təşkilat tərəfindən iyul ayı üçün ödənişlər başa çatdıqdan sonra 21 iyul 2022-ci il tarixində şöbəyə təqdim olunmuş, şöbə tərəfindən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra 04 avqust 2022-ci il tarixdə sizə ödəniş olunmuşdur. Təyin olunmuş müavinətin yenidən hesablanması tələbi ilə bağlı bildirilmişdir ki, Fondun strukturunda dəyişikliklə əlaqədar olaraq müavinətin təyin olunması və yenidən hesablanması şöbə tərəfindən deyil, Naxçıvan Muxtar Res publikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial sığorta və Fərdi uçot şöbəsi tərəfindən həyata keçirildiyindən həmin şöbəyə müraciət edə bilər. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 08 sentyabr 2023-cü il tarixdə yenidən müraciət etmiş, ona imtina cavabı verilmişdir.
9. Cavabdeh iddia qarşı yazılı etirazında bildirmişdir ki, xx xxx 1997-ci il tarixdə anadan olmuş, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan İddiaçı 08 sentyabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 02 iyul 2022-ci il tarix də analıq məzuniyyətinə çıxdığı üçün ona ödənilmiş müavinətin 1.1 misli nəzərə alınmaqla, yenidən hesablanaraq ona ödənilməsi ilə bağlı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il 18 sentyabr tarixli, 3-17-9-1/2-C-163/2023 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müa vinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il 18 sentyabr tarixli, 3-17-9-1/2- C163/2023 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosi al sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 30-cü hissəsinin ikinci abzasında qeyd olunur ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 a ya bölünməsi yolu ilə nəzərə alınırlar. Yəni, müavinət hesablanarkən son 12 ayda iddiaçının aldığı mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınır. (İddiaçı 02 iyul 2022-ci il tarixdə hamiləlik və doğuma görə məzuniyyətə çıxdığından, keçən il dedikdə 2021-ci il nəzərdə tutulur.) Daha sonra bildirilmişdir ki, ona dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əməkhaqqına əlavə kimi hesablanaraq ödənilmişdir. Yəni onun 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait müavinətin hesablanması zamanı ə məkhaqqına əlavənin orta aylıq miqdarının müəyyən edilməsi qaydasına əsasən 2021-ci ildə ödənilmədiyindən nəzərə alınmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının ikinci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.” Əsasnamənin dəyişiklik edilənədək qüvvədə olan 28-ci hissəsinin birinci abzasını ikinci cümləsi və 30-cu hissəsi 2022-ci ilin 19 avqust tarixindən qüvvədən düşdüyündən bu tarix dən sonra hamiləlik və doğuşa görə məzuniyyətə çıxan xanımlara şamil edilmir. Yəni bu tarixdən sonra müavinət hesablanarkən onların aldıqları 1.1 mislində əməkhaqqına əlavə son 12 tam təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancın tərkib hissəsi kimi nəzərə alınır. İddiaçı hamiləlik və doğuşa görə məzuniyyət hüququ 02 iyul 2022-ci il tarixdə yarandığından, həmin bu dəyişiklik ona şamil olunmamışdır. Yəni müavinət hesablanarkən qüvvədə olmuş köhnə qaydalara əsasən aldığı əməkhaqqının 1.1 misli nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fonduna qarşı “2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli ol an müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” əsassız olduğundan, rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Naxçıvan MR İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)287/2024 nömrəli qərarı ilə (hakim T.Əliyev) iddia təmin edilmiş, 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə İddiaçı ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait Azərb aycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əmək haqqına əlavə kimi hesablanaraq ödənilmişdir. Yəni, onun 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait ona hamiləlik və doğuşa görə məzuniyyətə çıxan zaman müavinət hesablanarkən nəzərə alınmalı idi.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-86/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Y.Qurbanov - sədrlik edən və məruzəçi, M.Həsənov və S.Novruzov) apellyasiya şikayəti təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı verilmiş etirazın mahiyyəti ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; könüllü (əlavə) sosial sığorta əs asında əmək pensiyalarına əlavələr; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 125.1. hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Maddə 131. 4. a) yarımbəndi. qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. Maddə 140.1. məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 140.2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 140.3. məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ay ın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 140.5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Maddə 154.1. əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2. bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilər in əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”: 1-ci bənd. bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlar a sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 2-ci bənd. hamiləliyə və doğuma görə müavinət məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdəndir. 3-cü bənd. 3-cü abzas. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. 65-ci bənd. hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 70-ci bənd. hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 72-ci bənd. hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məblə ğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. 20. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”: 28-ci hissəsinin üçüncü abzas. müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 2022-ci ilin 19 avqust tarixinə dək qüvvədə olan 30-cu hissəsinin ikinci abzasında qeyd olunur ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar.
21. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərman: 1.1-ci bənd. Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində, habelə 1- 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına (bu Fərmanın 1.1-1.4-cü bəndlərində nəzərdə tutulan inzibati vəzifələr istisna olmaqla) aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə k assasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. O na görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu Cəfərli X1 Rayon Təhsil Şöbəsinin 30 iyun 2022-ci il tarixli, 63 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 30 iyun 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək 126 təqvim günü müddətinə sosial məzuniyyətə (hamiləlik və doğuşa görə məzuniyyət) buraxılmış, sonradan Kəngərli Rayon Təhsil Şöbəsinin 26 sentyabr 2022-ci il tarixli, 77 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125.1-ci maddəsinə uyğun olaraq İddiaçı sosial məzuniyyət müddətinə 14 gün əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş sənədlər əsasında müvafiq hesablama aparılaraq İddiaçı Kapital Bank hesabına xx.xx.2022-ci il tarixində 3006.08 manat pul köçürülmüş, 14 günlük müavinətin ödənilməsi üçün isə yenidən müvafiq sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və yenidən hesablama aparılaraq İddiaçı Kapital Bank hesabına xx.xx.2022-ci il tarixində 273.28 manat pul köçürülmüşdür. Beləliklə, İddiaçı 2022-ci üzrə hamiləliyə və doğuma görə ümumilikdə 3 279.36 manat (üç min iki yüz yetmiş doqquz manat otuz altı qəpik) müavinət ödənilmişdir.
30. Nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığ ortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan 30-cu hissəsinin ikinci abzasında qeyd olunur ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmə k haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar.
31. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” 2022-ci il 1 mart tarixli, 1610 nömrəli Fərmanının 1.1ci bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində, habelə 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına (bu Fərmanın 1.1-1.4-cü bəndlərində nəzərdə tutulan inzibati vəzifələr istisna olmaqla) aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir.
32. İşin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentin in “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2022-ci il 1 mart tarixli, 1610 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən 2022-ci ilin mart, aprel, may aylarında ödənilmiş məbləğ onun hamiləliyə və doğuma görə məzuniyyətə çıxdığı 30 iyun 2022-ci il tarixdən əvvəlki 12 aya daxildir. İddiaçı hamiləliyə və doğuşa görə sosial məzuniyyət üçün müavinət hesablanarkən 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin tələbləri nəzərə alınmaqla son 12 ayda iddiaçının aldığı mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə hes ablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınmalı idi.
33. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş mütəxəssis rəyində də qeyd edilən hallar bir daha təsdiq edilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin fevral ayında dövlət orqanlarında işləyən dövlət qulluqçularının həyat şəraitinin yaxşılaşdırılması məqsədilə vəzifə maaşlarına 1.1 misli əlavənin tətbiqinə dair sərəncamından sonra mart, aprel, may ayları üzrə alınmış 1 041 manat 88 qəpik əməkhaqqının tərkib hissəsi olsa da aylıq qazanca daxil edilməyib. Əlavə olaraq qeyd edilmişdir ki, müavinət hesablanarkən sosial məzuniyyətə çıxdığı iyun ayı əməkhaqqı ilə bərabər alınmış rüblük mükafatın əvvəlki may və ap rel aylarına düşən hissəsi hesablamada öz əksini tapmamışdır. İddiaçıya ödənilməli olan müavinətlə ödənilmiş müavinət arasında 395 manat 12 qəpik fərq aşkar olunmuşdur.
34. Göründüyü kimi iddiaçının müraciəti ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-86/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.