Məhkəmə qərarları › İş №2-1(102)-488/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-488/2019

05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-488/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı vəkili Vəkil oğlu, cavabdeh Bakı Şəhəri Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqti sadi kollegiyasının 2-1(103)-2429/18 saylı, 1 noyabr 2018-ci il tarixli qərarından iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 5 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Daşınmaz Əmlakın Dövlət Reyestrindən 7.10.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi 1/2 hissədə İddiaçı, 1/2 hissədə X2 mülkiyyətindədir. Həmin torpaq sahəsində aparılmış abadlıq və tikinti işlərinin cari qiymətlərlə hesablanmış smeta cədvəlinə görə işlərin görülməsinin ümumi smeta dəyəri 8.075,36 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17.11.2017-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciətinə baxılmış, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı sözügedən 400 kv.m torpaq sahəsinin perimetri boyunca sərhədləri müəyyən edən 40 x 40 sm ölçüdə qazıntı işlərinin aparıldığı və orada 1 sıra olmaqla mişar daşının (blok daş) düzüldüyü müəyyən edilmişdir. Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən şəhərciyin ətrafında, o cümlədən Lökbatan-Qobu yolu boyunca 2017-ci ilin may ayında aparılan abadlıq işləri zamanı sözügedən ərazidə də təmizlik işləri aparılmışdır. Lökbatan-Qobu yolu boyunca olan ərazilərdə texnika vasitəsi ilə hamarlama, təmizləmə işləri aparılarkən qeyd edilən torpaq sahəsində rayon icra hakimiyyəti tərəfindən heç bir tikili sökülməmişdir. Görülən işlər zamanı hə min torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşları qismən dağıdılmışdır. Baxış zamanı torpaq sahəsinə qara torpağın tökülməsi müəyyən edilməmişdir. Torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün düzülmüş mişar daşlarının aparılan abadlıq işləri zamanı dağıdılması nəticəsində dəymiş maddi ziyanın əvəzlənməsi məqsədilə mişar daşlarının verilməsi təmin olunacaqdır. Qaradağ RİH başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış 15.12.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə baxılmış, iddiaçının torpaq sahəsində yerli icra strukturları və ya onun vəzifəli şəxsləri tərəfindən heç bir əmlakının dağıdılması və ya hər hansı ərazidə qanunsuz söküntü işlərinin aparılması icra edilməmiş və əmlaka ziyan vurulmamışdır. Mülkiyyətində olan torpaq sahəsi hal-haz ırda şəxsi sərəncamındadır və dövlət ehtiyacları məqsədilə geri alınmamışdır. Torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün düzülmüş mişar daşları aparılan abadlıq işləri zamanı götürülmüşdür və tikinti apardığı zaman iddiaçıya geri qaytarılacaqdır. İddiaçı 27 dekabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, dəymiş maddi ziyan 8.075 manat, mənəvi ziyan 10.000 manat qiymətləndirilərək, ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə (23 sentyabr 2015-ci il) əsasən iddiaçıya və nəvəsinə məxsus olan 0,06 ha torpaq sahəsi 2017-ci ilin ortalarında məlum olmayan səbəblərdən cavab deh tərəfindən dağıdılıb. İddiaçı bu hadisədən xəbər tutduqdan sonra cavabdehə etdiyi müraciətlərə heç bir cavab ala bilməmişdir. Sonradan şifahi qaydada bildirmişlər ki, abadlıq işləri həyata keçirmək zərurəti ilə bir sıra tikili və torpaq sahələri dağıdılmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən atılan bu addımlar qanuna zidd və mülkiyyət hüququna qəsd kimi qiymətləndirilməlidir. Ona məxsus olan torpaq sahəsində abadlıq işləri aparılarkən bu barədə məlumat verilməli idi. O cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Cavabdehin qanunsuz hərəkətləri ilə iddiaçının Konstitusiya və digər qanunlarla nəzərdə tutulan mülkiyyət hüququna qəsd olunmuşdur. Bu hərəkətlər nəticəsində iddiaçı həm maddi, həm də mənəvi itkilərə məruz qalmışdır. Dəymiş maddi ziyanın məbləğinin hesablanması ilə bağlı tərtib edilmiş smetaya müvafiq olaraq iddiaçıya 8.075 manat maddi ziyan dəymişdir.Əmlakın dağıdılması ilə əlaqədar cavabdehə edilən 18.09.2017, 10.11.2017 və 11.11.2017-ci tarixli ərizə və müraciətlərə yalnız bir dəfə cavab verilmiş, bu cavabla da məsuliyyətdən yayınmağa çalışmışlar. İddiaçı ona vurulmuş mənəvi ziyanin həcmini 10.000 manat həcmində qiymətləndirir. İddia əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, İnzibati Prosessual Məcəllənin 2.2, 8.1-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hansı məbləğdə ziyan dəyməsini müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.07.2018ci il tarixli rəyinin nəticə hissəsinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, baxış zamanı ekspertə təqdim olunan torpaq sahəsində hər hansı tikilinin olmadığı və ərazinin hamarlaşdırılmış formada ətrafda bir neçə mişar daşından kəsilmiş blok daşların olduğu müəyyən edildi. Konkret olaraq iş materiallarında ərazidə uçurulub dağıdılmış tikilinin ilkin vəziyyətinə dair foto şəkillər, eləcə də mövcud vəziyyəti üzrə tikilinin hansı həcmdə və ölçüdə olmasına dair hər hansı bir fakt olmadığından tikilinin sökülməsi nəticəsində dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Lakin iş materiallarına əlavə edilmiş abadlıq və tikinti işlərinin cari qiymətlərlə hesablanmasına dair smeta sənədlərinə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbat an qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi nəticəsində dəymiş ziyanın məbləğinin 8.075,36 manat olduğu müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-841/18 saylı iş) 24 iyul 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxiləsində ifadə olunan hərəkətləri qanunsuz sayılmış, dəymiş maddi ziyana görə 8.075 manat və mənəvi ziyana görə 1.000 manat olmaqla, ümumilikdə 9.075 manat məbləğdə pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-sədrlik edən və məruzəçi, Seyidova Səriyyə Seyid qızı və X7, 2-1(103)-2429/18 saylı iş) 1 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı qismən- “Dəymiş maddi ziyana görə 8.075 manat və mənəvi ziyana görə 1.000 manat olmaqla, ümumilikdə 9.075 manat vəsaitin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə, eyni hissədə iddia qismən təmin olunaraq, vurulmuş maddi zərərin əvəzi kimi 507,20 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cav abdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması iş üzrə qismən sübut olunur. Belə ki, cavabdeh 17.11.2017-ci il tarixli məktubunda aparılan abadlıq işləri zamanı sözügedən ərazidə təmizlik işlərinin aparıldığını, görülən işlər zamanı həmin torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşlarının qismən dağıdıldığını, dəymiş maddi ziyanın əvəzlənməsi məqsədilə mişar daşlarının verilməli olmasını etiraf etmiş, 15.12.2017-ci il tarixli məktubda isə torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün düzülmüş mişar daşlarının aparılan abadlıq işləri zamanı götürüldüyünü və tikinti apardığı zama n iddiaçıya geri qaytarılmalı olduğunu qəbul etmişdir. İddiaçı 13 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 6 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 217.1, 220.4, 385.2-ci, İnzibati Prosessual Məcəllənin 68.1, 68.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, şikayət olunan məhkəmə qərarında qanunvericiliyin müvafiq tələblərinə əməl olunmamış, məhkəmə işdə olan sənədləri nəzərdən keçirmədən və mübahisəyə aydınlıq gətirmədən birinci instansiya məhkəməsinin faktlar baxımından əsasən qanuni və əsaslı qərarını formal mülahizələr və səhv hesablamalar əsasında ləğv edərək, əslində qismən təmin edilmiş iddia tələbinin həcmini xeyli azaltmışdır. İddiaçı sonradan kassasiya şikayətinə əlavə verərək bildirmişdir ki, iddia ərizəsi verilərkən nəvəsinin 16 yaşı var idi. Qaradağ rayonu Lökbatan qəsəbəsində 0.06 ha torpaq sahəsi 2012-ci ilin may ayında qızı Əzimova Emiliyanın vəfatından sonra vərəsəlik qaydasında iddiaçıya və onun himayəsində olan azyaşlı oğlu X2 adına keçirilmişdir. İddiaçı Cavabdeh başçısının müvafiq sərəncamı ilə Rəhimov Surxayın himayəçisi təyin edilmişdir. Cavabdeh isə kassasiya şikayətində qeyd etmişdir ki, mövcud işdə cavabdeh heç bir halda vətəndaşın əmlakına müdaxilə etməmiş və onun qarşısında delikt məsuliyyəti daşımamışdır. İddiaçıya məxsus olan torpaq sahəsi boş olmuş, üzərində heç bir tikinti işləri görülməmiş və inşaat aparılmam ışdır. İş materiallarında təqdim olunan çıxarış üzrə mübahisəli torpaq sahəsinin ərazisi faktiki müəyyənləşdirilməmişdir. Məhkəmənin istinad etdiyi cavabdeh adından iddiaçıya ünvanlanan 1-57-130 saylı 15.10.2017-ci il tarixli məktubun məzmunu düzgün təfsir edilməmişdir. Belə ki, məktubla aşkar qeyd olunmuşdur ki, heç bir dövlət ehtiyacları məqsədilə geri alma tədbiri tətbiq edilməmiş və əmlaka ziyan vurulmamışdır. Lakin nədənsə məhkəmə iddiaçının məzmunu müəmmalı olan qiymətləndirmə-smeta sənədlərinə hüquqi əsaslılıq vermiş və iddianı təmin etmişdir. Halbuki, sözügedən “sənəd” hazırkı dövrdə tərtib edilmişdir və illər əvvəl görülmüş işlərin və mal materialların dəyərini əks etdirməyərək, faktiki durumu əks etdirmir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasınd a kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdehin kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində ((İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. Şikayətlər əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icr ası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı mülkiyyətdə olan torpaq sahəsinə cavabdehin qanunsuz müdaxilə etdiyini bildirib, cavabd ehin qanunsuz hərəkəti nəticəsində maddi ziyana görə 8.075 manat, mənəvi ziyana görə 10.000 manat ödənilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 0,06 ha torpaq sahəsinin hər birinin ½ payı olmaqla İddiaçı və X2 mülkiyyətində olması mübahisə doğurmur. İddiaya görə həmin torpaq sahəsində olan hasar və digər tikililər cavabdeh tərəfindən abadlıq işləri adı altında sökülmüşdür. Cavabdeh 17 noyabr 2017-ci il tarixli məktubunda etiraf etmişdir ki, 2017-ci ilin may ayında abadlıq işləri zamanı sözügedən ərazidə də təmizlik işləri aparılmışdır. Torpaq sahəsində heç bir tikili sökülməmişdir. Görülən işlər zamanı torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşları qismən dağılmışdır. Dəymiş maddi ziyanın əvəzlənməsi məqsədilə mişar daşlarının verilməsi tərəfimizdən təmin ediləcəkdir. Məhkəmə Ekspertiza Mərkəzinin 6 iyul 2018-ci il tarixli rəyində mübahisə olunan torpaq sahəsində hər hansı tikili olmadığından ziyanın müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Rəydə həmçinin qeyd edilir ki, işdə olan smeta sənədlərinə əsasən ziyanın məbləği 8.075,36 manat müəyyən edilir. Qiymətlərlə bağlı hesablanmış smeta M.Ağayev adlı şəxs tərəfindən imzalanmış, cəmi ziyan 8.075,36 manat qeyd edilmişdir. İddiaçı onlara məxsus torpaq sahəsinin hasarlanması və torpaq sahəsində digər tikili olması barədə məhkəmələrə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsində abadlıq işləri aparılana qədər torpağın bütövlükdə hasarlanması və torpaq sahəsində tikili ol ması apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı sübuta yetməmişdir. M.Ağayev adlı şəxsin imzaladığı cədvəlin hasar və digər tikilinin mövcud olduğu vaxt tərtib edilməsi işdə olan hər hansı sübutla təsdiq olunmur. Odur ki, qiymətlərlə bağlı hesablanmış smeta mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh abadlıq işləri zamanı iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərini müəyyən edən bir sıra düzülmüş mişar daşının qismən dağıldığını bildirdiyindən, həmin hissədə dəyən ziyanın məbləği ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə torpaq sahəsinin sərhədlərinə kubik daşının düzülməsi ilə bağlı vurulan ziyan təsdiqini tapdığından, torpaq mülkiyyətçisindən biri kimi iddiaçıya 507,20 manat maddi zərər vurulduğu müəyyən edilir. Qalan 507,20 manat zərərin ə vəzini digər mülkiyyətçi S.Rəhimov müstəqil qaydada cavabdehdən tələb edə bilər. İddiaçı təqdim etdiyi sənədlərdən görünür ki, torpaq sahəsinin ½ paya malik digər mülkiyyətçisi S.Rəhimov 25 sentyabr 2000-ci ildə anadan olmuşdur, iddia ərizəsi imzalanan zaman onun 18 yaşı tamam olmamışdır və cavabdehin 8 uyun 2016-cı il tarixli sərəncamı ilə İddiaçı S.Rəhimovun üzərində himayəçi təyin edilmiş, himayədarlıq müddəti onun həddi-buluğa çatanadək müəyyənləşdirilmişdir. Bununla belə İddiaçı ayrıca olaraq torpaq sahəsinin digər mülkiyyətçisi olan S.Rəhimova da ziyan dəyməsi ilə bağlı iddiasında hər hansı tələb irəli sürməmişdir. Odur ki, məhkəmə tərəfindən haqlı olaraq İddiaçı iddiasına münasibətdə mübahisəyə baxılmışdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanları n qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünü idarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən ak tının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “X4rşı işdə” İnsan Hüquqları üz rə Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1-ci maddə ilə haqq qazandırıla bilməz” (121-ci bənd). İşdə olan sənədlərlə iddiaçıya məxsus torpaq sahəsində sərhədləri müəyyən edən bir sıra düzülmüş daş hasarın cavabdeh tərəfindən kompensasiya ödənilmədən sökülməsi onun mülkiyyət hüququna müdaxilə təşkil etmişdir. Odur ki, cavabdehin mülki hüquqi məsuliyyət daşıması və zərərin əvəzinin onun tərəfindən ödənilməsi qanuna uyğun olmuşdur. Bu səbəbdən cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İddia tələbinin digər əmlakların sökülməsi nəticəsində ədalətli kompensasiya və mənəvi ziyanın ödənilməl i olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Bəhs edilənlərə əsasən, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2429/2018 saylı, 1 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar