Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-488/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə X2 Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin xx.xx.2021-ci il tarixdən mü əyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2113/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışına əsasən, İddiaçı əlilliyinin xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilməsi nəticəsində üçüncü dərəcə əlillik dərəcəsi müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.
2. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasın da baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulin tələbli ağır forma OU-qeyri proliferativ retinopatiya, Periferik qan dövranının pozğunluğu ilə., a/ə damarlarının diabetik angiopatiyası, diabetik nefropariya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. işarəsi ilə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2008dən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi aldığı stasionar müalicələr qeyd olunmayıb. İxtisaslaşmış xəstəxanada müalicəni davam etdirməsi məsləhətdir” səbəbi ilə imtina verilmişdir.
3. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif-Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet: Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma. Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası ÜİX. gərginlik stenokardiyası İİİ fs. infarktdan sonrakı kardioskleroz. Essensial [birincili] hipertenziya, İİ mərhələ, İY dərəcə risk ürək çatmamazlığı İİİ fs AF 37.9%; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən - instrumental müayinələrin nəticələri. status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEKə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.
4. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: əsas diaqnoz E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulin tələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası. hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Ağırlaşma H36 0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-qeyri proliferativ retinopatiya OU başlanğıc katarakta Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik sensomotor tədricən proqressivləşən vegeto - trofik pozulmalarla gedən poineyropatiya Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya. xroniki böyrək çatmamazlığı 2-ci mərhələ Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər E04.2 Qeyri-toksik çox düyünlü ur, diffuz düyünlü zob Yanaşı xəstəliklər İ70.2 Ətraf arteriyalarının aterosklerozu, hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, İİ mərh risk4 Yanaşı xəstəliklər İ20.8 Stenokardiya nın digər formaları, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanlarda olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.
5. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip 2 insulin tələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10.E12,E15-E16.1,E22.0-E22.1.E23.0-E23.2,...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.
6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək əlilliyinin əlillik müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi barədə göstəriş verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müraciəti xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla cavablandırılaraq bild irilmişdir ki, onun tibbi-ekspert sənədləri araşdırılmış və xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Müraciətində qeyd etdiyi məsələ ilə əlaqədar aidiyyəti üzrə qeydiyyatda olduğu ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi tövsiyyə olunmuşdur.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmiş, ərizəsi xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, lakin müraciəti cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu məsələ ilə bağlı ərazi üzrə 4 saylı TSEK-ə müraciət etməsi barədə xx.xx.2022-ci il tarixli **********4 saylı cavab məktubunun əsassız hesab edilməsi və Agentliyin nəzdində olan əraz i üzrə 4 saylı TSEK-in isə xx.xx.2022-ci il tarixli məktubuna hərəkətsizlik edərək cavab verməməsinə görə onların üzərinə hüququnun yarandığı gündən yəni, 01 may 2021-ci il tarixindən əlilliyinin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2014-cü ilin aprel ayının 10-da TSEK-nın qərarına əsasən insulindən aslı olmayan insulin tələbli (İİ tip) xəstə kim i lll qrup əlillik təyin edilmişdir. Əlilliyinin müddəti 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlilliyinin müddəti 2021-ci ilin aprel ayının 10-da bitdiyinə görə 35 saylı Şəhər Poliklinikasının HMK-sı tərəfindən 01 aprel 2021-ci il tarixində əlilliyinin müddətinin uzadılması üçün TSEK-na “elektron qaydada” forma 88 göndərilmişdir. TSEK-sı 20 aprel 2021-ci il tarixində “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik müddətinin uzadılmasından imtina etmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi 5 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicə olunduqdan sonra 35 saylı Şəhər Poliklinikasının HMK-sı tərəfindən xx.xx.2021-ci il tarixində TSEK-na təkrar olaraq “elektron qaydada” forma 88 göndərilmişdir. Respublika Angioloji Mərkəzdə dopler müayinə olunmasına və ayaq damarlarında 75-80% tutulmalar olmasına baxmayaraq, bu dəfə də ona əsassız olaraq əlillik müddətinin uzadılmasından imtina edilmişdir. Səbəb kimi ixtisaslaşdırılmış tibbi müəssisənin rəyinin olmaması göstərilmişdir. Bundan sonra Respublika Endokrinoloji Mərkəzində, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və Respublika Angioloji Mərkəzdə müayinələrdən keçdikdən sonra xx.xx.2021-ci il tarixində Həkim Məsləhət Komissiyası tərəfindən üçüncü dəfə TSEK-na “elektron qaydada” forma 88 göndərilmişdir. xx.xx.2021-ci il tarixində göndərilmiş 2732003AACVG nömrəli göndərişə ona məlum olmayan səbəbdən iki ay sonra yəni xx.xx.2021-ci il tarixində “Hədəf orqanlarında olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilməsi” səbəbindən əsassız olaraq imtina edildi. Halbuki, o, ixtisaslaşmış tibb müəssisələrində müayinə olunmuşdur. Müayinələrin nəticələri isə onun əlillik müddətinin uzadılmasına əsas vermişdir. Nazirliyə müraciəti əsasında xx.xx.2021-ci il tarixində Nazirliyin şöbə müdiri S.Qocayevin onlayn qəbulunda olmuşdur. Onun göstərişinə əsasən 4 saylı DOST Mərkəzində yerləşən 4 saylı TSEK-da əyani müayinə olunmuşdur. Bu barədə akt tərtib edilərək Agentliyə göndərilmişdir. Aktın nəticəsini öyrənmək üçün TSEKsı ilə əlaqə saxladıqda ona əyani müayinə üçün Agentliyə gəlməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinədə olarkən ona bildirmişlər ki, bu sənədlərlə akt tərtib edib göndərsələr cavabı 3-4 aya məlum olacaq. Ona görə də, təkrar forma 88 göndərilməsini məsləhət görmüşlər. Bildirmişlər ki, bu dəf ə də, müayinə aktı tərtib etsinlər. Ona görə də, xx.xx.2021-ci il tarixində 35 saylı şəhər Poliklinikasının HMK-sı tərəfindən dördüncü dəfə “elektron qaydada” forma 88 göndərildi. xx.xx.2021-ci il tarixində ixtisaslaşmış tibb müəssisələrində müayinə olunduğu halda yenidən həmin müəssisələrdə müayinə olunması əsas gətirilərək əlillik müddətinin uzadılmasından imtina edilmişdir. xx.xx.2021-ci il tarixində Agentlikdə təkrar əyani müayinədə olduqdan sonra akt tərib edildi. TSEK-sı tərəfindən xx.xx.2021-ci il tarixli göndərişə verilmiş imtina qərarı ləğv edilmiş və xx.xx.2022-ci il tarixində ona xx.xx.2021-ci il tarixindən İİ qrup müddətsiz əlillik təyin edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən müraciətinə xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla cavab verilmişdir. Agentliyin cavab məktubunda ona 07.12. 2021-ci il tarixindən İİ qrup ömürlük əlillik təyin olunduğu və digər məsələ ilə əlaqədar olaraq ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də, Ərazi üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına əlilliyinin bitdiyi vaxtdan yəni xx.xx.2022-ci il tarixindən müəyyən edilməsi üçün ərizə ilə xx.xx.2022-ci tarixində müraciət etmişdir. Həmin ərizəsi xx.xx.2022-ci il tarixində “onlara aid deyil” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra həmin ərazi üzrə 1108 saylı poçt şöbəsindən xx.xx.2022-ci il tarixində SS785473294AZ kodlu bildirişli məktubla t əkrar göndərmişdir. xx.xx.2022-ci il tarixində onlara təqdim edilməsi və əməkdaşları Əlibəyli tərəfindən imza edilərək qəbul edilməsi barədə bildirişi almışdır. Lakin, ərazi üzrə 4 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən hərəkətsizlik edilərək ərizəsinə cavab verilməmişdir. Hesab edir ki, əlillik müddətinin xx.xx.2021-ci il tarixindən uzadılmasından əsassız olaraq Agentlik tərəfindən imtina edilməsi və 4 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən isə hərəkətsizlik edilərək ərizəsinə cavab vermədiyinə görə onların üzərinə əlilliyinin bitdiyi taixdən yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı ərizəsindən aydın görünür ki, ə lillik müddətini xx.xx.2021-ci il tarixindən bərpa etmək onların səlahiyyətinə aid olduğu halda xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla bu məsələ ilə əlaqədar olaraq ərazi üzrə TSEK-na müraciət etməsi tövsiyə olunmuşdur. Ərazi üzrə 4 saylı TSEK-sı isə bir aydan artıq vaxt keçməsinə baxmayaraq hərəkətsizlik edərək ərizəsinə cavab vermir.
11. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 35 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında ba xılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı əlilliyi Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və ona müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir, lakin iddiaçı isə tələbində əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən hesab lanması və həmin müddət üçün müavinətin ödənilməsini qeyd etmişdir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, İddiaçı əlillik müddəti 10 aprel 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 07 dekabr 2021ci il tarixdən, yəni təxminən 8 ay sonra təyin edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-10188/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövq eyini onunla əsaslandırmışdır ki, iddiaçının əvvəlki 3-cü dərəcə əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən müvafiq olaraq xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 35 nömrəli Şəhər Poliklinikası tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsi barədə göndərişlər göndərilməsinə baxmayaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacın olması və göndərişin natamam doldurulması əsasları ilə imtina edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə vərəqədən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti əvvəlki sağlamlıq vəziyyətindən daha da ağırlaşmış və ona ikinci dərəcə əlillik dərəcəsi verilmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: A.P.Oruczadə, hakimlər: X.A.Cəmilova və R.Ə.Səmədov) 2-1(103)-2113/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(112)10188/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, şəxs əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Hazırkı iş üzrə qeyd olunan müddət aralığında şəxsin səhhəti ilə bağlı vəziyyəti stabil olaraq qalmamış, əksinə ağırlaşmalar baş vermiş və şəxsə ikinci dərəcə əlillik təyin olunmuşdur. Müvafiq olaraq cavabdehin əvvəlki imtina qərarları mübahisələndirilməmiş, növbəti təyinata qədər isə şəxsin əlillik dərəcəsi üçüncü dərəcə olmuşdur. Əlilliyin təyinatı ilkin dəyərləndirmənin davamı kimi yox, yeni əlillik dərəcəsini təyinatı kimi başa düşülür.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, 6 ay ərzində göndərilmiş göndərişlər müxtəlif bəhanələrlə və müddət qəsdən uzatmaqla (dövlət səhiyyə müəssisəsi tərəfindən tam doldurulmayıb, ixtisaslaşmış tibb müəssisələrində müayinə olduğu halda təkrar müayinə və xx.xx.2021-ci il tarixli göndərişə heç bir əsas olmadan 2 ay sonra cavab verməklə) imtinalar verilmişdir. xx.xx.2021-ci il tarixli göndərişə imtina verdikləri halda 6 ay müddət ötdüyünə görə öz imtina qərarlarını ləğv edərək 2-ci qrup müddətsiz əlillik dərəcəsi vermişlər. Bakı Apellyasiya Məhkəməsi 6 ay müddətində onun əlilliyinin müddətinin uzadılmasından 4 dəfə müxtəlif əsaslarla əsassız olaraq imtina etməsinə hüquqi qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini i nzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyas iya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ol araq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericil iyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi tarixinin dəyişdirilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. İşin faktiki hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixdə təyin olunmuş üçüncü dərəcə əlillik 1 il müddətinə verilmiş,xx.xx.2015-ci il tarixli müayinə nəticəsinə uyğun 1 il müddət artırılmaqla, növbəti qiymətləndirmə xx.xx.2016-cı il tarixə təyin olunmuşdur. Həmin qiymətləndirmənin nəticəsinə uyğun olaraq iddiaçının əlillik dərəcəsi növbəti 5 il müddətinə uzadılmışdır. İddiaçının əvvəlki 3-cü dərəcə əlillik müddət inin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən müvafiq olaraq xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 35 nömrəli Şəhər Poliklinikası tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsi barədə göndərişlər göndərilməsinə baxmayaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacın olması və göndərişin natamam doldurulması əsasları ilə imtina edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə vərəqədən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti əvvəlki sağlamlıq vəziyyətindən daha da ağırlaşmış və ona ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi müddətsiz təyin olunmuşdur. 32.İddiaç ının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin tarixinin dəyişdirilərək xx.xx.2021-ci ildən müəyyən edilməsinə yönəlmişdir. 33.Lakin iş materiallarında olan qiymətləndirilmə məlumatlarından məlum olduğu kimi xx.xx.2016-cı il tarixdə təyin edilən əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İlkin olaraq xx.xx.2021-ci il tarixli Forma 88 qiymətləndirilməklə əlilliyin təyinindən imtina edilmiş, ikinci dəfə xx.xx.2021-ci il tarixli, daha sonra xx.xx.2021-ci il tarixli əlillik dərəcəsinin müəyyən edilməsi barədə göndərişlər qiymətləndirməklə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən sonuncu göndəriş əsasında sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ona xx.xx.2021 -ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. 34.İddiaçı qeyd edilən zaman kəsiyində əlilliyin təyinədək olan müddətdə əlilliyin qiymətləndirilməsinə dair imtina hərəkətləri mübahisələndirməmiş, yalnız əllilik təyin edildikdən sonra təyinat tarixinin dəyişdirilməsini xahiş etmişdir.
35. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə yuxarıda qeyd olunmuş qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. 36.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını n Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 37. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 38.Qeyd edilməlidir ki, cavabdehin imtina qərarlarının məhkəmə qaydasında id diaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı ona əlillik təyin edilməsindən cavabdehin imtina qərarlarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. 39.İddiaçının əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdanxx.xx.2021-ci il tarixdən 6 ay ərzində deyil, 8 aydan çox müddətdə-xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. 40.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. 41.Bundan başqa, iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə ona verilmiş 2-ci dərəcə əlilliyin xx.xx.2021-ci ildən hesablanmasını xahiş etsə də, işin hallarından da göründüyü kimi iddiaçıya xx.xx.2021-ci il tarixədək 3-cü dərəcə əlillik verilmişdir.
42. İddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilənə qədər onun əlillik dərəcəsi üçüncü dərəcə olmuşdur. Odur ki, əlilliyin təyinatı ilkin dəyərləndirmənin davamı kimi yox, yeni əlillik dərəcəsini təyinatı kimi başa düşülməlidir.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2113/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.