Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-489/2019 12.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili oğlunun, cavabdehin vəkili oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qızına qarşı bağ sahəsinə hüquqların qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1801/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 26 iyun 1968-ci il tarixli qərarının 10 nömrəli protokoluna əsasən keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçının atası X1 oğlu arasında ünvannin istifadəsinə verilməsinə dair 22 iyul 1988-ci il tarixli, ***** saylı müqavilə bağlanmışdır. X1 oğlunun 21.09.1996-cı il tarixində vəfatı ilə əlaqədar olaraq İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Digər vərəsələr sözügedən bağ sahəsinin iddiaçının adına keçirilmə sinə etiraz etmirlər. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1033/2016 saylı, 18 oktyabr 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan iddiaçı, cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri vermişlər. İşin apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin geri götürülməsi haqqında ərizə təqdim etmiş və Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-220/2017 saylı, 12.01.2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinin təmin edilməsi, onun apellyasiya şikayətinin geri qaytarılması və iddiaçının apellyasiya şikayəti üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-220/2017 saylı, 02 fevral 2017-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1004/2017 saylı, 02 may 2017-ci il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 fevral 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1611/2017 saylı, 12 iyul 2017-ci il qərardadı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2016-cı il tarixli qərarı ləğv edilmiş və dəyişdirilmiş iddianın mümkünsüz hesab edilməsi, ilkin iddia tələbinə isə mahiyyəti üzrə baxılaraq, müvafiq qərarın qəbul edilməsi üçün işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82 )-189/2018 saylı, 19 aprel 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X1 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayış) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1801/2018 saylı, 31 avqust 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və X.Ə.Sarıyev) ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 19 aprel 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Cavabdehin kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Üçüncü şəxsin kassasiya şikayətində isə apellyasiya məhkəməsinin qərarının ləğv edilərək işin təkrar baxışa qaytarılması xahiş olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı mərhum atası X1 oğluna ayrılmış 49b/52 saylı bağ sahəsinin nömrəsi Bağlar Təsərrüfatı İnkişafı və istismarı Birliyi tərəfindən tərtib edilmiş sxematik xəritədə əks olunmadığından, naturada (yerdə) həmin bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır.Bundan əlavə, müvafiq torpaq sahəsi 0.15 ha, ümumi hasar daxilində olan ərazinin sahəsi isə 0.3039 ha təşkil edir. Həmçinin, 0.3039 ha torpaq sahəsinin, 0.12 ha hissəsi X2 oğlunun adına 52b saylı bağ nömrəsi ilə qeydiyyatdan keçib, 0.15 ha hissəsi iddia olunan mübahisəli sahə və qalan 0.0339 ha torpaq sahəsi isə keçid yoludur. Bundan başqa, Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən tərtib edilmiş sxematik xəritəyə əsasən müvafiq bağ sahəsi 52v saylı bağın ərazisinə uyğundur. Habelə, qərb tərəfdən 22i nömrəli b ağ sahəsi qeydiyyatdan keçmişdir və qeyd olunan sxematik xəritəyə əsasən qonşu bağ nömrələri: 52; 53; 54b; 51q saylı bağ sahələridir. Belə ki, bağ sahəsinin cənub qonşusuna ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı şəhər şöbəsi tərəfindən JN-***** saylı (54 nömrəli bağ), şərq qonşusuna JN-***** saylı (53q nömrəli bağ) və JN-***** saylı (53a nömrəli bağ) “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxsin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırmamışdır. Belə ki, hazırda üçüncü şəxsin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinə, yəni 0,15 ha sahəyə dair iddiaçının hüququnun olması barədə hər hansı bir süb utu iddiaçı məhkəməyə təqdim edə bilməmiş, iddiaçının bağlanmış müqavilədə nəzərdə tutulan sahə kimi iddia etdiyi 0,20 ha torpaq sahəsinin həqiqətən də hazırda üçüncü şəxsin istifadəsində olan zəbt olunmuş sahə olmasını təsdiq edən hər hansı bir sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mütəxəssis rəyində iddia olunan mübahisəli torpaq sahəsinin 0,15 ha göstərilməsinin nədən irəli gəlməsi məlum deyil. İddia olunan sahənin 0,15 ha olması barədə iş materiallarından hər hansı bir sübut məlum deyildir. Bundan fərqli olaraq iddiaçı ona məxsus torpaq sahəsinin 0,20 ha olduğunu qeyd edir və iddianın həmin həcmdə təmin olunmasını tələb edir. Digər tərəfdən, məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, işə əlavə edilmiş 02.11.2017-ci il tarixli yerli baxış protokoluna əsasən iddia olunan torpaq sahəsi mərhum X2 oğlunun mülkiyyətində olan 0.12 ha-dan ibarət torpaq sahəsi ilə yanaşı, arakəsmələr olmadan yerləşir, DƏDRX-nin mütəxəssisi tərəfindən iddia olunan toıpaq sahəsinin olan ölçüləri götürülmüş, təxmini 0.14 ha-dan artıq sahəni əhatə etdiyi qeyd edilmişdir. Göründüyü kimi yerində də aparılmış baxış zamanı mütəxəssis rəyində iddiaçının istifadəsində olan sahə kimi göstərilən 0.15 ha ərazinin üçüncü şəxsin hasarla əhatə etdiyi sahə yerləşməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətlərinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən sa xlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunm uş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə ve rilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşla rın ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni m ülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq veril miş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəs inə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (b undan sonra çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən isə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə ilə razılaşaraq qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə atası X1 oğlu arasında ünvannin istifadəsinə verilməsinə dair 22 iyul 1988-ci il tarixli, ***** saylı müqaviləni təqdim etmişdir. X1 oğlunun 21.09.1996-cı il tarixində vəfatı ilə əlaqədar olaraq İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəs ələrin dairəsi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından həmçinin görünür ki, 09.08.1998-ci il tarixli, ***** saylı müqaviləyə əsasən ünvan bağ sahəsi x2un istifadəsinə verilmiş və mülkiyyət kimi adına qeydiyyatdan keçmişdir. x2 vəfat etdikdən sonra bağ sahəsi vərəsəlik qaydasında üçüncü şəxs qızına keçmiş və bu barədə ona çıxarış verilmişdir. Üçüncü şəxsin adına 0,12 ha bağ sahəsi qeydiyyatdan keçsə də o, faktiki olaraq 0,3039 ha sahədən, yəni 0,15 ha-dan artıq sahədən istifadə edir. İşdə olan ekspert rəyində hasar daxilində olan torpağın ümumi sahəsinin 0,3058 hektar olduğu, bunun 0.12 hektarına x2un adına çıxarış verildiyi və yerdə qalan 0,1858 ha torpaq sahəsinin yüklü olmadığı qeyd edilmişdir. Eyni zamanda rəydə həmin torpaq sahəsinin yükl ü olmayan hissəsinin, giriş hissə (dalan) ümumi istifadədə saxlanılmaqla, eləcə də yüklü olmayan sahə ilə Ə.Qurbanova məxsus torpaq sahələri arasında plan-sxemdə göstərilən qaydada sərhəd hasarı yaradılmaqla iddiaçıya verilməsinin mümkün olduğu qeyd olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş torpaq sahəsinə yerli baxışa dair 02.11.2017-ci il tarixli protokolda isə göstərilmişdir ki, iddia olunan torpaq sahəsi mərhum x2un mülkiyyətində olan 0,12 ha ibarət torpaq sahəsi ilə yanaşı, arakəsmələr olmadan yerləşir. DƏDRX-nin mütəxəssisi tərəfindən iddia olunan torpaq sahəsinin plan-ölçüləri götürülmüş, təxmini 0,14 ha-dan artıq sahə qalmışdır. Ümumilikdə bağ sahələri, hasarla qonşularla əhatə olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi üçünc ü şəxsə 0,12 ha torpaq sahəsi ayrılsa da o, faktiki olaraq 0,3039 ha torpaq sahəsindən istifadə edir. Üçüncü şəxs apellyasiya və kassasiya şikayətlərində iddiaçının onun istifadəsində olan 0,15 ha sahəsinə hüququnun olmasını sübuta yetirə bilmədiyini qeyd etsə də, lakin özü həmin sahəyə hər hansı hüququnun olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, onun dəlillərini əsassız hesab etməkdə məhkəmə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci i l tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddianın təmin edilməli oldu ğu nəticəyə gəlmişdir. Cavabdehin kassasiya şikayətinin dəlliləri isə ondan ibarətdir ki,müvafiq bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Kollegiya şikayətin həmin dəlillərini aşağıdakılara görə əsassız hesab edir. Müvafiq bağ nömrəsinin sxematik xəritədə aşkar olunmadığı ilə bağlı dəlilə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilmə si zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digə r şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidi r. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə mübahisəli bağ torpaq sahəsinə dair hüququn qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılma lıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1801/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-489/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-489/2019
12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver