Məhkəmə qərarları › İş №2-1(102)-489/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-489/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-489/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N(N05)-475/2022 nömrəli, N noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən o, N4 yanvar N997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7 yanvar N997-ci il tarixli, 3 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis edilmiş) və Xaçmaz rayon hərbi komissarlığına göndərilmişdir.

2. N №-li hərbi hissə komandirinin N4 yanvar N997-ci il tarixli N2 №-li əmrindən arxiv çıxarışından isə görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2 yanvar N997-ci il tarixli 532 saylı fərmanına müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdən ehtiyata tərxis edilən, şəxsi heyətin ümumi siyahısından silinən, N5 yanvar N997-ci il tarixdən bütün təchizat növlərindən çıxarılan və lazımı sənədlərlə təmin edilib müvafiq hərbi komissarlıqlara qeydiyyata göndərilən əsgərlərin siyahısında N saylı hərbi hissədə xidmət edən iddiaçının da adı vardır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 2N yanvar 20N9-cu il tarixli, 9/2-6N0 nömrəli arxiv arayışında göstərilmişdir ki: - Xaçmaz RHK-dan çağırılmış N975-ci il təvəllüdlü iddiaçı N №-li hərbi hissə komandirinin N aprel N993-cü il tarixli 83 №-li əmri ilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, kursant vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin N2 yanvar N994-cü il t arixli N0 №-li əmri ilə (əsas: §6, səh-N8, sıra-N09, əmrdə göndərildiyi yer qeyd olunmamışdır) iddiaçı N0 gün müddətinə təlim məşq toplanışına ezam olunmuşdur. - Müalicə olunmaq üçün hospitala göndərilmiş çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 82 №-li əmri ilə şəxsi heyətin qazan təminatından çıxarılmışdır. - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 07 yanvar N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyyata tərxis olunmuş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N4 yanvar N997-ci il tarixli N2 №-li əmri ilə şəxsi heyətin siyahısından, N5 yanvar N997-ci il tarixdən bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir. - N №-li hərbi hissə komandirinin aprel, may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaç ı ezamiyyətdən qayıtması barədə məlumat aşkar edilməmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 22 may 20N8-ci il tarixli, 30NN nömrəli arayışında qeyd olunmuşdur ki, N №-li hərbi hissənin sabiq əsgəri İddiaçı N9 mart N994-cü il tarixdə N №-li hərbi hissənin tibb rotasında stasionar müayinə və müalicədə olmuşdur.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 462 nömrəli, NN iyun 20N9-cu il tarixli qərarında qeyd edilmişdir ki, Xaçmaz RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən N9 mart N994-cü ildə aldığı və N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ kürəkaltı nahiyəsinin kor qəlpə yarası, reaktiv vəz iyyət” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin N3 may 20N9-cu il tarixli 473 nömrəli göndərişi, N3 may 20N9-cu il tarixli 473 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş 22 may 20N8-ci il tarixli 30NN nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli, 4/2-3800 nömrəli məktubda qeyd olunmuşdur ki: - Xaçmaz RHK-dan çağrılmış N975-ci il təvəllüdlü iddiaçı N №-li hərbi hissə komandirinin N aprel N993-cü il tarixli 83 №-li əmri ilə (əsas: §2, sıra-93, səh-9) “sıravi” hərbi rütbəsi veri lməklə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış kursant vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin N aprel N993-cü il tarixli 35 №-li əmri ilə (əsas: səli 26. § 6, sıra 34) iddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq kimya bölüyü komandirinin sərəncamına Qusara göndərilmişdir. - Həqiqi hərbi xidmətdən qaçmış və yenidən hərbi hissəyə qayıtmış iddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 4 №-li əmri ilə (əsas: § 4 sıra N8) 07 yanvar N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - N №-li hərbi hissə komandirinin N2 yanvar N994-cü il tarixli N0 №-li əmri ilə (əsas: §6 Sira-309, səh-N8. əmrdə göndərildiyi yer qeyd olunmamışdır) iddiaçı N0 gün müddətinə təlim məşq to planışa ezam olunmuşdur. - N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 20 №-li əmri ilə (əsas: § 3, sıra N0) sıravi İddiaçı “çavuş” hərbi rütbəsi verilmişdir. - Silahlı Qüvvələr Baş Qərargah rəisinin 07 yanvar N997-ci il tarixli 3 nömrəli əmrinə əsasən ehtiyata tərxis olunmuş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N4 yanvar N997-ci il tarixli N2 №-li əmrilə (əsas: §23, səh-N2, əmrdə hərbi rütbəsi sıravi yazılmışdır) şəxsi heyətin siyahısından, xx.xx.N997-ci il tarixdən bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir. - N №-li hərbi hissə komandirlərinin N aprel N993-dekabr N993-cü il, 24 yanvar N994-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

7. Azərbaycan Respublikası nın Hərbi Prokurorluğunun HPN2/8N2 nömrəli, 24 iyun 202N-ci il tarixli məktubundan isə müəyyən olunur ki, İddiaçı haqqında Hərbi Prokurorluqda hər hansı cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

9. Cavabdehin iddiaçıya ünvanladığı 7 oktyabr 202N-ci il tarixli, 4/899 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 2 noyabr 20N8-ci il və təkrar 24 sentyabr 202N-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlə r geri qaytarılır. Mərkəzi Arxivin 2N yanvar 20N9-cu il tarixli 9/2-6N0 nömrəli və N0 sentyabr 202N-ci il tarixli 4/2-688 nömrəli arayışlarına əsasən N nömrəli hərbi hissədə N mart N994-cü il tarixdən sonra xidmətiniz barədə məlumat olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.” N0. Məhkəmənin sorğusuna Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin verdiyi 30 sentyabr 2022-ci il tarixli 4/2-6554 nömrəli məktubda göstərilmişdir ki, N №-li hərbi hissənin N993-N997-ci il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı pul təminatı ilə təmin olunması barədə araşdırma aparıla bilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat N N.İddiaçı 8 fevral 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx N975-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş, 23 aprel N993-cü il tarixdə Xaçmaz rayon Hərbi komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılaraq xidmətini N aprel N993-cü il tarixdən N5 yanvar N997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində icra etmişdir. N nömrəli hərbi hissə komandirinin N2 yanvar N994-cü il tarixli N0 nömrəli əmri ilə N0 gün müddətinə təlim məşq toplanışına Füzuli rayonuna N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N9 mart N994- cü il tarixdə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən yaralanaraq N nömrəli hərbi hissənin tibb rotasında stasionar müayinə və müalicə olunmuş, müalicə olunmaq üçün hospitala göndərilməyi ilə əlaqədar N saylı hərbi hissə komandirinin N mart N994-cü il tarixli 82 nömrəli əmrilə şəxsi heyətin qazan təminatından çıxarılmışdır. Həmin tarixdə də hospitalda müayinə olunub N saylı hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmiş, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 07 yanvar N997-ci il tarixli müvafiq əmrinə əsasən N saylı hərbi hissə komandirinin N4 yanvar N997-ci il tarixli N2 saylı əmri ilə qanuni əsasla ordu sıralarından tərxis olunmuşdur. N2 yanvar N994-cü ildən N mart N994-cü ilə kimi N saylı hə rbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə bağlı ona “Müharibə veteranı” adı və vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyyasına müraciətinə 07 oktyabr 202N-ci il tarixdə bildirilmişdir ki, N saylı hərbi hissədə N mart N994-cü ildən sonra xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqənin verilməsindən imtina olunur. İddiaçının N mart N994cü il tarixdən N saylı hərbi hissəyə qayıdıb xidməti davam etdirərək qanuni əsasla tərxis olunmağı hərbi biletinin 4-cü və 7-ci səhifələrində aparılan qeydlərlə təsdiq olunur. Müharibə zamanı aldığı xəsarət Azərbaycan Respublikası Müdafiə Nazirliy inin Mərkəzi Hərbi Həkim Komissiyasının NN iyun 20N9-cu il tarixli 462 saylı qərarına əsasən “Hərbi travmadır”, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. N3. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin aprel, may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının ezamiyyətdən qayıtması barədə məlumat aşkar edilməmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin N7 oktyabr N997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilmə li, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki,...törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hiss ələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş a rayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. N4. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N089/2022 nömrəli, N aprel 2022-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə ola raq qoyulması qərara alınmışdır. N5. Məhkəmə cavabdehin bildirdiyi Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin aprel, may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının ezamiyyətdən qayıtması barədə məlumat aşkar edilməməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının yenidən N saylı hərbi hissəyə qaytarılması barədə nizami hissə üzrə əmrin olmaması və N4 yanvar N997-ci ildə onun N saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunması ona dəlalət edir ki, ezamiyyətdən geri qaytarılması barədə nizami hissə əmrinin mövcud olmasına dəlalət edir. Qeyd olunan əmrin (yenidən N saylı hərbi hissəyə qaytarılması haqqında) Müdafiə Nazirliyinin arxivində saxlanılmaması iddiaçının tələbinin təmin edilməməsinə əsas ola bilməz. Başqa sözlə desək inzibati orqanın günahı ucbatından ezamiyyətdən geri qaytarılması haqqınnda müvafiq əmrin arxivdə saxlanılmamasına görə məsuliyyəti Müdafiə Nazirliyin özü daşıyır. N6. Bundan başqa, “İnzibati icraat haqqında” Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının döyüşlərdə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində döyüş əməliyyatlarında iştrak etmiş (əsas mərkəzi həkim komissiyasının qərarı və müdafiə nazirliyinin arayışları) və N saylı Hərbi Hissə komandirinin xx.xx.N997-ci il tarixli N2 nömrəli əmri ilə ordudan tərxis olunmuşdur. N7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat N8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N05)-475/2022 nömrəli, N noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, E.Ç.Babayeva və Z.T.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edi lməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N089/2022 nömrəli, N aprel 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “cavabdehin birinci instansiya məhkəməsinin qərarın 6-cı səhifəsinin 3-cü abzasında qeyd olunmuş iddiaçının xidmətini digər qurumlarda (DİN) davam etdirməsi və bu səbəbdən iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyula bilməməsi barədə dəlilləri ilə bağlı isə qeyd olunur ki, iş materialları ilə və iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı xidmətini Müdafiə Nazirliyinin hərbi hissəsində etmişdir. Birinci instansiya məhkəməsinin qərarında texniki səhv olaraq digər orqanın adının qeyd olunması mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyil”.

20. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 2N. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim olunmuş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 20 nömrəli əmri ilə iddiaçıya “çavuş" hərbi rütbəsi verilmişdir. Bu o deməkdir ki, iddiaçı həmin vaxt məhz N nömrəli hərbi hissənin şəxsi heyətinə mənsub olub və şəxs isə eyni vaxt da iki hərbi hissənin hərbi qulluqçusu ola bilməz. Bundan başqa, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Ona görə də iddiaçının N994-cü ildə ora daxil olması, N997-ci ildə isə ehtiyata buraxılması ona “Müharibə veteranı" statusu verilməsinə əsas ola bilməzdi. Hətta iddiaçının atəşkəsə kimi N nömrəli hərbi hissədə olması kimi qiymətləndirsəydi belə, yenə də ona “Müharibə veteranı" adının verilməsinə əsas sayıla bilməzdi. Çünki, o, müalicədən sonra (məhz atəşkəsə kimi) ora qayıtmalı idi. İddiaçı isə müayinədən sonra döyüş əməliyyatları aparılan zaman (xx.xx.N994-cü ilə kimi) hərbi hissəyə qayıtmamış və harada olması məlum deyil, məhkəmə qərarlarında bunları əks etdirən sənədlərə istinad olunmamışdır.

22. Həmçinin qeyd edilmişdir ki, “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissədə xidmət etməsi kifayət etmir, atəşkəsə kimi özbaşına tərk etmə hadisəsinin olmaması da şərtdir. Əmrlərdə iddiaçının xx.xx.N994-cü il tarixdən sonra may N994-cü ilə kimi (atəşkəsə kimi) nə N nömrəli, nə N nömrəli hərbi hissədə olması, qayıtması, xidməti barədə məlumat aşkar edilmədiyindən və onun N997-ci ildə N nömrəli hərbi hissədən ehtiyata buraxılması iddianın təmin edilməsinə əsas ola bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən N99Nci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları i lə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməl idir. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 22 sentyabr 20N8-ci il tarixli 422 saylı Qərara əsasən – “Müharibə veteranı" adı və vəsiqəsini verilməsi üçün zəruri olan hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşİərdəki iştirakı sübut edən sənədlər təqdim olunmalıdır. Qeyd: Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 N–li Qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər" sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda "sözləri və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikl əri siyahıları sözlərindən sonra döyüşlərdə itirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda sözləri əlavə edilmişdir. 26. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: (25 dekabr N99N-ci il tarixli) Maddə

3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi: -Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildi kləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə N8. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ -N8.N Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

27. İnzibati Prosessual Məcəllə:... Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məh kəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 3N. Əlavə olaraq kassasiya şikayətinin N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş və apellyasiya instansiyası tərəfindən məhkəmə iclasında tədqiq olunan sənədlərdə iddiaçının N saylı hərbi hissədən N saylı hərbi hissəyə ezam olunaraq xidmətini davam etdirməklə, N saylı hərbi hissə komandirinin N4 yanvar N997-ci il tarixli N2 nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunması və N saylı hərbi hissənin döyüş əməliyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının dəlili onun N saylı hərbi hissədən N saylı hərbi hissəyə ezam olunaraq döyüş əməliyyatlarında iştirak etməsidir. Bu dəlil də məhkəmə araşdırması ilə təsdiq edilmiş, iddiaçıya “Müharibə veteranı ” adı və vəsiqəsi verilməsi üçün bu qərarın 25ci bəndində qeyd olunan Əsasnamədə olan hallar mövcud olmuşdur.

32. Bundan başqa, cavabdehin kassasiya şikayətində qeyd etdiyi “iddiaçı isə müayinədən sonra döyüş əməliyyatları aparılan zaman (xx.xx.N994-cü ilə kimi) hərbi hissəyə qayıtmamış və harada olması məlum deyil...” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N4 yanvar N997-ci il tarixli N2 №-li əmrindən arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2 yanvar N997-ci il tarixli 532 saylı fərmanına müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdən ehtiyata tərxis edilən, şəxsi heyətin ümumi siyahısından silinən, N5 yanvar N997-ci il tarixdən bütün tə chizat növlərindən çıxarılan və lazımı sənədlərlə təmin edilib müvafiq hərbi komissarlıqlara qeydiyyata göndərilən əsgərlərin siyahısında N saylı hərbi hissədə xidmət edən iddiaçının da adı vardır.

33. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tə tbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin N noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N05)-475/2022 nömrəli, N noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar