Məhkəmə qərarları › İş №2-1(102)-49/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-49/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-49/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: polis əməkdaşına müalicə olunma üçün verilən müavinətin və məzuniyyətə çıxarkən verilən pul müavinəti nəzərə alınmaqla yeni məlumat vərəqinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin yenidən tərtib edilməsi və göndərilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1074/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.

2. İddiaçı 1978-2013-cü illərdə X2 xidmət etmiş, xx.xx.2013-cü il tarixdə ehtiyata buraxılmış, DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinin xx.xx.2013-cü il tarixli 13/386 saylı qərarı ilə ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmuşdur.

3. Pensi ya təyin edilərkən onun barəsində verilmiş məlumat vərəqində təqvim xidməti illəri 35 il 25 gün, güzəştli xidmət dövrü 5 il 5 ay olmaqla – cəmi 40 il 5 ay 25 gün xidmət dövrü göstərilmişdir. Həmçinin ona vəzifə maaşı 270 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 200 manat, ərzaq payı əvəzində kompensasiya 64 manat, məharət dərəcəsinə görə 97,50 manat olmaqla 758,5 manat təminat xərcliyi hesablanmışdır.

4. İddiaçı DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə pensiya məbləğinin artırılması barədə müraciət etmişdir. İdarə iddiaçıya xx.xx.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, təminat xərcliyi barədə məlumat vərəqi onun xidmət etdiyi orqan tərəfindən göndərilməlidir. Onun pensiya məbləğinin yenidən hesablanması məsələsinə, məlumat vərəqi daxil olduqdan sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2019-cu il 17 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş pensiyanın düzgün hesablanması üçün orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanaraq (yəni, müalicə pulu, məzuniyyət pulu, pul mükafatları məbləği, Qarabağ müharibəsində iştiraka görə 55 manat haqq, o cümlədən, baş təhqiqatçı vəzifəsinin bu günə olan vəzifə maaşına uyğun məvacibin baza hissəsinin üzəri nə gəlib yenidən hesablanması, o cümlədən 2013-cü ildən bu günə nəzərə alınmamış artımların da nəzərə alınmaqla) məlumat vərəqəsinin yenidən tərtib edilməsi və həmin məlumat vərəqəsinin əmək pensiyasının düzgün məbləğdə təyin edilməsi məqsədilə DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət öncə təyin olunmuş pensiya məbləğinin hesablanma qaydası və məbləğinin düzgünlüyünün müəyyənləşdirilməsi məqsədilə DSMF-yə rəsmi müraciət etmişdir. Həmin qurumdan məsələ ilə bağlı verilmiş xx.xx.2017-ci il tarixli 03/89/01-316 saylı arayışla bəlli olur ki, ona qulluq etdiyi baş təhqiqatçı maaşı 327 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 50% əlavə 228,50 manat, məharət dərəcəsinə görə 35% əlavə 114,45 manat və ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat olmaqla, təminat xərcliyi 863,95 manat təşkil edir və 40 il xidmətinə görə təminat xərcliyinin 100% həcmində, yəni 863,95 manat almaq hüququna malikdir. Lakin ona hesablanmış pensiyanın məbləği düzgün deyil, bununla da onun sosial təminat hüququ ciddi şəkildə pozulur. Belə ki, onun barəsində tərtib edilən məlumat vərəqəsində qanunla qeyd edilməsi nəzərdə tutulan bir sıra əlavələr edilməmişdir. Ona görə də yeni məlumat vərəqəsi tərtib edilməlidir. Digər bir məqam isə, pensiya təyinatı üçün orta aylıq əmək haqqının düzgün formalaşması ilə birbaşa əlaqədardır. Belə ki, “Pensiyaların hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi” Qaydasına görə orta aylıq əmək haqqı 12 ay ərzindəki və ya... gəlirə görə hesablanmalıdır. Yə ni 12 ay ərzində onun aldığı gəlir tam həcmdə nəzərə alınmadığından, orta aylıq əmək haqqı məbləği düzgün formalaşdırılmayıb. Orta aylıq əmək haqqı məbləği isə məlumat vərəqəsinin 14-cü bəndi üzrə pul təminatı - təminat xərcliyi məbləğinin düzgün hesablanmaması ilə nəticələnmişdir. Belə ki, orta əmək haqqına 2 aylıq müəlicə pulu, 2 əmək haqqı qədər məzuniyyət müavinəti, aldığı 4 aylıq pul mükafatları məbləği, qulluq dövründə müharibə iştirakçısı kimi ona ödənilən 32 manat (hazırda 55 manat) haqq nəzərə alınmamışdır. Bundan başqa, 2013-cü ildən sonra baş təhqiqatçının vəzifə maaşında olan artım da ona tətbiq edilməmiş və yekun etibarı ilə onun hüququ pozulmuşdur. Onun məlumat vərəqəsində qanunla nəzərdə tutulan digər əlavələr və artımlar nədənsə nəzərə alınmamışdır. “Hərbi qulluqçuların pen siya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində qeyd edilir ki, 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə (xidmət illərinə görə) pensiyanın minimum məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150% məbləğində təyin edilir. Halbuki, ona 100%-lə verilir. Həmin Qanunun 15-ci maddəsində xidmət illərinə görə pensiyaya əlavələr nəzərdə tutulur və müharibə iştirakçılarının bu cür əlavə almağa hüququnun olması da əks olunmuşdur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, iddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun x idmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş Qaydalara əlavədə “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi”nin forması müəyyən edilmişdir. Həmin əlavədə “məlumat vərəqi”nin 14-cü “Pul təminatı (təminat xərcliyi)” bəndinin yarımbəndlərində “rütbə maaşı”, “xidmət illərinə görə əlavə”, “ərzaq payı” ilə yanaşı “digər növ əlavələr” adı ilə bir neçə yarımbənd də nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi həmçinin iddianın rədd olunan hissəsini əsaslandıraraq göstərmişdir ki, müharibə veteranı olması ilə bağlı ona ödənilən pul vəsaitinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin məbləğ ona DİO tərəfindən ödənilmədiyindən, iş yerindən verilən “təminat xərcliyi barədə məlumat vərəqəsi”ndə bu məbləğlərin əks olunması zəruri deyil.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1074/2020 nömrəli qərarı ilə ( hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, “İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımların nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, eyni hissədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

11. Apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun və “Təminat xərcli yinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”n təhlili göstərir ki, bu qanunvericilik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə aldıqları pul təminatından xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir və iddiaçının məlumat vərəqi də məhz bu şəkildə tərtib olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edi lməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.”

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 13.1. Apelyasiya instansiya məhkəməsinin qərarında əsaslandırmaya dair arqumenti bu olmuşdur ki, Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı barəsində xx.xx.2013-cü il tarixli məlumat vərəqi tərtib olunarkən müalicə pulunun, məzuniyyət pulunun və pul mükafatı vəzifə maaşından hesablanan digər əlavələrə daxil olmadığından məlumat vərəqəsi tərtib edilərkən həmin məbləğlər nəzərə alına bilməzdi və onlar nəzərə almamaqda Daxili İşlər Nazirliyi düzgün hərəkət etmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır. 13.2 Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarına əlavədə "Əmək pensiyası təminatı üçün hərbi qull uqçu (xüsusi rütbəli şəxs) haqqında DSMF-yə təqdim olunan məlumat vərəqəsi”nin forması müəyyən edilmişdir. Həmin əlavədə "məlumat vərəqəsi“nin 14-cü “Pul təminatı (təminat xərcliyi)” bəndinin yarımbəndlərində rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı ilə yanaşı digər növ əlavələr adı ilə bir neçə yarımbənd də nəzərdə tutulmuşdur. Ona görə də hesab edir ki, məlumat vərəqəsinin digər yarımbəndlərinə məzuniyyət, müalicə pulu və s. də daxil edilməli idi. Cavabdehin həmin yarımbəndlərin təyinatında mülaicə, məzuniyyət və s pullarının nəzərdə tutulmaması barədə mövqeyi heç bir normativ hüquqi aktda öz əksini tapmamışdır. “Əmək pensiyaları haqqında“ Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulan “vəzifə maaşından hesablanan digər əlavələrdən” ifadəsi, iddiaçı barəsində müvafiq məlumat və rəqəsi tərtib edilərkən nəzərə alınmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazlar

14. Kassasiya şikayətinə qarşı etirazlar daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.

16. Cavabdehin vəkili kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə

1. Əsas anlayışlar 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müva fiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına ə lavələr 20.15. Bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Maddə

22. Sığorta stajının hesablanması qaydası 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə

76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); 88.... Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. (Bu norm a x xxxxxxxx 2004-cü il tarixli 730–İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 88-ci maddəyə ikinci hissə kimi əlavə edilmişdir. 97.... Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. (Bu norma x xxxxxxxx 2004-cü il tarixli 730–İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 97-ci maddəyə ikinci hissə kimi əlavə edilmişdir).

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başq a silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.

2. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və x üsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.

20. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanı” Bənd 2.3. Həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hak imiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. (Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir).

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etməsinə baxmayaraq iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia “Qarabağ müharibəsində iştiraka görə 55 manat haqq, o cümlədən, baş təhqiqatçı vəzifəsinin bu günə olan vəzifə maaşına uyğun məvacibin baza hissəsinin üzərinə gəlib yenidən hesablanması, o cümlədən 2013-cü ildən bu günə nəzərə alınmamış artımların da nəzərə alınmaqla məlumat vərəqinin verilməsi”nə aid hissədə təmin olunmamışdır və apelyasiya şikayəti vürilmədiyinə görə qərar həmin hissədə qanuni qüvvəyə minmişdir. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarını birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, “orta aylıq əmək haqqı, müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə iddianın rədd edilməsi hissəsini mübahisələndirir. Ona görə də hazırkı icraat çərçivəsində, apelyasiya məhkəməsinin iddianın rədd olunduğu hissədə məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli v ə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı işlədiyi müddətdə ildə bir dəfə aylıq əmək haqqı məbləğində məzuniyyətə çıxarkən verilən pul məbləği, müalicə pulu məbləği, habelə aldığı pul mükafatı məbləği nəzərə alınmaqla təminat xərcliyinin yenidən hesablanması və yeni məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi barədə cavabdehun üzərinə öhdəlik qoyulmasını xahiş edir.

26. İddia tələbinin hüquqi əsasları kimi “Əmək pensiyaları haqqında” qanunun 1.0.5ci, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-4-cü bəndləri, Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamənin 88, 91 və 97-ci bəndləri nəzərdən keçirilməlidir. 27. “Əmək pensiyaları haqqında” qanunun 1.0.5-ci maddəsi və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə əsasən, təminat xərcliyinə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ aid edilmişdir. 28. “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci maddəsində isə daxili işlər orqanları əməkdaşlarının təminat xərcliyinə tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əla və, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödəmələr aid edilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.”

30. Apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması, ilk növbədə iddiaçıya məzuniyyətə çıxarkən, müalicə olunması, habelə mükafat pullarının verilib-verilməməsini, verilmişdirsə həmin ödənişlərdən sosial sığorta haqqının tutulub-tutulmamasının araşdırılmasını tələb edirdi. Lakin iddiaçıya həmin məbləğlərin ödənilməsi araşdırılmamışdır.

31. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya barəsində verilmiş məlumat vərəqində göstərilmiş təminat xərcliyinə uyğun olaraq 758 manat pensiya təyin olunmuşdur. İddiaçı ona 863 manat pensiya ödənildiyini bildirir. Cavabdeh isə iddiaçıya 919 manat pensiya ödənildiyini bəyan edir. İş materiallrından bu fərqin nəyin əsasında yaranması müəyyən edilmir. Pensiyanın növü, hesablanması qaydaları və bu zaman əsas kimi istinad olunmuş sübutlar pensiya işində toplanır. Ona görə də pensiya məbləğinin yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi, ə lavələrin hesablanması və digər predmetli mübahisələrə baxılarkən, iddiaçının irəli sürdüyü tələbin və cavabdeh tərəfin etirazlarının pensiya işində olan sənədlərlə müqayisəli şəkildə araşdırılması zəruridir. Lakin iddiaçının pensiya işi tələb olunub işə əlavə edilməmişdir.

32. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1074/2020 nömrəli qərarı “İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımların nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” hissəsində ləğv edilməsi və bu iddianın təmin edilməməsinə aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar