Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-49/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pasport qeydiyyatına alınmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1381/202 2 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarı ilə 7 may 1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
2. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması barədə müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının babası X1 ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanın a yaşayış yeri üzrə qeydiyyata alınması üçün həmin mənzilin dövlət reyestrindən çıxarışı təqdim edilməlidir. Qeydiyyat üçün əsas qismində sənədin olmadığı halda iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Onun ünv an 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması üçün cavabdehə müraciət olunsa da, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunmuş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.
5. Məhkəmənin 29 noyabr 2021-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(112)-3034/2022 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddiа rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı qeydiyyata alınması nı xahiş etdiyi ünvan 1 ünvanında yerləşən ev özbaşına tikilidir. İddiaçı həmin evə qeydiyyata alınmaq üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, həmin ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlə r hesab edildiyindən, iddiaçının isə belə sənədlərdən hər hansı birinə malik olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Bu səbəbdən, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1381/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(112)-3034/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instans iya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin mənasına görə, şəxsin qeydiyyata alınması üçün yalnız mənzilin dövlət reyestrindən çıxarışının deyil, digər hüquq müəyyənedici sənədlərin də olması göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən bu məsələlər araşdırılmamışdır. Belə ki, sözügedən mənzildə qeydiyyatda olan X2 tərəfindən verilən ərizədə iddiaçının ünvan 5 ünvanında yerləşən 11A saylı mənzilə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən isə Nəbiyeva Ramilənin hansı əsasla belə bir ərizə vermək hüququnun olub-olmaması araşdırılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya instansiya məhkəməsinin qərarı ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqına" Qanunun 5-ci maddəsinin 2-ci hissəsi pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqı nda” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:.... 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqınd a daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə
8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;......
15. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kasasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
17. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn iş in hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla belə, iddiaçının kassasiya şikayətində təkrarlanan dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Bu qərarın 15-ci bəndində istinad olunan normalarda şəxsin qeydiyyata alınması üçün tələb olunan sənədlərin dairəsi və qeydiyyatdan imtinanın əsasları təsbit edilmişdir. Həmin normalara görə, şəxs yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsini, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini aidiyyəti icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin normalarda nəzərdə tutulmuş müvafiq sənədlər təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınm asından imtina edir.
24. İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınmaq üçün istinad edilən normalarda təsbit edilmiş hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Başqa sözlə, iddiaçının həmin evə qeydiyyata alınması üçün tələb olunan hüquqi əsaslardan hər hansı birinin mövcud olduğu iş üzrə materiallarla təsdiq olunmur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, həmin ünvanda yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
25. Nəzərə almaq lazımdır ki, X2 tərəfindən iddiaçının həmin mənzilə qeydiyyata alınmasına razılığını ifadə edən ərizənin verilməsi qeydiyyata alınma üçün yetərli sayıla bilməz. Razılıq verən və ya vətəndaşa y aşayış sahəsi verən şəxs ən azından həmin yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır və bunu təsdiq edən müvafiq sənədi ərizə ilə birlikdə aidiyyəti icra hakimiyyəti orqanına təqdim etməlidir. Hazırkı mübahisəyə münasibətdə X2 tərəfindən onun iddiaçının qeydiyyata alınmasına razılıq verdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququnu təsdiq edən hər hansı sənəd də məhkəməyə təqdim olunmamışdır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən, ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, iddiaçının həmin evə pasport qeydiyyatına alınmasından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
27. Apellyasiya məhkəməsi mübahisə nin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 21(103)-1381/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.