Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-49/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X20) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın qismən ləğv edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X20) qarşı “X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyya ta alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(107)-2882023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X27 Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 nömrəli qərarı ilə 0.03 ha həyətyanı torpaq sahəsi ayrılmış və adına JN-1372A kod 40201004 nömrəli şəhadətnamə verilmişdir. 2. 287 inventar nömrəli, xx.xx.2006-cı il tarixdə tərtib olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X35 və X9 bərabər paylı mülkiyyətində olmuşdur. Evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 605 kv.m, faktiki 677 kv.m qeyd olunmuşdur. Fərdi yaşayış evi üzərində X22 və X23 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adlarına xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir.
3. X2 29 ünvanında yerləşən fərdi yaşayış evinin özünə düşən ½ hissəsini oğlu X16 bağışlamış və tərəflər arasında xx.xx.1971-ci il tarixli müqavilə bağlanmışdır.
4. X22 xx.xx.2000-ci il tarix də ölmüş və arvadı X28 onun vərəsəsi olmuşdur. Miras əmlakın kütləsini Sabir küçəsi 29 ünvanında 0.0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 218.2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi təşkil etmişdir. 5. ünvan 2 ünvanında 0.0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218.2 kv.m yaşayış, 46.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyası, ******* nömrəli çıxarış verilmişdir.
6. X28 mülkiyyətində olan 0.0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218.2 kv.m yaşayış, 46.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini İddiaçı bağışlamış, tərəflər arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adına xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. Sənəddə evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0.0605 ha, faktiki 0.0677 ha olması göstərilmişdir.
7. Zaqatala AİK-nın xx.xx.2005-ci il tarixli, 117 nömrəli qərarı ilə 0.02 ha həyətyanı torpaq sahəsi X29, X30, X24 və X25 ayrılmış və adlarına JN-1371A kod 40201004 nömrəli şəhadətnamə hazırlanmışdır. 8. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X18 mülkiyyətində olmuş və adına xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi hazırlanmışdır.
9. X31 xx.xx.1975-ci il tarixdə ölmüş, X20 və X26 onun vərəsələri olmuşlar. Miras əmlakın kütləsini isə 0.0 2075 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 100.3 kv.m yaşayış, 53.16 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi təşkil etmiş, həmin evin 2/3 hissəsinə X5, 1/3 hissəsinə X10 vərəsəlik hüququ tanınmışdır.
10. Zaqatala şəhəri, Sabir küçəsi 27 ünvanında 0.0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99.2 kv.m yaşayış, 51.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2/3 hissəsinə X5, 1/3 hissəsinə X10 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adlarına xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır.
11. X26 fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini qohumu X11 bağışlamış və tərəflər arasında xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi bağlanmışdır.
12. Zaqatala şəhəri, Sabir küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0208 ha torpaq sahəsinə X5 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 13. 11.09.2013-cü il tarixdə tərtib olunmuş 2965 inventar nömrəli texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.02 ha, faktiki 0.0345 ha göstərilmişdir.
14. Zaqatala rayon Məhkəməsinin 2-131 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı X6 cavabdeh X21 qarşı “miras evə vərəsəlik hüququ verilməsi və mirasın bölünməsi” tələbinə dair iddiası qismən, X10 qarşılıqlı olaraq “vəsiyyətnamənin ləğv edilməsi və mirasa vərəsəlik hüququnun verilməsi” tələbinə da ir iddiası tam təmin edilmiş, ünvan 4 ünvanda yerləşən mərhum X7 miras qalan evin 1/3 hissəsi qanun üzrə vərəsəlik hüququ əsasında X12, 1/3 hissəsi qanun üzrə vərəsəlik hüququ əsasında X19 mülkiyyətinə və 1/3 hissəsi qanun üzrə vərəsəlik hüququ əsasında X10 mülkiyyətinə verilmiş və giriş-çıxış yolu, mətbəx, hamam və həyətyanı torpaq sahəsi vərəsələrin ümumi istifadəsində saxlanılmış, X13 miras evin öz payına düşən hissəsinə dair bacısı X12 verdiyi xx.xx.1991-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.
15. İddiaçı Zaqatala şəhəri, Sabir küçəsi 27 ünvanına digər mülkiyyətçilərin adlarına aparılmış qeydiyyatın və hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi və mübahisəli 60 kv.m torpaq sahəsinin ona məxsus sənədlərə daxil edilməsi ilə bağlı cavabd eh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Zaqatala şəhəri, Sabir küçəsi 27 ünvanına digər mülkiyyətçilərin adlarına aparılmış qeydiyyatın, habelə hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi və mübahisəli 60 kv.m torpaq sahəsinin ona məxsus sənədlərə daxil edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata al ınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv olunmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2-da 0.0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 218.2 kv.m yaşayış, 46.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi onun mülkiyyətindədir. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinin 0.03 ha hissəsinə X23 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Ev əvvəllər Əlizadə Şirxanın, sonradan onun oğlu, iddiaçının atası Fikrət Əlizadənin adına olmuş və X32 Əlizadənin adına keçmişdir. Alvina Əlizadə isə həmin evi qızına, yəni ona bağışlamışdır. Evin yerləşdiyi həyətyanı torpaq sahə si 0.0605 ha olmasına baxmayaraq, aqrar islahat zamanı sənədləşmədə müəyyən səhvlər olmuşdur. Həyətin bir hissəsi bələdiyyədə saxlanılmış, bir hissəsi Şirxanın, bir hissəsi isə Fikrətin adına işlənmişdir. Bundan əlavə, həyətin bir hissəsindən X14 qanunsuz istifadə edərək yol açmışdır, halhazırda da həmin yoldan istifadə edir. Həmin yoldan istifadə etməyə əvvəllər Şirxan və Fikrət Əlizadələr icazə vermişlər. Lakin bu icazə rəsmi olmamışdır. Həmin torpağın bir hissəsi sonradan heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq Rasimə Babayevanın mülkiyyətinə verilmişdir. Belə ki, cavabdeh tərəfindən X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0.02 ha torpaq sahəsinin 60 kv.m hissəsi ona məxsusdur.
18. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətin dən imtinanın dəlilləri ilə əsaslandırmışdır.
19. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) xx.xx.2022-ci il tarixli 21(116)-2057/2022 nömrəli qərardadı ilə X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
20. Üçüncü şəxs iddia tələbinə yazılı etirazında bildirmişdir ki, iddia əsassızdır. Belə ki, onun mülkiyyətində olan (60 kv.m sahə) giriş-çıxış yolu ona məxsusdur və Zaqatala xalq məhkəməsinin N2-131 nömrəli qətnaməsi ilə 1997-ci ildə vərəsəliklə verilmişdir. Ali Məhkəmənin 2(102)-39/2022 nömrəli qətnaməsində qeyd etdiyi kimi Sabir küçəsi 27 nömrəli fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ yoxdur. Qeyd edilən mübahisəli 60 kv.m sahə onun yaşayış evinin altında yerləşir. Sabir küçəsi 29 nömrəli ünvanda yaşayan iddiaçının ayrıca giriş-çıxış yolu var və həmişə olmuşdur.
21. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, elektron baza məlumatlarına əsasən, MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.0605 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.0208 ha torpaq sahəsinin 44 kv.m hissəsi üst-üstə düşür. Üst-üstə düşən hissənin cizgiləri, yerləşmə vəziyyəti və koordinatları tərtib olunmuş yerquruluşu planında göstərilmişdir.
22. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxs X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqan olan cavabdeh R.Babayevaya münasibətdə daşınmaz əmlakın ilkin və sonrakı qeydiyyatının aparılması zamanı faktiki xarakterli hərəkətlərində səhvə yol verərək, artıq əvvəllər qeydə alınmış hüquq üzərində qeydiyyatı yenidən aparmaqla mübahisəli 44 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydə alınmasına baxmayaraq, xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsinin üçüncü şə xsin adına qeydiyyatını həyata keçirmişdir. xx.xx.2013-cü il tarixli çıxarış bağışlama müqaviləsi əsasında verilməsinə baxmayaraq, torpaq sahəsinə münasibətdə qeydiyyat bağışlama müqaviləsi əsasında aparılmamış, müqavilə üzrə bağışlanan pay fərdi yaşayış evinə münasibətdə olmuşdur (bağışlama müqaviləsində torpaq sahəsinin bağışlaması ilə bağlı müddəa öz əksini tapmamış, torpaq sahəsi fərdi yaşayış evinin təsviredici vasitəsi kimi qeyd olunmuşdur). Cavabdeh tərəfindən təkrar qeydiyyatın aparılması ilkin qeydiyyat zamanı həyata keçirilmiş olan faktiki xarakterli hərəkətlərin təkrarlanmasından ibarət olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, həmin hissədə də iddiaya inzibati mühakimə icraatı çərçivəsində hüquqi qiymət verilməlidir. İddiaçının tələbinin təmin olunma sını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
24. Üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya inst ansiyası məhkəməsində icraat
25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və Ə.T.Məcidov) 14 iyun 2023-cü il tarixli, 21(107)-288/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-337/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. Üçüncü şəxs qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
28. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında yalnız mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-543/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti ekspertizası ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5726 nömrəli rəy də mövcuddur. Başqa sözlə, iş materiallarında eyni qurum tərəfindən müxtəlif icraatlarda verilmiş mütəxəssis rəylərinin məzmunu ziddiyyətlidir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinə ekspertiza təyin edilməsi ilə bağlı vəsatətlə müraciət etmiş, lakin vəsatəti rədd edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək ş ikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəf indən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. … Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi … 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. … Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. …
31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111.1. Azərbayc an Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmi ləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə
15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüqu qi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; … Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; … Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbayc an Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; … Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması … 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qa lacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətini n dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında 0.0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218.2 kv.m yaşayış, 46.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. xx.xx.2007-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın Texniki Pasportunda evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.0605 ha, faktiki 0.0677 ha göstərilmişdir. Sonrakı tarixə tərtib edilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışla isə Zaqatala şəhəri, Sabir küçəsi 27 ünvanında olan 0.0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaq lı, 99.2 kv.m yaşayış, 51.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2/3 hissəsi X5, 1/3 hissəsi X10 adına qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi ilə X1 27 ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini qohumu X11 bağışlamış və xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışla fərdi yaşayış evi və 0.0208 ha torpaq sahəsi X5 xüsusi mülkiyyəti olaraq qeydə alınmışdır.
41. Cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, elektron baza məlumatlarına əsasən, MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.0605 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.0208 ha torpaq sahəsinin 44 kv.m hissəsi üst-üstə düşü r.
42. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparan inzibati orqan özü də rəyində göstərir ki, üçüncü şəxsə münasibətdə daşınmaz əmlakın ilkin və sonrakı qeydiyyatının aparılması zamanı faktiki xarakterli hərəkətlərində səhvə yol verilərək, artıq əvvəllər qeydə alınmış hüquq üzərində qeydiyyatı yenidən aparmaqla, mübahisəli 44 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqları qeydə alınmasına baxmayaraq, xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyatını həyata keçirmişdir. Başqa sözlə, xx.xx.2013-cü il tarixli çıxarış bağışlama müqaviləsi əsasında verilməsinə baxmayaraq, torpaq sahəsinə münasibətdə qeydiyyat bağışlama müqaviləsi əsasında apar ılmamış, müqavilə üzrə bağışlanan pay fərdi yaşayış evinə münasibətdə olmuşdur. Cavabdeh tərəfindən təkrar qeydiyyatın aparılması ilkin qeydiyyat zamanı həyata keçirilmiş olan faktiki xarakterli hərəkətlərin təkrarlanmasından ibarət olmaqla, iddiaçının hüquqlarını pozmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inziba ti praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
44. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 21(107)-288/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.