Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-49/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: örüş torpaqları üzərində hüquqların qeydə alınması; icarə müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixl i, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0.80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)-549/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsinə əsasən, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0.80 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsal edilməsi məqsədi ilə 99 il müddətinə icarəyə verilmişdir.
2. DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2004-c ü il tarixli rəyində qeyd edilmişdir ki, idarə Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin mülkiyyətindən 0.80 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə etiraz etmir.
3. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarından görünür ki, 0.80 ha torpaq sahəsinin İddiaçı kənd təsərrüfatı məqsədilə icarəyə verilməsi qərara alınmışdır.
4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 0.80 ha torpaq sahəsinin üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir.
5. Cavabdehin 06 yanvar 2023-cü il tarixli, **********05 nömrəli məktubu ilə iddiaçının müraciəti təmin edilməmiş və bildirilmişdir ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004- cü il tarixli 19 saylı qərarı ilə onun icarəsinə verilmiş 0.80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyinə görə ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə veri lmiş 0.80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində işin hallarına istinad etməklə iddia tələbinin əsaslı olduğunu bildirmişdir.
8. Cavabdehin iddia tələbinə etirazının dəlilləri imtina dəlilləri ilə eynilik təşkil edir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə iddiaçı X1 icarəyə verilmiş, naturada mövcud olan 0.80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaqlarıdır.
10. Sumqayıt İnziba ti Məhkəməsinin (hakim: V.E.Əzizova) 12 fevral 2024-cü il tarixli, 2-1(118)-316/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 19 saylı qərarı ilə icarəsinə verilmiş 0.80 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə, örüş sahələri ilə bağlı icarə müqaviləsinin bağlanılmasına dair hər hansı müddət məhdudiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır ki, bu hal iddiaçının vəziyyətini yaxşılaşdırır və cavabdehin imtina cavabında göstərilən dəlili aradan qaldırır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 30 may 2024-cü il tarixli, 2-1(105)-549/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və qış otlaqlar ı, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin dövrdə tənzimləyici norma olan qeyd edilən maddədə örüş torpaqlarının bir qayda olaraq on beş ilədək icarəyə verilməsi nəzərdə tutulmuşdur. Bu isə həmin kateqoriya torpaqların on beş ilə qədər icarəyə verilməsindən istisnalar ola biləcəyi kimi təfsir olana bilər. Nəzərə alanda ki, iddiaçıya ayrılmış və icarəsinə verilmiş torpaq sahəsinin hüquqi sənədləri mübahisələndirilməmişdir və hazırda öz qüvvəsini saxlayır, bu halda cavabdeh inzibati orqanın iddiaçının hüquqi sənədlərinin qanuniliyinə istinad edərək imtina etməsi əsaslı hesab edilə bilməz. Həmçinin, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvv ədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsi örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini imperativ olaraq qadağan etsəydi belə, qanunvericiliyə edilmiş dəyişikliyə qədər iddiaçının hüquqi sənədləri qüvvədə olduğundan, qanunvericiliyə edilmiş dəyişiklik həmin qadağanı ortadan qaldırdığından, yəni iddiaçının vəziyyətini yaxşılaşdırdığı üçün həmin mübasibətlərə tətbiq edilə bilən norma kimi qəbul edilməli və iddiaçının etimad hüququ qorunmalı idi.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004- cü il tarixli 19 saylı qərarı ilə iddaçının icarəsinə verilmiş 0.80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyinə görə və iddiaçının qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icarə müddəti 16 dekabr 2019-cu ildə bitdiyi üçün cavabdeh haqlı olaraq ona imtina vermişdir. İcarə müddəti 2019-cu ildə bitdikdən sonra icarə müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi ki, bu baş vermədiyindən iddiaçı iddia etdiyi 0.80 ha torpaq sahəsinə icarə hüququnu art ıq itirmişdir, belə olan halda isə bundan dörd il sonra - 24 fevral 2023-cü il tarixli 826- VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə edilmiş dəyişikliklərə istinad edilərək iddianın təmin olunması yolverilməzdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Torpaq Məcəlləsi (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Maddə
16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri...
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 16-cı maddənin 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir).
19. Bələdiyyə torp aqlarının idarəedilməsi haqqında” Qanun Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və to rpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur....
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” qərardadı
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
26. Belə ki, hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi 0.80 ha örüş torpaq sahəsini 99 il müddətinə iddiaçıya icarəyə vermiş (xx.xx.2004-cü il tarixli icarə müqaviləsi) və bu barədə qərar (16.12. 2004-cü il tarixli, 19 saylı qərar) qəbul etmişdir.
27. Qeyd edilməlidir ki, icarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin ica rə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır.
28. İşə baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində örüş torpaqlarının bir qayda olaraq, on beş ilədək icarəyə verilməsi nəzərdə tutulması həmin kateqoriyadan olan torpaqların on beş ilə qədər icarəyə verilməsindən istisnaların ola biləcəyi kimi təfsir olana bilər.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, örüş torpaqlarının 15 ildən artıq icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi öz qərarında qüvvədə olan qanunvericiliyə istinad etməklə belə qənaətə gəlmişdir ki, hazırda Torpaq Məcəlləsi örüş torpaqlarının icarəyə verilməsi ilə bağlı müddətlə bağlı məhdudiyyət nəzərdə tutmur.
30. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd edir ki, Torpaq Məcəlləsinin hazırda qüvvədə olan 16-cı maddəsi yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, qeyd edilməlidir ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların İİ və İİİ bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, İİİ bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir.
32. Başqa sözlə, örüş sahələri hazırkı qanunvericiliyə görə də bir qayda olaraq 10 ildən 15 ilədək icarəyə verilə bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı qanunvericilikdə örüş torpaq sahələrini n icarəyə verilməsi ilə bağlı müddət məhdudiyyətinin olmaması (aradan qaldırılması) və Torpaq Məcəlləsinin 16-cı maddəsinin hazırkı redaksiyasının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran norma kimi geriyə tətbiqi ilə bağlı mövqeyi düzgün olmamışdır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etməməklə qiymət vermişdir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” qərardadında da qeyd edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanınması bu hüquqların pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunması dır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aid edilmişdir. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məluma tın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Göstərilən normalar daşınmaz əmlakın yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada və əsaslarla şəxsə ayrılmış olduğu (özgəninkiləşdirilmə, icarəyə, istifadəyə vermə və s.) halda onun üzərində əmlak hüquqlarının dövlət qeydi yyatının aparılmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin, indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2019-cu ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi.
36. İşə baxan apellyasiya instansiya məhkəməsi isə örüş torpaq sahəsinə dair icarə müddəti bitdikdən sonra müqavilənin uzadılması ilə bağlı işin hallarını hərtərəfli araşdırmamış və qiymətləndirməmişdir.
37. Bunda n əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilm əli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
39. İşə təkrar baxan apellyasiya məhkəməsi işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)-549/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.