Məhkəmə qərarları › İş №2-1(102)-490/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-490/2019

05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-490/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, ərizəçinin və üçüncü şəxsin vəkili Vəkil1, “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili oğlunun iştirakı ilə Ərizəçi İddiaçı oğlunun bankın depozitində olan pul vəsaitinin kredit müqaviləsi üzrə öhdəliyə yönəldilməsi və sair tələblərinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2593/2018 saylı iş üzrə 25 oktyabr 2018-ci il tarixli qərarından ərizəçi və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi İddiaçı oğlu 01.10.2018-ci il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək məhkəmədən:

1. «xxxx» ASC ilə imzalanmış 30.10.2015-ci il tarixli, KM-2449/15-2 saylı (21.09.2015-ci il tarixli, BK-2449/15 saylı Baş kredit müqaviləsinə əsasən) kredit müqaviləsinin təminatı qismində çıxış edən İddiaçı oğluna məxsus GM- 2449/15-2 saylı 29 yanvar 2016-cı il tarixli girov müqaviləsinin 1 saylı Əlavə Sazişi üzrə 18 aprel 2016-cı il tarixli 51-70249417-13 saylı depozit hesabında olan pul vəsaitinin 23 fevral 2018-ci il tarixdə 0566 №-li qəbzlə kreditor tələbinin qeydiyyata alınmış 2. 222.000,43 manat kreditor tələbindən imtina edərək «xxxx» ASC ilə «xxxx» MMC arasında imzalanmış 30.10.2015-ci il tarixli KM-2449/15-2 saylı kredit müqaviləsi üzrə öhdəliyin bir hissəsinə, yəni qorunan əmanət məbləğində kreditə yönəldilməsinin; 2. “xxxx” ASC ilə «xxxx» MMC arasında imzalanmış 30.10.2015-ci il tarixli KM2449/15-2 saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının dayandırılmasının; 3. “xxxx” ASC ilə «xxxx» MMC arasında imzalanmış 30.10.2015-ci il tarixli KM2449/15-2 saylı kredit müqaviləsinin ödənişinə 70249417-13 saylı 19.04.2017-ci il tarixli əmanət müqaviləsi üzrə 23 fevral 2018-ci il tarixdə 0566 saylı qəbzlə kreditor tələbinin qeydiyyata alınmış 2.222.000,00 manat qorunan əmanətlər üzrə pul vəsaitinin kreditin bir qisminin ödənişinə yönəldilməsinin ləğv prosesind ə olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna tapşırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçıla «xxxx» ASC arasında 18.04.2017-ci il tarixində bağlanmış N70249417-13 №-li bank əmanət müqavilələri (göy əmanət) bağlanmış və bu müqavilələrin şərtlərinə uyğun olaraq onun tərəfindən 2.200.000,00 manat pul vəsaiti illik 15% dərəcəsi ilə banka əmanət qoyulmuşdur. 02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. 12 ay müddətinə bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilir. Lakin 23.12. 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə «xxxx» ASC-nin lisenziyası ləğv edilmişdir. Həmin qərara əsasən “xxxx” Fonda üzv bank olduğundan əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. 30.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin yönəldilməsi ilə bağlı Fonda müraciət olunsa da, məsələyə münasibət bildirilməmişdir. Tərəflər arasında bağlanmış 18.04.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov predmeti olan pul vəsaiti onun adına açılmış 51-70249417-13 saylı yeni depozit hesabında saxlanılmaqla məbləği 2.200.000 manat təşkil etmişdir. Hazırda kreditor tələbinin qeydiyyatı 23.02.2018-ci il tarixli qəbzə əsasən 2.222.000,00 manat tələb qeydə alınmışdır. O, GM - 2449/15-2 saylı 29 yanv ar 2016-cı il tarixli girov müqaviləsinin 1 saylı əlavə sazişi üzrə ona məxsus 2.200.000,00 manat məbləğində əmanətlə «xxxx» MMC-yə zamin qismində çıxış edir. «Əmanətlərin sığortalanması haqqında» Qanunda birbaşa göstərilir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi – banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2593/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) ərizənin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, İddiaçıla «xxxx» ASC arasında 18.04.2017-ci il tarixində bağlanmış N70249417-13 №-li bank əmanət müqavilələri (göy əmanət) bağlanmış və bu müqavilələrin şərtlərinə uyğun olaraq onun tərəfindən 2.200.000,00 manat pul vəsaiti illik 15% dərəcəsi ilə banka əmanət qoyulmuşdur.02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. İddiaçıla bank arasında bağlanılmış müqavilə 12 ay müddətinə bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. 23.12.2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə «xxxx» ASC-nin lisenziyası ləğv edilmişdir. Həmin qərara əsasən “xxxx” Fonda üzv bank olduğundan əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. 30.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin yönəldilməsi ilə bağlı Fonda müraciət olunsa da, məsələyə münasibət bildirilməmişdir. Tərəflər arasında bağlanmış 18.04.2016-cı il tarixli girov müqavi ləsinə əsasən girov predmeti olan pul vəsaiti onun adına açılmış 51-70249417-13 saylı yeni depozit hesabında saxlanılmaqla məbləği 2.200.000 manat təşkil etmişdir. Hazırda kreditor tələbinin qeydiyyatı 23.02.2018ci il tarixli qəbzə əsasən 2.222.000,00 manat tələb qeydə alınmışdır. İddiaçı GM 2449/15-2 saylı 29 yanvar 2016-cı il tarixli girov müqaviləsinin 1 saylı əlavə sazişi üzrə ona məxsus 2.200.000,00 manat məbləğində əmanətlə «xxxx» MMC-yə zamin qismində çıxış edir. Tərəflərin izahatları Məhkəmə iclasında ərizəçinin və üçüncü şəxsin vəkili kassasiya şikayətlərinin məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini xahiş etdi. “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili kassasiya şikayətlərinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının «xxxx» ASC-nin lisenziyasının ləğvi barədə» 22 dekabr 2017-ci il tarixli 49 (49/1) saylı qərarı ilə «xxxx» ASC-nin 23.11.1992-ci il tarixli 24 №-li lisenziyası 23.12.2017-ci il tarixdən ləğv edilmişdir. Bundan sonra isə Palatanın ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarı ilə «xxxx» ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı ərizəsində irəli sürdüyü məsələlərdən (1 və 3-cü bəndlərindən) göründüyü kimi, onun «xxxx» ASC-nin depozitindəki bank əmanəti müqaviləsi üzrə sığortalanmış olan və sonradan bankla üçüncü şəxs arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq girov qoyduğu 2.200.000 manat, bank iflasa uğradıqdan sonra isə qeydə alınan 2.222.000,00 manat məbləğində kreditor tələbinin bankın borclusu üçüncü şəxsin kredit öhdəliyi ilə əvəz ələşdirilməsini məhkəmədən xahiş edir. Kollegiya hesab edir ki, həmin hissələrdə ərizənin təmin edilməsinin mümkün olmadığına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, «Banklar haqqında» Qanunun 60.1-ci maddəsinin tələbinə görə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur. Həmin Qanunun 60.2-ci maddəsinə əsasən Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Qanunun qeyd olunan imperativ göstərişlərindən göründüyü kimi, bankın iflas proseduru çərçivəsində baxılan bütün müraciətlər «Banklar haqqında» Qanunun müəyyən etdiyi qaydalar daxilində öz həllini tapmalıdır. Belə olan halda, həmin Qanunun 78.1-ci maddəsinin tələbinə görə bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Qanunun 82-ci maddəsi ilə isə ödənişlərin növbəlik qaydası müəyyənləşdirilmişdir. O cümlədən: 82.1.Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 81.1.(19 oktyabr 2007-ci il tarixli 452-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1070) ilə 82.1.1-ci maddə çıxarılmışdır) 82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3.iflas prosedurunun həyata k eçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmaya n müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8.təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Ərizəçi İddiaçı müraciətindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, onun bank əmanəti müqaviləsi üzrə ləğv prosesində olan «xxxx» ASC-nin depozitində olan pul vəsaiti üzrə kreditor tələbi bankın ləğvedicisi (Fond) tərəfindən 23 fevral 2018-ci il tarixdə 2.222.000,0 manat məbləğində qeydə alınmış və bu barədə ona 0566 №-li qəbz verilmişdir. “Banklar haqqında” Qanunun 77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına daxil edil ir, kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Həmin Qanunun 77.8-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Məhz qanunun qeyd olunan tələbləri qaydasında da ləğvedicinin qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısı, kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilməklə təsdiq olunması üçün məhkəməyə təqdim olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyul 2018-ci il tarixli 2-1(103)282/18 saylı qərarı ilə təsdiq olunmuşdur. Belə olan halda, ərizəçinin 23 fevral 2018-ci il tarixdə 2.222.000,0 manat məbləğində qeydə alınmış tələbi də məhz həmin Siyahıya uyğun yerləşdirilmiş növbəlik qaydasında da ləğvedici tərəfindən ödənilməsi həyat a keçiriləcəkdir. Beləliklə də, apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ərizəçinin ləğvetmə prosesində olan «xxxx» ASC-də qeydə alınmış kreditor tələbinin üçüncü şəxsin kredit öhdəliyi ilə əvəzləşdirilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Ərizəçinin bankla üçüncü şəxs arasında bağlanmış kredit müqaviləsi üzrə faizlərin hesablanmasının dayandırılması haqqında tələbi (2-ci bəndi) ilə bağlı olaraq isə qeyd edilməlidir ki, belə tələblə çıxış etmək hüququ hazırkı ərizəçiyə məxsus deyildir. Başqa sözlə hazırkı tələblə bağlı ərizəçi subyektiv hüququna sahibi deyildir. Belə tələblə çıxış etmək hüququna üçüncü şəxs «xxxx» MMC sahibdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tut araq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçinin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2593/2018 saylı iş üzrə 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar