Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-490/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlq ar Kamil oğlundan ibarət tərkibdə, iddiaçının vəkili X6, cavabdehin vəkili Vəkil, üçüncü şəxsin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) qarşı “xxxx massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinin mərhum atası X3 məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)403/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilən kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdak ı qərarı qəbul etdi. İşin halları 1. 01 iyun 1984-cü il tarixli, 15894 nömrəli müqavilə ilə Ləhiş ərazisində yerləşən 0.25 hektar olan 729 saylı bağ sahəsi iddiaçının mərhum atası X2 istifadəsinə verilmişdir.
2. X2 07.09.1990-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və iddiaçı miras qoyanın vərəsəsi kimi müəyyən edilmişdir.
3. İddiaçı Ləhiş ərazisində yerləşən 0.25 hektar olan 729 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh **********32 nömrəli 13.02.2018-ci il tarixli məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Bundan başqa, göstərilən bağ sahəsi 728 və 729 “a” saylı bağ sahələrinin ərazisinə düşür. Göstərilənlərə əsasən ərizənin icrası mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xxxx massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinin mərhum atası X3 məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 01.11.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X5 Bakı şəhəri İcraiyyə Komitəsinin Bağçılıq-Təsərrüfat İdarəsi ilə 15894 nömrəli 01.06.1984-cü il tarixli müqavilə bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin rayonu), Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət olan 729 nömrəli bağı istifadəyə götürmüşdür. Həmin vaxtdan etibarən bu torpaq sahəsi daim ailəsinin istifadəsində olmuşdur. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsindən o, bu günə qədər i stifadə edir. Bu yaxınlarda həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması məqsədilə müvafiq sənədləri toplayaraq cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və absurd imtina məktubu ilə hüquqlarını kobud surətdə pozaraq, ona **********32 nömrəli 13.02.2018-ci il tarixli imtina məktubu vermişdir. Məktubda imtinanın əsası kimi, bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmaması və bağ sahəsinin guya 728 və 729 ”a” nömrəli torpaq sahələrinin ərazisinə düşdüyü qeyd edilmiş, ona görə də müraciətinin təmin edilmədiyi, mərzçəkmə işlərinin aparılmasının zəruri olması göstərilmişdir. İddiaçı bildirir ki, cavabdeh ona imtina cavabı verməklə hüquqlarını kobud surətdə pozmuşdur. Maraqlısı odur ki, məktubda qeyd olunan 728 saylı torpaq sahəsi ümumiyy ətlə onun torpaq sahəsi ilə qarışmayıb. 729 “a” saylı torpaq sahəsi isə ümumiyyətlə uzun müddətdir ki, istifadə olunmayıb və əgər onun torpağının sərhədləri həmin torpaq sahəsi ilə toqquşursa, onda ziddiyyət aradan qaldırılmadan hansı əsasla bu torpaq sahəsinə dair cavabdeh tərəfindən ******* nömrəli 16.04.2015-ci il tarixli çıxarış verilərək ümumilikdə 0.11914 ha ölçüdən ibarət olan sahə X4 xüsusi mülkiyyətinə verilmişdir. Nəzərə alsaq ki, onun da torpaq sahəsi nə hasarlanıb, nə də ki, orada mərzçəkmə işləri aparılmayıb. Onun torpaq sahəsi artıq 40 ilə yaxındır ki, mövcuddur və bu torpaq sahəsinin plan ölçüsü də var. Cavabdeh onun üzərinə qanunla düşən vəzifəni yerinə yetirməlidir və sahibliyində olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.
7. Cavabdeh i ddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Bundan başqa, göstərilən bağ sahəsi 728 və 729 “a” saylı bağ sahələrinin ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Mülki Məcəllənin 176-cı maddəsinin 1,2 və 3-cü bəndlərinə əsasən, ərizəçi tərəfindən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7.1 maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2-1(82)87/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, xxxx massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinin mərhum atası X3 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, cavabdehdən 50 manat ekspertiza tədqiqatını n dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır (hakim E.Mustafayev).
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı xxxx massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinin iddiaçının mərhum atası X3 məxsus olması haqqında arayışın verilməsi tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi təşkil edir və bu tələbin həyata keçirilməsi qanunla cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası əsassızdır və sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişdir.
10. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və i ddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı (A.Nuriyeva-sədrlik edən və məruzəçi hakim, hakimlərV.Ağayev və A.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2-1(82)- 87/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış və qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 19.08.2019-cu il tarixli, 18243 saylı ekspert rəyi ilə 729 nömrəli bağ sahəsinin 728 nömrəli bağ sahəsinin ərazisinə düşməsi təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası 729 nömrəli bağ sahəsinin 729 “a” nömrəli bağ sahəsi ilə üst-üstə düşməsi ilə bağlı isə qeyd edir ki, iş materiallarında olan və Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılan 729 nömrəli bağ sahəsinə dair plan-ölçüsü sxemindən (i.v.36) görünür ki, 729 nömrəli bağın şimal hissəsində qonşusu 728 nömrəli bağdır; şərq hissəsində qonşusu 819 nömrəli bağdır; cənub hissəsində isə 730 nömrəli bağdır; qərb hissəsində yolun yerləşdiyi müəyyən edilir. Həmin sxemdə 729 “a” nömrəli bağ sahəsinin olduğu müəyyən edilmir.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərini, imtina cavabında və iddia tələbinə etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
17. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Üçüncü şəxsin vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə ol unmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq ver ilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti ob yektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müv afiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
22. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə veril ir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apel yasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsidə əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Hazırkı iş üzrə iddia tələbinin predmetini 01 iyun 1984-cü il tarixli, 15894 nömrəli müqaviləyə əsasən Ləhiş ərazisində yerləşən 0.25 hektar olan 729 saylı bağ sahəsi üzərində iddiaçının mərhum atası X2 mülkiyyət hüququ barədə arayışın verilməsi təşkil edir.
25. Cavabdeh sözügedən bağ sahəsinin iddiaçının mərhum atasının mülk iyyətində olmasına dair arayışın verilməsindən 2 əsasla imtina etmişdir: - bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin tam aparılmaması; göstərilən bağ sahəsinin “728” və “729-a” saylı bağ sahələrinin ərazisinə düşməsi.
26. Cavabdeh göstərilən bağ sahəsinin 728 və 729”a” saylı bağ sahələrinin ərazisinə düşməsi ilə bağlı mövqeyini, 2 saylı Bakı İnzibati Məhkəməsinə 26.11.2018-ci il tarixli müşayiət məktubu ilə göndərilmiş mütəxəssis rəyi ilə əsaslandırmışdır (İ cild: iş v.8688). Belə ki, mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0.2391 hektardır. Elektron kadastr baza məlumatlarında İddiaçı torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən: - iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0.0318 hektarı RX seriyalı ******* (reyestr nömrəsi **********03 olan) nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 mülkiyyətində olan 729 “a" saylı bağ sahəsi ilə üst-üstə düşür.... İddiaçının iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil edir, göstərilən sahə 728 saylı bağın ərazisidir, 729 saylı bağın ərazisinin 0.1200 hektar hissəsi digər şəxsin adına 729a nömrəsi ilə qeydiyyatdan keçmişdir.
27. İş birinci instansiya məhkəməsinin icraatında olarkən, məhkəmənin tələbi ilə təkrar mütəxəssis rəyi (30.05.2019-cu il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş) və onun əs asında 27.02.2019-cu il tarixli ekspert rəyi tərtib edilmiş (İ cild: iş v.195), həmin rəylərdə isə qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən, qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün İddiaçı iddia etdiyi torpaq sahəsinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir. Sözügedən sahə **********03 reyestr nömrəsi ilə 729a saylı bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən, 729 saylı bağın ərazisi 729a saylı bağ sahəsinin şərq hissəsində yerləşir.
28. Aşağı instansiya məhkəmələri məhkəmə icraatında əldə edilmiş mütəxəssis və ekspert rəylərinin nəticələrini əsas götürməklə iddianı təmin etmiş və cavabdehin imtinasını qanunsuz sayaraq qeyd etmişlər ki, Məhkəmə Ekspertizası Mərkəzinin 19.08.2019-cu il tarixli, 18243 saylı ekspert rəyi ilə 729 nömrəli bağ sahəsinin 728 nömrəli bağ sahəsinin ərazisinə düşməsi təsdiqini tap mamışdır. İş materiallarında olan və Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılan 729 nömrəli bağ sahəsinə dair plan-ölçüsü sxemindən (i.v.36) görünür ki, 729 nömrəli bağın şimal hissəsində qonşusu 728 nömrəli bağdır; şərq hissəsində qonşusu 819 nömrəli bağdır; cənub hissəsində isə 730 nömrəli bağdır; qərb hissəsində yolun yerləşdiyi müəyyən edilir. Həmin sxemdə 729 “a” bağ sahəsinin olduğu müəyyən edilmir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinin pozulması qənaətinə gəlməklə aşağıdakıları qeyd edir.
30. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında olan hər iki mütəxəssis rəyində iddiaçının onun atasına məxsus olduğunu iddia etdiyi torpağın koordinatları iddiaçının faktiki olaraq nat urada göstərdiyi ərazi ilə bağlı olaraq müəyyən edilmiş, daha sonra həmin məlumatlar elektron kadastr məlumatlarına əsasən yoxlanılmışdır. Mütəxəssis rəylərinin tərtib edilməsində istifadə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı LayihəTədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemlərini təhlil etdikdə isə görünür ki, ilkin mütəxəssis rəyində istifadə olunan koordinatlarla ikinci mütəxəssis rəyində istifadə olunan koordinatlar fərqlənir. Belə ki, iş materiallarına əlavə edilmiş 26 noyabr 2018-ci il tarixli, **********32 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410604,7200 Y=4490097,4800, 2 saylı döngəsinin koordinatları X=410690,9300 Y=4490145,0800, 3 saylı döngəsinin koordinatları X=410701,6500 Y=4490123,3400, 4 saylı döngəsinin koordinatları X=410617,2000 Y=4490076,0800, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 98,5, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 24,2, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 96,8, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 24,8 metrdir. 31. 30 may 2019-cu il tarixli, **********53 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410661,1374 Y=4490110,9840, 2 saylı döngəsinin koordinatları X=410673,9165 Y=4490093,8878,3 saylı döngəsinin koordinatları X=410629,9418 Y=4490060,6142, 4 saylı döngəsinin koordinatları X=410616,7222 Y=4490078,5239, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 21,3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 55,1, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 22,3, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 55,0 metrdir
32. Göründüyü kimi, iş materiallarına olan mütəxəssis rəylərinin tərtibi zamanı istifadə olunan faktiki yerləşmə sxemlərindəki koordinatlar bir-birindən fərqli olduğundan ehtimal olunur ki, elə bu səbəbdən mütəxəssis rəylərinin nəticələri fərqli olmuş, işə baxan birinci instansiya məhkəməsi də ikinci ekspert rəyini mötəbər hesab edərək iddia tələbini təmin etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Lakin, məhkəmələr mütəxəssis rəyləri arasındakı uyğunsuzluğu qiymətləndirməmiş, məhkəmə tədqiqatını ətraflı aparmamış, nəticədə əsaslandırılmamış qərar qəbul edilmişdir.
33. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum atasına bağ sahəsinin verilməsi ilə bağlı müxtəlif sənədlər vardır və həmin sənədlər cavabdehin arxivində də mövcuddur. Başqa sözlə, cavabdeh sənədlərin mötəbərliliyin mübahisələndirmir və iddiaçının mərhum atası na bağ sahəsinin verilməsini inkar etmir. Cavabdehin imtinasının əsasını hasarlanma işlərinin aparılmaması və iddiaçının naturada göstərdiyi torpaq sahəsinin digər bağ sahələrinin ərazisi olması təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir.
34. Cavabdehin inzibati orqan kimi hazırkı halda vəzifəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün müraciət etmiş iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (hazırkı halda iddiaçının mərhum atasının hüquqlarının) qeydiyyata alınması üçü n “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğunu yoxlamaqdan, əgər bu əsaslardan hər hansı biri mövcuddursa, bu halda sözügedən torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdən, o cümlədən qanuni əsaslarla torpaq üzərində hüquqları qeydiyyata almaqdan ibarətdir. Hazırkı işdə isə iddiaçının naturada göstərdiyi torpağın koordinatları əsasında araşdırma aparılmış və bunun əsasında iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Digər tərəfdən, aşağı instansiya məhkəmələri tərəfindən də məhkəmə araşdırması səthi aparılmış, iddiaçının mərhum atasına məxsus torpaq üzərində hüquqların qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğu istiqamətində araşdırma aparılmamış, yenə iddiaçının naturada göstərdiyi ərazinin koordinatları əsasında tərtib edilmiş mütəxəssis və ekspert rəyləri əsasında qərar qəbul edilmişdir.
35. Halbuki, yuxarıda qeyd edildiyi kimi, mərz və hasarlanma işləri aparılmadığından torpağın dəqiq yerinin göstərilməsi hazırkı halda mümkün görünmür. İddiaçı tərəfindən təxmini göstərilən sahə əsasında koordinatların müəyyən edilməsi isə işin ədalətli və qanuni həlli baxımından düzgün deyildir.
36. İş materiallarında iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsinin planölçüsü olduğundan həmin torpağın konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkündür. Digər tərəfdən, təəccüblü haldır ki, cavabdeh iddiaçının göstərdiyi ərazinin 728 saylı və 729a saylı bağ sahələri ilə üst-üstə düşdüyünü bilir və belə bir məlumata sahibd ir, lakin 729 saylı bağ sahəsinin harada yerləşdiyini bilmir və iddiaçıdan tələb edir ki, ona məxsus torpaq sahəsini naturada dəqiq və düzgün göstərsin. O zaman belə bir sual yaranır ki, 729 saylı bağ sahəsinin harada yerləşməsi cavabdehə məlum deyilsə, iddiaçının naturada göstərəcəyi ərazinin həmin bağ sahəsi olub-olmamasını necə yoxlayacaqdır.
37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışında iddiaçının mərhum atasına məxsus sənədlər əsasında həmin şəxsin 729 saylı bağ sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun olması məsələsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından qiymət verilməli, bundan əlavə, həmin torpaq sahəsinin harada yerləşməsi barədə cavabdeh tərəfindən dəqiq məlumat tələb etməli, h əmin sahə üzərində olan hüquqların qeydə alınması zamanı digər şəxslərin qeydə alınmış mülkiyyət hüquqlarına müdaxilə olub- olmayacağını müəyyən etməli, belə bir hal vardırsa, bunun aradan qaldırılmasının hüquqi yolları müəyyən edilməli və tərəflərə izah edilməlidir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.