Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-490/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinə hüququn qeydə alınaraq çıxarış verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinə faktiki ölçüsünə uyğun hüququn qeydə alınması, texniki pasport və reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1625/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1 fevral 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə hüququn qeydə alınıb bu barədə çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçıya göndərdiyi 21 fevral 2020-ci il tarixli məktubunda sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilmədiyinə və yol kənarındakı yaşayış binasının yaxın lığında yerləşdiyinə görə ərizənin icrasının mümkün olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair X3 (atasının) mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən ona verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri- yaşayış sahəsinin faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, onun adına daşınmaz əmlaka dair texniki pasportun tərtib olunması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının 1183 saylı, 20.02.2000-ci il tarixli sərəncamına əsasən Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə mağaza tikintisi üçün X1 Sahil qəsəbəsində ayrılmış torpaq sahəsi etibarsız hesab edilərək, həmin torpaq sahəsi mağaza tikintisi üçün atası X4 verilmişdir. Bununla yanaşı Qaradağ rayon İcra Hakimiyyəti başçısının 117 saylı 01.02.2001-ci il tarixli sərəncamına əsasən Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv.metr sahəsi olan mağaza tikintisinə ica zə verilmişdir. Daha sonra həmin mağaza dövlət ehtiyacları üçün sökülmüş əvəzində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. Atası 18.11.2006-cı il tarixdə ölmüş, Bakı şəhəri 45 saylı Notariat ofisində vərəsəlik işi açılmış və o, X3 yeganə vərəsəsi kimi tanınmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən imtina məktubu verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır.
6. Cavabdehin birinci instansiya məhkəməsinə iddia ərizəsinə münasibəti (etirazı) daxil olmamış, lakin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatın da 21 fevral 2020-ci il tarixli məktubda yazılanları bildirib iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-764/2021 saylı iş) 31 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində faktiki ölçüsünə uyğun İddiaçı mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının 1183 №li 20.12.2000-ci il tarixli sərəncamı ilə iddiaçının mərhum atası X4 Sahil qəsəbəsində mağaza tikintisi üçün torpaq sahəsi ayrılmış, Qaradağ rayon İcra Hakimiyyəti başçısının 117 №li 01.02.2001-ci il tarixli sərəncamı ilə sonuncuya kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verilməsi qərara alınmış, 2006-cı ildə iddiaçının atası ölmüş, 2013-cü ildə isə Sahil qəsəbəsində “Abad məhəllə”nin yaradılması və abadlıq-quruculuq işlərinin aparılması ilə əlaqədar Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində İddiaçı atasının adına olan sərəncama əsasən istifadəsindəki 16 kv. metr sahəsi olan mağaza Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində daha böyük sahə ilə əvəzləşdirilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq istifadəsində və sahibliyində olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının (hakimlər X11məruzəçi, X2 və X6, 2-1(103)-1625/2021 saylı iş) 12 noyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmiş, birinci instansiya məhkəməsi sadəcə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 3/17 №li 5 mart 2021-ci il tarixli məktuba istinad edərək iddianı təmin etmişdir.
12. İddiaçı 9 dekabr 2021-ci il tarixdə qərarın surətini almış, 27 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri
13. Şikayətin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmuşdur.
14. İddiaçı əlavə olaraq bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qeyri-yaşayış sahəsi üzərində olan hüququ qeydə alınmalıdır. Hüququn qeydə alınmasından imtinanın əsasları Qanunun 15ci maddəsində sadalanmış, apelyasi ya məhkəməsi araşdırma zamanı həmin halların heç biri müəyyən edilməsə də, iddianın əsassız olaraq rədd edilməsi qərarına gəlmişdir.
15. İddiaçının mərhum atasının adına torpaq sahəsi ayrılması və kommersiya fəaliyyəti ilə məşğul olması üçün icra hakimiyyətinin ayrılıqda iki sərəncamı hüququn qeydə alınması üçün əsas olmasına baxmayaraq apelyasiya məhkəməsi bu əsasları nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydi yyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (-); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (-); 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzə rində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-).
18. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların me marlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir.
19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiy yəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qə bul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsas lar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
23. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ölçüsünə uyğun qeydiyyata alınmasını xahiş etmişdir.
24. Cavab dehin və onunla razılaşan məhkəmənin mövqeyinə görə sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması üçün iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində olan əsaslardan hər hansı birini təqdim etmədiyindən iddia təmin edilə bilməz.
25. İddiaçının şikayətinin dəlillərinə görə mərhum atasının adına torpaq sahəsi ayrılması və kommersiya fəaliyyəti ilə məşğul olması üçün icra hakimiyyətinin ayrılıqda iki sərəncamı hüququn qeydə alınması üçün əsas olduğundan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
26. İddiaçının şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Qaradağ rayon İcra Hakimiyyəti başç ısının 1183 №li 20.12.2000-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan sərəncamla Qaradağ rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə mağaza tikintisi üçün X1 Sahil qəsəbəsində ayrılmış torpaq sahəsinin etibarsız hesab edilməsi (əsas vətəndaşın şəxsi ərizəsi); bu torpaq sahəsinin mağaza tikintisi üçün Sahil qəsəbə sakini X4 (iddiaçının atasına) verilməsi qərara alınmışdır.
28. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 1 fevral 2001-ci il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 dekabr 1997-ci il tarixli sərəncamına əsaslanaraq və vətəndaş Teymur Musayevin müraciəti nəzərə alınaraq Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 18, mənzil 44-də yaşayan X4 (iddiaçının atasına) kommersiya fəaliyyəti ilə məşğul olması üçün S ahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv.metr sahəsi olan mağazanın tikintisinə icazə verilməsi qərara alınmışdır.
29. X7 18 noyabr 2006-cı ildə vəfat etmişdir.
30. Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən iddiaçıya verilmiş 25 mart 2015-ci il tarixli arayışda göstərilmişdir ki, Ə.Gülbabayev küçəsi 18-ci binanın qarşısında mərhum X4 məxsus olan 1 fevral 2001-ci il tarixli tikilmiş dükanı olmuşdur. Lakin 2013-cü il tarixdə dövlət tədbiri ilə əlaqədar olaraq binaların və məhlələrin abadlaşması ilə əlaqədar dükanlar sökülmüşdür. Həmin dükanlar M.Seyidov küçəsində dövlət tərəfindən tikilərək mərhumun oğlu İddiaçı (iddiaçıya) verilmişdir.
31. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5 mart 2021ci il tarixli məktubda göstərilmişdir ki, X4 (iddia çının atasına) Qaradağ rayon İcra Hakimiyyəti başçısının 1 fevral 2001-ci il tarixli sərəncamına əsasən Sahil qəsəbəsində yerləşən ticarət cərgəsində 16 kv.metr sahəsi olan mağazanın tikintisinə icazə verilmişdir. Vətəndaş T.Q.Musayev Ə.Gülbabayev küçəsində mağaza tikdirmişdir. 18.11.2006-cı ildə vətəndaş T.Q.Musayev vəfat etmişdir. 2013-cü ildə Sahil qəsəbəsində “Abad məhəllə”nin yaradılması və abadlıq quruculuq işlərinin aparılması ilə əlaqədar Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində İddiaçı atasının adına olan sərəncama əsasən istifadəsindəki 16 kv. metr sahəsi olan mağaza Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində daha böyük sahə ilə əvəzləşdirilmişdir.
32. Tədqiq olunan sənədlərdən görünür ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi hazırda Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşir.
33. İddiaçı Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə hüququn qeydə alınmasını xahiş edir.
34. Yuxarıda sadalanan hüquq normalarına görə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə iddiaçının hüququnun qeydə alınması üçün qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, qeyri-yaşayış sahəsi barədə Qaradağ rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə, Qaradağ rayon İcra Hakimiyyətinin tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı lazımdır.
35. İddiaçı Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı qeyd edilən sənədlərin heç birini cavabdeh ə və məhkəməyə təqdim etməmişdir.
36. İddiaçının istinad etdiyi sənədlər onun atası ilə bağlı Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən qeyri-yaşayış sahəsi barədə olmuşdur.
37. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti 5 mart 2021-ci il tarixli məktubda X4 (iddiaçının atasına) Qaradağ rayon İcra Hakimiyyəti başçısının 1 fevral 2001-ci il tarixli sərəncamına əsasən Sahil qəsəbəsində yerləşən ticarət cərgəsində 16 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verildiyi, 2013-cü ildə İddiaçı atasının adına olan sərəncama əsasən istifadəsindəki 16 kv. metr sahəsi olan mağazanın Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində daha böyük sahə ilə əvəzləşdirildiyi qeyd edilmiş, tikilinin əvəzləşdirilməsi ilə bağlı hər hansı sərəncamın mövcud olması bil dirilməmişdir.
38. İddiaçı qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulan tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazəni təqdim etmədiyindən iddianı rədd edən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. İddiaçıya izah edilir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində 2013-cü ildən istifadə etdiyi qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınması üçün ilk növbədə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etməli, ən azından 2013-cü ildən istifadəsində olan qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədləri-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazəni rayon icra hakimiyyətindən əldə edib cavabdehə təqdim etməli, cavabdeh həmin sənədlər əsasında hüququn qeydə alınmasından imtina etdikdə isə məhkəməyə müraciət etməlidir.
41. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1625/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.