Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-490/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.02.2024 Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2670/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 nömrəli Protokolundan çıxarışdan görünür ki, Şabandağ ərazisində 26 Bakı Komissarı adına Neftqazçıxarma İdarəsinin 50 nəfər üzvündən ibarət bağçılıq-bostançılıq yoldaşlığı yaradılmışdır.
2. Bakı şəhər X1 İcraiyyə Komitəsi torpaq sahəsi ayrılması haqqında xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli qərarından görünür ki, 26 Bakı Komissarı adına Neft Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu, X7 yol unun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X4 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır.
4. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamı ilə X5 universitet kampusunun tikintisi üçün daimi istifadəyə verilən Binəqədi rayonu, Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv.m sahəsi olan t orpaq sahəsinin xx.xx.2011ci il tarixdə plan və ölçüsü tərtib edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 26 Bakı Komissarı adına Neft Qazçıxarma İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.1991-ci il tarixli 10 nömrəli protokolu əsasən İddiaçı ayrılmış 1 saylı bağ sahəsinə dair sənəd, həmçinin “Şabandağ” bağçılıq yoldaşlığının bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, faktiki torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazidə yerləşir və həmin əraziyə ləğv edilmiş X3 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Vahid elektron kadastr bazasına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla dövlət mülkiyyətində göstərilmişdir.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu, Şabandağ B/M 1 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha olsa da, faktiki sahəsi 0,1928 ha-dır. Torpaq sahəsi metal tor ilə hasarlanmışdır. Bir tərəf yol, üç tərəf qonşulardır. Torpaq sahəsi üzərində sahəsi 40 kv.m olan köməkçi tikili var. Torpaq sah əsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi qonşu bağ sahəsi ilə bir hasar daxilində olduğu üçün ara sərhədləri müəyyənləşdirmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqbostançılıq yoldaşlığı tərəfindən ona ayrılmış 1 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "Şabandağ " bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Bakı şəhər X1 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu X7 yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "Bağçının üzvlük kitabçası"na əsasən o, 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv.metr olan 1 saylı bağ sahəsi verilmişdir. O, 08 aprel 2022-ci ildə həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmiş, cavabdeh 06 may 2022-ci il tarixli, * *********46 saylı bildiriş ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsasları kimi ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və 1 saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxsin müraciətinin olması göstərilmişdir. Lakin onun qanuni istifadəsində olan torpaq sahəsi X5 qeyri-qanuni yolla verilmişdir, çünki o, qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnu X4 həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ əldə etməsindən 14 il əvvəl, xx.xx.1991-ci ildə əldə etmişdir. O da daxil olmaqla "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin onlarla üzvünə torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X1 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991 -ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ləğv edilmədən həmin torpaq sahələri üzərində daimi istifadə hüququnun X5 verilməsi həm həmin dövrün qanunvericiliyinə, həm də hazırkı qanunvericiliyə ziddir. "Şabandağ" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin mərhum sədri Leyla Mirəliyevanın təsdiqlədiyi 72 nəfərlik siyahıda sıra sayı ilə 1-ci yerdə, o cümlədən bağçılıq-yoldaşlığın hazırkı sədri Şamil Abbasovun təsdiqlədiyi 83 nəfərlik siyahıda sıra sayı ilə 1-ci yerdə qərarlaşmışdır. 1 saylı bağ sahəsinin qonşuluğunda yerləşən digər 1 A saylı bağ sahəsi onun qardaşı X2 məxsusdur. Başqa sözlə, onlar yaxın qohum olduqlarından iki torpaq sahəsi arasında hasar vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkilməmişdir. Ümu miyyətlə isə ona məxsus torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3139/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ilə (S.Salahova) iddia rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin X4 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X5 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, X5 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2670/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı h əmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına Neft və Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı 1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilir, ona Bakı şəhəri, Qaradağ rayonu, X7 şosesində bağçılıq cəmiyyəti bağının sahəsindən xx.xx.1991-ci il tarixli qərarla sahəsi 1200 kv. metr olan 1 nömrəli bağ sahəsi ayrılıb.
17. Maddi hüququn istinad edilən normasına əsasən bağ sahəsin in kassatorun mülkiyyətinə verilməsinə dair əsas təşkil edən üzvlük kitabçası və bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin iclas protokolundan çıxarış vardır.
18. Kassatorun iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə X5 istifadə üçün verilmiş (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür. Ancaq nə birinci instansiya, nə də apellyasiya məhkəməsi kassatorun qanuni istifadəsində olan torpaq sahəsinin X5 verilməsinin qanuni olub-olmaması və yaxud da onun adına torpaq sahəsinin ayrılmasına dair bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokolunun və 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alaraq Qaradağ rayonu X7 yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin ida rəyə torpaq sahəsi ayrılmasına dair Bakı şəhər X1 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarının ləğv edilib-edilməməsini ümumiyyətlə araşdırmayıb. İddiaçının Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi digər çoxsaylı dəlilləri də məhkəmə kollegiyası ümumiyyətlə araşdırmayıb.
19. Sözügedən sərəncamın istinad olunan bəndinə əsasən kassatorun qanuni istifadəsində olan 1 saylı bağ sahəsinin ə və z s i z qaydada onun mülkiyyətinə verilməsi təmin edilməli idi. Bu öhdəlik sərəncamla Nazirlər Kabinetinə həvalə edilib.
20. Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarı ilə kassatorun Azərbaycan Respublikası Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnun pozuntusu baş verib.
21. Konstitusiya nın 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Mə cəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir k i, iddiaçının hazırkı iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilmişdir: iddia ərizəsinin 1 nüsxəsi; iddiaçının adına verilmiş “bağçının üzvlük kitabçası”nın hər hansı bir səlahiyyətli orqan, o cümlədən notarius tərəfindən təsdiq olunmamış kserosurəti, iddiaçının bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi barədə bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1991-ci il tarixli, 10 nömrəli protokolunun hər hansı bir səlahiyyətli orqan, o cümlədən notarius tərəfindən təsdiq olunmamış kserosurəti; torpaq sahəsinin planının təsdiq olunmamış kserosurəti, bağ sahəsinin plancizgisinin təsdiq olunmamış kserosurəti, iddiaçının şəxsiyyət vəsiqəsinin kserosurəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 fevral 2014-cü il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlarının kserosurətlə ri; cavabdehin imtina bildirişinin əsli.
29. Beləliklə iddiaçı öz iddiasını əsaslandırmaq üçün məhkəməyə heç bir səlahiyyətli orqan tərəfindən təsdiq olunmamış bağçılıq üzvlük kitabçasının, protokoldan çıxarışın yalnız kserosurətlərini təqdim etmişdir.
30. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövc uddur. Bundan başqa, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur.
31. Həmçinin cavabdeh sözügedən imtina məktubunda yazmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin ic lasının protokoldan çıxarış təqdim edilməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən imtina məktubu qanuni və əsaslıdır.
33. Belə ki, iddiaçı Ə.Əmirov adına NQÇİ-nin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzləri ilə bağlı iki siyahı təqdim edib, siyahıda İddiaçı adının 1-ci sırada göstərsə və iddiaçıya 1 saylı bağ sahəsinin ayrıldığını bildirsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 26 Bakı Komissarı adına Neft Qazçıxarma İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.1991-ci il tarixli 10 nömrəli protokoluna əsasən İddiaçı ayrılmış 1 saylı bağ sahəsinə dair sənəd, həmçinin “Şabandağ” bağçılıq yoldaşlığının bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır.
34. Həmçinin Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X4 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır.
35. A № 319656 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamı ilə X5 universitet kampusunun tikintisi üçün daimi istifadəyə verilən Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında 17276776 kv.m sahəsi olan torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə plan və ölçüsü tərtib edilmişdir.
36. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, faktiki torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazidə yerləşir və həmin əraziyə ləğv edilmiş X3 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Vahid elektron kadastr bazasına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla dövlət mülkiyyətində göstərilmişdir. Həmin sərəncam hal-hazırda da qüvvədədir. 37. 23.04.2022-ci il tar ixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu, Şabandağ B/M 1 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha olsa da, faktiki sahəsi 0,1928 ha-dır. Torpaq sahəsi metal tor ilə hasarlanmışdır. Bir tərəf yol, üç tərəf qonşulardır. Torpaq sahəsi üzərində sahəsi 40 kv.m olan köməkçi tikili var. Torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi qonşu bağ sahəsi ilə bir hasar daxilində olduğu üçün ara sərhədləri müəyyənləşdirmək mümkün olmamışdır.
38. Eyni zamanda qeyd edilməlidir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixl i 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir.
39. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
40. Bununla yanaşı qeyd edilməlidir ki, “Şabandağ” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, Qaradağ neft-qaz çıxarma idarəsinin işçilərinin 50 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda qeyd olunmamışdır.
41. Həmin rəsmi siyahıda 1-ci sırada iddiaçı deyil, X 6 adlı bağçılıq yoldaşlığın üzvü göstərilmişdir.
42. Bundan başqa, yuxarıda artıq göstərildiyi kimi iddiaçı məhkəməyə səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmayan Ə.Əmirov adına Neft-qazçıxarma İdarəsinin Şabandağ bağçılıq bostançılıq kollektivinin üzvü olan işçilərinin iki fərqli siyahısını təqdim etsə də, həmin siyahıda 72 nəfər və 83 nəfərin adı qeyd olunsa da, lakin həmin siyahılar bağçılıq yoldaşlığın cavabdehə təhvil verilən arxivində aşkar edilməmişdir.
43. Həmçinin qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “Azneft” İB Ə.C.Əmirov adına NQÇİ-nə müvafiq sorğular göndərilmiş, həmin sorğuya cavab olaraq İddiaçı Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin “Şabandağ” kollektiv bağçılıqtərəvəzçilik təsərrüfatında 1 saylı bağ sahəsinin ayrılmasına dair 05 mart 1990-cı il tarixli 10 nömrəli protokol və həmin protokolun qəbul edilməsinə əsas olmuş sənədlər aşkar edilmədiyi bildirilmişdir.
44. Beləliklə iddiaçının ona torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər nə bağçılıq yoldaşlıq cəmiyyətinin arxiv saxlayıcısı olan inzibati orqanda, nə də bağçılıq yoldaşlıq cəmiyyətinin tərkibində olduğu qurumda mövcud olmamışdır. Həmçinin iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ayrıc aktı da yoxdur.
45. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.
46. Beləliklə qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan ə saslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.
47. Lakin iş materiallarından görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənədlər həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır.
48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqi yoxdur.
49. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məc buretmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
50. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2670/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.