Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-491/2019 06.02.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-491/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 06 fevral Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Üçüncü şəxsin nümayəndəsi x2, Üçüncü şəxsin vəkili Babazadə Ruhsarə Vəli qızının iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) “avtomobil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 oktyabr tarixli 2-1(103)-2007/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı hərbi xidmət keçdiyi dövrdə aldığı xəstəliyi ilə əlaqədar 1995-ci il 17 iyul tarixdən 1995-ci il 14 sentyabr tarixə kimi “Şizofreniya, depressiv sindromla” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və Komissiyanın 1998-ci il 23 iyun tarixli, 334 saylı Qərarı ilə xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışd ır” kimi müəyyən edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı zona TSEK-in 2008-ci il 18 fevral tarixli müayinə aktına əsasən ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı ərizə ilə üçüncü şəxsə müraciət edərək onun avtomobil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Üçüncü şəxs 2016-cı il 5 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Üçüncü şəxs bildirmişdir ki, pulsuz minik avtomobilinə tibbi göstəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3-cü bəndinə əsasən reabilitasiya vasi təsi kimi müəyyən edilir. İddiaçı 2017-ci il 30 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək növbəlik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat vasitəsi alması üçün avtomobil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə iddiaçı Xətai rayon Hərbi Komissarlığından 1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. 1994-cü il 10 iyul tarixdə yaralanmış, 1995-ci il 4 sentyabr tarixədək Xətai rayon Mərkəzi Xəstəxanasında müalicə almışdır. Qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsi, sol qamış sümüyünün qəlpə sınığı və bədəninin çoxsaylı yaralanması ilə nəticələnən xəsarətlər almış, ona 2015-ci il 4 aprel tarixdə ikinci qrup əli llik dərəcəsi verilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 146cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli, 433 saylı Qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi-göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimata istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 26 iyul tarixli 2-1(81)-2731/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının növbəlilik qaydasında avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat vasitəsi üçün avtomobil növbəsinə götürülməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərb aycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli, 433 saylı Qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi-göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 15-ci bəndinə əsasən iddiaçı pulsuz avtomobillə təmin edilməli olan şəxslər kateqoriyasına daxildir. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli 2-1(103)-2396/2017 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 17 aprel tarixli 2-1(102)-469/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı “Paranoid şizofreniya” diaqnozu ilə xəstədir və avtomobilə tibbi-göstərişə əsas verən xəstəliklərin və ya travmaların siyahısında həmin xəstəlik nəzərdə tutulmam ışdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin bu halını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 oktyabr tarixli 2-1(103)-2007/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avtomobil növbəsinə bütün əlillər götürülmür və yalnız tibbi göstərişi olan əlillərə avtomobil verilir. Həmin tibbi göstəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə nəzərdə tutulmuş xəstəliklərə görə verilir. İddiaç ının “Paranoid şizofreniya. Remissiya” xəstəliyi avtomobilə tibbi-göstəriş verilməsinə əsas verən xəstəliklərin və ya travmaların siyahısında nəzərdə tutulmamışdır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 2 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 3 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı həqiqi hərbi xidmətə çağırılarkən yoxlanılmış və tam sağlam vəziyyətdə xidmətə götürülmüş, hərbi xidmət keçdiyi zaman, döyüş zonasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır d öyüşlərdə, zirehli texnika ilə hərəkət edərkən, qarşı tərəfin (düşmənin) atdığı mərminin partlayışı zamanı ağır xəsarət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli, 433 saylı Qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi-göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 15-ci bəndinə əsasən iddiaçı pulsuz avtomobillə təmin edilməli olan şəxslər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsassız əlavələr edilmişdir. Həmin dəyişikliklərdə göstərilənlər hərbi xidmət dövründə qazanılmış xəstəliklər deyil, anadangəlmə əmələ gələn xəstəliklərdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının şizofreniya xəstəsi olub-olmaması üçün ekspertiza təyin edilməsi ilə bağlı şifahi vəsatət verilsə də, buna məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli, 433 saylı Qərarını işin hallarına, iddiaçının xəsarətinin alınma vaxtına və əlilliyin verilmə tarixinə düzgün tətbiq etməmiş, apellyasiya şikayətini əsaslı hesab etmiş, qərəzli şəkildə inzibati orqanın əsassız olan mövqeyini təsdiq edərək yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı əlillik səbəbinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli, 433 nömrəli Qərarı ilə təsdiq e dilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi-göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 15-ci bəndində göstərilən şəxslər kateqoriyasına daxil olsa da, həmin Təlimatın 2-ci bəndində qeyd edildiyi kimi, avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsas olan Tibbi Sosial Ekspert Komissiyasının rəyi, yəni onun avtomobilə tibbi-göstəriş olmadığı halda, avtomobillə təmin edilmək üçün növbəyə alına bilməz və ona avtomobilə tibbi göstəriş verilməməsi qanuna uyğundur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü yarımbəndindəki əlavə lərə istinad edərək göstərmişdir ki, iddiaçının xəstəliyi həmin bənddə müəyyən edilmiş xəstəliklərin siyahısında göstərilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Əsasnamənin 5.2.3-cü yarımbəndində göstərilən xəstəliklərin əksəriyyəti anadangəlmə yarana bilən xəstəliklər olub, güllə yarasından əmələ gəlməsi mümkün olmayan xəstəliklərdir. İşdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli, 433 saylı Qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi-göstərişlə ri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 1-ci bəndinə əsasən, tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən növbə qaydasında həyata keçirilir. Həmin Təlimatın 2-ci bəndinə əsasən, əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK ) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. Normaların məzmunundan göründüyü kimi – 1) əlilin xüsusi nəqliyyat vasitəsi almaq hüququ tibbi göstərişlərə əsas ən müəyyən edilir; 2) əlilin növbəyə götürülməsi və ona avtomobil və motorlu arabanın verilməsi üçün əsas xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK ) rəyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü yarımbəndinə əsasən, avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı; 5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı; 5.2.3.3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parez; 5.2.3.4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom; 5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; 5.2.3.7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); 5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları; 5.2.3.9. hər iki aşağı ətrafın fıllik xəstəliyi; 5.2.3.10. hər iki əlin güdülü; 5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması); 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü; 5.2.3.13. baldırın güdülü; 5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyası nın nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı; 5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması; 5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda); 5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası; 5.2.3.18. topuq oynağının kəskin nəzərəçarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti; 5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası; 5.2.3.20. bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fıstula və ya sekvestrli boşluqların olması ilə); 5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; 5.2.3.22. bud-çanaq oynağının endoprotezi; 5.2.3.23. hər iki diz oynaqlarının endoprotez; 5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması; 5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular; 5.2.3.26. onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə m üşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri; 5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə; 5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda; 5.2.3.29. proqramlı hemodializ. İddiaçı hərbi xidmət keçdiyi dövrdə aldığı xəstəliyi ilə əlaqədar 1995-ci il 17 iyul tarixdən 1995-ci il 14 sentyabr tarixə kimi “Şizofreniya, depressiv sindromla” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və Komissiyanın 1998-ci il 23 iyun tarixli, 334 saylı Qərarı ilə xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmiş, həmin səbəb və xəstəliklə ona əlillik təyin edilmişdir. 2016-cı il 18 fevral tarixli müayinənin nəticələrinə əsasən, TSEK-ə göndərişdə diaqnoz “Paranoid şizofreniya. Remissiya” göstərilmişdir. Göründüyü kimi, iddiaçının “Paranoid şızofreniya. Remissiya” xəstəliyi xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi-göstəriş verilməsinə əsas verən xəstəliklərin və ya travmaların siyahısında nəzərdə tutulmamişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 2018-ci il 11 oktyabr tarixli 2-1(103)-2007/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-491/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-491/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver