Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-491/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dərəcəsinin təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya A gentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2224/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli xxxxxxx0003 №-li məlumata əsasən müəyyən edilir ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuş; TSEK-in diaqnozu: Virus hepatiti “C”, orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə Sağ bud sümüy ünün orta 1/3-in bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət. Xroniki osteomielit. Öd daşı xəstəliyi. ÜİX. Qeyristabil stenokardiya. Hipertoniya xəstəliyi İİ dər. Üç-İ dər. Şəkərli diabet İİ tip, orta ağırlıqda; Əlilliyin müəyyən olunması meyarı: ikinci dərəcə əlillik Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik =>Digər: Virus hepatiti “C” ota ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3-in bitişmiş sınığından sonrakı vəziyyət.
2. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixd ə göndərilmiş 4400003AAAH5 saylı göndərişdə əsas diaqnoz M86.4Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti, tez-tez baş verən kəskinləşdmələrlə, diz və bud çanaq oynaqlarının kəskin konturakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq: bükmə-70 dər. Açmatam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə (xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəy); Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud çanaq: bükmə-70 dər.açma-tam); Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, Virushepatiti, C daşıyıcı; Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginli k stenokardiyası FSİİİ; Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip, 2 ağır forma; Yanaşı xəstəliklər 10 –Essensial (birincili) hipertenziya, Arterial hipertensiya İİ dərəcə kimi qeyd edilmişdir. 3. xx.xx.2022-ci il tarixli müayinəyə dair (akt №-xxxxxxx0010) qiymətləndirmə nəticələrindən müəyyən olunur ki, X1: Xİİİ Sinif-sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =>M80-M94-Osteopatiyalar və xondropatiyalar=> M86-M90-Digər osteopatiyalar =>M86-Osteomielit =>M86.4Drenə olu…Diaqnozun mətni: Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti, tez-tez baş verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq: bükmə70 dər, açma-tam), ətrafı n kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə. ÜİX Stabil gərginlik stenokardiyası. Şəkərli diabet, tip 2, ağır forma. Virs hepatiti “C”, daşıyıcı. Arterial hipertenziyaİİ dərəcə. Kalkulyoz xolesistit. İmtina edilməsnin səbəbi: Diaqnoz əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının **********3 nömrəli, 20 aprel 2022-ci il tarixli Qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 4400003AAAH5 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müva fiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 240 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Virus hepatiti “C”, orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Öd daşı xəstəliyi. Saq bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət, saq diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonra qalıq əlamətləri. Astenonevrotik vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəst əlik və ağırlaşması kimi qeyd olunmuş “Drenə olunmuş sinusla xroniki osteomielit. Saq bud sümüyünün total xroniki osteomieliti, tez-tez bas verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, acma tam; bud-çanaq: bükmə-70 dər, açma-tam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə. Hərəkətin və yerisin digər və dəqiqləşdirilməmiş pozulmaları. Ətrafın kəskin funksiya pozğunluğu. Davamlı ağrı sindromu. Oynaqların kontrakturası. Digər xolesistitlə birgə öd kisəsi daşları. Kalkulvoz xolesistif’ diaqnozu araşdırılmışdır. Müayinə zamanı sağ bud sümüyünün sınığından sonrakı, ~20 sm ölçüsündə əməliyyat çapığı izlənilsə də, oynaqlarda kontraktura, xroniki osteomielit əlamətləri, fistula müşahidə edilməmişdir. Nevroloji statusda ocaqlı patolog iya aşkarlanmamış, emosional labil, Romberq vəziyyətində cüzi sədələmə, iflic və parez müəyyən edilməmişdir. Yanaşı olaraq, hepatit “C” ilə son illərə dair yalnız bir epikriz təqdim etmiş, daşıyıcı kimi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən həzm orqanlarının disfunksiyası və qaraciyər çatışmazlığı əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əlilliyinin tanınması və pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər Azərbaycan Respublikasında polis orqanlarında xidmət edərkən xəstəliyi ilə əlaqədar, XHK-nın qərarına əsasən virushepatiti “C”, orta ağır forma, qara ciyərin funksiyasının pozulması ilə, öd xəstəliyi, Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonra qalıq əlamətləri, Asteno-nevrotik vəziyyət üzrə 2-ci qrup əlil olaraq xəstəliyə görə pensiyaya çıxmışdır. Onda sonralar əlilliyin həmin əlamətləri ilə yanaşı ağır şəkər xəstəliyi (“şəkər”, “hepatit-S”) və sai r nasazlıqlar da aşkar edilmiş, xeyli müddətdir ki, davamlı olaraq müalicə olunmuşdur və olunur. 2016-cı ilə kimi hər il sözügedən diaqnozla əlilliyinə dair vaxtaşırı olaraq müvafiq müayinələrdən və komissiyalardan keçmişdir və həmin müayinə və komissiyaların heç birində sağlamlığının bərpa olunmasına dair müsbət irəliləyişlər aşkar edilməmişdir. Bunun əksinə olaraq vəziyyəti daha da pisləşmiş, dəfələrlə demək olar ki, pandemiya dövrünü çıxmaq şərtilə hər il xəstəxanalarda qalmaqla müalicə olunmuşdur. Əlilliyə səbəb olmuş xəstəliklərlə yanaşı məhkəməyə təqdim etdiyi sənədlərdə, o cümlədən cavabdehin verdiyi xx.xx.2015-ci il tarixli müayinə olunan şəxs barədə məlumat sənədinin “TSEKİ-in diaqnozu” hissəsində qeyd edildiyi kimi “Virus hepotiti “C” orta ağır forma, qaraciyərin funksiyasının po zulması ilə, keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri, “asteno-nevrotik vəziyyət, xoniki osteomeielit, qeyri-stabil stenokardiyası, öd daşı xəstəliyi, ÜLX.Qeyri-stabil stenookardiya, Hipertoniya xəstəliyi İİ dər (dərəcəli), ÜÇ-İ dər, Şəkərli diabet İİ tip, orta ağırlıqda”., Həmin sənəddə “Əlilliyin müəyyən olunması meyarı hissəsində qeyd edildiyi kimi, “2.2. ikinci dərəcə əlillik digər: Virus Hepotiti “C” orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə, Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət kimi təkzibolunmaz faktlar ola-ola cavabdeh əsassız olaraq əlilliyini ləğv etmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə DİN-in 2 saylı Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi ə sasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B17 - Digər kəskin virus hepatitləri => B17.1 - Kəskin C hepatiti; Diaqnozun mətni:Virus hepatit C orta-ağır forma. qara ciyərin funk. pozğunluğu. Öd daşı xəstəliyi. Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından s/v.sağ diz oynağın bükücü kontrakturası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatit C” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. DİNin 2 saylı Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B17 - Digər kəskin virus hepatitləri => B17.1 Kəskin C hepatiti; Diaqnozun mətni: Virus hepatit C orta ağır forma. qara ciyərin funk. pozğunluğu. Öd daşı xəstəliyi. Sağ bud sümüyünün orta 1/3- nin bitişmiş sınığından s/v.sağ diz oynağın bükücü kontrakturası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatit C” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı DİN Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.2 - Xroniki virus mənşəli C hepatiti; Diaqnozun mətni: Virus hepatiti "C", orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət. Xroniki osteomielit. Öd daşı xəstəliyi. ÜİX. Qeyristabil stenokardiya. Hipertoniya xəstəliyi İİ dər.ÜÇ-l dər. Şəkərli diabet İİ tip, orta ağırlıqda.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatiti"C", orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti = > B18 - Xroniki virus hepatiti => B18.2 - Xroniki virus mənşəli C hepatiti.; Diaqnozun mətni: Virus hepatiti "C",orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət. Xroniki osteomielit. Öd daşı xəstəliyi. ÜİX. Qeyristabil stenokardiya. Hipertoniya xəstəliyi İİ dər.ÜÇ-l dər. Şəkərli diabet İİ tip, orta ağırlıqda.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatiti "C", orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. DİN Tibb İdarəsinə Bilavasitə Ta be olan 2 Nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli, 4400003AAAG2 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 Digər osteopatiyalar => M86 - Osteomielit => M86.4 - Drenə olu...; Diaqnozun mətni: Sağ bud sümüyünün total xroniki osteomieliti, tez-tez baş verən kəskinləşmələrlə, diz və budçanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə,açma tam; bud- çanaq: bükmə-70 dər. açma-tam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə(ETTOİnun xx.xx.2021 tarixdə verdiyi rəyə əsasən). Davamlı ağrı sindromu. Ətrafın kəskin funksiya pozğunluğu. Diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq: bükmə-70 dər. açma-tam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə. ÜİX Stabil gərginlik stenokardiyası FS- İİİ.Şəkərli diabet, tip 2,ağır forma. Virus hepatiti C, daşıyıcı. Arterial hipertenziya İİ dərəcə. Kalkulyoz xolesistit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış tibb müəssisəsində müalicənin davam etdirilməsi tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir.DİN Tibb İdarəsinə Bilavasitə Tabe olan 2 Nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli, 4400003AAAH5 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 Osteomielit => M86.4 - Drenə olu...; Diaqnozun mətni: Dre nə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti,tez- tez baş verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq:bükmə-70 dər. açma-tam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə.(xx.xx.2021 tarixdə və xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəy)Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Ətrafın kəskin funksiya pozğunluğu. Davamlı ağrı sindromu. Oynaqların kontrakturası, Diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq:bükmə-70 dər. açma-tam) Digər xolesistitlə birgə öd kisəsi daşları, Kalkulyoz xolesistit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulm ası - Səbəb: Diaqnoz yerinə lazimsiz məlumatlar yazilib” səbəbi ilə imtina verilmişdir. DİN Tibb İdarəsinə Bilavasitə Tabe olan 2 Nömrəli Poliklinikasının xx.xx.2021- ci il tarixli, 4400003AAAH5 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 Osteomielit => M86.4 - Drenə olu...; Diaqnozun mətni: Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti,tez- tez baş verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq:bükmə-70 dər. açmatam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə.ÜİX Stabil gərginlik stenokardiyası. Şəkərli diabe t, tip 2,ağır forma.Virus hepatiti C, daşıyıcı. Arterial hipertenziya İİ dərəcə Kalkulyoz xolesistit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.
8. Daha sonra iddiaçı ərizə təqdim edərək iddia tələbinin əlilliyin təyin edilməsinə dəyişdirilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(112)-2007/2023 nömrəli qərarı (hakim X4) ilə iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzib ati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, göndərişdə qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır.
12. İddiaçı apellyasiya şikayəti verərək, q ərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2224/2023 nömrəli qərarı (hakimlər X9 (məruzəçi), X10 və X7) ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibat işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayə tinin dəlilləri
16. Şikayətdə Konstitusiyasının 26, 60-cı maddələrinə, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya istinad edərək qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, qərar əsaslandırılmamış, işin halları ətraflı şəkildə təhlil edilməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı 2016-cı ilə kimi hər il eyni diaqnozla əlilliyinə dair mütəmadi olaraq müvafiq müayinələrdən və komissiyalardan keçmiş, həmin müayinə və komissiyaların heç birində sağlamlığının bərpa olunmasına dair müsbət irəliləyişlər aşkar edilməmiş, bunun əksinə olaraq, vəziyyəti daha da pisləşmiş, dəfələrlə demək olar ki, pandemiya dövrünü çıxmaq şərtilə, hər il xəstəxanalarda olmaqla müalicə olunmuş, sonralar səhhəti pis olsa da, pandemiya və sair səbəblərd ən bir müddət bu növ müalicə ala bilməmiş, hal-hazırda da sağlamlıq vəziyyəti pisdir və yaxşılaşmaq yerinə get-gedə daha da səhhəti pisləşməkdədir. Lakin işə baxan məhkəmələr hər hansı bir araşdırma aparmadan keçirilmiş ekspertiza rəyinə istinad etmiş, iddiaçı tərəfindən verilmiş təkrar ekspertizanın keçirilməsi barədə şifahi vəsatətə hər hansı bir münasibət bildirməmiş, bununla yanaşı məhkəmə iclaslarında işin qeyri-obyekti aparması, xəstəliklərinə biganə baxması, iş materiallarında olan xəstəlikləri ilə bağlı sənədləri araşdırmamış və bir başa qətnamə çıxartmaqla qanunvericiliyin tələblərini kobudcasına pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının mü əyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nüma yəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”
1. Ümumi müddəalar... 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.
4. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X8 (bundan sonra - TSERAS) ötürülür. 4.23. Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür. 4.24. Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. 4.25. Araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (ləğv edilmiş)
2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edi lir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsas landırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxım dan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndir mişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
28. Bununla belə, iddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 29 İş materiallarından, eləcə də kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının müraciətinin təmin edilməməsindən, eləcə də iddia tələbinin əsassız hesab edilməsinin səbəbi diaqnozda əlillik əlamətinin müəyyən olunmaması olmuşdur.
30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməs inin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
31. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 37/2023 saylı (ekspertizanın başlanma tarixi 14 dekabr 2022-ci il, başa çatma tarixi 18 yanvar 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adına DİN-nin 2 saylı poliklinikası tərəfindən doldurulmuş 4400003AAAH5 saylı göndərişdə qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Qeyd edilən xəstəliklərlə əlaqədar ehtiyac yarandığı hallarda o, müalicəyə cəlb edilə bilər.
32. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən obyektiv aparılan araşdırma zamanı da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qəra rı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alındıqda iddiaçıda ikinci qrup əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin olması müəyyən edilməmişdir.
33. Bu halda cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamış, imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
34. Beləliklə, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas mövcud olmadığından iddia tələbi əsassızdır.
35. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2224/2023 saylı iş üzrə 25 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.