Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-492/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 07.05.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh şöbənin imtina məktubunun əsassız hesab olunması, iddiaçının hüququnun yarandığı 15.04.2008-ci il tarixdən 1994 - 1996-cı illərindən əmək haqqından güzəştli şərtlərlə əmək pensiysı təyin edilərək, yaranmış fərq məbləğinin ödənilməsinin cavabdeh şöbəyə h əvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qərarı ilə (hakim R.Kərimli; iş № 2-1(82)-392/2018) iddianın təmin edilməsi; cavabdeh şöbənin imtinasının qanunsuz sayılması; iddiaçının 1994 - 1996-cı illər üzrə əmək haqqı nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiysının 15 aprel 2008-ci il tarixdən təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliynin cavabdeh şöbənn üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)1919/18) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 13 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiy a şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxlması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan əmək kitabçasının və hərbi biletinin surətlərinə, pensiya işi üzrə arxiv arayışılarına əsasən iddiaçı 23.08.1975 - 24.09.1976-cı il tarixlərdə (01 il, 01 ay 01gün) X1 çilingər işləmiş; 21.11.1976 - 15.12.1978-ci il tarixlərdə (2 il, 01 ay, 24 gün) müddətli həqiqi hərbi xidmətdə olmuş; 27.02.1979 - 09.12.1980-cı il tarixlərdə (1 il 6 ay 12 gün) Serebrovski adına NQÇİ-də qazmaçı və dəniz neftçisi olmuş; 09.12.1980 01.07.1996-cı illərdə (15 il 06 ay 22 gün) Qum adası” NQÇİ-də neft və qaz hasilatında operator peşəsində işləmişdir. İddiaçı 1996-cı ilə kimi 20 il 6 ay ümumi, 17 il 4 ay güzəştli iş stajına malik olduğuna görə, ona 52 yaşında, yəni 15.04.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab etmişdir ki, ona pensiya 52 yaşında deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verənstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstə ricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan vəzifə və peşələrdə işlədiyi halda, 50 yaşından, yəni, 15.04.2008-ci il tarixdən təyin olunmalı idi. Bu məsələ ilə bağlı O, müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanı 26.10.2017-ci il tarixli cavab məktubu ilə ona, düzgün olaraq 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyini və 01.01.2017-ci il tarixdən pensiyanın məbləği 162,28 manata çatdırıldığını bildirərək, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh şöbənin özü tərəfindən iddiaçıya 52 yaşından pensiya təyin edilməsi birmənalı olaraq onu deməyə əsas verir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı “Siyahısı” tətbiq edilməklə, pensiya təyin edilmişdir. Göründüyü kimi, iddiaçının 20 ildən çox ümumi stajı, 10 ildən də çox dənizdə neft və qaz çıxarma hasilatında operator peşəsində iş stajı vardır. Onun dənizdə işlədiyi neft və qaz çıxarma hasilatında operator peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən 320 saylı qərarı ilə t əsdiq edilmiş 1 №-li Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsi üzrə “HOOOOOa—15824” şriftinə (Neft və qaz hasilatı üzrə operatoru) uyğun gəlir. Ona görə də, cavabdeh şöbənin iddiaçının dəniz şəraitində işləməsinin öz təsdiqini tapmadığı barədə dəlilləri əsaslı deyil. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə və 1 saylı Siyahıya əsasən, 01.08.1997-ci il il tarixinə 20 il ümumi sığorta stajına və həmin stajın da ən azı 10 ilini 1 saylı Siyahıda nəzərdə tutulan xüsusilə zərərli və ağır peşədə (və ya vəzifədə ) çalışmışdır. Belə olan halda, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan 13-cü maddəsi nin “a” bəndinə əsasən iddiaçının 50 yaşının tamam olduğu 15.04.2008-ci il tarixdən güzəştli şrtlərlə pensiya hüququ yaranmış olur. Lakin cavabdeh inzibati orqan ona iki il sonra, yəni 15.04.2010-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin etmişdir. Beləliklə də sübuta yetirilir ki, cavabdeh şöbə qanunla üzərinə düşən öhdəliyini düzgün yerinə yetirməmiş, iddaçıya, 50 yaşının tamam olduğu tarixdən deiyl, 52 yaşından (15.04.2010) pensiya təyin etməklə onun qanunla qorunan hüquqlarını pensiya hüquqqunu pozmuşdur. Odur ki, iddiaçınin tələbi haqlıdır, 1-ci instansiya məhkəməsi tərəfindən həmin tələb düzgün olaraq təmin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, axırıncı iş yerində n asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pe nsiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna mali kdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 1997—ci il tarixli 358-İQD nömrəli Qanununla dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müə yyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın İİİ hissəsinin 3.1.1ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam ə sasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsini n İnzibatiİqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-492/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-492/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver