Məhkəmə qərarları › İş №2-1(102)-492/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-492/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-492/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi, Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli 2-1(103)-1521/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qərarının qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv olunması və cavabdehin üzərinə onu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etmək barədə öhdəliyin qoyulması, cavabdehin ona artıq ödətdirdiyi 100 manat rüsumun cavabdehin hesabından tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1629/2020 say lı, 2020-ci il 01 iyun tarixli qərardadına əsasən iddia tələbi cavabdehin iddiaçıya artıq ödətdirdiyi 100 manat rüsumun cavabdehin hesabından tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi hissəsində mümkün hesab edilməmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1629/2020 saylı, 2020-ci il 01 iyun tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı qərarın ləğv edilməsi, üzvlüyə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1521/2020 saylı, 2020-cu il 30 sentyabr tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1521/2020 saylı, 2020-cu il 25 noyabr tarixli qərardadı ilə İddiaçı dövlət büdcəsinin hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilməmişdir.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

8. İddiaçının nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 noyabr tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2020ci il 10 dekabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kas sasiya şikayəti 2020-ci il 22 dekabr tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt şöbəsinə təqdim olunmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.

9. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmi ş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

10. İPM: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1 kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

11. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 noyabr tarixli qərardadı poçt rabitəsi va sitəsi ilə iddiaçıya 2020-ci il 10 dekabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 2020-ci il 22 dekabr tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt şöbəsinə təqdim olunmuşdur.

13. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, qərardad poçt vasitəsilə 2020-ci il 11 dekabr tarixdə çatdırılıb, Quba rayonunda sərt karantin rejiminin tətbiq edildiyi səbəbindən rabitə-poçt müəssisələrinin fəaliyyətindəki məhdudiyyətlər yarandığı üçün 2020-ci il 19-20 dekabr tarixlərində Quba rayon poçt şöbəsi işləməmişdir.

14. İddiaçının həmin dəlili vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, hətta qərardadın poçt vasitəsilə iddiaçıya 2020 -ci il 11 dekabr tarixdə çatdırıldığı qəbul edildikdə belə, müddətin son günü iddiaçının istinad etdiyi 2020-ci il 19, 20 dekabr tarixlərindən sonra gələn ilk iş gününə - 21 dekabr tarixə təsadüf etmiş, lakin iddiaçı həmin günün sonunadək prosessual imkandan istifadə etməmişdir.

15. Bildirişdə qeyd olunmasına baxmayaraq, iddiaçı prosessual müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1521/2020 saylı, 2020-cu il 25 noyabr tarixli qərardadında iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir. Sə drlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar