Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-492/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; məhkəmə aktından şikayət vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “xüsusi nəqliyyat vasitəsi alması üçün a vtomobil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 avqust tarixli, 2-1(103)-2241/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2021-ci il 4 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 20 may tarixli, 2-1(112)-4114/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabde h Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İİ qrup əlil kimi ona növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5890/2020 nömrəli, 2020-ci il 26 noyabr tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, hazırda iş Bakı Apelyasiya Məhkəməsində hakimin icraatındadır. Göründüyü kimi, hazırkı iş üzrə də tələbin irəli sürülməsində əsas məqsəd məhz iddiaçıya xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 avqust tarixli, 2-1(103)-2241/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış qərardad 2021-ci il 7 iyun tarixdə onun tər əfindən qəbul edilmişdir. Apellyasiya şikayəti isə 2021-ci il 18 iyun tarixdə, yəni, məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə rabitə orqanına təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 2021-ci il 19 avqust tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən nə qeyd olunan sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı həmin müddətdə xəstə olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə t əqdim edə bilməmişdir.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının və onun nümayəndəsinin çıxışları protokolda qeyd olunmamışdır. Beləliklə, iddiaçının və onun kimi Qarabağ Müharibəsinin əlillərinə qərəzli şəkildə qanunsuz məhkəmə qərarı qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
14. İş materiallarına əsasən müəyyən o lunur ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçıya 2021-ci il 7 iyun tarixdə təqdim olunmuşdur. Həmin qərardaddan apellyasiya şikayəti 2021-ci il 18 iyun tarixdə, yəni məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə rabitə orqanına təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 2021-ci il 19 avqust tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübut və ya prosessual müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim olunmamışdır.
15. İddiaçının ş ikayəti üzrə apelyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 avqust tarixli, 2-1(103)-2241/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.