Məhkəmə qərarları › İş №2-1(102)-493/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-493/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-493/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Baki şəhər Cavabdehnə (X9Dadaşov və X5 iştirakı ilə)qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-493/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, ərizəçi xxxun və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Baki şəhər Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 27 iyun 2018-ci il tarixli 2-1(103)-1657/2018 saylı qərardadından X9Dadaşov t ərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3 oğlu və İddiaçı4 Cavabdehnə qarşı paylı mülkiyyətlərində olmuş, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 76/66 yerləşmiş evin Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin evin layihəyə müvafiq olaraq bərpa edilməsi, bunu etmək mümkün olmadıqda isə evə və istifadələrində olmuş torpağa görə paylarına müvafiq olaraq, yəni tikili və torpağa görə iddiaçılar İddiaçı1 və övladı İddiaçı2 qızına 4/6 paya görə 36368 (beş yüz otuz altı min iki yüz altmış səkkiz) manat, torpağa görə 672747 (altı yüz yetmiş iki min qırx yeddi) manat; tikili və torpağa görə İddiaçı3 oğluna 1/6 payla tikiliyə görə 136 077 (bir yüz otuz altı min yetmiş yeddi) manat torpağa görə 168 036 (bir yüz altmış səkkiz min otuz altı) manat; tikili və torpağa görə İddiaçı4 1/6 payla tikiliyə görə 136 077 (bir yüz otuz altı min yetmiş yeddi) manat, torpağa görə 168 036 (bir yüz altmış yeddi min otuz altı) manat; dövlət ehtiyacları üçün torpağın alındığına görə əlavə olaraq qeyd olunan məbləğlərə 20% əlavə olunması, 2015-ci ilin fevral ayından yekun məhkəmə qərarı icra edilənədək hər birinə kirayə haqqı kimi hər ay üçün 500 (beş yüz) manat hesablanaraq onlara verilməsini cavabdehlərə həvalə edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişlər. Birinci instansiya məhkəməsinin 2 -1(81)-4072/2015 saylı 16.02.2015-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3 oğlu və İddiaçı4 Cavabdehnə qarşı iddia tələbləri qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən fərdi, yaşayış evinin sökülməsinə görə mülkiyyətçilərin paylarına düşən hissənin hər kv.metrinə görə 1500 manat məbləğində kompensasiyanınhesablanaraq ödənilməsi Cavabdehnə həvalə edilmişdir. 1saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4072/2015 saylı 16 dekabr 2015-ci il tarixli qərarı Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-781/2016 saylı 26.05.2016-cı il tarixli qərarı və Ali Məhkəmənin 2-1(102)-1560/2016 saylı 05.10.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2-1(81)4072/2015 saylı qərarı 05. 10.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün cavabdeh Yasamal rayon İcra qərarı 05.10.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. 2018-ci ilin aprel ayında xxx və X5 ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində işə cəlb olunmaqla, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə uyğun olaraq yeni açılmış hallarla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli 2-1(81)-4072/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin 16 dekabr 2015-ci il tarixli 2-1(81)-4072/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə X7 və X3 ərizəsinə baxıl masını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2-1(81)- 4072/2015 saylı (sədrlik edən hakim E.Məmmədov) qərardadı ilə iddiaçılar İddiaçı1, X1, İddiaçı3 oğlu və İddiaçı4 Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair 2-1(81)-4072/2015 saylı iş üzrə ərizəçilər X7 və X8 tərəfindən verilən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli 2-1(81 )-4072/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair ərizələrininrədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan ərizəçilər X7 və X8 həmin qərardaddan şikayət verərək, birinci instansiya məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərardadının ləğv edilməsini və ərizələrin təm in edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.06.2018-ci il tarixli iş № 2-1(103)-1657/2018 (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərardadı ilə birinci instansiya məhkəməsinin 26.04.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Ərizəçi kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Bakı Apelyasiya Məhkəməsi İnzibati Prosessual Məcəllənin 87.1-ci maddəsinin tələblərinə riayət etməmiş, ərizəçi ilə məhkəmənin vaxtı barədə müvafiq bildiriş göndərməmiş, şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üç ün imkan yaratmamışdır. X2 Məcəllənin 92-ci maddəsinin 0.3-cü bəndinə zidd olaraq, ərizəçilərin dinlənilmə hüququnu təmin etməmişdir. Eyni vaxtda, işə baxarkən, yekun nəticəyə təsir göstərəcək, qanuni qüvvəyə minmiş digər məhkəmə qətnamələri ilə sübuta yetirilmiş halları və faktları lazımınca araşdırmamış, ərizəçinin məhkəmə qətnamələri ilə tanınan vərəsəlik hüququna diqqət yetirməmiş, halbuki həmin məhkəmə qətnamələri birinci instansiya məhkəməsində təqdim edilmişdir. X2 Məcəllənin 100-cü maddəsinə uyğun olaraq, yeni açılmış hallarla bağlı işin təzələnməsini rədd edərkən, iddiaçı və cavabdehin yalan ifadə vermələrini, mühüm faktları gizlətmələrini, əsas vərəsələrin işə məcburi cəlb edilməməsinə hüquqi qiymət verməmişdir. Hesab edirik ki, Bakı Apelyasiya Məhkəməsi, mübahisə ilə bağlı iş üz rə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılmasını təmin etməmiş və ciddi prosessual pozuntulara yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən ərizəçi xxx kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 21(103)-1657/2018 saylı qərardadının ləğv edilərək, işin təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmiş dir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi xxx da, onun vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərd ar edilməsinə baxmayaraq, iddiaçı xxx və ərizəçi xxxnın nümayəndəsi Bəhruz Babayev məhkəmə iclasına vəkilsiz gəldikləri üçün cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəçinin və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə ərizəçinin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 21(103)-1657/2018 saylı qərardadı ilə ərizəçilər X7 və X3 şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2-1(82)-4072/2015 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 28.1, 62.3, 87.6, 100-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, hazırkı işin real vəziyyəti ərizəçilərin üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmalarına və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblər dən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Göründüyü kimi, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən icraat təzələnə bilər. Ancaq ərizəçilər xxx və xxx proses iştirakçıları olmamışlar. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4072/2015 saylı iş üzrə ərizəçilər X7 və X8 tərəfindən verilən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2-1(81)-4072/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair ərizələrin təmin edilməməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərardadından ə rizəçilərin hər ikisi, yəni, xxx və xxx apelyasiya şikayətini verdikləri halda (yeri gəlmişkən onların apelyasiya şikayətlərində yaşayış ünvanları və əlaqə telefonları ümumiyyətlə göstərilməmişdir), Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2-1(103)-1657/2018 saylı qərardadından kasasiya şikayətini yalnız bir nəfər - X6 vermişdir ki, kasasiya şikayətində isə yenə N.Ə. xx yaşayış ünvanı və əlaqə telefonu yazılmamışdır. Halbuki istər apelyasiya şikayətində (İnzibati Prosessual Məcəllənin 86.1.2-ci maddəsi), istərsə də kasasiya şikayətində (İnzibati Prosessual Məcəllənin 95.1.1-ci maddəsi), eləcə də Mülki Prosessual Məcəllənin 361.1.2-ci maddəsində və 407.1.2-ci maddəsində həm apelyasiya şikayəti verənin və həm də kasasiya şikayəti verənin ünvan ının göstərilməsi prosessual qanunun mütləq şərtidir. Bununla yanaşı qeyd edilməlidir ki, xxxnın və xxxun birinci instansiya məhkəməsinə etdikləri ilk rəsmi müraciətlərində qeydiyyat ünvanı olaraq ünvan 3aylı poçt şöbəsinin məhkəməyə qaytardığı zərflərində sözügedən ünvanda yerləşmiş binanın söküldüyü bildirilmişdir. Belə olan halda, xxxun kasasiya şikayətində ona dinlənilmə hüququnun pozulduğu kimi dəlili əsaslı sayıla bilməz. xxxun apelyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinin pozulması dəlili də əsassızdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddə tdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Beləliklə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 16 dekabr 2015-ci il tarixli, 2-1(81)-4072/2015 saylı qərarı 05 oktyabr 2016-cı il tarixdə qanuni qüvvəyə minmiş, icra edilməsi üçün Cavabdehnə göndərilmiş və qərar qanuni qüvvəyə mindikdən sonra, həmin iş üzrə üçüncü şəxslər qismində cəlb olunmaq istəyən şəxslər X7 və X8 ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 16 dekabr 2015-ci il tarixli 2-1(81)-4072/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsi xahiş etmişlər. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli olduğu halda, ərizəçilər həmin müddətdə məhkəməyə ərizə ilə müraciət etmədiklərindən, işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə bu barədə sübutlar təqdim edilmədiyindən ərizə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, hazırkı işin real vəziyyəti ərizəçilərin üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmalarına və yeni açılmış hallarla bağlı icraatın təzə lənməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Beləliklə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən icraat təzələnə bilər. Ancaq ərizəçilər xxx və xxx proses iştirakçıları olmamışlar. Bununla belə qeyd edilməlidir ki, kasasiya şikayəti vermiş xxxun və kasasiya şikayəti verməmiş A.Babayevanın Azərbaycan Respublikasının Konstitusiya sının 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ var ki, onlar da bu hüquqdan istifadə edib sökülmüş evin keçmiş mülkiyyətçiləri ilə kompensasiya pulu ilə əlaqədar mübahisəsi olduğu halda məhkəməyə müraciət edə bilərlər. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xxxun kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərardadı xxxa münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X9xx kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2-1(103)1657/2018 saylı qə rardadı xxxa münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar