Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-493/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, təhsil illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı X2, vəkili X4 və cavabde hin vəkili Vəkil iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.11.2020-ci il tarixli, 2-1(103)-1567/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasında, təqdim etdiyi arayışda, təhsil haqqında diplomda və hərbi biletdə əksini tapmış qeydlərdən görünür ki, o, 01.09.1976-cı ildən 01.07.1978-ci ilədək 17 №-li texniki peşə məktəbində təhsil almış, 14.0 8.1978-ci ildən 15.05.1979-cu ilədək 23 nömrəli Mexaniki dəstədə elektrik-qaz qaynaqçısı işləmiş, 18.05.1979-cu ildən 20.06.1981-ci ilədək hərbi xidmətdə olmuş, 26.10.1981-ci ildən 01.04.1982-ci ilədək təmir-tikinti mərkəzində fəhlə, 23.04.1982-ci ildən 09.06.1982-ci ilədək ev tikinti kombinatında elektrik-qaz qaynaqçısı, 11.10.1982-ci ildən 01.01.1991-ci ilədək UPTK 2 nömrəli trestində elektrik-qaz qaynaqçısı, 02.01.1991-ci ildən 01.03.1993cü ilədək armatur sexində 5-ci bölmənin elektrik qaynaqçısı, 01.03.1993-cü ildən 01.12.1993-cü ilədək “Azərsənaye Tikinti İstehsalat Birliyi” 2 №-li Trest T.H.E.Q.S 1 №-li sahədə 6-cı dərəcəli elektrik qaynaqçısı, 01.12.1993-cü ildən 16.08.1995-ci ilədək 2№-li Trestin T/H TTİ sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı, 16.08.1995-ci ildən 01.11.1995-ci ilədək “Sənayekommunaltikinti” Birliyinin Mexanizasiya filialında 6-cı dərəcəli elektrik qaynaqçısı, 01.11.1995-ci ildən 01.08.1996-cı ilədək THTTUS-də 6-cı dərəcəli elektrik qaynaqçısı, 01.08.1996-cı ildən 16.08.2000-ci ilədək 4 saylı T.H.S-də 6-cı dərəcəli elektrik qaynaqçısı, 23.08.2000-ci ildən 27.06.2014-cü ilədək Sumqayıt EP Zavodu Təmir Quraşdırma İdarəsinin 65 saylı texnoloji avadanlıq təmir sexində 6-cı dərəcəli elektrik qaynaqçısı, 24.09.2014-cü ildən 01.12.2016-cı ilədək “xxxx” ASC X7 İdarəsi İstismar avadanlıqlarının təmir sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, 01.12.2016-cı ildən 6-cı dərəcə ilə Su təhcizatı və mühəndis-texniki qurğuların təmiri və xidməti sahəsinin elektrik-qaz qaynaqçısı işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 01 avq ust 2018-ci il tarixli, 152/1 nömrəli arxiv çıxarışından görünür ki, İddiaçı 11 oktyabr 1982-ci il tarixdə armatur sexində 3-cü bölmədə elektrik qaz qaynaqçısı işinə qəbul edilmiş və Sumqayıt “Sənayekommunaltikinti” Birliyi üzrə verilən 16.08.1995-ci il tarixli, 165-s/1 №-li əmrə əsasən Təsərrüfat Hesablı Təmir Tikinti İstehsalat Sahəsindən “Mexanizasiya filialına köçürmə yolu ilə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. “AZƏRKİMYA” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun kardrlar şöbəsi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 266 nömrəli arayışdan görünür ki, İddiaçı 23 avqust 2000-ci ildən 31 dekabr 2005-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində elektrik qaynaqçısı vəzifəsində işl əmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının ərizəsinin icra edilməsindən imtina edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi 14 avqust 1978-ci il tarixli, 3T-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 01.11.1995-16.08.2000-ci il tarixləri arasındakı dövr ərzində təsərrüfat hesablı “Sənayekomunaltikinti” birliyində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı idarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına verilmədiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçının qeyd olunan dövr ərzində əmək stajını dəqiqləşdirmək mümkün olmadığından həmin dövr əmək stajına daxil edilməmişd ir. Bundan başqa Dövlət Arxivinin Sumqayıt filialının iddiaçıya dair 1 avqust 2018-ci il tarixli 152/1 nömrəli arayışında və əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 1 yanvar 2006cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, işlədiyi müddətin, təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmə sini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək fəaliyyəti dövrü ƏT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında, təhsil aldığı müddət təhsil haqqında diplom və hərbi xidmətdə olduğu müddət hərbi bileti təsdiq edilir. Onun işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün 01 yanvar 2006-cı il tarixinədək stajı 25 ildən çox müddət təşkil etmişdir. 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsa sən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. 01 yanvar 2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla müvafiq iş stajını tamamlamışdır və bu əsasla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. 7 Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı, imtina məktubunun məzmununa uyğun olmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(112)-2736/2020 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddia qismən təmin edilərək, iddiaçı X3 57 yaşdan, yəni 23 iyul 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qərarını “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsi, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının Vİİİ bölməsinin müvafiq bəndləri ilə əsaslandırmış, həmçinin yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi barədə qanunda göstəriş olmadığına istinad etmişdir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 18.11.2020-ci il tarixli, 2-1(103)-1567/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov ) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(112)-2736/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 14.1. Kassasiya şikayəti imtina məkutbunun, iddia ərizəsinə etirazın məzmununa uyğun veri lmişdir. Bundan başqa şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının iddiaçıya dair 1 avqust 2018-ci il tarixli 152/1 nömrəli arayışında və əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi stajı olan 25 ili və güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. b. Kassasiya şikayətinə qarşı etiraz
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə ic raatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. İddiaçı və onun vəkili məhkəmə iclasında şikayətin təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydaların ı və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 3.Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hrsabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa gürə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa gürə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci i lin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 30.Əmək pensiyasını təyin edən orqan 30.1.Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfi ndən təyin edilir. 20. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkila tın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
22. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajın ı təsdiq edən əsas sənəddir.
23. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs 01.01.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, Azərbaycab Respublikası Nazirlər Kabinetinun 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycab Respublikası Nazirlər Kabinetinun 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda əksini tapmış işlərdə işləmiş olsun.
29. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən iddianın təmin edilməsi mümkün olmayacaqdır.
30. İddiaçının 23.07.2017-ci il tarixdə 57 yaşa çatması işin mübahisəsiz halıdır.
31. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini iddiaçının 01.01.2006-cı il tarixə ümumi stajının 25 ildən, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı” üzrə stajının isə 12 il 6 aydan az olduğu ilə izah etmişdir.
32. Yuxarıda qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
33. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu cür arayışlar təqdim olunmuşdur. Həmin arayışlarda iddiaçının 11 oktyabr 1982-ci il tarixdə armatur sexində 3-cü bölmədə elektrik qaz qaynaqçısı işinə qəbul edilməsi və Sumqayıt “Sənayekommunaltikinti” Birliyi ü zrə verilən 16.08.1995-ci il tarixli, 165-s/1 №-li əmrə əsasən Təsərrüfat Hesablı Təmir Tikinti İstehsalat Sahəsindən “Mexanizasiya filialına köçürmə yolu ilə elektrik qaynaqçısı işinə qəbul edildiyi göstərilmişdir. “AZƏRKİMYA” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 266 nömrəli arayışdan isə görünür ki, İddiaçı 23 avqust 2000-ci ildən 31 dekabr 2005-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 33-cü bölməsinin 23200000-19906 şifrinə əsasən 2 saylı siyahısında sadalanan “elektrik q aynaqçıları” istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçının 14.08.1978-15.05.1979-cu (10 ay), 23.04.1982-09.06.1982-ci (1 ay 16 gün), 11.10.198201.03.1993-cü (10 il 4 ay 22 gün), 01.12.1993-01.11.1995-ci (1 il 11 ay) və 01.11.199501.01.2000-ci (4 il 2 ay) illərdə elektrik qaynaqçısı işlədiyi dövrlər toplam 12 il 6 aydan çoxdur.
34. İş materiallarına əlavə olunmuş diploma əsasən iddiaçı 01.09.1976-cı ildən 01.07.1978-ci ilədək 17 №-li texniki peşə məktəbində təhsil almışdır.
35. Məhkəmələr iddiaçının bu təhsil dövrünü də haqlı olaraq sosial sığorta stajına daxil etmişdir.
36. Belə ki, iddiaçının texniki peşə təhsili aldığı dövrdə qüvvədə olan, yəni 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndi nə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
37. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.
38. Həmçinin 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində də ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kur slarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
39. Göründüyü kimi iddiaçının texniki peşə təhsili aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır.
40. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
41. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir.
42. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir.
43. İddiaçının 01.11.1995-16.08.2000-ci illərdə təsərrüfat hesablı “Sənayekomunaltikinti” birliyində işlədiyinə dair sənədlərin arxivə verilmədiyinə görə həmin dövrün sosial sığorta stajına daxil edilməməsi barədə cavabdehin dəlili də əsassızdır.
44. Çünki iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş staj ını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.
45. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həm in əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır.
46. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir.
47. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdi r.
48. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
49. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır.
50. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.11.2020-ci il tarixli, 2-1(103)-1567/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.