Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-493/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması 09.03.2022 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra cavabdeh) qarşı “magistr diplomunun ölkə ərazisində tanınması və ekvivalentlik şəhadətnaməsi verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-2593/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş, 04.08.2004-cü il tarixli, AN 14816 №-li ali təhsil haqqında diploma əsasən Dövlət Attestasiya Komissiyasının 16.06.2004-cü il tarixli qərarı ilə iddiaçıya əczaçılıq ixtisası istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
2. Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi M20 № 063742 olan, 28.02.2020-ci il tarixli diplomun və həmin diploma əlavənin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı təhsil formas ı qiyabi, təhsil müddəti 2 il 6 ay, 120 AKTS kredit, tədris dili rus dili olmaqla 2020-ci ildə Ukrayna Milli Əczaçılıq Universitetinin tam kursunu bitirərək “Əczaçılıq və sənaye əczaçılıq” proqram sahəsi üzrə peşəkar ixtisas əczaçı magistr dərəcəsi əldə etmişdir.
3. İddiaçı magistr diplomunun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının elektron kabinetinə yerləşdirilmiş elektron çıxarışdan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın Milli Əczaçılıq Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 6 4 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 8 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən adına verilmiş 28.02.2020-ci il tarixli, M20 №063742 magistr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı dəqiqləşdirilmiş ərizəsində Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən adına verilmiş 28.02.2020-ci il tarixli, M20, 063742 nömrəli magistr diplomunun ölkə ərazisində tanınması və ekvivalentlik şəhadətnaməsi verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən müvafiq sənədlər təqdim edilərkən eyni zamanda ümumvətəndaş pasportunun surəti də təqdim edilmiş və həmin pasportda mövcud olan qeydlər təsdiq edir ki, o tədris müddətində tədrisin aparıldığı Universitetin yerləşdiyi ölkədə olmuşdur. Ancaq bununla bağlı inzibati orqan tərəfindən hər hansı əsaslandırma aparılmamış, ümumi fikir bildirilməklə, konkret olaraq hansı müddətdə onun tədris prosesindən kənarda qaldığına dair konkret fakta istinad olunmamışdır. O, müvafiq hərəkətin edilməsi, yəni diplomun ekvivalentliyinin tanınması ilə bağlı zəruri sənədləri təqdim etməklə üzərinə düşəni, yəni qanunla tələb olunan sənədləri təqdim etmişdir. Digər tərəfdən cavabdeh inzibati orqan onun təhsil alması üçün tələb olunan müddətin necə müəyyən edilməsi, bununla bağlı əlavə araşdırma aparılıb aparılmamasına dair heç bir mövqe nümayiş etdirməmiş və belə görünür ki, imtina ehtimala əsaslanmaqla icra edilmiş, tədris müddətində onun Universitetdə tədris prosesində olub-olmadığını müəyyən etmək üçün əlavə sübutların (buna zərurət olarsa) əldə edilməsi təmin edilməmiş, nəticədə onun hüququnu pozan hərəkətə yol verilmişdir. Bundan başqa onun ilə eyni müddətdə həmin Universitetdə magistr təhsili almış və onun ilə eyni vaxtda diplomun ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı müraciət etmiş X3 məxsus magistr diplomu nostrifikasiya edilmiş, lakin eyni müddətdə Universitetdə təhsil almış ona yuxarıda göstərilən səbəblərdən imtina verilmişdir. İnzibati orqana və iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim olunmuş pasportun surətindən müəyyən olunur ki, 2018-2020-ci illər üzrə onun hərəkət marşrutu onun tədris müddətində məhz Universitetin yerləşdiyi ölkədə olduğunu təsdiq edir. Lakin bununla belə Ruhlan Şükürovun diplomu tanınır, ancaq ona münasibətdə imtina verilir. Qeyd edilən faktı təsdiq etmək üçün Ruhlan Şükürov və onun giriş çıxışını təsdiq edən pasportun surətləri əlavə edilməklə giriş çıxış barədə qeydlər məhkəmənin diqqətinə çatdırılır: İddiaçı giriş 28.01.2018, çıxış 03.02.2018; Ruhlan Şükürov giriş 28.01.2018, çıxış 03.02.2018; İddiaçı giriş 25.05.2018, çıxış 02.06.2018; Ruhlan Şükürov giriş 25.05.2018, çıxış 02.06.2018; İddiaçı giriş 20.01.2019, çıxış 25.01.2019; Ruhlan Şükürov giriş 20.01.2019, çıxış 26.01.2019; İddiaçı giriş 28.05.2019, çıxış 04.06.2019; Ruhlan Şükürov giriş 28.05.2019, çıxış 04.06.2019; İddiaçı giriş 24.01.2020, çıxış 08.02.2020; Ruhlan Şükürov giriş 24.01.2020, çıxış 08.02.2020. Qeyd olunanlar əsasən inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz hesab edilməli, diplomun tanınması və ekvivalentlilik şəhadətnaməsi verilməsi inzibati orqana həvalə edilməlidir.
7. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömr əli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert rəyində qeyd edilmişdir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 14 gün, İİ il - 14 gün, İİİ il - 16 gün). Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsin də ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xaric; ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti sə viyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarının 4.1-ci bəndinə əsasən: Bakalavr dərəcəsi almış məzunlar: təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına əsasən: Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma form ası üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə İmtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və s emestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; təcrübə lərdə iştirak etməsi; laboratoriya işlərini yerinə yetirməsi; kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; imtahanlara hazırlığı və imtahanları verməsi; buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: məcburi və ardıcıl öyrənilən fənlər üzrə; məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Hesab edirlər ki, sözügedən müddət ərzində tədris yükünün mənimsənilməsi qeyri-mümkündür.
8. Bakı İnzi bati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-1533/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Ukrayna Respublikası Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən iddiaçıya verilmiş qeydiyyat nömrəsi M20 № 063742 olan, 28.02.2020-cı il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 28.02.2020-cı il tarixli diploma (təhsil sənədinə) Ukrayna Respublikası səlahiyyətli orqanı tərəfindən 11.03.2020- cı il tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli, 919-İQ №-li Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Bundan əlavə iddiaçının magistr təhsilini qiyabi formada almaqla təhsil aldığı müddətində Ukrayna Respublikasında olması sərhədkeçmə məlumatları və ümumvətəndaşlıq pasportunda aparılmış qeydlərlə təsdiqini tapır. Həmin müddət 1-ci tədris ili üçün 14 gün, 2-ci tədris ili üçün 14 gün, 3-cü tədris ili üçün 16 gündür ki, həmin müddətlər ərzində iddiaçının tədris yükünü yerinə yetirə bilməməsi barədə cavabdeh inzibati orqanın irəli sürdüyü dəlil məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Əksin ə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni əsaslarla, eyni müddət ərzinə təhsil almış Ruhlan Şükürovun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması haqqında 30.06.2020-ci il tarixli qərar qəbul edilmiş və vətəndaşa müvafiq qaydada şəhadətnamələr təqdim olunmuşdur.
10. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X2 və X4, 2-1(103)-2593/2021 saylı iş) 12 noyabr 2021-cu il tarixli qərarla cavabdehin ap elyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Cavabdeh 13 dekabr 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış, 10 yanvar 20202-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
13. Şikayətin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmuşdur.
14. Cavabdeh əlavə olaraq şikayətində bildirmişdir ki, iddiaçı aldığı “Əczaçılıq” ixtisasının (qiyabi) ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Hesab edirlər ki, iddiaçının xarici ölkədə olduğu müddət ərzində tədris yükünün mənimsənilməsi qeyri-mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar”ının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün əsas olmuşdur.
15. Tanınma və ekvivalentliyin müəyyən edilməsi zamanı təlimin nəticələri, tədris planları, tədris yükü və s. daxil olmaqla ümumilikdə təhsilin məzmunu nəzərə alınmalıdır. İddiaçı tədris proseslərində qısa müddət ərzində iştirak etdiyi üçün onun diploma əlavədə qeyd edilən tədris yükünü mənimsəməsi, o cümlədən diplom işini yazması, istehsalat təcrübəsində iştirak etməsi qeyri-mümkündür. Bu isə iddiaçının aldığı təhsilin dövlət təhsil standartlarına uyğun olmamasını sübut edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Təhsil haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); 1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi; (-); 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması; (-); 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; Maddə
22. Ali təhsil (-). 22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura tə hsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-). Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-). 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. (-).
18. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınma sı və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentl ik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət e kspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahibl ərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
22. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş: 5-ci bənd. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil mü ddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdu r. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir.
27. İddiaçı 2020-ci ilin fevral ayında Ukrayna Milli Əczaçılıq Universitetini əczaçı ixtisası üzrə qiyabi təhsil formasında bitirmiş, 20 fevral 2020-ci il tarixdə ona əczaçılıq ixtisası üzrə magistr diplomu verilmişdir. O cümlədən ona tədris proqramını yerinə yetirməyinə dair diploma əlavə verilmiş və təsdiqlənmişdir
28. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmiş, ca vabdeh tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (semestr dövründə) iddiaçının Ukrayna Respublikasında qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması qənaətinə gəlib diplomu tanımaqdan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
29. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
30. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. Dövlət Attestasiya Komissiyasının 16.0 6.2004-cü il tarixli qərarı ilə iddiaçı Azərbaycan Tibb Universitetini bitirmiş və ona əczaçılıq ixtisası istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
32. Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən verilmiş 28.02.2020-ci il tarixli diplomun və həmin diploma əlavənin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı təhsil forması qiyabi, təhsil müddəti 2 il 6 ay, 120 AKTS kredit, tədris dili rus dili olmaqla 2020-ci ildə Ukrayna Milli Əczaçılıq Universitetinin tam kursunu bitirərək “Əczaçılıq və sənaye əczaçılıq” proqram sahəsi üzrə peşəkar ixtisas əczaçı magistr dərəcəsi əldə etmişdir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatında səhiyyə, rifah və xidmət ixtisas qrupları üzrə 8-ci bölmədə əczaçılıq qeyd edilmiş, rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatında ixtisasların adında əczaçılıq qeyd edilməmişdir.
34. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na Əlavədə rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların adında əczaçılıq ixtisası qeyd edilməmişdir. 35. “Təhsil haqqında” Qanunun yuxarıda bəhs edilən müddəalarına, habelə Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli, 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarlarına görə əczaçılıq ixtisası rezidentur ada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatında deyil, Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatında nəzərdə tutulduğundan iddiaçının magistratura səviyyəsində əczaçılıq ixtisası üzrə təhsil almaq hüququ qanunvericiliyin tələbinə uyğun olmuşdur.
36. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcəsinin verilməsi Qaydaları”nın 1.5-ci bəndində magistratura səviyyəsində təhsilalmanın əyani forması ilə yanaşı, qiyabi forması da müəyyən edilmiş və Qaydaların 1.6-cı bəndində magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma növü üzrə təhsilin normati v müddəti 1,5-2 il (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma növü üzrə təhsilin normativ müddətindən altı ay artıq) nəzərdə tutulmuşdur.
37. İddiaçı da magistratura təhsilini qiyabi formada həyata keçirmiş və təhsil müddəti sentyabr 2017-fevral 2020-ci il dövrünü əhatə etmişdir.
38. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 19.09.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının 03.06.2018, 26.06.2018, 20.01.2019, 28.05.2019-04.06.2019, 24.01.2020-09.02.2020 tarixlər ərzində Ukrayna istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında giriş-çıxış məlumatları qeydə alınmışdır.
39. Cavabdehin iddia tələbinə etiraza əlavə etdiyi ekspert rəyindən görünür ki, iddiaçının təhsil aldığı ölkə Ukrayna, təhsil forma sı qiyabi, təhsil səviyyəsi magistratura, ixtisası əczaçılıq, təhsil müddəti 2017-2020, müəssisə Milli Əczaçılıq Universiteti, sərhədkeçmə məlumatlarında 1-ci il 14 gün, 2-ci il 14 gün, 3-cü il 16 gün, təhsil müddəti 2 il 6 ay, dövlət imtahan tarixli 25.05.2020-ci il qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 41. 8.7.2-ci bəndə əsasən qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi magistraturada 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bəndə əsasən qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
42. Apelyasiya instansiyası məhkəməsi qərarında bildirmişdir ki, iddiaçının magistr təhsilini qiyabi formada almaqla təhsil aldığı müddətində Ukrayna Respublikasında olması sərhədkeçmə məlumatları və ümumvətəndaşlıq pasportunda aparılmış qeydlərlə təsdiqini tapır. Həmin müddət 1-ci tədris ili üçün 14 gün, 2-ci tədris ili üçün 14 gün, 3-cü tədris ili üçün 16 gündür ki, həmin müddətlər ərzində iddiaçının tədris yükünü yerinə yetirə bilməməsi barədə cav abdeh inzibati orqanın irəli sürdüyü dəlil məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır.
43. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması təşkil etsə də, imtinasının əsası kimi, yəni qiyabi təhsil dövründə faktiki semestr müddətinin iddiaçının təhsil aldığı ölkədə müəyyən edilən müddətdən az olmasına dair hər hansı dəlilə istinad etməmişdir.
44. İddiaçının Ukrayna Respublikasında Ukrayna Milli Əczaçılıq Universitetində qiyabi təhsil dövründə semestr (sessiya dövrü) müddəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında Azərbaycan Respublikası ərazisində olan təhsil müddəti (s essiya dövrü və semestr müddəti) əksini tapmışdır.
45. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “magistr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh isə iddiaçının ümumiyyətlə təhsil aldığı dövrdə təhsil müəssisəsində olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirməmişdir.
46. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təh sil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
47. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının isə aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətin Ukrayna Respublikasında təhsil aldığı ali mə ktəbdə müəyyən edilən müddətdən az olması cavabdeh tərəfindən sübuta yetirilməmiş, məhkəmə icraatı zamanı təsdiqini tapmamışdır.
48. Məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdehin apelyasiya məhkəməsinə təqdim etdiyi sənədlərdən görünür ki, onun tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində eyni qaydada təhsil almış Ruhlan Şükürovun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması haqqında 30.06.2020-ci il tarixli qərar qəbul edilmiş və vətəndaşa müvafiq qaydada şəhadətnamələr təqdim olunmuşdur.
49. Apelyasiya məhkəməsi haqlı olaraq hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrinə istinad edərək iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş bərabərlik prinsipinin pozulması qənaətinə gəlmişdir.
50. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı, kasasiya şikayətinin dəlillərini əsassız hesab edir. Odur ki, cavabdehin kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2593/2021 saylı, 12 noyabr 2021-ci il t