Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-493/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin ( VÖEN: **********, qeydiyyata alındığı tarix: xx.xx.2015) cavabdeh Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)1486/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********211000 nömrəli qərara əsasən iddiaçıya 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır.
2. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********138902 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən vergilər v ə digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017-İyun 2020-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir.
3. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-cü il tarixdə başa çatdırılmış, yoxlamanın nəticələri xx.xx.2020-ci il tarixli, **********139943 nömrəli aktla rəsmiləşdirilmişdir.
4. Yoxlamanın nəticəsinə dair vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarla vergi ödəyicisinə 1231614,28 manat vergi borcu hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbət ən azaldılmasına görə 615807,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 9 iyun 2020-ci il tarixli, **********211000 nömrəli qərarın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli, **********143580 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun elektron kabinetinə daxil olmuş məktub nəticəsində bəlli olmuşdur ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********748100 nömrəli qərarın a əsasən iddiaçıya iyul 2017-iyun 2020 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Daha sonra cavabdehin qərarına əsasən yoxlamaya ekspert dəvət edilmişdir. Yoxlamanın bundan sonrakı gedişatı haqqında iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla bağlı cavabdehə xx.xx.2020-ci il tarixdə yazılı müraciət olunsa da, həmin müraciətə cavab verilməmişdir. Daha sonra elektron kabinetə daxil olmuş məktubdan aydın olmuşdur ki, cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması nəticələndirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli, **********13943 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan həyata keçirilmiş və cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh vergi qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirilən ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyini, səyyar vergi yoxlaması aktını və məsuliyyət qərarını iddiaçıya təqdim etməmiş və bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Səyyar vergi yoxlaması aktı və qərar yalnız iddiaçı tərəfindən müraciət olunduqdan sonra təqdim olunmuşdur. Bundan başqa, iddiaçıya 2017-2019-cu illərin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Hesablama isə ekspert rəyi əsasında aparılmışdır. Belə ki, bu zaman ekspert elektron vergi hesab-fakturasında olan malların bir vahidinin qiymətini tətbiq e tmişdir. Halbuki, elektron qaimə-fakturada bir neçə və fərqli qiymətdə olan malların siyahısı öz əksini tapmışdır. Bu isə ekspertin rəyinin və dolayısı ilə cavabdehin aktının əsassızlığını və obyektiv, dolğun aparılmadığını göstərir. Ekspert rəyi hazırki vaxtadək iddiaçıya təqdim olunmadığından gəlinən nəticədən xəbərdar deyil. Bundan başqa, cavabdeh iddiaçının mənfəət vergisində sənədlərlə təsdiqini tapmayan xərcləri silmiş və yalnız sənədi olan xərcləri qəbul edərək, ona müvafiq hesablama aparmış və bu zaman Nazirlər Kabinetinin 55 saylı qərarı nəzərə alınmamışdır. İddiaçı dondurulmuş toyuq əti məhsullarının idxalı və satışı ilə məşğuldur. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, quş ətinin satışı ƏDV-dən azadddır. Lakin buna baxma yaraq, cavabdeh toyuq ətinin satışını ƏDV-yə cəlb edərək, cəmiyyətə ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Eyni zamanda 2019-cu ilin vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərara əsasən cəmiyyətə 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra 2019-cu il üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində həmin kameral hesablama qüvvədə saxlanılmış, əlavə olaraq 172.799,51 manat vergi hesablanmışdır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin olunmaması, xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərarın ləğv edilməsi hissəsində mü mkünsüz sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Bakı inzibati məhkəməsinin 06 may 2021-cil tarixli, 2-1(112)-3808/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İlkin mühasibatlıq sənədləri və vergi bəyannamələri nəzərə alınmaqla İddiaçı MMCnin 2017-ci ilin iyul ayından 2020-ci ilin iyul ayına qədər olan hesabat dövrləri üzrə ödəməli olduğu ƏDV və 2017-2019-cu illər üzrə ödəməli olduğu mənfəət vergisi məbləği nə qədər təşkil edir? İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla, yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) 6.184.998 (altı milyon bir yüz səksən dörd min doqquz yüz doxsan səkkiz) manat məbləğində əməliyyatla rın nağd qaydada aparılması halları müəyyən olunurmu? Gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? İddiaçı MMC-də yoxlama ilə əhatə edilən dövr üzrə ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan, əvəzləşdirilməsinə yol verilən və ÖMV üzrə vergiyə cəlb edilən dövriyyə məbləği nə qədərdir?
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3793 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları (ƏDV, mənfəət) arasında fərq olmadığı üçü n ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilmədi. Hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC tərəfindən 670,60 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilir.
10. Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(112)-594/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərarı, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərar ı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.
11. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndi rilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində cavabdehin mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarın iddiaçıya 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1486/2022 nömrəli qərarı ilə (hakimlər C.Yusifov-sədrlik edən və məruzəçi, E.Kazımov və N.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin, həmin qərarın yoxlanılan hissədə əsassız olduğuna, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə dair dəlilləri ilə razılaşmır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən NKA çeklərinin məhz məhkəmə baxışı zamanı təqdim olunması həm məhkəmə kollegiyasının dəlillərini təkzib edir, həm də ciddi şübhələr yaradır.
18. Cavabdeh həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən apellyas iya şikayətinin bütün dəlillərinə münasibət bildirilməmiş, sadəcə ekspert rəyində qeyd edilənlərə istinad edilmiş, işin faktiki halları araşdırılmamış və NKA çeklərinin qiymətləndirilməsi həyata keçirilməmiş, nəticədə yanlış qənaətə gəlinmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1486/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəm iyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkə məsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apell yasiya məhkəməsinin qərarın ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
25. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya hesablanlmış vergi məbləğinə dair mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmam ışdır.
27. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından iddiaçının cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 9 iyun 2020-ci il tarixli, **********211000 nömrəli və səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 yanvar 2021ci il tarixli, **********143580 nömrəli qərarları mübahisələndirdiyi görünür.
28. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçı 9 iyun 2020-ci il tarixli qərarın ləğvi barədə həmin qərarın qəbul edilməsindən 6 ay sonra, yəni xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin kamera l qərarın asan imza (elektron imza) ilə və ya adi qaydada imzalanmasına dair iş materiallarında heç bir sübut yoxdur. İşə baxmış aşağı instansiya məhkəmələri həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə olunduğu üçün kameral qərarın ləğvinə dair iddianı mümkün saysalar da, həmin qərarın xx.xx.2020-ci il tarixdə qəbul olunduğuna, növbəti səyyar vergi yoxlamasının isə xx.xx.2020-ci il tarixdə başlanıldığına diqqət yetirməmişdir.
30. Halbuki, səyyar vergi yoxlaması başladığı vaxt artıq İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən olunan 30 gün müddət başa çatmış idi. Bu baxımdan iddianın mümkünlüyünə məhkəmə tərəfindən həmin əsas üzərindən deyil, kameral qərarın iddiaçıya qanunla müəyyən olunmuş qaydada çatdırılıb-çatdırılmamasının müəyyən edilməsindən asılı olaraq qiymət veril məli idi.
31. Yuxarıda qeyd edilən 9 iyun 2020-ci il tarixli qərarla cavabdeh vergi orqanı iddiaçıya 2019-cu ilin mənfəət vergisi üzrə 1147179,59 manat vergi məbləği hesablamışdır. Vergi orqanı malların faktiki, yəni invoys qiymətləri ilə statistik qiymətləri arasında 5735897,94 manat fərq müəyyən etmişdir. Ona görə də iddiaçının həmin dövr üzrə həm mənfəət vergisi bəyannaməsi, həm də kameral bəyannamə işə əlavə olunmalı və idxal sənədləri ilə üzləşdirilməli, iddiaçının xərclərdə invoys yoxsa statistik dəyəri göstərdiyi araşdırılmalıdır.
32. Cavabdeh vergi orqanının xərclərdə iddiaçının statistik dəyəri göstərdiyini iddia etməsinə rəğmən, buna dair təsdiqedici sənədlər (yük gömrük bəyannamələri və iddiaçının həmin dövr üzrə sonuncu bəyannaməsi) iş materialına əlavə olunmamışdır.
33. Müba hisəyə dair işin hallarından səyyar vergi yoxlamasının iddiaçının yalnız topdansatış fəaliyyəti ilə məşğul olması baxımından aparıldığı görünür. İddiaçıya yoxlama başlayan zaman elektron qaydada tələbnamə göndərilmiş və yoxlama dövrü üzrə sənədlər tələb edilmişdir. Lakin iddiaçı pərakəndə qaydada fəaliyyət göstərməsinə dair NKA çeklərini yoxlama zamanı deyil, birinci instansiya məhkəməsində icraat zamanı təqdim etmişdir və bu da yoxlamanın vergi orqanı tərəfindən iddiaçının sənədsiz satışının olması üzərindən aparılması, iddiaçının elektron vergi hesab-faktura ilə satışlarından orta vahid qiymət müəyyən edilməklə satış sənədi olmayan mallara münasibətdə gəlir hesablnması ilə nəticələnmişdir. Halbuki iddiaçı həm də pərakəndə ticarətlə məşğul olduğunu, tərəflərindən sənədsiz mal satılmadığın ı iddia edir.
34. Səyyar yoxlama zamanı iddiaçının NKA vasitəsilə pərakəndə satışının olubolmaması cavabdeh tərəfindən araşdırılmamışdır. Halbuki NKA vergi orqanında qeydiyyatdan keçir, onun qeydiyyatı üçün də obyekt qeydiyyatı mütləqdir. Əslində cavabdeh həmin məlumatları özü görə bilərdi. İddiaçı da tələbnaməyə uyğun olaraq yoxlama zamanı NKA çeklərini təqdim etməməsinin səbəblərini açıqlamamışdır.
35. Qeyd olunmalıdır ki, iddiaçının bəyannamədə göstərdiyi gəlirin məbləğinin həm topdansatış, həm də pərakəndəsatış ticarət fəaliyyətindən formalaşdığının müəyyən olunması üçün iş materiallarında olan sənədlər yetərli deyil. Belə ki, iş materiallarında iddiaçının e-qaimə fakturaları və NKA çekləri( satış sənədləri) mövcud olsa da, 20172019-cu illər üzrə iddiaçının təqdim etdiyi bəyannamələr, həmçinin idxal sənədləri iş materiallarına əlavə olunmamışdır. Belə olan halda, nə cavabdehin yoxlama nəticəsində hesabladığı vergilərin, nə də iddiaçının həmin dövrlərdə bəyannamələrdə əks etdirdiyi dövlət büdcəsinə ödənilməli vergilərin düzgün hesablanıb-hesablanmaması müəyyən olunmur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert qarşısında konkret suallar qoyulmasına baxmayaraq, ekspert tərəfindən həmin suallar dolğun cavablandırılmamış, yoxlama dövrünə aid ayrı-ayrı vergi növləri üzrə iddiaçının ödəməli olduğu vergi məbləğləri müəyyən olunmamışdır.
37. Mübahisəyə dair işin araşdırılmış hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının elektron vergi hesab-fakturaları əsasında orta satış qiyməti müəyyən olunmuşdur. Həmin qiymət Vergi Məcəlləsinin 67.1.1 və 67.1.2-ci maddəsi anlamında əlaqəli məlumatdır. Lakin həmin qiymətin iddiaçının göstəricilərinə hansı qaydada tətbiq olunması və yekun hesablanmış vergi məbləğinin alınması ardıcıllığı iş materiallarına əlavə edilmiş sənədlərdən görünmür. Həmçinin ekspert araşdırması zamanı da qeyd olunan məbləğin hansı ardıcıllıqla hesablanmasına qiymət verilməmişdir.
38. Vergi orqanı iddiaçının NKA ilə satdığı malları sənədsiz satış kimi qiymətləndirdiyi üçün, həmin hissəni bəyannamədə ƏDV-yə cəlb olunan hissədən azad olunan hissəyə keçirmiş, bununla da ƏDV üzrə əvəzləşdirmənin xüsusi çəkisini azaltmışdır. Lakin bütün bunların həyata keçirilməsi ardıcıllığı konkret rəqəmlərlə iş materiallarında öz əksini tapmamışdır.
39. Beləliklə, apellyasiya məhkəm əsi tərəfindən mübahisənin düzgün həlli və iş üzrə obyektiv qərarın qəbulu üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normanın tələbinə uyğun olaraq tam, hərtərəfli araşdırılmamış və müəyyən olunmamışdır.
40. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq yoxlanılmalı və müəyyən olunmalıdır.
41. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 20 oktyabr 2022-ci il tarixli, 21(103)-1486/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.