Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-493/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının qismən ləğvi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsində şəhərsalma və tikinti qanunvericiliyinə istinad) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-421/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN: **********) əsas fəaliyyəti “digər qruplara daxil edilməyən ixtisaslaşmış tikinti işləri”ndən ibarət olmaqla xx.xx.2010-cu il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır.
2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 14 nömrəli sərəncamına əsasən, “Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2 016-cı il tarixli, 86 nömrəli qərarı rəhbər tutularaq və İddiaçı MMC-yə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1936 nömrəli “Şəhərsalma əsaslandırılması barədə” məktuba əsaslanılaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
3. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır.
4. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti ba şçısının xx.xx.2018-ci il tarixli, 146 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə Nəsimi rayonu, Azadlıq prospekti, V.Plotnikov, E.Tağızadə və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir.
5. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən Bakı şəhər Lokal Gəlirlər Departamentinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3-9/388 nömrəli məktuba əlavə edilmiş İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki məhəllədə mövcud qeyri-yaşayış sahələri sökülmüş mülkiyyətçilərə veriləcək qeyri-yaşayış sahələri haqqında məlumat cədvəlinə əsasən, ümumilikdə 13 nəfərə İddiaçı MMC tərəfindən cəmi 2770,8 kv.m sahənin verilməsi nəzərdə tutulmuşdur.
6. Həmçinin həmin məktuba əlavə edilmiş İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki məhəllədə mövcud yaşayış evləri sökülmüş mülkiyyətçilərə veriləcək mənzillər haqqında məlumat cədvəlinə əsasən, ümumilikdə 64 nəfərə İddiaçı MMC tərəfindən cəmi 6107,55 kv.m sahənin verilməsi nəzərdə tutulmuşdur. Sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl 568,95 kv.m, lift sahəsi 387 kv.m, pilləkən qəfəsinin sahəsi 390 kv.m, cəmi 1345,95 kv.m təşkil edir.
7. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/283 nömrəli məktubda qeyd edilmiş dir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq pilot layihələr çərçivəsində Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı qərarın icrası İddiaçı MMC-yə həvalə edilmişdir. Müəyyən edilmişdir ki, şəhərin mərkəz ərazisində əhalinin sıxlıq əmsalı, kommunikasiya xətlərinin, yol və nəqliyyat infrastrukturunun ötürmə gücü yüksəkmərtəbəli binaların tikintisi üçün əlverişli deyild ir və normalara ziddir. Qeyd olunanlarla əlaqədar Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidə nəzərdə tutulmuş 1 ədəd 3 girişli 16 mərtəbəli binanın inşasının mərtəbəliliyinin 14-ə endirilməsi tapşırığının icra olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi bir daha İddiaçı MMC-yə həvalə olunur. Əks təqdirdə, aparılan tikinti işləri şəhərsalma normalarına zidd olduğundan müvafiq məsuliyyət İddiaçı MMC-nin üzərinə düşür.
8. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli, **********38662200 nömrəli “Vergilərin hesablanması barədə” qərarına əsasən, 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin s adələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı MMC-yə 3208263,30 manat vergi hesablanmışdır.
9. İddiaçı MMC tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünə dair bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş cari vergi bəyannaməsindən görünür ki, binanın ümumi sahəsi 21937,31 kv.m, vergi məbləği 2215616,55 manat bəyan edilmişdir.
10. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilərin hesablanması barədə” qərarına əsasən, İddiaçı MMC tərəfindən 2215616,55 manat bəyan edilmiş 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi kameral yoxlama nəticəsində 32 08263,30 manat müəyyən edilmiş və ona görə də ona 992646,75 manat əlavə vergi hesablanmışdır.
11. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018ci il tarixli, **********222700 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərara əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2018-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ləğv edilmiş, İddiaçı MMC-nin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə öhdəliyi 2017-ci ilin 4-cü rübü üçün 2407277,57 manat məb ləğində müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli, **********781900 nömrəli “Vergilərin hesablanması barədə” qərarına əsasən, İddiaçı MMC tərəfindən 2087698,14 manat bəyan edilmiş 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi kameral yoxlama nəticəsində 2407277,58 manat müəyyən edilmiş və ona görə də, ona 319579,44 manat əlavə vergi hesablanmışdır.
13. İddiaçı MMC tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünə dair bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsindən görünür ki, binanın ümumi sahəsi 16266,10 kv.m, vergi məbləği 1640673,54 manat bəyan edilmişdir.
14. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçı MMC tərəfindən 1640673,54 manat bəyan edilmiş 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi kameral yoxlama nəticəsində 2407277,58 manat müəyyən edilmiş və ona görə də 766604,04 manat əlavə vergi hesablanmışdır. Səbəb kimi qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,7 kv.m olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.
15. Həmin qərara əlavədən görünür ki, yaşayış sahəsi 27369,70 kv.m, qeyriyaşayış sahəsi 3778 kv.m, cəmi sahə 31147,70 kv.m, vergi məbləği 3270633,30 manat; güzəşt olunan sakinlər üçün yaşayış sahəsi 4659,95 kv.m, qeyri-yaşayış sahəsi 2707,21 kv.m, cəmi sahə 7367,16 kv.m, vergi məbləği 863355,74 manat; faktiki yaşayış sahəsi 22709,75 kv.m, qeyri-yaşayış sahəsi 1070,79 kv.m, cəmi faktiki sahə 23780,54 kv.m, vergi məbləği 2407277,57 manat; fərq yaşayış sahəsi 4659,95 kv.m, qeyri-yaşayış sahəsi 2707,21 kv.m, cəmi sahə 736 7,16 kv.m, vergi məbləği 863355,74 manat göstərilmişdir.
16. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən, İddiaçı MMC tərəfindən 1689112,26 manat bəyan edilmiş 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi kameral yoxlama nəticəsində 2407277,58 manat müəyyən edilmiş və ona görə də 718165,32 manat əlavə vergi hesablanmışdır.
17. İddiaçı MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 092 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nəsimi ray onu, Eldar Tağıyev, Azadlıq prospekti, V.Plotnikov və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binanın sahələri – inşa edilmiş binanın ümumi sahəsi 31964,84 kv.m; o cümlədən zirzəminin ümumi sahəsi 5485,5 kv.m (satışa yararlı sahəsi, qaraj (avtodayanacaq)) və qeyri-yaşayış sahəsi 2597,1 kv.m; qeyri-yaşayış (mağaza) yararlı sahə - 3021,70 kv.m; yaşayış sahəsi (mənzillər) – 20195,84 kv.m; pilləkən, dəhliz, lift sahəsi – 3261,8 kv.m kimi müəyyənləşdirilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/51xx-xx/3767 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrini n kəsişməsində yerləşən torpaq sahəsində İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30318,02 kv.m, o cümlədən qeyri-yaşayış sahəsi 5751,1 kv.m, yaşayış sahəsi 21850,2 kv.m, pilləkən, dəhliz və lift şaxtası sahəsi 2716,72 kv.m müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57840,75 manat məbləğində müəyyən olunur. Həmin rəydən həmçinin görünür ki, yaşayış sahəsi üzrə 15742,65 kv.m və qeyri-yaşayış sahəsi üzrə 2980,3 kv.m sahələrin vergiyə cəlb edilməli olması müəyyən olunur, o cümlədən: 15742,65 x 45 x 2,2 = 1558522,35; 2980,3 x 45 x 2.2 x 1,5= 442574,55 (1558522,35 + 442574,55) = 2001096,90. Beləliklə ümumilikdə 2001096,90 manat sadələşdirilmiş vergi hesablanmalı və 30 ay və ya 10 rüb ərzində hər rübə uyğun olar aq 2001096,90 manat olmaqla dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan cəmiyyətin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumilikdə 1950314,01 manat məbləğində ödənişlərin aparılması nəzərə alınmaqla 2017-ci ilin 4-cü rübü üzrə 57840,75 manat sadələşdirilmiş vergi hesablanmalıdır.
19. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.2017-xx.xx.2020-ci illərin əhatə etdiyi dövrə cəmiyyətə 9485263,86 manat borc hesablanmış, 1950314,01 manat ödənilmiş, 7072860,06 manat azaldılmış, çap tarixinə faiz borcu 52220,74 manat, təsdiqlənməmiş azalmalar 487702,73 manat, əhatə etdiyi dövrün son tarixinə saldo - 530665,41 manat, cəmi ödənilməli borc 1018368,14 manat tə şkil etmişdir.
20. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, cəmiyyətə 10198297,81 manat borc hesablanmış, 2516214,31 manat ödənilmiş, 7222964,69 manat azaldılmış, çap tarixinə faiz borcu 78056,75 manat, təsdiqlənməmiş azalmalar 487702,73 manat, əhatə etdiyi dövrün son tarixinə saldo 556501,42 manat, cəmi ödənilməli borc 1044204,15 manat təşkil etmişdir.
21. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərara əsasən, X1 direktor olduğu İddiaçı MMC-də cari bəyannamə ilə hesablanmış, 2017-ci ilin 4-cü rübü üzrə 334811,70 manat bina tikintisi fəaliyyəti i lə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, 2019-cu ilin 4-cü rübü-2020-ci ilin 4-cü rübü üzrə 48513,34 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, eləcə də kameral yoxlama ilə hesablanmış 2017-ci ilin 4-cü rübü üzrə 143633,08 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 526958,12 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması və ibtidai araşdırma aparılması qərara alınmışdır.
22. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən verilmiş xx.x x.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, mütəxəssisə təqdim edilmiş layihə sənədlərinə əsasən aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda "xxxx" MMC tərəfindən layihələndirilən 3 girişli, 210 mənzilli, 2 mərtəbəsi +/- 0,00 səviyyəsindən aşağı zirzəmisi, +/- 0,00 səviyyəsindən yuxarı 2 mərtəbəsi qeyri-yaşayış, 15 mərtəbəsi (təkrarlanan) yaşayış sahəsi və 1 mərtəbə mansarda layihəlidir. Lakin binaya baxış zamanı müəyyənləşdirildi ki, mövcud vəziyyətdə - 7,80 səviyyəsində avtomobillər üçün dayanacaq, - 4,50 səviyyəsində ticarət mərkəzi 0 (qeyri-yaşayış), +0,00 və +4,20 səviyyəsində 2 mərtəbə qeyri-yaşayış və 14 mərtəbə yaşayış təyinatlı mərtəbənin tikintisi tam başa çat dırılmış, dam örtüyü bağlanmışdır. Mütəxəssis təqdim olunmuş layihədən istifadə edərək və mövcud faktiki vəziyyətə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən 3 girişli, +/-0,00 səviyyəsindən yuxarı 2 mərtəbə qeyri-yaşayış və 14 mərtəbə yaşayış təyinatlı binanın sahələrini hesabladı. Binanın ön fasad hissəsindən göründüyü kimi zirzəminin 2-ci qatı (-4,50 səviyyədə) layihədə olduğu kimi qeyri-yaşayışa yararlı olduğundan hesabat da buna uyğun aparılmışdır. Beləliklə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən məhəllədə inşa edilən 16 mərtəbəli 3 girişli, 2 ədə d binanın vergiyə cəlb edilən tikinti sahələri aşağıdakı kimi müəyyənləşdirildi: Nəticə: 1) 2 girişli, 16 mərtəbəli, 98 mənzilli, “A” və “B” girişlərinin ümumi sahəsi – 25182,68 kv.m, o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi 2849,44 kv.m (qaraj və qeyri-yaşayışa yararlı sahə - 1827,52 kv.m), 2 mərtəbəli qeyri-yaşayış sahəsi (yararlı) – 2388,04 kv.m, 14 mərtəbəli mənzillərin sahəsi – 15596,98 kv.m, pilləkən, dəhliz, lift, divar altı sahə - 4348,22 kv.m müəyyənləşdirildi; 2) 1 girişli 16 mərtəbəli, 98 mənzilli “C” girişinin ümumi sahəsi 8298,6 kv.m, o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi – 948,48 kv.m (qaraj və qeyri-yaşayışa yararlı sahə - 456,24 kvm.), 2 mərtəbəli qeyri-yaşayış sahəsi (yararlı) – 726,41 kv.m, 14 mərtəbəli mənzillərin sahəsi – 4598,86 kv.m, pilləkən, dəhliz, l ift, divar altı sahə - 2024,85 kv.m müəyyənləşdirildi.
23. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ümumilikdə tikili 16 mərtəbəli, 196 mənzilli, “A”, “B” və “C” girişli binanın ümumi sahəsi 33481,28 kv.m, o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi 3797,92 kv.m (qaraj və qeyri-yaşayışa yararlı sahə 2283,76 kv.m), 2 mərtəbəli qeyriyaşayış sahəsi (yararlı) 3114,45 kv.m, 14 mərtəbəli mənzillərin sahəsi 20195,84 kv.m, pilləkən, dəhliz, lift, divar altı sahə 6373,07 kv.m təşkil edir. Keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamenti (Katiblik) tərəfindən yaşayış və qeyri-y aşayış sahələri sökülmüş 77 sakinə ümumilikdə 4659,95 kvadrat metr yaşayış sahəsinin, 2707,21 kvadrat metr isə qeyri-yaşayış sahəsinin verildiyi sənədlərlə təsdiqini tapdığından (müqavilə və sakinlərin verdikləri ifadələr) nəzərə alınmışdır. Bina tikintisi ilə məşğul olan şəxs binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisini ayrılıqda hesablayır. Vergi Məcəlləsinin 219.3-cü və 220.8-ci maddələrinə əsasən yaşayış sahəsi üzrə hesablama: 2318888,88 manat ((3797,92 – 2283,76 + 20195,84 + 6373,07) yaşayış sahəsi – 4659,95 köçürülən sakinlərə verilmiş yaşayış sahəsi) = 23423,12 kv.m yaşayış sahəsi x 45 manat x 2,2 əmsal (3-cü zona)) məbləğində təşkil edir. Qeyri-yaşayış sahəsi üzrə hesablama 399613,50 manat ((2283,76 + 3114,45) qeyri-yaşayış sahəsi – 2707,21 köçürülən sakin lərə verilmiş qeyri-yaşayış sahəsi) = 2691 kv.m qeyri-yaşayış sahəsi x 45 manat x 2,2 əmsal (3-cü zona) x 1,5) məbləğində təşkil edir. Araşdırmanın nəticəsinə görə ümumilikdə hesablanmış vergilər 2718502,38 manat (2318888,88 + 399613,50) təşkil edir. Araşdırmanın nəticəsinə əsasən inşa edilmiş yaşayış binası üzrə layihədə göstərilənlərdən fərqli olaraq 16 mərtəbəli, 196 mənzilli, “A”, “B” və “C” girişli binanın ümumi sahəsi 33481,28 kv.m olmuş və ümumilikdə hesablanmış vergilər 2718502,38 manat (2318888,88 + 399613,50) təşkil edir. Beləliklə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi əlavə olaraq 311225 manat (2718502,38 – 2407277,38) təşkil edir. Beləliklə araşdırmanın nəticəsi olaraq bina tikintisi fəaliyyəti il ə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə cəmiyyətin 789669,67 manat (478444,67 + 311225) maliyyə sanksiyası üzrə 100 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 2375,20 manat və icbari tibbi sığorta üzrə 927,85 manat məbləğində borcunun olması barədə rəy verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
24. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərə findən qəbul edilən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində 2017-ci ilin 4-cü rüb hesabat dövrü üzrə iddiaçıya əsassız olaraq əlavə vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) hesablanmışdır. Həmin qərar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixində iddiaçının nümayəndəsi Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmiş, iclas zamanı iddiaçı tərəfindən işçi layihə üzrə inşa ediləcək binada 2 mərtəbəyə icazə verilmədiyi cavabdeh orqana bildiril mişdir. Cavabdeh orqan tərəfindən tikinti sahəsinin azaldılması ilə əlaqədar müvafiq olaraq iddiaçının 2017ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində dəqiqləşmə aparılmasına köməklik ediləcəyi bildirilsə də, sonradan heç bir köməklik göstərilməmişdir. Bu səbəbdən də iddiaçı xx.xx.2020-ci il tarixli məktubla cavabdeh orqana müraciət edərək, Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafıq tədbirlər görülməsini, müvafiq dövr üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə dəqiqləşmə təqdim edilə bilməsi üçün tikinti sahəsinin azaldılmasına dair müşahidə aparılmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə cavab verərək, iddiaçı tərəfindən aparılmış tikintinin layi hədən fərqli olaraq aparılması ilə bağlı məsələlərə yalnız həmin tikinti üzrə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş yeni işçi layihə təqdim edildikdən sonra baxılacağını bildirmişdir. Ona görə də iddiaçı xx.xx.2020-ci il tarixində tələb edilən işçi layihə və digər əlaqəli sənədləri cavabdeh orqana təqdim etmişdir. Müvafiq sənədlərə baxıldıqdan sonra cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixli cavab məktubunda tikinti sahəsinin ölçülməsi ilə bağlı müvafiq vəzifəli şəxs ayrıldığı və tezliklə məsələnin həll olunacağı iddiaçıya bildirilsə də, qeyd edilən məsələ öz həllini tapmamışdır. Həmin müddətdə isə iddiaçıya vergilər üzrə borc və faizlər hesablanaraq şəxsi hesab vərəqəsinə işlənmiş, iddiaçının bank hesabına sərəncam qoyulmuşdur. Bununla əlaqədar iddiaçı xx.xx.2020-ci il tarixində şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciətlər edərək, iddiaçının tikinti sahəsinə baxış keçirəcək şəxslərin müəssisəyə göndərilməsini, sahənin yenidən hesablanmasının başa çatdırılmasını və müəssisənin mükəlləf olduğu bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə (BTFSV) dəqiqləşmə verilməsi üçün şərait yaradılmasına göstəriş verilməsini xahiş etmişdir. Lakin bu müraciətləri də nəticəsiz qalmışdır. xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq, cavabdeh orqan bildirdirmişdir ki müraciətlərində qeyd edilən hallar araşdırılaraq, müvafiq bəyannamənin təqdim edilməsinə texniki imkan yaradılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yenidən müraciət etmiş, tələb edilən müvafiq sənədləri vergi orqanına təqdim etmiş, lakin müraciətinə cavabdeh orqanın cavab məktubunda tikinti sahəsi ilə əlaqədar vergi orqanı tərəfindən müşahidə aparılması barədə iddiaçının müraciətlərinə baxıldığı, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xx.xx.2020ci il tarixdən etibarən ölkədə xüsusi karantin rejimi olduğu nəzərə alınaraq, iddiaçının apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin imkan xaricində olduğu, xüsusi karantin rejimi aradan qaldırıldıqdan sonra isə iddiaçının apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin təmin ediləcəyi bildirilmişdir. Ona görə də bir daha dəqiqləşdirmək məqsədilə iddiaçı tərə findən xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yenidən müraciət edilərək bildirilmişdir ki, iddiaçıya vergilər üzrə borc və faizlər hesablanır, iddiaçının bank hesabına sərəncam qoyulmuşdur, bununla əlaqədar iddiaçının tikinti sahəsinə baxış keçirəcək şəxslərin müəssisəyə göndərilməsinə, sahənin yenidən hesablanmasının başa çatdırılmasına və müəssisənin mükəlləf olduğu bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə (BTFSV) dəqiqləşmə verilməsi üçün şərait yaradılmasına göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdiri lmiş vergi bəyannaməsi təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən qeyd edilən bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmiş və vergi yoxlamasının nəticəsi üzrə xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya əsassız olaraq əlavə vergi məbləği hesablanmışdır. Həmin qərar iddiaçının cavabdeh orqana etdiyi müraciətlərin heç biri araşdırılmadan, vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir.
26. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, mənbəyi bəlli olan məlumatlara əsasən iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçü n ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,70 kv.m olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli məktub göndərilmiş, lakin məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsləri n sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 4-cü rübü üçün 3208263,30 manat hesablama aparılmış, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********652200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə 2017-ci ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməklə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğini (992646,75 manat) azaltmışdır. Lakin qeyd edilən bəyannamə nəzərə alınmayaraq, yenidən 3208263,30 manat (əlavə hesablama 992646,75 manat) vergi hesablanmış və “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********417400 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı xx.xx.20 18-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə 2017-ci ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməklə hesablanmış vergi məbləğini qismən azaltmışdır. Lakin azalmaya əsas verə biləcək təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyindən iddiaçının bəyannaməsi nəzərə alınmamış və xx.xx.2020ci il tarixli həmin bəyannamə üzrə xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərar ilə hesablanmış vergi məbləği bərpa edilmişdir. Bununla yanaşı iddiaçı xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinə müraciət edərək kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində bina tikintisi ilə əlaqədar yeni təməl qoyma işlərinin aparılıb-aparılmamasına baxış keçirildiyi və nəticədə Nəsimi rayonu, Azadlıq prospekti, İ.Həmidov və Tağızadə küçələrinin kəsişməsində iddiaçıya məxsus ümumi sahəsi 31147,74 kv.m olan binanın təməl qoyma işlərinə 2017-ci ilin 4-cü rübündə başlanıldığı fotoşəkillər ilə aşkar olunmuşdur. Bundan başqa araşdırmalar nəticəsində yaşayış və qeyri-yaşayış sahələri sökülmüş 77 sakinə ümumilikdə 4659,95 kv.m yaşayış sahəsinin, 2707,21 kv.m isə qeyri-yaşayış sahəsinin verildiyi müəyyən edilmiş, müvafiq qərar qəbul edilmiş və həmin qərardan cavabdeh tərəf şikayət etməmiş, qərarla razı qalmışdır. Beləliklə iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçə lərinin kəsişməsində inşa edilən bina üzrə vergiyə cəlb olunan sahənin yaşayış sahəsi 22709,75 kv.m, qeyri-yaşayış sahəsi 1070,79 kv.m olmaqla, ümumilikdə 23780,54 kv.m təşkil etdiyi müəyyən edilmiş və (yaşayış üzrə: 22709,75 x 2,2 x 45 = 2248265,25 manat, qeyri-yaşayış üzrə: 1070,79 x 2,2 x 45 x 1,5 = 159012,33 manat) 2407277,58 manat məbləğində bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi hesablanmışdır.
27. Bakı İnzibati Məhkəməsinin (hakim: Şəlalə Həsənova) 24 iyun 2022-ci il tarixli, 2-1(112)-286/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərar 57840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 3-9/388 nömrəli məktubuna əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, S.Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki məhəllədə mövcud qeyri-yaşayış sahələri sökülmüş 13 nəfər mülkiyyətçiyə ümumilikdə iddiaçı tərəfindən cəmi 2770,8 kv.m sahənin, yaşayış evləri sökülmüş 64 nəfər mülkiyyətçiyə cəmi 6107,55 kv.m sahənin verilməsi nəzərdə tutulmuşdur, sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl 568,95 kv.m, lift sahəsi 387 kv.m, pilləkən qəfəsinin sahəsi 390 kv.m, cəmi 1345,95 kv.m təşkil edir. Tərtib edilmiş layihəyə əsasən həmin ər azidə iddiaçı tərəfindən 18 mərtəbəli (17+mansard), 210 mənzilin tikilməsi nəzərdə tutulsa da, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 3/283 nömrəli məktubuna əsasən şəhərin mərkəz ərazisində əhalinin sıxlıq əmsalının, kommunikasiya xətlərinin, yol və nəqliyyat infrastrukturunun ötürmə gücünün yüksəkmərtəbəli binaların tikintisi üçün əlverişli olmaması və normalara zidd olması əsası ilə həmin ərazidə nəzərdə tutulmuş 1 ədəd 3 girişli 16 mərtəbəli binanın inşasının mərtəbəliliyinin 14-ə endirilməsi iddiaçıya həvalə olunmuşdur.
29. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********38662200 nömrəli “Vergilərin hesablanması barədə” qərara əsasən 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələş dirilmiş vergi bəyannaməsinin təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3208263,30 manat vergi hesablanmış, xx.xx.2018-ci il tarixli **********222700 nömrəli “Vergilərin hesablanması barədə” qərara əsasən 992646,75 manat əlavə vergi hesablanmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərara əsasən iddiaçının bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə öhdəliyi 2017-ci ilin 4-cü rübü üçün 2407277,57 manat məbləğində müəyyən edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 766604,04 manat əlavə vergi hesablanmış, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 718165,32 manat əlavə vergi hesablanmışdır. İddiaçı tərəfindən cavabdehin xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilir.
30. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən məhəllədə inşa edilən binanın ilkin layihə sənədlərinə əsasən inşa edilməməsi işin mübahisəsiz haldır. Vergi orqanı ilə vergi ödəyicisi arasında olan mübahisə vergiyə cəlb olunan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri ilə bağlı dır.
31. İddiaçı tərəfindən 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1689112,26 manat bəyan edilmiş, cavabdeh tərəfindən isə həmin məbləğ kameral yoxlama nəticəsində 2407277,58 manat müəyyən edilərək 718165,32 manat əlavə vergi hesablanmışdır. Həmin ərazidə əvvəllər mövcud olmuş qeyri-yaşayış sahələrinin sökülməsinə görə 13 nəfər mülkiyyətçiyə ümumilikdə iddiaçı tərəfindən cəmi 2770,8 kv.m sahənin, yaşayış evləri sökülmüş 64 nəfər mülkiyyətçiyə cəmi 6107,55 kv.m sahənin verilməsi, sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl sahəsi 568,95 kv.m, lift sahəsi 387 kv.m, pilləkən qəfəsinin sahəsi 390 kv.m olmaqla, cəmi 1345,95 kv.m təşkil etməsi Nəsimi rayon İcra Hakimiyyətinin məktubunda əksini tapsa da, v ergi orqanı tərəfindən güzəşt olunan sakinlər üçün yaşayış sahəsi 4659,95 kv.m, qeyri-yaşayış sahəsi 2707,21 kv.m qəbul edilmiş, vergiyə cəlb olunmalı olan faktiki yaşayış sahəsi 22709,75 kv.m, qeyri-yaşayış sahəsi 1070,79 kv.m, cəmi faktiki sahə 23780,54 kv.m müəyyən edilmişdir.
32. Vergi orqanının mübahisələndirilən qərarında istinad olunmuş tikilinin 31147,70 kv.m, vergiyə cəlb olunan ümumi sahəsinin 23780,54 kv.m olması və bu əsasla əlavə vergi hesablanması ilə bağlı sübutlar cavabdeh tərəfindən təqdim olunmamış, hətta məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə (sübut kimi istinad edilən) isə tikilinin ümumi sahəsi və vergiyə cəlb olunan sahəsi ilə bağlı əsaslı fərqlərin olduğu müəyyən edilmişdir.
33. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatından g örünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30318,02 kv.m, o cümlədən qeyri-yaşayış sahəsi 5751,1 kv.m, yaşayış sahəsi 21850,2 kv.m, pilləkən dəhliz və lift şaxtası sahəsi 2716,72 kv.m, vergiyə cəlb edilməli sahələrin yaşayış sahəsi üzrə 15742,65 kv.m və qeyri-yaşayış sahəsi üzrə 2980,3 kv.m olması, eyni zamanda ümumilikdə həmin binanın tikintisi ilə bağlı iddiaçı tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin 2001096,90 manat olması müəyyən edilmişdir.
34. Hazırkı iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edə n hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmçinin cavabdehin vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş ekspert İlham Xudiyev tərəfindən verilmiş ekspert rəyində göstərilənlər təsdiq edilmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırkı iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/51xx-xx/3767 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir.
35. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azad lıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki ünvanda inşa edilmiş binanın tikintisi ilə bağlı 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə ödənilməli olan sadələşdirilmiş verginin 2001096,90 manat olması öz təsdiqini tapdığından iddiaçı tərəfindən həmin vergi üzrə 1950314,01 manat məbləğində ödənişlərin aparılması nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar 57840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
36. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Rəşid Səmədov) 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-421/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/51xx-xx/3767 nömrəli ekspert rə yindən görünür ki, sözügedən binanın yaşayış sahəsi üzrə 15742,65 kv.m və qeyri-yaşayış sahəsi üzrə 2980,3 kv.m sahələrinin vergiyə cəlb edilməli olması müəyyən olunur, o cümlədən: 15742,65 x 45 x 2,2 = 1558522,35; 2980,3 x 45 x 2,2 x 1,5= 442574,55 (1558522,35 + 442574,55) = 2001096,90. Beləliklə ümumilikdə 2001096,90 manat sadələşdirilmiş vergi hesablanmalı və 30 ay və ya 10 rüb ərzində hər rübə uyğun olaraq 200109,69 manat olmaqla dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsi məlumatlarına əsasən iddiaçı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumilikdə 1950314,01 manat məbləğində ödənişlərin aparılması nəzərə alınmaqla 2017-ci ilin 4-cü rübü üzrə əlavə 57840,75 manat sadələşdirilmiş vergi hesablanmalıdır.
39. Cavabdeh apell yasiya şikayətində ekspertiza zamanı iddiaçı tərəfindən ekspertə layihə sənədi təqdim edildiyi və ekspert tərəfindən sadəcə ən üst mərtəbədə bir mənzil və 1-ci mərtəbədə tikinti sahəsinin müəyyənləşdirmə işlərinin aparılmasının cavabdehin nümayəndəsi tərəfindən müşayiət edildiyi qeyd olunmuşdur. Həmçinin apellyasiya şikayətində ekspert tərəfindən qeyri-yaşayış və zirzəmi sahələrinin ölçmə işlərinin aparılmadığı bildirilmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası (məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə mühasibatlıq ekspertizası) təyin edilmişdir.
40. Həmin qərardada əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx. xx.2023-cü il tarixli, 10/8391-9/9185 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30298,02 kv.m, o cümlədən qeyri-yaşayış sahəsi 5751,1 kv.m, yaşayış sahəsi 21850,2 kv.m, pilləkən, dəhliz və lift şaxtası sahəsi 2696,72 kv.m müəyyən edilmişdir. İş materiallarında olan layihə sənədləri tam olmadığından və aydın oxunmadığından iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasında zirzəmi üzrə: avtomobil yolu, (obyekt) 1-ci mərtəbə üzrə: dəhliz, lociya sahələrini və s. ayrı-ayrılıqda dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilmə li olan BTFSV 57840,75 manat məbləğində müəyyən olunmuşdur.
41. Beləliklə, iş materiallarında olan istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələrinin qərardadları əsasında məhkəmələrə təqdim edilən hər iki ekspert rəyi ilə iddiaçı tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan məbləğin əlavə 57840,75 manat olduğu öz təsdiqini tapmışdır.
42. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
43. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayəti nə qarşı etirazın dəlilləri
44. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
46. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməs i ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tə tbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 2 18.1 və 218.1.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Maddə 218.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda ş əxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. Maddə 219.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Maddə 220.8 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3 -cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Maddə 220.8.1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur: 3-4-cü zonalarda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi), habelə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə əmsal – 2,2. Maddə 220.8-1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliy yəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddə 221.5 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.
47. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 48. “ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanı
4. Müəyyən edilsin ki: 4.6. həmin Məcəllənin... 59.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;
49. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il 04 dekabr tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” 3.1. Yaşayış binasının ümumi sa həsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. 50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı dey ildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
51. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman p rosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
55. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
56. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlil lərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
57. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının 57840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
58. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
59. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
60. Hazırkı mübahisənin predmetini bina tikintisi fəaliyyətinə görə hesablanmış sadələşdirilmiş vergi üzrə binanın vergitutma obyekti olan sahəsi təşkil edir.
61. Cavabdeh 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-c ü maddəsinə istinad edərək, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsinin vergitutma obyekti olduğunu bildirmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, əslində hazırkı mübahisə verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin həmin binanın sahəsinə aid olub-olmaması ilə bağlıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, binanın sahəsi anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Vergi qanunvericiliyində binanın sahəsi anlayışının müəyyən olunmaması baxımından, bununla bağlı tikinti sahəsinə aid və əlaqəli normativ-hüquqi akt qismində şəhərsalma və tikinti qanunvericiliyinə istinad edilməlidir.
63. Belə ki, Vergi Məcəl ləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
64. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 47-ci bəndində istinad edilən normaya görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin normaya əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda yaşayış binasının ümumi sahəsinin hesablanması qaydası müəyyə n olunmuş və izahı verilmişdir.
65. İstinad edilən Qaydaların 3.1-ci bəndinə əsasən, “yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) payla nan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir”.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qa nunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
67. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-421/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.