Məhkəmə qərarları › İş №2-1(102)-493/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-493/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-493/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma əsasları, obyektiv araşdırma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs cəlb olunmaqla) “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 21(103)-3511/2024 s aylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Bolqarıstan Gülçülük-Tərəvəzçilik Sovxozunun xx.xx.1965-ci il tarixli 113 saylı əmri ilə X7 yaşayış evi tikmək üçün 1250 kv.metr torpaq sahəsi ayrılmışdır.

2. Həmin torpaq sahəsində olan tikili ilə əlaqədar olaraq X4 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir. X10 13 fevral 1982-ci ildə vəfat etmişdir.

3. İddiaçı, eləcə də onun qardaşı X6 və bacısı X1 Əbülməcid Xalıq oğlunun vərəsələridirlər.

4. Bolqarıstan Gülçülük-Tərəvəzçilik Sovxozunun xx.xx.1965-ci il tarixli 113 saylı əmri ilə ayırılmış torpaq sahəsində, Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçə si, döngə 2, ev 13 ünvanında ev tikilmişdir. Həmin ünvanda iddiaçı ilə yanaşı onun qardaşı X6 və üçüncü şəxs Maraqlı şəxs da pasport qeydiyyatındadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs iddiaçının atasına məxsus, vərəsələri olduğu, yaşadıqları və qeydiyyatda olduğu Bakı şəhəri, Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi, döngə 2-də yerləşən 13 saylı evdən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 atası X8 məxsus olmuşdur. Hal-hazırda ev kitabında onun adına qeydiyyatdadır. Bolqarıstan Gülçülük-Tərəvəzçi lik Sovxozunun xx.xx.1965-ci il tarixli 113 saylı əmri ilə evi olmadığı üçün yaşayış evi tikmək məqsədilə verilmiş 1250 kv.metr torpaq sahəsində atası 1 otaqdan, mətbəxdən və aynabənddən ibarət ev tikmişdir. İddiaçının atası anası ilə birlikdə həmin evi tikib orada yaşamışlar. Həmin evdə iddiaçı, bacısı Cəvahir və qardaşı Xanlar dünyaya gəlmişlər. 1982-ci il tarixdə atası və 1988-ci il tarixdə anası vəfat etmişdir. Onlar doğulan gündən halhazıradək həmin evdə yaşayırlar. Heç biri ailə qurmamışlar. 1982-ci il tarixində iddiaçı Kənd Sovetinə arayış almaq üçün gedərkən məlum olmuşdur ki, evlərinə tanımadıqları 2 kişi qeydiyyata salınmışdır. İddiaçı bunu görərkən tələb etmişdir ki, onlar bu adamları tanımırlar, təcili bunları ev dəftərindən qeydiyyatdan çıxarmalıdırlar. Kənd sovetinin sədri id diaçılara məxsus ev dəftərində həmin şəxslərin adlarının üstündən xətt çəkmiş və demişdir ki, onların adları səhvən ev dəftərinə düşüb. Bu yaxınlarda iddiaçı evin özəlləşdirilməsi məqsədilə DƏDRX-ə müraciət etmiş və ona bildirmişlər ki, evi özəlləşdirə bilmirlər, çünki evdə qeydiyyatda kənar şəxs var. İddiaçı "ASAN Xidmət”ə müraciət etmiş və ona bildirmişlər ki, Maraqlı şəxs iddiaçının evində qeydiyyatdadır. İddiaçı bildirir ki, Maraqlı şəxs adlı şəxsi tanımır, qohumluğu yoxdur, qonşusu da deyil, ümumiyyətlə onlar bu adlı insanı tanımırlar. İddiaçı, bacısı və qardaşı atasının yeganə qanuni vərəsələridirlər. Bu barədə 9 saylı Notariat ofisindən arayışları da vardır. Digər tərəfdən onlar Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş, həmin şəxsin hansı əsaslarla qeydiyyata düşməsi nin aydınlaşdırılmasını və qeydiyyatdan çıxarılmasını tələb etmişlər, lakin bir nəticəsi olmamışdır. Odur ki, iddiaçı atasının qanuni vərəsəsi kimi məhkəməyə müraciət etməyi qərara almışdır.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6855/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadı X13 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2538/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı ilə (hakim X20) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının, yaxud onun mərhum atasının ünvan 1 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Belə olan halda, üçüncü şəxsin həmi n ünvanda qeydiyyatda qalmasının iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi baxımından hər hansı maneə törətməsi öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı həmin evin mülkiyyətçisi olmadığına görə üçüncü şəxsin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün qanunla tələb olunan şərtlər ödənilmir. Ona görə də, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktabr 2024-cü il tarixli, 2-1(103)-3511/2024 nömrəli qərarı ilə (hakiml ər X16 (məruzəçi), X14 və X15) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2538/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna, eləcə də Mülki Məcəllənin 157-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğu bildirilmişdir.

15. Belə ki, Bolqarıstan Gülçülük-Tərəvəzçilik Sovxozunun xx.xx.1965-ci il tarixli 113 saylı qərarı ilə evi olmadığı üçün yaşayış evi tikmək məqsədilə iddiaçının atasına torpaq sahəsi verilmişdir. Fərdi yaşayış evi 1250 kv.metr torpaq sahəsində tikilmiş, 1 otaqdan, mətbəxdən və aynabənddən ibarətdir. Həmin evdə iddiaçının özü, atası, anası, bacısı və qardaşından başqa heç kim yaşamışdır. İş üzrə zəruri qaydada cəlb edilmiş X13 heç bir zaman orada yaşamamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının döv lət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhd udlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqı nda, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən v ərəsənin adına rəsmiləşdirilir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdi q edən sənədlərin Siyahısı

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatl arı sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövr də qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habe lə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazas ında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, y axud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstəril mişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi üçüncü şəxs Maraqlı şəxs Xalıq qızının ünvan 2 ünvanında pasport qeydiyyatından çıxarılmağa nail olmaqdan ibarətdir.

24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən bildirmişdir ki, qeydiyyatdan çıxarılma əsasları yaşayış sahəsinin mülkiyyətçisinin müstəsna hüququ olaraq ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkət edə bilmə, mülkiyyətini bu əmlaka hüququ olmayan şəxslərdən qoruma imkanını nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, iddiaçının, yaxud onun mərhum atasının Bak şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.M.Əbdürkərim küçəsi, döngə 2 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Belə olan halda, üçüncü şəxsin həmin ünvanda qeydiyyatda qalmasının iddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi baxımından hər hansı maneə törətməsi öz təsdiqini tapmır. Başqa sözlə iddiaçı həmin evin mülkiyyətçisi olmadığına görə üçüncü şəxsin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün qanunla tələb olunan şərtlər ödənilmir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu n əticəni əsaslı hesab etmir və həmin qərarın ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşarkən iş materiallarında olan sənədlərdəki məlumatlara diqqət yetirməmişdir.

27. Belə ki, işdə olan və mübahisə doğurmayan sənədlərlə müəyyən edilir ki, Bolqarıstan Gülçülük-Tərəvəzçilik Sovxozunun xx.xx.1965-ci il tarixli, 113 saylı əmri ilə iddiaçının atası X7 yaşayış evi tikmək üçün 1250 kv.metr torpaq sahəsi verilmişdir. Həmçinin bununla əlaqədar olaraq X4 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir. X10 13 fevral 1982ci ildə vəfat etmişdir.

28. X10 vəfat etdikdən sonra vərəsəlik işi ilə əlaqədar olaraq qızı İddiaçı Əbülməcid qızı, oğlu- X9, qızı- X5 onun vərəsələri olaraq tanınmışlar.

29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məlumatda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X22 küçəsi, döngə 2, 13 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar edilmədiyi göstərilmişdir (iş vər38).

30. Göründüyü kimi Bolqarıstan Gülçülük-Tərəvəzçilik Sovxozunun xx.xx.1965-ci il tarixli 113 saylı əmri əsasında iddiaçının atası X7 verilmiş torpaq sahəsi və onun üzərindəki tikili ilə bağlı hüquqlar dövlət r eyestrində qeydə alınmamışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsi və tikili ilə bağlı hüquqların dövlət reyestrində qeydə alınmaması iddiaçıya münasibətdə məhdudlaşdırıcı anlamda qəbul edilməməlidir. Belə ki, növbəti apelyasiya baxışı zamanı iddiaçının atasına ayrılmış torpaq sahəsi ilə bağlı sənədlərə baxış keçirilməli, həmin sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında göstərilən ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olu b olmaması araşdırılmalıdır. Başqa sözlə həmin sənədlərlə daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin mümkünlüyü halı müəyyən edilməlidir.

32. Qeyd edilən sənədlər əsasında daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilmə imkanı təsdiq edildiyi təqdirdə, iddiaçının hazırkı iddia tələbinə qanuni gözlənti hüququna münasibətdə qiymət verilməlidir.

33. Bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüq uqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

34. Əgər iddiaçının qanuni gözlənti hüququ əsasında qeyd edilən yaşayış sahəsinə hüquqlarının mövcud olduğu təsdiqlənərsə, iş üzrə digər məsələyə zəruri qaydada cəlb edilmiş Maraqlı şəxs qeyd edilən ev üzərində əşya, əmlakdan istifadə hüququnun olub olmaması məsələsi araşdırılmalıdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci, Azərbaycan Respublikası Mənzil Məcəl ləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasın dan inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

36. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda əks edilmiş mövqeyini rəhbər tutaraq məhkəmə kollegiyası bildirir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.

37. Şəxsin həmin yaşayış evində yaşaması ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən S abunçu rayon İcra Hakimiyyətinə göndərilmiş məktubda üçüncü şəxs Maraqlı şəxs Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi, döngə 2, ev 13 ünvanında yaşayıb yaşamaması barədə məlumatın olmadığı bildirilmişdir (iş vər 36).

38. Eyni zamanda həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə prosesləri barədə üçüncü şəxs Maraqlı şəxs Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi, döngə 2, ev 13 ünvan göndərilən bildirişlər həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır (zərflərin üzərinə poçtalyon tərəfindən yapışdırılmış və onun imzası ilə təsdiq edilmiş məlumatda üçüncü şəxsin orada yaşamadığı göstəsilmişdir).

39. Apellyasiya instansiya məhkəməsi göstərilən halın araşdırılması, üçüncü şəxsin qeyd edilən ünvanda yaşayıb yaşamaması barədə məlumat əldə etməli, bu məqsədlə z əruri sorğular verməlidir.

40. Üçüncü şəxsə münasibətdə təhlil edilməli olan digər məsələ həmin şəxsin evə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin qeyd edilən evlə bağlı əmlak hüququnun mövcudluğu məsələsini də araşdırmalıdır.

41. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd edilən iddia ilə bağlı münasibəti mövcud deyildir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin iddia tələbinə münasibəti obyektiv araşdırma baxımından olduqca zərurudir. Odur ki, növbəti apellayasiya baxışı zamanı məhkəmə hazırkı iddia tələbi ilə əlaqədar cavabdehin mövqeyini də müəyyən etməlidir.

42. Bu obyektiv araşdırma prinsipi b axımından mühüm əhəmiyyət kəsb edir. Obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

43. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırki işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı yuxarıda istinad edilən normaların dispozisiya şərtlərinin mövcud olub-olmadığını müəyyən etməyə və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

44. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3511/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar