Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-494/2021 10.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə çıxarışın verilməsindən imtina; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) və üçüncü şəxs “xxxx” ASC-yə (bundan sonra – üçüncü şəxs) qarşı “qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1505/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 41 nömrəli sərəncamına əsasən Ünvan1 16 mərtəbəli (+mansarda) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı qaraj) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul ko missiyasının aktı təsdiq olunmuşdur.
2. İddiaçı xx.xx.2018-ci il tarixində “X2” MTK-nın üzvlərinin ümumi iclasında kooperativə üzv qəbul olunmaqla MTK-nın Ünvan1-də 1-ci, 2-ci, 3-cü giriş, 1-ci mərtəbə, 2ci səviyyə, ümumi sahəsi 1488,36 kv.metr qeyri-yaşayış sahəsinin payçısı olmuşdur.
3. İddiaçı xx.xx.2018-ci il tarixində “X-2” MTK-nın üzvlərinin ümumi iclasında kooperativə üzv qəbul olunmaqla MTK-nın Ünvan1-də 1-ci, 2-ci, 3-cü giriş, 1-ci mərtəbə, 1ci səviyyə, ümumi sahəsi 1371,56 kv.metr qeyri-yaşayış sahəsinin payçısı olmuşdur.
4. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdehə ərizə ilə müraciət edərək Ünvan1-də yerləşən “X1” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.m., həmin mərtəbənin 2-ci səviyyəsinin qeyri-yaşayış sa həsindən 1488,36 kv.m. olan sahələrini almasını və həmin qeyri-yaşayış sahələri üçün tam ödəniş etməyini, sözügedən ünvanda aldığı sahələrin qeydiyyata alınaraq hər bir sahə üçün çıxarış verilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, qeyd olunan qeyri-yaşayış sahəsinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır (ərizədə telefon nömrəsi qeyd olunamamışdır). Bundan başqa ərizəyə “X1” ASC ilə “X2” MTK arasında əlaqələndirici sənədlər əlavə edilməmiş, tikintisi başa çatmış obyektin istismara qəbul aktında sifarişçi “X1” ASC, podratçı isə “X2” MTK qeyd edilsə də, çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən istifadələrində o lan mənzillərin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı İdarəyə “X2 MTK tərəfindən təsdiq edilən hüquqmüəyyənedici sənədlər təqdim edilir. Əlavə araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 107 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə “X1” ASC-yə Ünvan2-də qeyri-yaşayış sahəsini tutduğu 0,3 ha. torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ünvan1-də yerləşən “X2” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin 2-ci səviyyəsinin qeyriyaşayış sahəsindən 1488,36 kv.metr olan qeyri-yaşayış sahələrinə iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh hər iki məktubunda ərizələrdə telefon nömrəsi qeyd edilməməsinə istinad etməsi tam əsassızdır. Çünki, qanunvericilikdə ərizə ilə müraciət edilərkən orada telefon nömrəsinin qeyd edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, ərizələrə əlavə edilmiş maliyyə arayışlarında “X2” MTK-nın blanklarında telefon nömrəsi qeyd edilmişdir və əgər qeyd olunan qeyri-yaşayış sahələrinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisi gəlmək istəsə idi, həmin telefonla birbaşa əlaqə saxlaya bilərdi. Bundan başqa, cavabdehin hər iki hüquqi şəxs olan “X1” ASC ilə “X2” MTK arasında əlaqələndirici sənədlər əlavə edilməməsi dedikdə nəyi nəzərdə tutması aydın deyil. Halbuki, hər bir qeyri-yaşayış sahəsi barədə edilən müraciətdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 41 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının” istismara qəbul aktı əlavə edilmiş, həmin aktda sifarişçi “X1” ASC göstərilmiş, “X2” MTK-nın isə podratçı kimi qeyd edilmişdir. Həmçinin, ərizələrə “X1” ASC ilə “X2” MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqavilələrinin surətləri də əlavə edilmişdir. Göründüyü kimi, cavabdehin bu imtinaları formal və şablon xarakterlidir. Belə ki, cavabdeh təqdim edilmiş akt və podrat müqaviləsinin əlaqələndirici sənədlər olmasına diqqət yetirməmişdir. Həmçinin, cavabdehə də yaxşı məlumdur ki, özəlləşdirilməsi xahiş edilən qeyri-yaşayış sahələrinin yerləşdiyi binada artıq bir neçə mənzil xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçərək sahiblərinə müvafiq çıxarışlar verilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1726/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilərək Ünvan1-də yerləşən “X2” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin 2-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1488,36 kv.metr olan qeyri-yaşayış sahələrin ə iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə imtinanı əsassız hesab edərək qeyd etmişdir ki, əlaqələndirici sənədlərin əlavə edilməsi iddiaçının vəzifəsinə aid deyil. İddiaçının aldığı qeyri-yaşayış sahələrinin yerləşdiyi bina istismara qəbul edildiyi, həmin qeyri-yaşayış sahələrinə görə iddiaçının borcunun olmaması, habelə müraciətin təmin edilməsindən imtina edilməsi üçün əsas olmadığı halında tələbin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin tələbinə uyğun olduğu müəyyən edilir ki, bu da öz növbəsində cavabdehin imtinasının əsassız olması qənaətinə gəlmək üçün məhkəmə əsas verir.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(103)-1902/2019 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Mirzə Tağızadə, hakimlər – Ülvi Mayılov, Abiyeva Kəmalə) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1726/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarından cavabdeh kassasiya şikayəti vermişdir. c. Kassasiya instan siyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-543/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1902/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, binanın üçüncü şəxsə, yoxa MTK-ya məxsus olmasına dair ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamışdır. Müqavilə şərtinə görə MTK üçüncü şəxsin sifarişi əsasında binanın tikintisini və üçüncü şəxs ilə qiymətləri razılaşdırmaq şərtilə mənzillərin satışını həyata keçirir. Lakin müqaviləni n bu şərtinə əmək edilməsi vəziyyəti məhkəmə tərəfindən araşdırılmamış, həmçinin mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin üçüncü şəxs, yaxud MTK-ya aid olmasını, pay haqqının MTK-nın hesabına ödənilməsi səbəbini araşdırmamışdır. Bundan başqa, işdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikiliyə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə olmamış, məhkəmə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin olmamasına münasibət bildirməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)1505/2020 nömrəli qərardadına əsasən “X1” ASC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1505/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1726/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, tikilinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikiliyə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan sənədləri məhkəməyə təqdim etməmiş, Ali Məhkəmənin göstərişlərinin icrasının təmin olunmasından yayınmışdır.
19. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
20. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-1505/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, ap ellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar tam qanunsuz və ədalətsiz olmaqla yanaşı, qərar qanunvericiliyin tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməklə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallara və qanun normalarının tətbiqinin əsaslı olmasında düzgün hüquqi qiymət verilməmiş, iddiaçının hüquqları pozulmuşdur.
22. Qərarda zəruri sənədlərin məhkəməyə təqdim edilmədiyi qeyd edilsə də, məhkəmənin tələb etdiyi sənədlərin hamısı iş materiallarında olsa da, apellyasiya instansiyası məhkəməsi buna diqqət yetirmədən qərar qəbul etmişdir. Məhkəmə bu hala da qiymət verməmişdir ki, iddiaçının aldığı qeyri-yaşayış sahələrinin yerləşdiyi bina istismara qəbul edilib və həmin qeyri-yaşayış sahələrinə görə id diaçının borcu yoxdur. Ən əsası isə iddiaçının həmin sahələrin özəlləşdirilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilməsi üçün əsas olmamışdır və iddiaçının tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin tələbinə tam uyğun olmuşdur.
23. İPM-in 68.2, 58.7-ci maddələri, Konstitusiyanın 72-ci maddəsinin tələbləri baxımından iddiaçının tələbləri əsaslı olduğu halda, birinci instansiya məhkəməsinin qərarının tam qanuni və əsaslı olduğu halda onun ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə apellyasiya instansiyası məhkəməsi iddiaçını mülkiyyət hüquqlarından məhrum etməklə ədalətsiz və qanunsuz qərar qəbul etmiş, bununla da konstitusion hüququ olan məhkəmə müdafiə hüququnu kobudcasına pozmuşdur. Halbuki, məhkəmələr işə baxarkən vətəndaşların mənafe yini diqqətdən qaçırmamalıdır. Çünki, vətəndaşlar öz hüquqlarının qorunması üçün məhkəmələrə müraciət edirlər və bu hüquqları qanunvericilikdə də təsbit edilmişdir. 24. “İnsan hüquqları və əsas azadlıqları haqqında konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə əsasən də hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göstərilən müddəa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında öz əksini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, “demokratik cəmiyyətdə Konvensiyanın dərk olunması prizmasında ədalət mühakiməsinə olan hüquq o qədər mühüm əhəmiyyət kəsb edir ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərh edilməsi həmin müddəanın məqsəd və təyinatına xidmət etməzdi” (“Delkur Belçikaya qarşı” iş). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri h alda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunverici liklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1971/2020 nömrəli 01.12.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “28. Hazırkı qərarın 17-ci bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.
29. İşin apellyasiya instansiya məhkəməsində müəyyən e dilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan və yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.
30. Halbuki, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi.”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.05.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin ö z presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öh dəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (Ruiz Torija İspaniyaya qarşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tə rtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (Ruiz Torija İspaniyaya qarşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (Ruiz Torija İspaniyaya qarşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). 32. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 24.1. İnzi bati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
33. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşə bbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın dava m etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, prosessual pozuntuya yol vermişdir.
37. Belə ki, hazırkı qərarın 28-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları müəyyən edilmişdir.
38. Həmin Qanunun 15-ci maddə si isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasların nədən ibarət olduğunu özündə əks etdirir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasında imtina edilərkən sözügedən maddədə təsbit olunmuş məhz hansı əsasa görə hüququn alınmasından imtina edildiyi müəyyən edilməlidir (bax: hazırkı qərarın 29-cu bəndi).
39. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi isə cavabdehin mövqeyini əsaslı hesab edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmiş, lakin bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hansı əsasın iddiaçıya şamil olunduğunu, beləliklə cavabdehin hansı əsasla iddiaçının daşınmaz əmla k üzərinə mülkiyyət hüquqlarını qeydə almaqdan imtina etməsini müəyyən etməmişdir.
40. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi sözügedən Qanunun tələbləri baxımından cavabdehin imtinasını qiymətləndirməli, bu zaman cavabdehin hərəkətlərinin inzibati icraatın aparılması ilə bağlı hazırkı qərarın 32-ci bəndində göstərilən tələblərə uyğun olubolmadığını qiymətləndirməli idi. Lakin işə baxan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən göstərilən halları qiymətləndirməmiş, bununla da hazırkı qərarın 33-cü bəndində qeyd olunan prosessual normaların tələblərini pozmuşdur.
41. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 30-33-cü bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin for malaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur. Lakin qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi öz qərarında gəldiyi nəticəni əsaslandırmamış, yalnız iddiaçının məhkəmə iclasında iştirak etməməsi barədə mövqeyini qeyd etməklə kifayətlənmiş, iddiaçının dəlillərini qiymətləndirməyərək göstərilən tələbləri pozmuşdur. 42.Odur ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyindən, prosessual hüquq normalarının tələblərinə riayət etmədiyindən qərar ləğv edilməlidir.
43. İddiaçı qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti bu hissədə təmin oluna bilməz. Belə ki, mübahisənin ədalətli həlli üçün əlavə sübutların araşdırılması tələb olunduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
44. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyi baxımından qiymətləndirməli, cavabdehin imtinasının “İnzibati icraat haqqında” Qanunun tələblərinə və “Dövlət reyestri haqqında Qanun”un 15-ci maddəsində qeyd olunan əsaslara uyğunluğunu araşdırmalı, bundan sonra iş üzrə qanuni və ədalətli qərar qəbul etməlidir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1505/2020 nömrəli qərar ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.