Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-494/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1758/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Rusiya Federasiyasının Cənubi X3 tərəfindən 28.08.2020-ci il tarixdə verilmiş 136124 ******* nömrəli diplomla iddiaçı “Hüquqşünaslıq” peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. Diplom Moskva şəhər Təhsil və Elm Departamenti tərəfindən 14.12.2020-ci ildə 544341 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
2. İddiaçı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı cavabdeh orqana elektron q aydada müraciət etmiş, cavabdeh 23.02.2021-ci il tarixdə müraciətin təmin olunmasından imtina edərək bildirmişir ki, o, Rusiya Federasiyasının Cənubi X2 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə ümumiyyətlə olmamış, eləcə də ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilmişdir. Bu səbəbdən də diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cənubi X3 tərəfindən adına verilmiş “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsinə aid 136124 ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasını n ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə Cənubi X2 Bakı Filialına daxil olmaqla, həmin universitetdə “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə dərslərdə davamlı olaraq iştirak etmiş, diploma əlavədə qeyd edilən təhsil yükü onun tərəfindən tam olaraq mənimsənilmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə 06 iyun 2007-ci il tarixdə, 158 nömrəli protokolla ona “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, Cənubi X3 tərəfindən verilmiş 136124 ******* nömrəli diplom Rusiya Təhsil İdarəs i tərəfindən apostil edilmişdir. O, 29.01.2021-ci il tarixdə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin rəsmi internet səhifəsi vasitəsilə elektron ərizə ilə müraciət edərək, yuxarıda qeyd edilən bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınaraq, ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və bununla bağlı cavabdehə müvafiq sənədləri təqdim etmişdir. 03.02.2021-ci il tarixdə cavabdehin Ekspert qrupu tərəfindən onunla ZOOM tətbiqi proqramı vasitəsilə Online qaydada müsahibə aparılaraq, tədris dilini (rus dili) bilmə səviyyəsi yoxlanılmış, nəhayət 23.02.2021-ci il tarixdə cavabdeh tərəfindən “Müraciətinə dair mənfi qərar qəbul edilməsi barədə” imtina cavabı Təhsildə Keyfiyyət Təminat Agentliyinin rəsmi internet səhifəsində olan şəxsi kabinetinə yerləşd irilmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(112)-4680/2021 saylı qərarı ilə (hakim: H.A.Ağalarov) iddia təmin edilmiş, iddiaçının adına Rusiya Federasiyası X1 tərəfindən verilmiş 136124 ******* nömrəli, 06 iyun 2007-ci il tarixli (qeydiyyat nömrəsi 1867) bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçin in Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
8. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1758/2021 saylı, 04 noyabr 2021-ci tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.S.Hüseynov və M.N.Tağızadə) cavab dehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(112)-4680/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçı tədris illərində (2002-2006) sözügedən təhsil müəssisəsinin Bakı filialı lisenziyasız- təhsil fəaliyyəti üçün xüsusi razılıq verilmədən fəaliyyət göstərmişdir. Belə ki, iş mat eriallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 05.03.2007-ci il tarixli 23974/4-488 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Rusiya Federasiyasının Cənubi X2 Bakı filialına qarşı fəaliyyətinin dayandırılmasına dair iddia tələbi təmin edilmiş, cavabdeh Rusiya Federasiyasının Cənubi X2 Bakı filialının fəaliyyəti dayandırılmış, cavabdeh müəssisələrdə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir.
13. Bununla yanaşı məhkəmə qeyd edir ki, sözügedən qətnamədə təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Təhsi Nazirliyinə həvalə edilmiş, lakin iddiaçı təhsilini həmin qətanmənin qüvvə yə mindiyi tarixdən əvvəl başa vurduğundan bu imkandan yararlana bilməmişdir. Belə ki, məhkəmə qətnaməni qəbul edərkən həmin dövrdə müəssisədə təhsilalanların digər ali təhsil müəssisələrinə köçürülməsini Təhsil Nazirliyinin üzərinə vəzifə olaraq qoymasına baxmayaraq, müəssisə fəaliyyətini dayandırana qədər məzun olmuş şəxslərə münasibətdə konkret mövqe bildirməmişdir. Məhkəmənin məsələyə dair konkret mövqe bildirməməsini, təhsilalanların və məzunların müəssisəyə qanunsuz qəbul olmasını və s. nəzərə alaraq, iddiaçının xarici ali təhsil ixtisasının tanınması məqsədəuyğun hesab edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.1. Təhsil mü əssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhs il sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
16. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydal arı: Bənd 1.1 Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Bənd 1.6 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçiril mədən verilir; Bənd 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəl xalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdu rsa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan l azımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Belə ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq 23.02.2021-ci il tarixdə Rusiya Federasiyasının Cənubi X2 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə ümumiyyətlə olmaması əsası ilə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirm əyinin qeyri-mümkün olması, eləcə də aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir.
23. Hazırda cavabdeh kassasiya şikayətində imtina məktubunda qeyd edilənlərdən fərqli dəlillər irəli sürmüşdür. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Cənubi X2 Bakı filialı lisenziyası olmadan fəaliyyət göstərmiş və onun fəaliyyəti qanunsuz olduğu üçün qanuni qüvvəyə min miş məhkəmə qərarı ilə dayandırılmışdır.
24. Məhkəmə tərkibi kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2397/4488 nömrəli, 05 mart 2007-ci il tarixli qətnaməsi ilə Cənubi X2 Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış, Cənubi X2 Bakı filialında təhsil alan şəxslərin hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur.
25. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə ünvanlanmış11-11-05/12 nömrəli məktubda 1 saylı yerli İqtisad Məhkəməsinin 05.03.2007-ci il tarixli qətnaməsi və Nazirliyə (və ya ali təhsil müəssisələrinə) etdikləri fərdi müra ciətlər əsasında filialda təhsil alan tələbələrin müvafiq ali təhsil müəssisələrinə köçürüldükləri qeyd olunmuşdur.
26. İddiaçı qeyd edilən təhsil müəssisəsində 2002-2006-cı illərdə təhsil aldığından, qətnamə isə 2007-ci il tarixində qəbul edildiyindən diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması əsası ilə cavabdehin imtinası qanunauyğun olmamışdır. Bundan əlavə, qətnamədə Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair hər hansı müddəa mövcud deyildir.
27. Eyni zamanda nəzərə alınmalıdr ki, adıçəkilən qətnamə 05.04.2007-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəlmiş, icra vərəqəsinin göndərilməsi barədə məktub 23.07.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçıya isə artıq icra sənədinin icra olunmasına başlanılmazdan əvvəl Dövlət İmtahan Komissiyasının qərarı ilə 06 iyun 2007-ci il tarixdə, 158 nömrəli protokolla “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir.
28. Cavabdeh tərəfindən kassasiya şikayətində mübahisə edilən digər məsələ iddiaçının tədris aldığı müəssisədə Azərbaycan dili və Azərbaycan tarixinin tədris edilməməsi ilə bağlıdır. Qeyd edilir ki, təhsil haqqında qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılmalı, eyni zamanda dövlət dili tədris edilməlidir.
29. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, əvvəla cavabdeh nə imtina məktubundan, nə də ki, aşağı instansiya məhkəmələrində icraat zamanı bu dəlilə istinad etməmişdir. Digə r tərəfdən, iddiaçının təhsil aldığı müəssisə Rusiya Federasiyasının Cənubi X2 Bakı filialıdır. Mülki qanunvericiliyə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır və filial hüquqi şəxsin olduğu yerdən kənarda yerləşir və onun funksiyalarını həyata keçirir.
30. Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Azərbaycan Respublikasında yerləşsə də, Rusiya Federasiyasının Cənubi X2 filialı olmuşdur. Həmin təhsil müəssisəsində Azərbaycan dili və Azərbaycan tarixinin tədris olunmaması iddiaçının diplomunun tanınmasından imtina üçün əsas ola bilməz.
31. Beləliklə, məhkəmə tərkibi işin hallarını və qanunvericiliyin tələblərini nəzərə ala raq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
32. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1758/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.