Məhkəmə qərarları › İş №2-1(102)-494/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-494/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-494/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı «sər əncamların ləğv edilməsi və qanunsuz sərəncamların nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılması» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2307/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon İcra Hakimiyyətinin 439 saylı 27 dekabr 2016-cı il tarixli, 75 saylı 13 fevral 2017-ci il tarixli və 422 saylı 20 oktyabr 2017-ci il tarixli sərəncamlarının (əl verişsiz sayılaraq) ləğv edilməsi və qanunsuz sərəncamların nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılması, Bakı Şəhər İcra Hakimiyyətinin 642 saylı 26 dekabr 2014-cü il tarixli və 342 saylı 18 iyul 2017-ci il tarixli sərəncamlarının (əlverişsiz sayılaraq) ləğv edilməsi və qanunsuz sərəncamların nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-375/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(103)-2307/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 a prel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 21(103)-2307/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına onun vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir.

7. İddiaçı1 kassasiya şikayəti, sonradan kassasiya şikayətinə əlavə verərək, 5 oktyabr 2022-ci il tarixli qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdi r. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-c ü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

10. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, Vəkil 22 noyabr 2022-ci il tarixdə order yazılmasına rəğmən, həmin qərardaddan kassasiya şikayəti 8 dekabr 2022-ci il tarixdə verilmiş, yəni kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmi ş 10 günlük müddət ötürülmüşdür.

12. Vəkil müddətin bərpası barədə ərizəsində bildirmişdir ki, vəkillə təmin edilmə barədə məhkəmə qərardadı büroya daxil olan zaman iddiaçı barədə hər hansı bir məlumat olmadığına görə apellyasiya məhkəməsi vasitəsi ilə iddiaçının nümayəndəsinin əlaqə nömrəsi əldə edilib və mübahisələndirilən qərardadın təqdim edilməsi xahiş edilmiş və iki gündən sonra qərardad təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən tərtib edilmiş iddia ərizəsi, apellyasiya şikayəti iri həcmdə olduğuna görə və məhkəmə qərarları ilə tanış olmaq çox vaxt aparmışdır.

13. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Vəkil kassasiya şikayətinin hazırlanması üçün lazım olan mübahisələndirilən qərardadı yalnız 30 noyabr 2023-cü il tarixdə istəmiş və həmin gün ona qərardad çatdırılmışdır. Beləliklə iddiaçının nümayəndəsi tərəfindən vəkilə qərardadın gec çatdırılması barədə məlumat qeyri dəqiqdir və həqiqəti əks etdirmir.

14. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

15. Hazırkı mübahisəyə münasibətdə İddiaçı1 vəkili tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, onun ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Kassasiya şikayətinin bu qərarın 8-ci bəndində istinad olunan norma ilə tələb oluna n müddət çərçivəsində verilməsi üçün iddiaçı tərəfin kifayət qədər zamanı olmuşdur.

16. Beləliklə, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzrlü səbəblər kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

17. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(103)-2307/2022 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar