Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-494/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; kassasiya şikayətinin səlahiyyətli nümayəndə tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “mənzildən istifadə edilməsinə şərait yaradılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2613/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, atası Ə.M.Xəlilovun müvəqqəti məskunlaşmış olduğu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 2 nömrəli evtikmə kombinatının inzibati binasındakı qeyri-yaşayış sahəsi olan 5 saylı otaqda yaşamağına imkan verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsi nin (hakim S.İ.Salahova) 2-1(112)-1563/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “mənzildən istifadə edilməsinə şərait yaradılması” tələbinə dair iddiası təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.H.Əkbərovsədrlik edən və məruzəçi, M.Ə.Rüstəmli və N.Ş.Cəfərov) 2-1(103)- 2613/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2023 saylı, 03 fevral 2023-cü il t arixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2613/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixi qərarının ləğv edilməsi, barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, ape llyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İPM-in 90.3-cü və MPM-in 407.3-cü maddəsinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
10. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti, həm də tərəfin nümayəndəsi olan vəkil tərəfindən tərtib edilmiş, imzalanmış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilmişdir, lakin nümayəndə tərəfindən onun səlahiyyətlərini təsdiq edən etibarnamə təqdim edilməmiş, eyni zamanda iş materiallarında mövcud olan iddiaçının vəkili və nümayəndəsinə məxsus etibarnamənin müddətinin 30 iyun 2023-cü il tarixdə bitməsi müəyyən olunmuşdur.
11. Bu isə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir.
12. Kassasi ya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, kassasiya şikayətinin elektron imzalanan zaman etibarnamənin müddətinin bitdiyi, kassasiya şikayətinin iddiaçı tərəfindən imzalanmadığı iddiaçıya ünvanlanmış 19 yanvar 2024-cü il tarixli, 2-1(102)-494/2024 nömrəli bildirişdə göstərilməklə qeyd olunmuş müddətədək (09 fevral 2024) göstərilən konkret çatışmazlıqların aradan qaldırılması ona təklif olunmuş, əks təqdirdə, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı izah olunmuşdur. Lakin ötən müddət ərzində iddiaçı tərəfindən imzalanmış kassasiya şikayətini, və ya kassasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən yeni etibarnamə təqdi m etməmişdir.
13. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023cü il tarixli, 2-1(103)-2613/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 21(103)-2613/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.