Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-494/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2589/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Prezidentinin “İddiaçı “Azəravtonəqliyyat” Azərbaycan X1 təyin edilməsi haqqında” xx.xx.1996-cı il tarixli Sərəncamına əsasən, iddiaçı “Azəravtonəqliyyat” Azərbaycan X1 təyin edilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin “İddiaçı “Azəravtonəqliyyat” Azərbaycan X1 vəzifəsindən azad edilməsi haqqında” xx.xx.2003-cü il tarixli Sərəncamına əsasən, “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq iddiaçı vəzifəsindən azad edilmişdir.
3. İddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx. 2003-cü il tarixədək “Azəravtonəqliyyat” X1 işlədiyi müddət əsas götürülməklə, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, onun dövlət qulluğu stajı yoxdur. Bu səbəbdən dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə ol unmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış və həmin vaxtdan 2003-cü ilədək müxtəlif vəzifələrdə işləmişdir. Odur ki, xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyininin çevrilməsi yolu ilə yaradılmış “Azəravtonəqliyyat” X1 vəzifəsində dövlət qulluqçusu kimi 6 il 10 ay staja malikdir. O, dövlət qulluqçusu kimi pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan əsassız imtina etmiş və onun dövlət qulluqçusu kimi qulluq stajının 15 ildən az olmasına istinad etmişdir. Halbuki, xx.xx.2016-cı il tarixdə onun 65 yaşı tamam olmuşdur və həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinə əsasən, həmin Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, bu qaydada müəyyən edilir: “20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla...təyin edilir”. Cavabdeh qanunun normalarına zidd olaraq onun xahişini təmin etməmiş və pensiya yaşına çatdığı vaxt qüvvədə olan qanunvericilik normalarını nəzərə almamış, bununla da əmək pensiyasını düzgün hesablamamışdır.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz vermiş və etirazını imtinanın dəlilləri ilə əsaslandırmışdır.
7. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixədək “Azəravtonəqliyyat” X1 işlədiyi dövrün dövlət qulluğu kimi qəbul edilib-edilməməsi, qəbul edildiyi təqdirdə, hal-hazırda dövlət qulluğu üzrə hansı vəzifələrə uyğun olması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə X4 sorğu göndərilmiş, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 9-3/2-1917/2023 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən, Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti daxil edilir. 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003cü il tarixədək) Azərbaycan Respublikasının dö vlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” X1 vəzifəsində iş müddət i ilə bağlı yuxarıda adıçəkilən Siyahıda dövlət konserni və dövlət konsernində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli 559 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyi “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninə çevrilmişdir. Ümumi istifadədə olan avtomobil nəqliyyatı müəssisələrinin (təşkilatlarının) təsis konfransı şurasının Qərarı ilə təsdiq edilmiş “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin Nizamnaməsinin 2-ci hissəsinə əsasən, Konsern müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərmiş və fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən, 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” X1 vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 23 fevral 2024-cü il tarixli, 21(112)-985/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Konsernin Nizamnaməsinin ayrı-ayrı bəndlərindən görünür ki, Konsern, Avtomobil Nəqliyyatı Nazirliyinin bazasında yaradılaraq dövlət əmlakının mülkiyyətçisi məsələlərində onun hüquqi varisi olsa belə, öz fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirməklə müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərmiş, eləcə də dövlət, onun orqanları və təşkilatları Dövlət Konserninin öhdəliklərinə görə məsuliyyət daşımamış, həmçinin X1 vəzifə maaşının təsdiq edilməsi X5 tərəfindən həll edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 5 avqust tarixli 743 nömrəli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Nəqliyyat Nazi rliyi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü il tarixli 880 nömrəli Sərəncamının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Azəravtonəqliyyat” Dövlət Konserni və "xxxx" Dövlət Şirkəti ləğv edilsin və onların tərkibində olan müəssisələr, təşkilatlar və digər obyektlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə verilsin. Həmin Fərmanın 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu fərmanın 3-cü bəndində göstərilən Konsern və Şirkətin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslər yaratsın. Qeyd edilənlər təhlil olunarkən aydın olur ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi xx.xx.1998-ci il tarixdə (Konsernin fəali yyətinin davam etdiyi dövrdə) yaradılmışdır. 10 iyun 2003-cü il tarixdə “Azəravtonəqliyyat” Dövlət Konserni ləğv edilərkən, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə Konsernin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslər yaradılması tapşırılmışdır. Belə olan halda, Konsern ləğv edilərkən onun fəaliyyətini tənzimlədiyi sahələrin fəaliyyətini müvafiq hüquqi şəxslərin tənzimləməsi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasından cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 19 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2589/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunda təsbit olunan anlayışlar nəzərə alınmaqla, dövlət qulluqçusunun mənasına vardıqda, bu statusa malik olmaq üçün şəxsin - dövlətin məqsədini və funksiyalarını həyata keçirən və qanunla müəyyən edilən hallarda büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən dövlət orqanında çalışıb dövlət məvacibi alan, inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olması gərəklidir ki, onun dövlət qulluqçusu kimi qiymətləndirilməsi mümkün olsun. Burada, xüsusilə nəzərə çarpan hal ondan ibarətdir ki, dövlət qulluqçusu ilk növbədə, dövlət büdcəsindən maliyyələşən və dövlət orqanından məvacib alan şəxs olmalıdır. Qeyd olunmalıdır ki, şəxsin çalışdığı qurumun inzibati orqan statusuna malik olması, heç də onun dövlət orqanında çalışması anlamını vermir. Çünki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinin tələbinə görə, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər sayılır. Konkret halda da, iddiaçının Prezidenti olduğu “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni “inzibati akt qəbul etmək səlahiyyətinə malik olan bir hüquqi şəxs meyarlarına uyğun gəlmiş olsa belə, həmin Konsern dövlət büdcəsindən maliyyələşməyən, təsərrüfat hesablı bir qurum kimi fəaliyyət göstərmişdir. Belə ki, işə əlavə olunmuş “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin Nizamnaməsinə əsasən, iddiaçı təsərrüfat hesabı prinsipi əsasında öz fəaliyyətini həyata keçirən bir müstəqil istehsalat-təsərrüfat kompleksinin rəhbəri olmuş, demək, elə həmin qurumdan da vəzifə maaşı almışdır. Xüsusilə, 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplu su qüvvəyə minənədək (xx.xx.2003cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən apar ılmışdır ki, burada da 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” X1 vəzifəsi Siyahıda nəzərdə tutulmamışdır. Əlavə olaraq, iş üzrə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 9-3/2-1917/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda ifadə olunan rəydə də bildirilmişdir ki, 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” X1 vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-ci maddəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanı – səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun sahələrdə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə əsasən, (Azərbaycan Respublikası Prezidentinin aktları) ümumi qaydalar müəyyən etdikdə, Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. “Azəravtonəqliyyat” Dövlət Konserni, qeyd edilən qanun normalarının tələbləri baxımından, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli 559 nömrəli Fərmanı əsasında, Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyininin çevrilməsi yolu ilə yarad ılmışdır və iddiaçı Azərbaycan Respublikası Prezidentinin 399 nömrəli 27 avqust 1996-cı il tarixli Sərəncamı ilə “Azəravtonəqliyyat” X1 vəzifəsinə təyin edilmişdir. Belə olan halda, Konsern “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-ci maddəsinin və Konstitusiyanın 113-cü maddəsinin tələbləri baxımından, mərkəzi icra hakimiyyəti orqanı hesab edilir. Məhkəmə isə qeyd edilən normanı tətbiq etməmiş və bu fakta qiymət verməmişdir.
15. Bundan əlavə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxt ar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Bu müddəadan da göründüyü kimi, “Azəravtonəqliyyat” Dövlət Konserni dövlət orqanı üçün müəyyən edilən bütün elementlərə malikdir, belə ki, Konsern avtomobil nəqliyyatı sahəsində dövlətin məqsədini və funksiyalarını həyata keçirmişdir. Konsernin Nizamnaməsinin 2-ci hissəsinin 9-cu bəndindən müəyyən olunur ki, həmin Konsern, avtomobil nəqliyyatı sahəsində dövlət siyasətini və funksiyalarını həyata keçirən orqandır, Nizamnamənin 2-ci hissəsinin 10-cu bəndində isə qeyd olunur ki, Dövlət Konserni həmçinin nəqliyyat sahəsində qanunvericiliy in təkmilləşdirilməsinə dair təkliflər verir. Bundan əlavə, Azərbaycan Respublikasının dövlət büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirmə ilə bağlı qeyd edilməlidir ki, Konsern öz növbəsində həm təsərrüfat hesabı maliyyələşmə ilə yanaşı, 2003-cü ildə dövlət büdcəsindən də maliyyələşirdi, belə ki, “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2002-ci il yarixli 827 nömrəli Fərmanında, “Azəravtonəqliyyat” Dövlət Konserninin, avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi ilə bağlı xərcləri, dövlət büdcəsinin əsas xərcləri kimi nəzərdə tutulmuşdur. Lakin məhkəmə qeyd edilən normanı düzgün tətbiq etməmişd ir. 16. “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni, prezidentin fərmanına uyğun yaradılan, avtomobil nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və bununla da, mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərini icra edən dövlət orqanı idi. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2006-cı il tarixli 363 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nə əsasən, mərkəzi icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun sahələrdə dövlət siyasətini və tənzimlənməsini həyata keçirir, orqan öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Orqan müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir. Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, müvafiq sahənin inkişafını təmin etmək və müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək orqanın fəaliyyət istiqamətlərinə aiddir. “Azəravtonəqliyyat” Dövlət Konserninin Nizamnaməsinin müddəalarını “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin müddəaları ilə müqayisə edərək müəyyən etmək olar ki, Konsern mərkəzi icra hakimiyyəti orqanının funksiyal arını və elementlərini özündə ehtiva edir.
17. Dövlət Konserni dövlət orqanı üçün müəyyən edilən bütün elementlərə malik idi, belə ki, Konsern avtomobil nəqliyyatı sahəsində dövlətin məqsədini və funksiyalarını həyata keçirirdi, yəni siyasəti formalaşdırırdı. Belə ki, Konsernin Nizamnaməsində müəyyən olunan funksiyalarla yanaşı, Konsernin prezidenti dövlətin adından beynəlxalq sazişlər imzalamışdır - Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2001-ci il tarixli 606 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Höküməti arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında Sazişi imzalamaq səlahiyyəti məhz, iddiaçı Hüseyn Hüseynova həvalə edilmişdir. Ümumiyyətlə, 1996-cı ilin sentyabr ayından 2003-cü ilin iyun ayına qədər olan dövr ərzində “Azəravtonəqliy yat” Dövlət Konserninin prezidenti olaraq iddiaçı tərəfindən, Azərbaycan Respublikası Hökuməti adından çoxsaylı ikitərəfli (Rusiya, İran, Türkiyə, Hollandiya və s.) sazişlər və 2000-ci ilin əvvəlində İslamabadda (Pakistan) İƏT ölkələri ilə 8 (səkkiz) çoxtərəfli saziş hazırlanıb imzalanmışdır. Bu təşkilat Avropa dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının ərazisində yerləşən avtomobil, dəmir yolu, dəniz və çay nəqliyyatını tənzimləyir, operatorlara (daşıyıcılara) Avropa ölkələrinin əraziləri ilə maneəsiz daşımalar həyata keçirmək üçün xüsusi ECMT icazələrini verirdi. Konsern tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcılar Assosiasiyası (ABADA) yaradılmış və Azərbaycan Respublikasının Baş naziri tərəfindən həmin təşkilatın yaranması təsdiq olunmuşdur ki, bu da Azərbaycan daşı yıcılarına Avrasiya qitəsi üzrə dövlət sərhədlərində aralıq yoxlamalar olmadan avtomobil daşımalarının həyata keçirilməsinə imkan yaratmışdır (TİR sistemi). 1996-cı ildə Azərbaycan Respublikası Avrasiya qitəsi üzrə beynəlxalq yük daşımalarını tənzimləyən X3 İttifaqı (X2 Union) beynəlxalq təşkilatının tamhüquqlu üzvü seçilmişdir. Bütün yuxarıda qeyd edilən təşkilatlarda Azərbaycan Respublikasını “Azəravtonəqliyyat” Dövlət Konserni təmsil etmişdir. “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti digər ölkələrlə iqtisadi əməkdaşlıq üzrə müxtəlif hökumətlərarası komissiyaların tərkibinə də daxil edilmişdir. İddiaçı, dövlət başçısını bir neçə dəfə xaricə rəsmi səfərlərdə, Azərbaycan hökümətinin üzvü kimi müşayiət etmişdir rəllikəşotof) iş materiallarında mövcuddur).
18. Beləliklə, iddiaçı 1 996-cı ildən 2003-cü ilədək faktiki olaraq avtomobil nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanın rəhbərinin funksiyalarını həyata keçirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin veril məsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxıl ması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və ap ellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Azəravtonəqliyyat” Azərbaycan X1 vəzifəsində işləmişdir.
27. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun prezidenti olduğu qurum - “Azəravtonəqliyyat” Dövlət Kons erni mərkəzi icra hakimiyyəti orqanıdır və iddiaçının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri kimi dövlət qulluğu stajı mövcuddur.
28. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, iddiaçının vəzifəyə təyin edildiyi tarixdə - xx.xx.1996-cı ildə dövlət qulluğuna dair qanunvericilik mövcud deyildi.
29. Belə ki, “Dövlət qulluğu haqqında” Qanun xx.xx.2000-ci ildə qəbul edilmiş və xx.xx.2001-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasında qeyd edilirdi ki, dövlət orqanı - Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumudur (7.1-ci maddə). Həmin Qanunun 9-cu maddəsinə əsasə n, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahididir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
30. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı v əzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həyata keçirilir.
31. Göründüyü kimi, iddiaçının işlədiyi dövrün dövlət qulluğuna aid edilməsi üçün onun işlədiyi qurum və vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmalıdır.
32. Hazırkı halda, iddiaçının işlədiyi qurum həmin Siyahıda qeyd edilməmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2589/2024 nömrəli qərarı dəyişdirilmədən