Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-495/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-3036/2021 nömrəli iş üzrə 10.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25.01.2017-ci il tarixli, 279 ş/h saylı əmrinin ləğv edilməsi, iddiaçının daxili işlər orqanlarında xidmətə bərpa edilməsini, 25.01.2017-ci il tarixdən işə bərpa edilənə qədər olan dövr üzrə əmək haqqının artımlar da hesablanılmaqla ona verilməsini və 25.01.2017-ci il tarixdən qətnamə icra edilən tarixə qədər olan dövrün xidmət illərinə daxil edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-7019/2021 nömrəli (sədrlik edən hakim Orxan Həsənov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-in 2.2.1, 38.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 1.1, 3.1, 3.3, 62.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-7019/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apell yasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 10.12.2021-ci il tarixli, 2-1(103)-3036/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Xəyalə Cəmilova) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-7019/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından təmin edilməməlidir.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 10.12.2021-ci il tarixli, 2-1(103)-3036/2 021 nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin əsaslarından biri “məhkəmənin yardım etmək vəzifəsinin olduğu, məhkəmə tərəfindən bu vəzifəsinin pozulduğu bildirilmiş, lakin apellyasiya məhkəməsi tərəfindən bu xüsusat məhkəmə baxışı zamanı ümumiyyətlə araşdırılmamış və qərardadda da bu əsasa münasibət bildirilməmişdir. Belə ki, apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə ona iddia tələbi üzrə məhkəmə tərəfindən yardım edilməsi ilə bağlı məlumat verməmiş, bu barədə təklif və ya bildiriş göndərməmişdir. Məhkəmənin qərardadını əsaslandırarkən isə güya ona yardım etməsi ilə bağlı etmiş olduğu hərəkətləri (yardım etməsi) iş materialları ilə təsdiq edilmir. O, məhkəmənin qərardadından yalnız qərardadı aldığı gün yəni, məhkəməyə işinin vaxtını öyrənmək üçün getdiyi gün məlumatı olmuşdur. Hesab edir ki, bu əsas məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli olmuşdur. Lakin, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin yardım etmək vəzifələrini yerinə yetirməməsi xüsusatını araşdırmamış və qiymət verməmişdir. Bundan əlavə həm birinci, həm də apellyasiya məhkəməsi qərardadını əsaslandırarkən, onun iddia tələbini İPM-in 38-ci maddəsinin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddia kimi qəbul edərək, iddia müddətini də buna görə tətbiq etmişdir. Lakin iddia ərizəsinin əsaslandırmasından və mahiyyətindən görünür ki, tələbi mübahisələndirmə deyil, İPM-in 36-cı maddəsinin tələbinə görə “müəyyən etmə və ya tanınma haqqında” iddia olmuşdur. Məhkəmə işin araşdırılması zamanı onun iştirakını təmin etmədiyi, işin hallarını və faktları müəyyən etmədən iddia tələbinə düzgün yanaşma etməmiş və nəticədə əsassız qərardad qəbul etmişdir. İşin araşdırılması zəruriliyi də ondan ibarət olmuşdur ki, onun məhkəmənin qeyd etdiyi kimi gözləməyə məcbur olduğu zaman kəsiyi onun iradəsindən asılı olmamış, barəsində BMCMİ-də gedən araşdırmanın nəticələrinin gözlənilməsi və işdən azad edilməyi ilə bağlı əmrin ona təqdim edilməməsi səbəbindən onun hansı əsasla işdən kənarlaşdırılmağını bilməməyi olmuşdur. Ona verilən məlumatlar barəsində gedən araşdırmanın nəticəsinin bəlli olduğu vaxta qədər işdən kənarlaşdırılması bildirilmişdir və o da bu araşdır manın nəticələrini gözləmək məcburiyyətində qalmışdır. Barəsində BMCMİ-də aparılan araşdırma üzrə istintaq müddəti bitdiyindən, məhkəməyə müraciət edərək, onun işdən kənarlaşdırma barədə əmri mübahisələndirmişdir. Mübahisələndirmənin mahiyyətinə nəzər yetirildikdə isə məlum olur ki, barəsində aparılan cinayət icraatı qaydasında məsuliyyəti və təqsiri müəyyən edilmədiyindən, barəsində ona sonradan məlum olduğuna görə işdən azad edilmə barədə Əmr hüquqi nəticələrinə görə etibarsız sayılmalı olmuşdur ki, bu da inzibati icraatın növünə görə mübahisələndirmə deyil, müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid edilməli olmuşdur. Lakin hər iki məhkəmə tərəfindən onun tələbinə düzgün yanaşılma edilməmiş və tələbi mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilərək iddia müddəti tətbiq edilmişdir.
9. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin 10.12.2021-ci il tarixli, 2-1(103)-3036/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir idd iada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
11. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzi bati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktı n təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallarından görünür ki, 23.01.2017-ci il tarixli, Ə67-00117 nömrəli əmrlə İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilərək xidmətə bərpa edilməsi və keçən müddətin xidmət il lərinə daxil edilməsi, həmin dövr üzrə əmək haqqının hesablanmaqla verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya məhkəməsi qərardadını əsaslandırarkən, onun iddia tələbini İPM-in 38-ci maddəsinin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddia kimi qəbul edərək, iddia müddətini də buna görə tətbiq etmişdir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçı xidmətdən xaric edilməsinə dair əmrin etibarsızlığını deyil, ləğv edilməsini və aktın ləğv edilməsinin müvafiq hüquqi nəticələrinin realllaşdırılmasını, yəni buraxılan müddətin xidmət illərinə aid edilməsini və s. tələb edir ki, bu da mübahisələndirmə haqqında iddia növünün mahiyyətinə uyğundur. (hazırkı qərarını 11-ci bəndi İPM-in 32.1, 38.1- ci maddələri)
17. İddiaçı 4 ildən çox müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda iddiaçı həmin müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
18. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, barəsində BMCMİ-də gedən araşdırmanın nəticələrinin gözlənilməsi və işdən azad edilməyi ilə bağlı əmrin ona təqdim edilməməsi səbəbindən onun hansı əsasla işdən kənarlaşdırılmağını bilməməyi olmuşdur. Ona verilən məlumatlar barəsində gedən araşdırmanın nəticəsinin bəlli olduğu vaxta qədər işdən kənarlaşdırılmanı bildirilmişdir və o da bu araşdırmanın nəticələrini gözləmək məcburiyyətində qalmışdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Belə ki, iddiaçı barəsində qəbul e dilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.
20. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətin ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.
21. Bütün yuxarıda göstərilənl ərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 10.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
22. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.12.2021-ci il tarixli, 2-1(103)-3036/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.