Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-495/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1242/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 6 iyul 1992-ci il tarixli, 898 nömrəli “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının 29 iyun 1992-ci il tarixli, 41 nömrəli protokolu)” sərəncamına əsasən Z irə ərazisindəki 243 nömrəli BTK nəzdində bağ sahəsi iddiaçıya ayrılmışdır (əsas: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1998-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli, 195 nömrəli qərarı).
2. İddiaçıya ayrılan Zirə bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 273/7 nömrəli bağa dair Bakı şəhər icraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin Zirə bağlar sahəsindəki 243 nömrəli kooperativin 9 nömrəli Orderi verilmişdir.
3. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 273/7 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 16 mart 2021-ci il tarixli, **********00 nömrəli və 7 iyun 2021-ci il tarixli, **********70 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı ərazidə olan bağ sahələrinin yerləşmə ardıcıllığı və hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin koordinatlarını mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağlar sahəsində 243 saylı BTK nəzdində (ərazisində) olan 0,12 hektar, 273/7 nömrəli bağ sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin ca vabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbində işin hallarını sadalamış və qeyd etmişdir ki, cavabdehin imtinasını əsassızdır.
7. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazda imtinanın dəlilərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, kadastr məlumatlarına əsasən 273 saylı bağ sahəsinin ərazisi sxematik xəritəyə əsasən iddia olunan ərazidən 600 m kənarda yerləşir.
8. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-8326/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağlar sahəsində 243 saylı BTK nəzdində (ərazisində) olan 0,12 hektar, 273/7 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çı xarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar və orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçıya Zirə bağlar sahəsində 0.12 ha olan 273/7 nömrəli bağ sahəsi Bakı ŞİH-in xx.xx.1992-ci il tarixli 898 nömrəli Sərəncamı (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 41 nömrəli protokolu) əsasında verilmiş Bağlar Təsərrüfatı İdarəsinin 9 nömrəli orderi ilə ayrıldığından və həmin Sərəncamın və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır.
10. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, bağ sahələrinin yerləşmə ardıcıllığı və hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması, həmçinin kadastr məlumatlarına əsasən 273 saylı bağ sahəsinin ərazisi sxematik xəritəyə əsasən iddia olunan ərazidən 600 m kənarda yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hal bağ sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1242/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-8326/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.07.7, 11.1 və 23-cü maddələrinə, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamına, Torpaq Məcəlləsinin 68-ci maddəsinə və “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinin 4-cü abzasına istinad etdiyi kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. H üquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qa nunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtər əfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 18(a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən və hazırkı qərarın 17-ci bəndində qeyd olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
22. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müə yyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar və orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
23. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi (2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar və orderlərin qeydiyyat üçün əsas olması ilə bağlı) razılaşsa da hesab edir ki, işin halları hərtərəfli araşdırılmadan qeyd olunan hüquq normasına istinad edilməklə qərar qəbul edilmişdir.
24. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə ona 273/7 nömrəli bağ sahəsinin verildiyi qeyd edilmiş və iddia tələb inin əsasını da həmin bağ sahəsi üzərində hüquqların qeydə alınması təşkil edir.
25. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda və ona əlavə edilmiş sənədlərdə kadastr baza məlumatlarına əsasən sxematik xəritədə 273/7 nömrəsinin olmadığı (273 nömrəsinin olduğu) qeyd olunmuşdur. Bundan əlavə, cavabdehin etirazının və kassasiya şikayətinin dəlilini iddiaçının göstərdiyi ərazinin 273 nömrəli bağın ərazisindən 600m aralı yerləşməsi təşkil edir.
26. Qeyd olunmalıdır ki, təqdim edilən sənədlərin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirilməsə də, İPM-nin 12.1-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin dəlillərindən asılı olmayaraq işin hallarını hərtərəfli araşdırılmalıdır.
27. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfin dən tərəflərin təqdim etdiyi sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar araşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, sxematik xəritədə 273 nömrəsi qeyd olunduğu halda, iddiaçının sənədlərində 273/7 qeyd edilmişdir. Odur ki, məhkəmə tərəfindən 273 nömrəli bağ ilə 273/7 nömrəli bağın eyni olub-olmaması araşdırılmalı idi. Bununla yanaşı, 273 nömrəli bağ sahəsinə dair başqa şəxslərin adına hüquqmüəyyənedici sənədlərin mövcudluğu yoxlanılmalı, 273 nömrəli bağ sahəsinin faktiki yerləşmə yeri müəyyən edilməli idi (243 nömrəli BTK-ya torpaq ayrılması barədə Ayrıc Aktı və bağların bölgü sxemi tələb edilməklə). Bu halların araşdırılması təqdim edilən sənədlərin mötəbərliliyinin yoxlanılması, iş üzrə obyektiv nəticənin əldə edilməsi, başqa şəxslərin qanuni mülkiyyət hüquqlarının ehtimal olun an pozuntusunun qarşısının alınması üçün olduqca zəruridir.
28. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi yeri və mövcudluğu dəqiq müəyyən edilməyən bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı iddianı təmin etmiş, yalnız «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar və orderlərin qeydiyyat üçün əsas olması halına istinad etmiş, lakin nəzərə almamışdır ki, o sərəncamlar və orderlər qeydiyyat üçün əsasdır ki, onların mötəbərliliyi şübhədənkənar olsun.
29. Nəzərə alınmalıdır ki, cavabdeh orqan daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparır. Başqa sözlə, cavabdeh orqan daşınmaz əmlak üzərində mövcud olan hüquqları qeydə alır (qanuni əsaslar olduğu halda), yeni hüquqlar yaratmır. Belə olan halda, cavabdehin imtinası qiymətləndirilərkən şəxsin əmlak üzərində hüquqlarının mövcudluğu hərtərəfli qiymətləndirilməli, hüquqmüəyyənedici sənədləri hərtərəfli araşdırılmalıdır ki, hazırkı iş üzrə bu baş verməmişdir.
30. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaq la işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə yekun qərar qəbul etməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1242/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.