Məhkəmə qərarları › İş №2-1(102)-495/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-495/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-495/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması; qiyabi təhsil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişləri n Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2033/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçının PT-İ ******* nömrəli əmək kitabçasına, hərbi biletinə, eləcə də diplomuna əsasən müəyyən olunur ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. 1975-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsində təhsil almışdır. O, Ermənistan SSR Amasiya rayon İcraiyyə Komitəsinin RXTŞ-də xx.xx.1979-cu ildən ümumtəhsil məktəblilərinin filmoteka texniki təlimatçısı, xx.xx.1981- ci ildən filmotekanın direktoru, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər pionerlər evinin müdiri vəzifəsində, RSFSR Krasnador diy. Vıselkovsk rayonu “Rusiya” kolxozunda xx.xx.1988-xx.xx.1988-ci illərdə fəhlə, “Mejkolxozsovxozsad” Vıselkovsk birliyində xx.xx.1988-xx.xx.1990-cı illərdə tikinti briqadasında fəhlə, Bakı kondisoner zavodunda xx.xx.1990-cı ildən ştamplama sexində kontakt qaynaq maşınlarında 2-ci dərəcəli qaynaqçı, xx.xx.1990-xx.xx.1990-cı illərdə həmin sexdə kontakt qaynaq maşınlarında 3-cü dərəcəli qaynaqçı, MNU Bakı təsərrüfat müəssisəsində xx.xx.1990-cı ildən usta, xx.xx.1991-cı ildən BTM baş iş icraçısı kimi, Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də xx.xx.1992-xx.xx.1997-ci illərdə idarənin adının və strukturunun dəyişməsi ilə əlaqədar olaraq baş mühəndis vəzifəsində, Bakı su kəməri İstehsalat İdarəsində xx.xx.1998-ci ildən texniki nəzarət qrupunda mühəndis, xx.xx.2002-ci ildən əsaslı tikinti idarəsində aparıcı mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 252 nömrəli sərəncamına əsasən X1 Su Cəmiyyəti "xxxx" Səhmdar Cəmiyyət adlandırılmışdır. xx.xx.2011-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə aparatının Tikinti departamentinin Tikinti və təmirə texniki nəzarət şöbəsində 11-ci dərəcə ilə aparıcı mühəndis, xx.xx.2011-ci ildən Tikinti departamentinin Əsaslı tikinti şöbəsində 11-ci dərəcə ilə mühəndis, xx.xx.2011-ci ildən əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Tikinti departamentinin əsaslı tikinti şöbəsində 12-ci dərəcə ilə mühəndis, xx.xx.2013-cü ildən 12-ci dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis, xx.xx.2015-ci ildən 13-cü dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis, xx.xx.2017-ci ildən 14-cü dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən hal-hazırda həmin vəzifədə əmək fəaliyyətini davam etdirir.

2. Cavabdehin iddiaçıya ünvanladığı 10 iyun 2022-ci il tarixli **********2 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada 443,10 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən x x.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 1 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 44748,47 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 451,75 manata çatdırılmışdır. Onun adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2022-ci il tarixli arayışına əsasən Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına tə hvil verilməmişdir. Qeyd olunanlara əsasən sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilmir. Ötən dövr üzrə yaranmış (xx.xx.2022-ci il tarixindən) fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ona ödəniləcəkdir.

3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya məbləği yenidən hesablanaraq (təyinatdan əvvəlki 443,10 manat) 451,75 manat olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzr ə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 il, yəni xx.xx.1975-ci il - 4 ay, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilədək 7 il 4 ay müddətində MKTK-nin nəzdində XİTQİ-də işlədiyi müddətlər nəzərə alınmaqla iddiaçıya yaşa görə əmək pensiyasının düzgün hesablanaraq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Ermənistan Respublikası, Amasya rayonu, Əzizbəyov kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 4 ay Universitetdə oxuduqdan sonra xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getmişdir. 1977-ci ilin dekabr ayında hərbi xidməti başa vuraraq 1978-ci ilin yanvar ayından təhsilini davam etdirmişdir. 1979-cu ilin sentyabr ayından həmin Universitetdə qiyabi təhsil almağa başlamışdır. Əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixində Ermənistan Respublikası, Amasya rayonunun Təhsil şöbəsində başlamış, 1990-cı il tarixədək müxtəlif yerlərdə fərqli vəzifələrdə işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində baş mühəndis işləmişdir (7 il 4 ay). 1998-ci ildən "xxxx" ASC-də işləyir. xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin ona verilən pensiya əmək stajına uyğun olaraq hesablanmamışdır. Belə ki, Fond onun 9 il 4 ay əmək stajını hesablamamışdır (2 il 4 ay əyani təhsili və 7 il 4 ay Azərbaycan Respubl ikası Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işləməyi). Bu barədə AR ƏƏSMN-nin DSMF-na müraciət etməyinə baxmayaraq Fonddan ona əsassız olaraq pensiyası ilə bağlı düzəliş edilməmişdir. Bununla bağlı Fonddan ona xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 i l sığorta stajı toplaması. Belə ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də işlədiyi müddət mübahisələndirilən sosial sığorta stajıdır. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 443.10 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 il 1 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 44748.47 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yeni dən hesablanaraq xx.xx.2022-ci il tarixdən 451.75 manata çatdırılmışdır. Belə ki, iş üzrə Fondun Arxiv və Sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubunda “Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi ixtisaslı Tikinti Quraşdırma İdarəsi”-nin iş qovluğunun içərisində 1992ci il tarixdən xx.xx.1897-ci il tarixədək hesabat məlumatlarının aşkarlanmadığı qeyd olunmuşdur. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də, mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkar lanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli **********26 nömrəli cavab məktubunda Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsi barədə hər hansı məlumatın olmadığı qeyd olunmuşdur. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********041200 nömrəli məktubunda qeyd olunan müəssisənin qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olmadığı göstərilmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunamüvafiq hesab olunmur.

7. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 13 dekabr 2022-ci il tar ixli, 2-1(112)-10192/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1975-xx.xx.1975ci il və xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər və xx.xx.1990-xx.xx.1997-ci illərdə Mənzil Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətlər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüq uqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun ya ranması vaxtı ilə müəyyən edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, qanunvericilikdə iş stajında nəzərə alınan təhsil müddəti yalnız əyani təhsil forması ilə məhdudlaşdırılmamışdır. İddiaçının xx.xx.1990-xx.xx.1997-ci illərdə işlədiyi Mənzil Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslaşdıırılmış Tikinti Quraşdırma İdarəsi dövlət müəssisəsidir; onun dövlət qeydiyyatına alınması, onun tərəfindən vergi orqanlarına və DSMF-yə müvafiq hesabatların verilməsi, arxiv sənədlərin Dövlət Arxivinə təhvil verilməsi iddiaçının səlahiyyət və nəzarət sferasına aid deyil. Məhkəmə hesab edir ki, cavabdehin “əsaslı” saydığı şübhələr rəhbər tutulmaqla apardığı araşdırma nəticəsində müəyyən etdiyi hallar (müəssisənin dövlət qeydiyyatının təsdiq edilməməsi, mdss haqları üzrə hesabatların və digər arxiv sə nədlərin aşkar edilməməsi) sözügedən dövlət müəssisəsinin fəaliyyətinin olmamasına, iddiaçının bu müəssisində işləməməsinə dəlalət etmir. Buna görə də iddiaçının əmək fəaliyyəti barədə məlumatları özündə əks etdirən əmək kitabçasını nəzərə alınmasından cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) 2-1(103)-2033/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata “İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsin in Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” hissəsində xitam verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) 2-1(103)-2033/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10192/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərarı “İddiaçı xx.xx.1975-xx.xx.1975-ci illərdə və xx.xx.1978xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon dunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının “təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi” tələbi təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbi olmuşdur. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, cavabdeh orqanın istinad etdiyi 1992-ci il tarixdən qüvvəyə minmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarının 8-ci bəndinə istinad etməklə göstərdiyi “yalnız əyani təhsil müddətinin staja daxil edilməsi” barədə tələbi iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran müddəa olduğu üçün onun geriyə şamil edilməsini mümkünsüz edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər də nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş dir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı dövrlər mübahisələndirilən sosial sığorta stajıdır. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 443.10 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Bakı Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda İddiaçı xx.xx.1975-ci il tarixli 209 n/c nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olduğu, xx.xx.1983-cü il tarixli 3/337 nömrəli əmrlə həmin fakül tənin qiyabi şöbəsini “riyaziyyatçı, müəllim” ixtisası üzrə bitirdiyi və xx.xx.1983-cü il tarixdə qeydiyyat nömrəsi 665 olan İV seriyalı 046553 nömrəli diplomun verildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı təhsilini əyani başa vurmamışdır. İddiaçının təqdim etdiyi təhsil haqqında diploma əsasən təhsilini qiyabi şöbədə bitirdiyinə görə təhsil dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə. 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fə aliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində q eyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyə n olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

8. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Madd ə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixədək 20 il 1 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə pensiyası yenidən hesablanmışdır. İddiaçıya təyin edilmiş pensiya xx.xx.2023-cü il tarixli qərarla yenidən hesablanmış, pensiyanın məbləği 538,97 manata çatdırılmışdır və bu hesablamalarda onun hazırki iş üzrə tələb etdiyi dövrlər-xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan iş stajı da nəzərə alınmışdır. Yəni, iddiaçının həmin hissədə iddia tələbi cavabdeh orqan tərəfindən təmin edildiyindən bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata “İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” hissəsində xitam verilmişdir.

25. İddiaçıya pensiya təyin olunarkən və onun yenidən hesablamaları aparılarkən iddiaçının ümumilikdə təhsil aldığı 1975-1983-cü illərin onun hərbi xidmət və iş stajı ilə üstüstə düşən dövrləri xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmışdır. Lakin apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının həmin təhsil aldığı dövrün digər əmək fəaliyyəti və s. ilə üst-üstə düşməyən və sırf təhsil aldığı-xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə qədər, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər olan müddət onun pensiyasının yenidən hesablamaları aparılarkən nəzərə alınmamışdır.

26. Apellyasiya instansiya məhkəməsi nəticədə qərarında qeyd etmişdir ki, iddiaçının xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər təhsil aldığı illər sosial sığorta staji kimi nəzərə alınmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində qeyd olunmuş qanunvericiliyin tələbinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsa s götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun.

28. Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiq olunur ki, İddiaçı 1975-ci il 05 iyul tarixli 209 n/c nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, 1983-cü il 09 iyul tarixli 3/337 nömrəli əmrlə həmin fakültənin qiyabi şöbəsini “Riyaziyyatçı, müəllim” ixtisası üzrə bitirmiş və ona 1983-cü il 29 sentyabr tarixində qeydiyyat nömrəsi 665 olan ИВ seriyalı 046553 nömrəli adi diplom verilmişdir.

29. Göründüyü kimi iddiaçının yalnız əyani təhsili onun sığorta stajına hesablana bilər. Qiyabi təhsil formasında əmək fəaliyyəti ilə məşğul olmadığı halda həmin dövr sığorta stajına daxil edilə bilməz.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddia çı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır.

31. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2033/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin, “İddiaçı xx.xx.1975-xx.xx.1975-ci illərdə və xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində iddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar