Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-496/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Hakimlər: Kərimov Səyyad Əli oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının m üəyyən edilərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-2062/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur (Şəxsiyyət vəsiqəsi: AZE ******** ********5 FİN: 4HODVSX8).
2. İddiaçı 01.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyası alır.
3. İddiaçı 01.09.1978-ci il tarixdən 03.02.1990-cı il tarixədək Özbəkistan Respublikasının Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində işlədiyi 11 il 5 ayın və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliy inin tabeliyində X1 Xidmətinin aparatında 10.01.2017-ci ildən 13.06.2019-cu il tarixədək işlədiyi dövrün nəzərə alınaraq 15 ildən artıq bir müddətdə dövlət qulluqçusu kimi qulluq etdiyinə istinad edərək 01.05.2020-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 12 fevral 2021-ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (6 il 11 ay (22.11.2005-20.05.2009-cu, 17.08.2012-18.05.2015-ci, 02.05.2016-09.01.2017-ci illər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus əmək kitabçasında göstərilən 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Özbəkistan Respublikasının Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində və 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan R espublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X1 Xidmətinin aparatında işlədiyi dövrlər dövlət qulluğu stajına daxil edilməklə, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə Özbəkistan Respublikasının Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində başlayaraq 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər həmin idarədə xidmət keçmişdir. Sonradan, yəni 22 noyabr 2005-ci il tarixdən 20 may 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında, 25 iyun 2012-ci il tarixdən 18 may 2015-ci il tarixə qədər Azərbaycan Respub likası Şəhərsalma və Arxitektura Komitəsinin aparatında, 2 may 2016cı il tarixdən 9 yanvar 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparatında, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X1 Xidmətinin aparatında dövlət qulluğu vəzifələrində işləmişdir. Odur ki, 01 aprel 2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun qulluq stajı 15 ilə qarşı 20 il 10 ay təşkil edir. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fi lialına 2 dəfə ərizə ilə müraciət etmişdir. Həmin ərizələrə bütün lazımi sənədlərin əlavə edilməsinə baxmayaraq, cavabdeh onun dövlət qulluğu stajının 15 il əvəzinə, 6 il 11 ay olduğunu bəhanə edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş və bu barədə 12 fevral 2021-ci il tarixli imtina məktubu göndərmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki onun 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X1 Xidmətinin aparatında işlədiyi dövrlər qanunazidd olaraq dövlət qulluğu stajına daxil edilməmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı ya zılı etiraz təqdim etmişdir. Etirazın əsasları imtina məktubunun əsasları ilə eynidir.
8. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-4921/2021 saylı (hakim G.Sevdimalıyeva) qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə iddiaçının ərizəsi qəbul edilmiş, onun tələbi “İddiaçı əmək kitabçasında göstərilən 01 sentyabr 1978ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Özbəkistan Respublikasının Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində və 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X1 Xidmətinin aparatında işlədiyi dövr dövlət qulluğu stajına daxil edilməklə, dövlət qulluqçusu kimi 01 aprel 2020-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qeyd edilmişdir
9. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(112)-4921/2021 saylı (hakim G.Sevdimalıyeva) qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək kitabçasında göstərilən Özbəkistan Respublikası Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər keçdiyi xidmət dövrü dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 01 aprel 2020-ci il tarixdən yenidən hesablnaması öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, həmin hissədə cavabdehin imtinası qanunsuz hesab edilmiş, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əmək kitabçasında göstərilən Özbəkistan SSR-in X2 İdarəsində (Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində) 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər keçdiyi xidmət dövrü dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmalı, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 01 aprel 2020-ci il tarixdən yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir.
11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmama sını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-2062/2021 nömrəli (hakimlər A. Hüseynov-sədrlik edən, A. Hüseyn və S. Bəktaşi) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh 06.01.2022-ci il tarixdə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh imtinanın və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (6 il 11 ay (22.11.2005-20.05.2009cu, 17.08.2012-18.05.2015-ci, 02.05.2016-09.01.2017-ci illər) olmuşdur. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin həmin qərarı ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şik ayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Maddə 23.3 Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan döv lət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağ lı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Maddə 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında Maddə 20.11.2. Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin o rta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin məzmun və mahiyyətcə apelyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etm ələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı, işin hallarından göründüyü kimi, 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Özbəkistan Respublikasının Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində (10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X1 Xidmətinin aparatında işlədiyi dövrlə bağlı iddianın məhkəmə tərəfindən təmin olunmamış hssəsindən iddiaçı şikayət verməmişdir) xidmət etdiyi dövrün dövlət qulluğu stajına daxil edilməsinə və bunun üzərindən ona 01 aprel 2020-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunmasına yönəlmişdir.
26. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçının 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Özbəkistan Respublikasının Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində xidmət etdiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardı mçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən qiymətləndirilməlidir.
27. Bu qərarın 18-ci bəndində istinad olunan normaya görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığ ına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
28. Həmin qərarın 17-ci bəndində istinad olunan normanın müddəalarına əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.
29. Yuxarıda istinad olunan normaların kompleks təhlilindən və işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 01 sentyabr 1978-ci il tarixdə n 03 fevral 1990-cı il tarixə qədər Özbəkistan Respublikasının Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində xidmət etdiyi vəzifə dövlət qulluğu vəzifəsi kimi təsnif olunmalı və həmin idarədə xidmət müddəti iddiaçının dövlət qulluğu stajına hesablanmalıdır.
30. Mübahisəyə dair iş üzrə materiallardan iddiaçının Daşkənd şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində xidmət müddətinin dövlət qulluğu stajına daxil edildiyi təqdirdə, onun dövlət qulluğunda iş stajı 15 ildən çox olduğu müəyyən edilir. Başqa sözlə, iddiaçının 15 ildən artıq dövlət qulluğu vəzifələrində işlədiyi məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda isti nad olunan normalarda təsbit olunmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Yəni iddiaçı dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajına malikdir və tələb olunan yaşa (64 il 6 ay) çatmışdır. Bu baxımdan yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı 01.04.2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulması na səbəb olmuşdur.
33. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 21(103)-2062/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.