Məhkəmə qərarları › İş №2-1(102)-496/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-496/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-496/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə istifadə hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti ) qarşı “torpaq sah əsinə dair istifadə hüquqların qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2167/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. X4 26-27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə “Əzizbəyov” (Koroğlu) metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə iddiaçıya məxsus qeyri-yaşayış sahələri sökülmüşdür.

2. Azərbaycan Respubli kası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamın icra edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam vermişdir. Bu sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrosu ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir.

3. Nizami Rayon İcra Hakimiyyəti “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 93 saylı sərəncam qəbul etmişdir. Həmin Sərəncama əsasən Q.Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.metr torpaq sahəsində X3, X1 və İddiaçı ticarət obyektinin tikintisinə icazə verilmişdir.

4. Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq sifarişçilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdırlar.

5. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir.

6. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. b irinci instansiya məhkəməsində icraat

7. İddiaçı 13 iyul 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən iddiaçıya ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “B akı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 20062007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 2 7 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində vətəndaş X3, X1 və İddiaçı torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən ona Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun tanınması üçün dövlət reyestri xidmətində qeydə alınması üçün cavabdehə yazılı şəkildə poçt vasitəsilə müraciət etmiş, lakin ona imtina edilmişdir. cavabdehin etirazları:

9. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqı nda” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-296/2022 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən iddiaçıya ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədi ilə sökülməsi, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 21(103)-2167/2022 saylı qərarı ilə (hakimlər Aida Hüseyn, Azər Hüseynov və Səadət Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Şikayətin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddia olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu n 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 93 saylı Sərəncamı torpaq sahəsinin ayrılması barədə deyil, ticarət obyektinin tikintisinə icazə verilməsi barədədir. Həmçinin, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi abadlaşdırılmış parkın bir hissəsində yerləşir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qa nunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədi ilə sökülməsi, mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

25. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının X2, X1 və İddiaçı ünvanlanmış 12 mart 2009-cu il tarixli 02/123 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarix li, 77 saylı sərəncamı əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixində 93 saylı qəbul edilmiş sərəncamla Q.Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.metr torpaq sahəsində birlikdə ticarət obyektinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Rayon İcra Hakimiyyətində olan məlumata əsasən vət. F.Pərarinin istifadəsində 30 kv.metr, vət. T.Kamilovun mülkiyyətində 21 kv.metr, vət. İddiaçı mülkiyyətində isə 762,3 kv.metr ticarət sahəsi olmuşdur. Ticarət obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə yeni təyin edilmiş 350 kv.metr torpaq sahəsində yenidən bərpa edilməsi üçün tələb olunan qeyri-yaşayış sahəsinin layihələndirilməsinə etiraz edilmir. Bununla bağlı olaraq layihələndiriləcək sahədəki obyektin 30 kv.metri vət. F.Pərarinə, 20 kv.metri vət. T.Kamilova, qalan sahə isə vət. İddiaçı aid olmalıdır.

26. Bundan başqa, həm Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında, həm də həmin sərəncamın icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti “başçısının xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamında sifarişçinin torpaq sahəsinin yerində qəbul etməsi və Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarış almalı olduqları təsbit olunmuşdur.

27. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına dair müvafiq icra hakimi yyəti orqanının sərəncamının olması Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən iddiaçıya ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması üçün əsasdır.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2167/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar