Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-496/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3482/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
3. Qərardan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-127/2023 nömr əli qərarı ilə (hakimlər X7 (məruzəçi), X8 və X4) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1578/2023 saylı 19 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X5 və X1) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)127/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2- 1(103)-406/2024 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X10 və X11) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)2727/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qərarı icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.
8. İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının nəticəvi hissəsinə izah verilməsi və qərarın icra qaydası barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, 25 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim X6) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272 7/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarına izah verilməsi barədə İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
10. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)2727/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2- 1(103)-3482/2024 nömrəli qərardadı ilə (hakimlər X10 (məruzəçi), X16 və X11) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2727/2022 nömrəli iş üzrə 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2- 1(103)-3482/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü
13. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
14. Bununla əlaqədar göstərilən iddiaçıya 27 dekabr 2024-cü il tarixədək çatışmazlığın aradan qaldırılması, əks halda şikayətin mümkün sayılmayacağı haqqında bildiriş göndərilmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini n tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Bu Qərarın 15-16-cı bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
18. İddiaçının şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən, bu barədə, ona müvafiq məhkəmə bildirişi göndərilməklə yuxarıda qeyd olunan çatışmazlığın aradan qaldırılması, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi təklif olunsa da, həmin çatışmazlıqlar aradan qaldırılmamışdır.
19. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
20. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2-1(103)-348 2/2024 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.